SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Əfv məsələsi ilə bağlı həm bizimkilərdə, həm də avropalılarda çox böyük günahlar var” - deputat
Tarix: 3-03-2016, 08:19 | Çap et
“Əfv məsələsi ilə bağlı həm bizimkilərdə, həm də avropalılarda çox böyük günahlar var”
YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibə verib. Maraqlı və YAP funksionerinin orijinal yanaşmaları ilə diqqət çəkən söhbəti təqdim edirik:

- Siyavuş bəy, son günlər ərzində Bakı növbəti dəfə beynəlxalq tədbirlərə ev sahibliyi etdi, Avropa və Amerikadan gələn rəsmilərlə görüşlər keçirildi. Bu, onu deməyə əsas verirmi ki, artıq Azərbaycan iqtidarı və Qərb barışıb?

- Əslində biz küsülü deyildik ki, barışaq da. Sadəcə, müəyyən məsələlərdə Qərbin bəzi dairələri ilə problemlər olub. Mən burda ayrı-ayrı ölkələri götürmürəm. Avropa Parlamenti, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu kimi bəzi təşkilatlar var ki, Azərbaycana qarşı qeyri-səmimi münasibət sərgiləyirdi, söhbət bundan gedirdi. Azərbaycan həmişə istənilən ölkəyə öz əlini uzadıb, təkliflərini irəli sürüb. Amma əfsuslar olsun ki, bir tərəfdən erməni lobbisinin təsiri, digər tərəfdən ayrı-ayrı parlament üzvlərinin firma maraqlarını müdafiə etməsi, onlardan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunması bir görüntü yaradırdı ki, guya Qərb-Azərbaycan münasibətlərində hansısa soyuqlaşma var.

Həmçinin təbii ki, burada Rusiya ilə bağlı olan məsələlərdən də söhbət gedir. Biz bəyan etmişik ki, hər bir ölkə ilə bərabərhüquqlu dostluğumuzu qururuq, heç bir koalisiyada iştirak etmirik. Bu gün Azərbaycanın Rusiya, İran, Gürcüstanla dostluq, qonşuluq münasibətləri var. Amma hər tərəfdən aranı qızışdırmaq istəyənlər də var. Adicə Gürcüstandan qazla bağlı qeyri-real bəyanatların verilməsi sırf aranı qızışdırmağa xidmət edirdi. Amma Azərbaycanda cənab prezidentin sədrliyi, xarici ölkələrdən gəlmiş nazirlərin iştirakı ilə keçirilən son tədbir bir daha göstərdi ki, Azərbaycan öz yoluna, öz xəttinə, siyasi sisteminə və öz siyasətinə sadiqdir.

- Amma şübhə yoxdur ki, Rusiya bu situasiyadan məmnun deyil. Xüsusilə də təsir dairəsinə almaq istədiyi Azərbaycanda Qərbin layihələrinin reallaşmasına qıcıqlı münasibəti olmamış deyil. Bu amil nəzərə alınırmı?

- Vaxtilə bütün Qərb dövlətləri Rusiyaya qarşı koalisiya yaradanda biz Rusiyanın ərzaq təhlükəsizliyində çox yüksək səviyyədə rol oynadıq. Hansı ki, embarqolar qoyulmuşdu, heç nə verilmirdi, heç nə alınmırdı. Belə ola halda Azərbaycan öz dəstəyini göstərdi. Azərbaycan hər bir ölkə ilə bərabərhüquqlu münasibətlər qurur. Hansısa ölkə ilə münasibət quranda kiminsə xoşuna gəlib-gəlməyəcəyini düşünmür. Biz bu cür dövlətlərin taleyini görmüşük, hansısa dövlətin kəndiri ilə quyuya düşənlərin kəndirlərinin kəsilməsinin də şahidi olmuşuq.
- Azərbaycan vaxtilə İranla bağlı sanksiyalarda da yer almadı. Amma İran Ermənistanı himayə etməkdə davam etdi. Rusiya isə Bakının jestinin qarşılığında Ermənistana 200 milyonluq silah göndərdi...

- Bu yaxınlarda cənab prezidentin İrana yüksək səviyyədə həyata keçirilən səfəri, orada mühüm müqavilələrin imzalanması, gələcək əməkdaşlıqlarla bağlı razılaşmaların əldə olunmasının şahidi olduq. İrana qarşı da embarqo tətbiq olunanda, hətta ABŞ-İran münasibətlərinin olduqca kəskinləşən vaxtında Azərbaycan prezidenti bəyanat verdi ki, Azərbaycan ərazisindən İrana qarşı hər hansı müdaxilə ola bilməz. Biz öz tərəfimizdən səmimi münasibətimizi göstəririk. Digər məsələlər artıq onların səmimiyyətinə qalır. Hesab edirəm ki, Rusiyanın Ermənistana silah verməsi ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə kimi münaqişənin həllinə deyil, Cənubi Qafqazda münaqişələrin daha da qızışmasına xidmət edir. Azərbaycan öz-özünü silah və hərbi texnika ilə ən yüksək səviyyədə təmin edir. Amma biz Yeltsinin vaxtında da görmüşük ki, Ermənistana 2 milyardlıq silah-sursat havayı göndərilmişdi. Yaxud Gürcüstan ərazisindəki hərbi bazalardakı texnika Ermənistan ərazisinə daşındı. Düzdür, onlar bunu belə əsaslandırmağa çalışırlar ki, orda Rusiyanın hərbi bazası var və bu hərbi bazanın təchizat məsələləri var və s. Amma əslində mən hesab edirəm ki, burada silahlara nəzarətlə bağlı beynəlxalq müqavilənin pozulması faktı var. Həmçinin bu, Cənubi Qafqazda gərginliyin artmasına xidmət edir.

- Bir sıra hallarda belə fikirlər səslənir ki, Bakı Qərbin hər hansı davranışına sərt reaksiya verdiyi halda, Rusiyanın Ermənistanı açıq himayə etməsinə belə sakit reaksiya verir. Bu, Rusiya təhlükəsindən irəli gələn davranışdır, yoxsa ayrı səbəb var?

- Nə Rusiya mətbuatında, nə televiziyasında, nə ayrı-ayrı kanallarında Azərbaycanın daxili işlərinə qarışma hallarının şahidi olmamışıq. Amma Qərbin müəyyən institutları gündə bir bəyanat verir.

- Amma Azərbaycan torpaqlarını Qərb işğal etməyib...

- Təbii ki, bu, var. Vaxtilə SSRİ qoşunlarının həm Xocalı soyqırımında iştirak, olmuşdu, həm də ermənilərin silah və texnika ilə təchizatında iştirakı olmuşdu. O, sovetlər birliyinə daxil olan bir ölkə idi. Amma bu gün müstəqil Rusiyadan Azərbaycana qarşı hər hansı bir ciddi təhdid görünmür.

- Azərbaycanın Qərblə bu qədər yaxınlaşmasına Kremlin sürprizi ola bilərmi?

- Yox. Qərblə bundan qabaq bizim TANAP, TAP, Bakı-Ceyhan, Bakı-Supsa, Avropa ilə Şərqi birləşdirən dəmir yolu xətti layihələrimiz də olub. Bizim Avropa İttifaqı ilə həyata keçirdiyimiz iqtisadi əməkdaşlığımızın miqyası çox böyükdür. Biz 20 milyardlıq birgə layihə həyata keçirmişik. Yəni bu, həmişə olub, yenilik deyil. Sadəcə olaraq, bəzi institutların Azərbaycana qarşı qərəzli mövqeyi və bu mövqeyə qarşı Azərbaycanın QHT-ləri, siyasi partiyaları, parlament üzvlərinin münasibəti elə rəy yaradır ki, guya Qərblə Azərbaycan arasında hansısa bir soyuqluq var.

- Novruz ərəfəsində əfv olacağı barədə xəbərlər intensivləşib. Bu arada Avropa təşkilatlarından Bakıya intensiv səfərlərin həyata keçirilməsi, İlqar Məmmədovla həbsxanada görüş keçirilməsi faktı əfv ümidlərini artırıb. Sizdəki məlumatlar nədən ibarətdir?

- Mən bir məsələni qeyd edim, əfv məsələsi ilə bağlı həm bizimkilərdə, həm də avropalılarda çox böyük günahlar var. Bu məsələlər öz həllini çoxdan tapa bilərdi. Əfvlə bağlı kimsə müraciət edirsə, təbii ki, Əfv Komissiyası buna baxır və həll edir. Amma bunu istəməyənlər var. Bunu istəməyənlər ölkədəki bir sıra siyasi partiyalardır. Baxmayaraq ki, öz mətbuat orqanlarında onların şəkillərini dərc edir, əslində həmin məhbusların azadlığa çıxmasının bir nömrəli əleyhinədirlər. Çünki onlardan sui-istifadə edirlər. O cümlədən erməni lobbisi bu məsələdən ciddi şəkildə istifadə edir. “Freedom House”, “Human Rights Watch” təşkilatları elə ki eşidirlər Azərbaycanda əfv olacaq, dərhal ordan bir əmr göndərirlər ki, filankəslər azadlığa buraxılmalıdır. Guya ki, göstəriş verməyə və hər hansı bir yuxarı təşkilat rolunu oynamağa çalışırlar. Sonradan da onlardan istifadə edirlər ki, “bax, biz dedik, sizi buraxdılar, yoxsa həbsdə qalacaqdınız”. Onlar bu addımları qəsdən atırlar ki, əgər əfvlə bağlı müraciətlər olubsa, bu adamlar azadlığa buraxılmasın və nəticədə məhbus məsələsindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunsun. Ona görə də bunu səsləndirmək lazım deyil.

Xatirinizdədirsə, vaxtilə Ramil Səfərov məsələsi olanda bizim bir neçə parlament üzvü “Roma Papasından artıq katoliklik” etməyə başladı. Yəni gecə-gündüz Ramil Səfərovun şücaətlərindən danışmağa başladılar. Əslində özlərini reklam edirdilər, Ramil Səfərovu yox. Bununla da ona ciddi problem yaratdılar. Biz bir neçə il ərzində Azərbaycan prezidentinin apardığı siyasət nəticəsində Ramil Səfərovu ekstradisiya etdik, burda da əfv olundu. Hansı ki, bu hadisə ondan qabaq da ola bilərdi. Lakin bizimkilərin öz reklamını onun üzərində qurması nəticəsində o adamın azadlığı bir neçə il gecikdi. İndiki məsələlər də həmin situasiyanın təkrarıdır.

- Deməli, bir aylıq sükut olsa, bu, işin faydasına olar?

- Bəli, “sükut ayı” elan olunsa, vəziyyət daha yaxşı olar. (gülür) İndi başlayacaqlar ki, Novruz bayramında filankəs çıxmalıdır, filankəs qalmalıdır. Mən istər o mətbuat orqanlarına, istər siyasi partiyalara müraciət edirəm ki, bu məsələlərə girişməsinlər, qarışmasınlar. Bununla daha çox problemlər yaradacaqlar, həm də yaradırlar, nəinki o insanlara kömək edirlər.

- Siyavuş bəy, bu ay hökumət parlamentə hesabat verəcək. Parlament yenə də mövcud hökumətə etimad göstərəcəkmi?

- 2015-ci ildə hökumət pis işləməyib. Bu da 2015-ci ilin hesabatıdır. Azərbaycanda böyük layihələr həyata keçirilib, tikinti, quruculuq, abadlıq işləri aparılıb, inkişaf olub, yeni iş yerləri açılıb.

- Ola bilərmi ki, bəzi ekspertlərin dediyi kimi, parlament bu hesabatdan sonra baş naziri hörmət-izzətlə, ona təşəkkür etməklə yola salsın?

- Hərdən bu barədə deyirlər. Deyək ki, İtaliyanın özündə parlamentli respublikadır, Silvia Berluskoni yaşının bu çağında nə qədər işlədi. Bu gün də yenə hakimiyyət uğrunda mübarizə aparır. Bu, yaşla bağlı deyil ki, insanın işgüzarlığından asılıdır. Bir də görürsən insanı yaşına görə hədəfə alırlar ki, bu yaşlıdır, deməli, getməlidir. Nəyə əsasən?

Əgər onun işində bir nöqsan, fəaliyyətində çatışmazlıq varsa, o halda insan azad oluna bilər. Biz gəncləri də gördük. Vaxtilə rəhmətlik Şevardnadze hakimiyyəti dövründə süni şəkildə özünün demokrat olduğunu nümayiş etdirməkdən ötrü komandada gəncləşdirmə apardı. Bir ildən sonra çevriliş oldu, onun özünü yola saldılar. Yəni elə şeylər var ki, bu, süni şəkildə yox, təbii şəkildə olmalıdır. Azərbaycanda yeni gənc nazirlər də təyin olunur, orta yaşlı nəslin nümayəndələri də var. İndi bir adamın atası yaşlanırsa, onu atalıqdan çıxarmalıdır? Təbii ki, yox. O insan yaşlaşsa da daha da müdrikləşir. İnsan yaşına görə yox, işinə görə dəyərləndirilir. Bu gün gedib Nazirlər Kabinetində, digər qurumlarda müşahidə aparsalar, görərlər ki, həmin o yaşlı nəslin nümayəndələri daha tez işə gəlir, daha gec işdən gedir.

- Deməli, Artur Rəsi-zadənin komandası bu dəfə də etimad qazanacaq?

- Təbii. Təbii...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru