SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

YAP-çı deputatdan iyun olaylarına dair sensasion açıqlamalar - "Əbülfəz Elçibəy idarə olunan adam idi"
Tarix: 16-06-2016, 09:14 | Çap et
YAP-çı deputatdan iyun olaylarına dair sensasion açıqlamalar
Bu günlərdə 1993-cü ilin iyun hadisələrindən bəhs edən xeyli yazılar dərc olundu, üstündən xeyli keçməsinə baxmayaraq, bir sıra hallarda səslənən fikirlər sərt reaksiyalar doğurdu, qarşılıqlı ittihamlara səbəb oldu. Heydər Əliyevin Bakıya dəvət olunması və ondan sonra cərəyan edən bəzi məsələlərlə bağlı isə “91-lər”dən biri olan deputat, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimovla danışdıq.

- Eldar müəllim, üstündən 23 il keçəndən sonra Heydər Əliyevin Bakıya dəvət olunmasını necə xatırlayırsınız?

- Mən o zaman Naxçıvandaydım. Ancaq ümummilli lider Heydər Əliyevlə danışdım və iyunun 7-si Bakıya gəldim. Özü də mənə dedi ki, get Bakıya. Biz müəyyən məsələləri bilmək istəyirdik. Yəni ki, görək onun bura gəlməyinə münasibət necədir. Düzdür, təyyarə göndərmişdilər, Heydər Əliyevi dəvət edirdilər. Mən də Bakıya gəldim, müəyyən məsələlərə aydınlıq gətirməyə çalışdım. Sonradan bu barədə Heydər Əliyevlə söhbətlərimiz oldu. 9 iyunda isə Heydər Əliyev təyyarə ilə gəldi. Ancaq Bakıya gələndə onun yanında kimlərin olduğu mənim xatirimdə deyil. Biz Heydər Əliyevi aeroportda, yüksək səviyyədə qarşıladıq, ondan sonra Əbülfəz Elçibəylə görüşə getdi.

- Qarşılanma mərasimində daha kimlər var idi?

- Qarşılayanların içində bizim partiyadan Rəfael Allahverdiyev var idi. Heydər Əliyevin təhlükəsizliyini təmin edən adam Mahir Cavadov idi. Hətta məni də buraxmırdılar, yadımdadır, Rəfael gəldi ki, neynirsiniz, bu, Eldar İbrahimovdur. Sonra özü də tanıdı, buraxdılar, qarşılanmada iştirak etdim. Etibar Qazıbəyov da ordaydı. Çox adam var idi, ancaq adları elə də xatırlamıram.

- Demək, təyyarə iki gün ərzində Naxçıvanda gözlədi...

- Təyyarə iyunun 6-da getmişdi. 7-si gecəyarısı, hardasa 2-3-ün yarısında zəng etdim, Heydər Əliyevlə danışdım, dedim bəs filan məsələlərlə bağlı Bakıya getmək istəyirəm. O da dedi ki, get, əlaqə saxlayarıq. Sonrasını mən bilmirəm.

- Demək, üç gün ərzində Bakıya gəlməklə bağlı ciddi tərəddüdlər, ehtiyatlanmalar olub?

- Bəli. Bütün məsələlər müzakirə olunub. Heydər Əliyev özü dünyagörmüş adam idi, böyük siyasətçiydi və bu işləri hamıdan yaxşı bilirdi. Orda hər şeyi ehtimal etmək olardı ki, təyyarə göndərilib, amma təyyarə qayıdanda onun taleyi necə olacaq. Bu mənada hər şey nəzərdə tutulurdu, götür-qoy edilirdi.

- Necə bilirsiniz, Elçibəy Heydər Əliyevi hakimiyyətə dəvət edəndə hansısa başqa dövlətlərlə razılaşma aparılmışdımı, yaxud məsələ müzakirə edilmişdimi? Yaxud Heydər Əliyev hansısa xarici ölkədən özünə təhlükə görürdümü?

- Hər şey ola bilərdi. Mən onu dəqiq deyə bilmərəm ki, nə fikir var idi, nə yox idi. Ancaq mən hətta 18 may 1992-ci ildə Heydər Əliyevin Ali Sovetə namizədliyini irəli sürəndə orada “9 ölkə ilə danışmışıq, Dağlıq Qarabağı azad edəcəyik” kimi fikirlər səsləndirilirdi. Təbii ki, bunlar hakimiyyətə gəlmək üçün boş fikirlər idi.

- Ancaq Elçibəy Heydər Əliyevlə əməkdaşlıq təşəbbüsü ilə çıxış etdi və bu, hətta hakimiyyətin kursunu müdafiə edən bəzi şəxslər tərəfindən də təqdir olunur.

- Bəli, o vaxt Elçibəy özü danışdı. Bundan başqa, eşitdiyimə görə, İsa Qəmbər, Pənah Hüseyn də danışıb, Heydər Əliyev dəvət olunub. Çünki ağır, gərgin vəziyyət idi, ölkə qarışmışdı. Ona görə dəvət etdilər. 24 oktyabrda Naxçıvanda dövlət çevrilişi etmək istəyən insanlar sonradan Heydər Əliyevin əl-ayağına düşüb yalvarırdılar ki, gəl Bakıya, bizə kömək elə, vəziyyətdən çıxaq.

- Ancaq Heydər Əliyevi Bakıya dəvət edəndən sonra Elçibəyin Bakını tərk etməsinin səbəblərindən hələ də danışılır. Necə bilirsiniz, sirlər tam açılıbmı, yoxsa hələ bilmədiklərimiz var?

- Sirlər yəqin ki, açılmayıb. Çünki o sirləri açmaq çox çətin məsələdir. Hərə bir fərziyə söyləyə bilər, amma hər deyilən həqiqət deyil. Bir dəfə ulu öndər Heydər Əliyevlə söhbət edirdik... Çox söhbətlərimiz olub. Moskvada birgə işlədiyi yoldaşlarından, Bakıda, 1-ci katib olduğu dövrdəki işçilərindən çox danışırdı, gileylənirdi. Bir dəfə də mənə qayıtdı dedi ki, Eldar, ürəyimdə o qədər sirlər var ki, bunlar mənimlə o dünyaya gedəcək. İndi bunlar sirdir. Belə məsələlər hər bir adamın ürəyində gedir. Mənim də ulu öndərlə bağlı o qədər danışmadığım sirlər var ki, yəqin bunlar da mənim ürəyimdə özümlə o dünyaya gedəcək. Bunlar açıqlanası, deyiləsi söhbətlər deyil. Deyilə bilər, ancaq hərə bir reaksiya verəcək. Təsdiqi üçün şahid lazımdır. O danışıqlarda isə şahidlər olmayıb. Yəni elə işlər var ki, şahidsiz gedir, amma çox vacib məqamlardır, amma dövlətçilik yolunda çox vacib məqamlardır.

- Bu mənada demək olarmı ki, Heydər Əliyevlə Əbülfəz Elçibəy arasındakı son görüşdəki söhbət də sona qədər açılmadı?

- Yox, açılmadı. Bəlkə kimsə detalları bilir, amma mən bilmirəm.

- Qardaşı Almurad Əliyev də demişdi ki, Elçibəyin Heydər Əliyevə ilk türk Siyasi Büro üzvü kimi böyük simpatiyası olub. Hətta otağında onun portreti olub. Bəs Heydər Əliyevin Əbülfəz bəyə münasibəti necə idi?

- Mən də bu barədə eşitmişəm. Amma görmədiyim şeyi havadan danışmağım düz olmaz. Mən reallığa söykənən və reallığı sevən adamam, elə-belə, utopiya ilə danışmaq istəmirəm. Əlbəttə, hələ, Heydər Əliyev “KQB”də işləyəndə Əbülfəz Elçibəy universitetdə çalışırdı, onda onu tuturdular, Heydər Əliyev ona kömək edib, həbsinə imkan verməyib. Yəni belə şeylər olub. Lakin Heydər Əliyevin Elçibəyə şəxsi münasibəti barədə bir söz deyə bilmərəm, bu barədə danışmamışdıq.

- Eldar bəy, bəzən belə fikirlər səslənir ki, bu iki şəxs əl-ələ verib birgə işləsəydi, Azərbaycan bir sıra fəlakətlərdən xilas olar, ərazilərimizin böyük hissəsi işğal olunmazdı, daha mükəmməl cəmiyyət qurmaq olardı. Razılaşırsınız?

- Bilirsiniz, Əbülfəz Elçibəy idarə olunan adam idi, Heydər Əliyevsə idarə edən. Əbülfəz Elçibəy dövlətçilikdə təcrübəsi olmayan adam idi. 13 ayda bu, açıq-aydın göründü. Buna qiymət vermək çox çətindir. Bizim siyasətçilərimiz hərəsi bir fərziyə ilə danışır. Amma bu məsələlərin hər birinin arxasında müəyyən məqamlar var axı. Mən bilmədiyim şeylər haqqında danışmaq istəmirəm.

- Amma bildiyiniz məsələləri də axıra qədər danışmırsınız...

- Bəli, bildiyim şeylərin də bəzilərini sonadək danışmamışam. Çünki hərə bir cür baxar, xeyir gətirməz.

- Vaxtilə deyirdilər ki, “KQB” arxivləri açılsa, ölkədə fəlakətli vəziyyət yaranar. Demək olarmı ki, 93-cü il sirləri də arzuolunmaz vəziyyətlərə gətirib çıxarar?

- Yox, elə də çox məsələlər yoxdur. Bəzilərindən yuxarıda danışdıq. Biz müxalifətdə olan YAP idik, əlbəttə, bizim də məqsədimiz o idi ki, hakimiyyətə gələk. Bu yolda da iş aparırdıq. Onlar da hakimiyyətə necə gəldi, bunu hamı bilir. İndi bu, həyatdır da. Hərənin bir yolu var. Təbii ki, mən də hərdən düşünürəm ki, bəlkə Heydər Əliyevlə Əbülfəz Elçibəyin münasibətləri alınardı, ölkədə bir iş görmək üçün əməkdaşlığı baş tuta bilərdı. Amma dərindən düşünəndə belə qənaətə gəlirəm ki, onlar ayrı-ayrı adamlar idilər və fikirləri üst-üstə düşə bilməzdi. Heydər Əliyev böyük adam idi.

O, çox səbirli adam idi, hər şeyə dözə bilərdi. Amma yəqin Əbülfəz Elçibəy özü də gördü ki, 1 illik hakimiyyəti dövründə bir şey edə bilmədilər, torpaqlar işğal olundu, Azərbaycan qırx arşın quyunun dibinə düşdü. Bəlkə ona görə də düz elədi ki, Kələkiyə getdi, sonra da vəzifəyə qayıtmadı.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru