SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Gərək siz yazasınız ki, ay cəmiyyət, Hadı müəllimi qınamayın” - deputat
Tarix: 2-03-2016, 08:32 | Çap et
“Gərək siz yazasınız ki, ay cəmiyyət, Hadı müəllimi qınamayın”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli növbəti təklifi ilə mətbuatın gündəminə gəlib. Komitə sədri Azərbaycanda hər ay yüzlərlə ailənin ünvanlı sosial yardım aldığını, bu yardımın isə nağd ödəniş formasında həyata keçirildiyini, yəni müəyyən edilmiş vəsaitin ünvanlı sosial yardım alan şəxsin kartına köçürüldüyünü deyərək bunu kənd yerində yaşayan sakinlər üçün əlverişsiz variant sayıb.

Deputatın fikrincə, nağd ödəniş əvəzinə kəndlərdə yaşayan ailələrə qoyun verilməlidir. H.Rəcəbli hesab edir ki, burada məqsəd ələbaxımlılığın qarşısını almaqdır. Komitə sədri qeyd edib ki, Azərbaycan ünvanlı yardımların verilməsində Pakistan və Banqladeş təcrübəsindən yararlanmalıdır. “Bizdə kənd yerlərində bir ailə orta hesabla 130 manat ünvanlı yardım alır. Bu, 2 aylıq bir qoyunun puludur. Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində, biri erkək olmaq şərti ilə 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin.

Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür” deyə, o bildirib. Lakin H.Rəcəblinin bundan əvvəl səsləndirdiyi bəzi təkliflər kimi, bu fikri də birmənalı qarşılanmayıb və geniş rezonans doğurub. Mövzu ilə bağlı komitə sədrinə müraciət etdik. Deputat əleyhinə səslənən fikirlərlə bağlı öncə bunları bildirdi:

- Mənim fikirlərim düzgün anlaşılmayıb. Məsələ burasındadır ki, əhalinin kasıb təbəqəsinə müavinət verəndə insanların böyük əksəriyyətinin əli işdən soyuyur, işləmək istəmir, deyir “elə mənə müavinət ver, xərcləyim.” Ona görə də dünyada-hələ bunu Azərbaycanda tətbiq etməyiblər-belə ideyalar var və həyata keçirilir. Ancaq bizim ölkədə qaçqınlar və məcburi köçkünlərlə bağlı belə ideyalar həyata keçirilir.

Çində, Avropa ölkələrində kreditlərin verilməsinin də müxtəlif formaları var. Kiçik sahibkarlığı yaratmaq üçün formanın biri budur: balalı inək verək, südünü sağsın, qoyun verək, yunundan, ətindən istifadə eləsin. Qoyunçuluq Azərbaycanın bütün mədəniyyətinin tərkibində olub da. Hamı kabab yeyir, amma qoyunun adını çəkəndə başlayırlar artıq-əskik danışmağa.

Ona görə də demişəm ki, Yardımlı və Gədəbəy kimi dağ rayonlarındakı sakinlərə pul əvəzinə qoyun versinlər. Başqa yerlərdə adamlara, məsələn, bərbər avadanlığı versinlər, icarə yeri ayırsınlar. Bununla da adamları daha çox əməyə cəlb etmək olar. Yəni ailə müavinəti deyilən müavinət ola bilər, uşaqların sayına, yaxud əlilliyə görə. Amma əl-ayağı üstündə olan, imkanları məhdud, gəliri aşağı olan zəruri ehtiyac meyarına düşən insanlar üçünsə, əlbəttə, belə formalar tapılmalıdır ki, onlar işləsin.

Bu, yeni bir şey deyil, Amerika açmamışıq, başqa ölkələrin təcrübəsindən misal gətirmişik. Hadı müəllim hələ bu barədə heç kimə heç nə deməyib, heç kim də bu barədə nəsə eləməyə başlamayıb.

Ölkədə də bununla bağlı hansısa addım atılmayıb, bəlkə başqa hansısa variantlar olacaq. Bu, cəmiyyətimizin istəyidir, mənə bu barədə teleqramlar gəlir. Adamlarımız deyir, qardaş, mənə bir inək ver, gedim balalarımı saxlayım, yoxsa bu nədir mən gündə yardım üçün dilənirəm.

- Deyək ki, adamlara heyvan verildi, o da əlacsızlıqdan satdı, yaxud heyvan yıxılıb tələf oldu, onda necə olacaq?

- Ona görə də təklif edirik ki, hansı qurum bu inkişaf proqramını tətbiq edir, o da məsələni nəzarətdə saxlayır. Yəni nəzarətdə saxlanılır, təsərrüfat bir az ayağa duran kimi, ondan əl çəkirlər. Kəndli aldığı qoyunları kəsdisə, daha qurtardı, ona heç nə verilməyəcək. Ancaq nəzarətçi qurum qoymur həmin qoyunlar vaxtından tez kəsilsin. Söhbət təkcə qoyundan getmir. Məsələn, kənddə bir otağı verirlər adama, deyirlər get, orada corab toxu, ya orda dərzi sexi aç!

- Hadı müəllim, bu məsələlər rəhbərlik etdiyiniz komitədə müzakirə olunubmu?

- Yox. Mən siyasi elmlər doktoruyam, professoram, siyasi elmlərin bilicilərindən biriyəm. Mənim dediyimi niyə insanlar qəribçiliyə salır? Mən dünyadakı təcrübələri yaxşı bilirəm. Bu işin həm elmi, həm də praktik tərəflərini bilirəm, havadan danışmıram axı.

- Yəni deyirsiniz bu ideya ölkədə tətbiq oluna bilər?

- Ola bilər bu cür yox, başqa cür. Demirəm ki, hökmən belə olsun. Formalar var da... Deməmişəm ki, bu, Azərbaycanda tətbiq olunacaq. Demişəm ki, dünyada belə təcrübələr var. Bizim jurnalistlər belədir də, Hadı müəllimin sözündən söz çıxarırlar. Xahiş edirəm elə belə də yaz!(gülür)

- Bu yaxınlarda kənd təsərrüfatı naziri demişdi ki, ölkədə mal-heyvanın sayı çoxdur. Bu yandan da siz əhaliyə əlavə mal-qoyun paylamağı tövsiyə edirsiniz...

- Azərbaycanda torpaqlardan səmərəli istifadə olunmur, torpaqlar boş qalır. Yaxşı, torpağın boş qalması yaxşıdır, yoxsa orda bir inəyin otlaması? Kənd təsərrüfatı nazirinin dediyi başqadır, söhbət məhsuldar inəkdən gedir. Onun dediyi odur ki, bizdə inək çoxdur, amma məhsuldar deyil, cins deyil.

- Deməli, ölkəyə yeni cins mal-qoyun gətiriləcək?

- O da ola bilər. Məsələn, bu gün keçi növləri var, ildə 3 bala, 5 litr süd verir.

- Əgər sizin təklifləriniz qəbul olunsa, bu, bütün rayonları əhatə eləməyəcək, eləmi?

- Təbii ki, yox. Mən demişəm ki, məsələn, Yardımlı və Gədəbəydə qoyun, amma Şirvanda inək vermək olar. Özü də söhbət heyvandarlıqdan getmir. Yadınızdadırsa, vaxtilə gözdən əlillər üçün sexlər var idi. Qoy əlillər evdə hansısa işlə məşğul olsun. İmkanı olmayan adama hansısa avadanlıqlar veririk, o da başlayır evdə corab, ya köynək toxumağa. Bu, pisdirmi, qardaş? Ya bir tikiş maşını verirsən, adamlar orda işlə məşğul olur. Bunlar ideyalardır, sadəcə, söhbətdir, heç biri harasa yazılmayıb, konkretləşməyib. Mən havadan danışmıram, dünya təcrübəsindən deyirəm.

- Niyə əmək və sosial siyasət komitəsi bu ideyaları mükəmməl bir layihə şəklində hazırlayıb parlamentə, ya hökumətə təqdim etmir?

- Bu gün ünvanlı yardım, sosial müdafiə ilə bağlı bizim qanunumuz var, orda da iş yerləri məsələsi əksini tapıb. Bizim başqa ideyalarımız da var. Bax, görürsünüz, cəmiyyət bunu birmənalı qarşılamadı. Mən bu fikri ona görə səsləndirmişəm ki, cəmiyyətin fikrini öyrənim. Amma bu gün kənddən xəbəri olmayan adamlar başlayır ağzına gələni danışmağa.

- Təbii ki, istənilən ideya ilə bağlı fərqli fikirlərin səslənməsi qaçılmazdır. Ancaq bəlkə bu ideyanın tətbiqi daha düzgün olardı. Məsələn, bu il vaxt itirmədən imkansız kəndliyə 5 qoyun verilərdisə, gələn il qoyunların sayı ikiqat artardı...

- Ay sağ ol, tamamilə doğrudur. Bunun üçün də gərək siz yazasınız ki, ay cəmiyyət, Hadı müəllimi qınamayın. Əksinə, ona kömək olaq, dəstək olaq ki, bu qanunvericiliyi ortaya çıxara bilsin...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru