“RABİTƏ BANK”DAKI DEPOZİTLƏR “ƏRİYİR” – Müştərilər bankdan milyonlarla manatı geri çəkiblər
Tarix: 14-03-2019, 10:34 | Çap et
 Əhalinin ölkə banklarına inamının idealdan çox-çox uzaq olduğu şübhəsizdir. Burada kreditlərin soyğunçu faizlərlə verilməsindən tutmuş, devalvasiyalardan sonra vətəndaşlarla banklar arasında yaranmış bir çox problemlərə qədər çoxlu sayda səbəb var. Bütün bu səbəblər müştərilərin banklara münasibətində mənfi mənada özünü biruzə verməkdədir.
Müştərilər banklara olan münasibətlərini təkcə onlardan götürdükləri kreditlərlə deyil, həm də onlara öz depozitlərini, əmanətlərini yerləşdirməklə də ortaya qoyurlar. Təəssüf ki, ortabab banklardan sayılan “Rabitə Bank”ın bu baxımdan bəxti bir o qədər gətirməyib.
Ölkə banklarının ötən ilin yekunlarına dair göstəricilərinə nəzər yetirdikdə məlum olur ki,“Rabitə Bank”ın müddətli depozit portfeli xeyli dərəcədə “əriyib”. Rəqəmlər ondan xəbər verir ki, ötən ilin son rübündə bankdakı depozitlər təqribən 211 milyon manataqədər azalıb ki, bu da hesabat dövrü ilə müqayisədə 27 milyon manata yaxın, yəni 11 faiz azalma deməkdir. Daha konkret desək, müştərilər bankdan 26 milyon 444 min manat vəsaitlərini geri çəkiblər.
Əlbəttə ki, bir bank üçün depozit portfelinin kiçilməsi acınacaqlı haldır. Çoxları birinci növbədə bunu əhalinin banka olan etibarının zəifləməsilə əlaqələndirə bilər. Ancaq görünən odur ki, başlıca səbəb bankın əhaliyə təklif etdiyi depozit faizlərinin aşağı olmasıdır. Belə ki, bankın fərdi müştərilərinə təklif etdiyi ən yüksək əmanət faizi 10 faizə qədərdir ki, bu da bir çox digər banklarla müqayisədə aşağı göstəricidir. Bankın “Uşaq yığım əmanəti” üzrə faizi isə hətta demək olar ki, 5 faizi də ötmür.Təbii ki, bu şərtlər daxilində banka əmanət yerləşdirmək müştərilər üçün sərfəli deyil. Təbii ki, bütün bunlar bankın ucuz mənbələr əldə etmək istəyinə bağlıdır. Lakin göründüyü kimi, bu istək əks effekt verir və depozit portfelinin əriməsinə səbəb olur.
Bununla yanaşı, bankın qeyri-faiz gəlirləri də 28 faizədək, yəni 4 milyon manata yaxın azalıb, qeyri-faiz xərcləri isə 22 faiz artaraq, təxminən 7.5 milyon manata çatıb ki, bunlar da bank üçün müsbət göstərici sayıla bilməz.
Ancaq əvəzində bankın kredit portfeli 35 faiz, daha dəqiq desək, 83 milyon manatadəkartıb. Əslində, kredit portfelinin bu qədər artması aqressiv kredit siyasəti ilə də bağlı ola bilər ki, bu da gələcəkdə bankın problemli kreditlərinin kəskin şəkildə çoxalmasını şərtləndirir. Belə risklərin nə dərəcədə önləndiyi və bankın depozitləri aşağı faizlərlə qəbul edərək, öz depozit portfelini nədən “əritdiyini” söyləmək isə bir qədər çətindir.
Onu da qeyd edək ki, ötən il “Rabitə Bank”ın mətbuatda Elman Rüstəmovun bankı kimi təqdim olunan “Bank Respublika” ilə birləşəcəyinə dair məlumatlar yayılsa da, bu istiqamətdə hər hansı konkret addım atılmadı. /Azpolitika.info/

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36 |
|
|
|
| • Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14 |
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08 |
|
|
|
|