SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Fuad Muradov və qaraçı taboruna dönmüş diasporamız... - FAKT
Tarix: 3-09-2018, 13:02 | Çap et
Fuad Muradov və qaraçı taboruna dönmüş diasporamız...
Görünən dağa bələdçi lazım olmadığı kimi, artıq demək olar ki, Fuad Muradov da üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmədi...

Mediaya vəziyyətin gözəl və yüksək səviyyədə olduğunu yazdırmaqla deyil, fakt ortadadır- diaspor təşkilatlarımız arasında nifaq hələ də davam edir və bərbad vəziyyət daha da ağırlaşıb. Yeni sədrin mediaya verdiyi brifinq zamanı müharibə ritorikası ilə hədələdəiyi erməni diasporu hər gün bir addım da irəli gedir, bizdə isə əksinə olaraq ziddiyyətlər dərinləşir.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri dəyişəndən sonra bu sahədə müsbətə doğru dəyişikliklər gözləsək də son vaxtlar baş verənlər ümidlərimizi ürəyimizdə qoyur. Komitənin yeni sədri daha çox piara üstünlük verməsi ortadadır və hesab edirik ki, Komitə sədrinin KİV-lərlə əlaqələrə diqqətli olması təqdirəlayiqdir. Lakin burda bir şey önəmlidir. Fəaliyyət doğrudan müsbət nəticələrə səbəb olmalıdır və Azərbaycanın diaspor fəaliyyətində dirçəliş diqqəti cəlb etməlidir. Və bu təbii ki, Azərbaycanın xarici siyasətinin yaxın və uzaq xarici ölkələrdə dəstəklənməsi ilə hiss olunmalıdır. Lakin hələlik bu hal özün doğrultmur. Bəzi məlumatlara görə isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Fuad Muradovun münasibətləri heç də ürəkaçan deyi. Və söyləntilərə görə, nazir və komitə sədri faktiki olaraq bir-birlərini boykot etməklə məşğul olurlar. Bu hal təbii ki, yuxarıda da qeyd etdiyimiz kimi, dağınıq və plansız davranan diaspor təşkilatlarının fəaliyyətinə heç də müsbət təsir göstərə bilməz. Əksinə, diaspor təşkilatların fəaliyyətinə öldürücü zərbə vura bilər.

Ötən həftə yerli mətbuatın yazdığına görə, Fuad Muradovun son bir ayda bir neçə Avropa ölkəsində keçirdiyi rəsmi və qeyri-rəsmi görüşlərdə Azərbaycan səfirliklərinin nümayəndələri iştirak etməyib. Qeyd edək ki, ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusları ilə Diaspor Komitəsi yaxından əməkdaşlıq etməlidir.

Amma deyəsən, Fuad Muradov hələ ki, dövlət başçısının bu strateji hədəfli tapşırığının icrasına nail ola bilmir. Ya da Elmar Məmmədyarovla Fuad Muradovun bir-birini qəbul etməməsi sözügedən tapşırığın icarsına əngəl törədir. Halbuki dövlətin və millətin maraq və məafelərinin olduğu yerdə şəxsi incikliklər arxa plana keçməlidir və bundan ötrü insan dövlətçi təfəkkürə malik olmalıdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin son tədbirlərindən biri olan və ölkə mediasında geniş şəkildə işıqlandırılan Gənclərinin I Yay düşərgəsinə gəlincə, rəsmi xəbərlərdən də göründüyü kimi tədbirə dəstəyi gənclər və idman nazir Azad Rəhimov verib. Komitənin rəsmi statistikasına görə, tədbirdə 37 ölkədən 140 nümayəndə iştirak edib. Amma bu təmsilçilərin çıxışları, təmsil etdikləri ölkələr barədə məlumata yerli medida rast gələ bilmədik. Həmçinin geniş şəkildə piar edilən bu tədbirdə Gənclər və İdman Nazirliyi nazir səviyyəsində qatıldığı halda, Xarici İşlər Nazirliyinin tədbirə qatılmaması bir daha onu göstərir ki, ölkə xaricində Azərbaycanın səsini eşitdirməyə vəzifəli olan bu iki qurum arasında soyuq küləklər əsir.

Əgər doğru-düzgün fəaliyyət göstəriləcəksə, ötən illər ərzində bataqlığa və qaraçı taboruna dönmüş xaricdəki diaspor təşkilatlarımızda vəziyyətin düzəldilməsi doğrudan ölkəmiz adına əsas strateji məsələdir və bu məsələdə yenidən şəxsi məslələrin dövlət maraqlarını üstələməsi ancaq təssüf hissi doğurur. Demək olar ki, bu gün Komitənin əsas vəzifəsi xaricdəki vətənpərvərləri bir araya gətirmək və Xarici İşlər Nazirliyi ilə əlaqəli şəkildə diaspor şəbəkələrini yenidən formalaşdırmaqdan ibarətdir. Görünən dağa bələdçi lazım olmadığı kimi, artıq demək olar ki, Fuad Muradov üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmədi. diaspor təşkilatlara onların səmimi və vətənpərvərliyinə görə qiymət veriləcəksə, onda KİV-lərdən qorxmağa, onlara qonaqlıq verməyə, xarici səfərlərə dəvət etməyə dəyməz. Ondansa diaspor işinə diqqət ayırmaq lazım idi. Lakin yeni rəhbərlik neylədi? Komitəni tərifləyən diaspor fəallarını, QHT rəhbərlərini, KİV-ləri “dost”, tənqid edənləri isə “düşmən” elan edərək komitədə bolşevik əhval-ruhiyyəsi yaratmağa başladı. Eyni vəziyyət həmçinin diaspor təşkilatlarla da keçərlidir. Aldığımız məlumata görə Komitə sədri diaspor təşkilatlarını da “dostlara” və “düşmənlərə” ayırmağa başlayıb. Yeni rəhbərin yeni siyasəti nəticəsində artıq diaspor işi ilə məşğul olan, bu sahəyə dəstək verən ictimai –siyasi xadimlər, diaspor fəalları və KİV-lər iki yerə bölünüblər: Fuad Müradovun fəaliyyətindən “razılar” və Diasporla iş üzrə Komitəninin fəaliyyətini tənqid etdiyi üçün “düşmən” elan olunanlar. Əvvəlki rəhbərliyin dövründə də belə idi - Nazim İbrahimovun yanında olub “dövlətçi” elan edilənlər və N. İbrahimovun sevmədiyi “düşmən dəyirmanına su tökənlər”. Beləliklə, əvvəlki vəziyyətlə indiki arasında nə fərqi oldu ki? Əgər yenə də diaspor fəalları arasında intiriqa və parçalanma olacaqdısa, tənqidçilər asi elan ediləcəkdisə, daha dəyişikliyə nə ehtiyac vardı?

Diaspor təşkilatlarının Vətən naminə koordinasiyası incə diplomatiya tələb edir. Mediada özünü təriflədib, biət etməyənləri dışlamaqla diaspor işində sahman yaratmaq olmaz. Mediaya vəziyyətin gözəl və yüksək səviyyədə olduğunu yazdırmaqla deyil, fakt ortadadır- diaspor təşkilatlarımız arasında nifaq hələ də davam edir və son aylar tənqidçilərin düşmən elan edilməsi bu sahədəki bərbad vəziyyəti daha da ağırlaşdırır.

Lap son günlər baş vermiş hadisəni dediklərimizi təsdiqləyən sübutlardan biri kimi təqdim edə bilərik. İş adamı və uzun illərdir diaspora sahəsində fəaliyyət göstərən və bu cameənin nüfuzlu şəxslərindən biri olan Füzuli Məmmədovun( Frenk Elkapone) Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti vəzifəsindən kənarlaşdırılması qeydlərimizi təsdiq edən onlarla faktdan biridir.

Fuad Muradov diasporla iş komitəsinin sədri gələnə qədər bu vacib qurumda belə intiriqalar demək olar ki, yox idi. Lakin yeni rəhbərliyin gəlişindən sonra bu qurumun iki nüfuzlu rəhbəri arasında düşmənçilik səviyyəsinə qalxmış qarşıdurma yarandı və nəticədə Füzuli Məmmədov Assambleyadan uzaqlaşdırıldı. Tərəfdarlarının redaksiyamıza verdiyi məlumata görə, Füzuli Məmmədovun qurban verməsinin səbəbi onun Avropada və Rusiyadakı nüfuzudur. Komitənin yeni sədri belə bir nüfuzlu və maddi imkanlı şəxsi idarə edə bilməyəcəyindən daha zəif, sözəbaxan bir füqurla əməkdaşlığa tərcih edib. Hazırda isə Azərbaycanlıları Konqresi parçalanmış vəziyyətdədir.

Diaspor icmalarımızın daxilində və təşkilatlarımızın arasındakı intiriqalarla bağlı misalların sayını artıra da bilərik…

Belə qarşıdrumalar nəticəsində əslində olan diasporumuza olur. Xaricdəki icmalarımızın, təşkilatlarımızın daxilində gedən çəkişmələr enerjinin xırda intiriqalara, qarşıdurmalara sərf olunmasına gətirib çıxarır ki, nəticədə ziyan diaspor işinə dəyir. Yeni sədrin mediaya verdiyi yeyib-içmək zamanı müharibə ritorikası ilə hədələdəiyi erməni diasporu hər gün bir addım da irəli gedir, bizdə isə əksinə olaraq ziddiyyətlər dərinləşir, Vətən, ümumi maraqlar naminə fəaliyyət unudulur, bir sözlə, geri gedirik. Eynən Nazim İbrahimovun zamanında olduğu kimi. Durum yenə də ürəkaçan deyil. Belə getsə, gənc və perspektivli komitə sədri vəziyyəti düzəltmək əvəzinə, daha da pisləşdirəcək.

Mövzunu diqqətdə saxlayırıq və Diasporla İş üzrə Dövlət Komitəsindən veriləcək açıqlamanı səbirsizliklə gözləyirik.
pia.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru