SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

"Birlikdə devirdiyimiz Ayaz Mütəllibovun qurduğu hökumətlə işbirliyinə getdiniz"
Tarix: 28-06-2016, 08:28 | Çap et
"Birlikdə devirdiyimiz Ayaz Mütəllibovun qurduğu hökumətlə işbirliyinə getdiniz"
1993-cü ilin 4 iyun qiyamının müzakirəsi gündəmdən düşmür. Son olaraq, 4 iyun qiyamında ittiham olunan şəxslərdən biri kimi, AMİP lideri Etibar Məmmədov “Yeni Müsavat”da geniş məqalə ilə çıxış edib.

Yazısında o zamankı AXC hökumətinin ünvanına sərt ittihamlar səsləndirib. Əsas tənqid hədəfi isə Elçibəy hakimiyyətinin Ali Sovetinin sədri olan, MSDM rəhbəri İsa Qəmbər olub. AMİP lideri “özünü qeyri-legitim və kommunist rejiminin tör-töküntüsü adlandırdığınız qurumu - Ali Soveti buraxmaq, yeni konstitusiya qəbul edərək yeni seçkilər keçirmək əvəzinə, sədrliyə öz adamınızı əyləşdirdiniz və hakimiyyətə gəlmək üçün doqquz xarici dövlətdən razılıq aldığınızı elan etdiniz” - deyə iddia edib.

Məmmədov AXC hökumətini Ayaz Mütəllibovla işbirliyinə getməkdə ittiham edib: “Siz artıq hakimiyyəti ələ keçirərkən məğlubiyyətə məhkum olduğunuzu dərk etməli idiniz”...

Səslənən ittihamlarla bağlı “Yeni Müsavat”a açıqlamasında İ.Qəmbər AMİP liderinə sərt cavab verdi: “Builki 4 iyun müzakirələri əvvəlkilərdən daha davamlı, ətraflı getdi. İndiyə qədər bu məsələdə susmağa üstünlük verən insanlar danışmağa başladılar. Fərqli mövqe göstərənlər başqa mövqedən çıxış etməyə başladılar. Bu çıxışlara diqqət yetirsəniz, 4 iyun ətrafında müxtəlif qüvvələrin niyyətləri özünü göstərməkdədir. Müsavat Məclisinin 25 iyun iclasında başqan Arif Hacılı 4 iyunla bağlı çıxışında məntiqli bir ideya irəli sürdü ki, bu hadisələrdə iştirak edənlər, qiyamı dəstəkləyənlər barədə iyustrasiya qanunu nəzərdə tutulmalıdır. Yəni onlar dövlət vəzifələrinə buraxılmamalıdırlar. Tamamilə məntiqli ideyadır.

Bu ideyaya cavab gəldi. Özünü müstəqil ictimai-siyasi xadim kimi təqdim edən şəxslərin birindən. Cavab bundan ibarətdir ki, Xalq Cəbhəsi hakimiyyətinə aid olan şəxsləri vəzifələrə buraxmaq olmaz. Həmin şəxs 4 iyun qiyamı barədə yazısında hadisələrin qiyam olduğunu, özü də demokratik hökumətə qarşı qiyam olduğunu əsaslandırıb. Çıxardığı nəticə isə qiyam törədənlərin deyil, AXC hökumətinin nümayəndələrinin hakimiyyətə buraxılmaması ilə bağlıdır.

Bu məsələlərdə detallı diskussiyalara maraq göstərmirəm. Ona görə ki, hədəfimiz hakimiyyətdir. Azərbaycanda xalqın hakimiyyətini bərqərar etmək istəyirik. Hakimiyyətdə olmayan qüvvələrlə mübahisə, mübarizə aparmaq Müsavatın gündəmində heç zaman olmayıb. İndi də belədir. Bu baxımdan çox detallara getmirik. Amma iyunun 24-də köhnə dostumuz Etibar Məmmədovun məqaləsi var idi. Bu yazıya münasibət bildirilməlidir. Etibar Məmmədov kifayət qədər geniş yazı yazıb. Açıq şəkildə aydın olur ki, söz bolluğu ilə gerçəklərin gizlədildiyi bir yazıdır. Geniş yazıda bir çox yersiz ittihamlar irəli sürüb. Əksəriyyəti də qərəzli publisistikadır. Gerçəklər azdır. Onun irəli sürdüyü iddiaların, ittihamların hər birinə ayrı-ayrılıqda cavab vermək mümkündür. Orada cavab verilməsi mümkün olmayan heç bir ittiham, iddia yoxdur.

Amma o, məsələnin mahiyyətini gizlətmək istəyirsə, biz bunu bir daha təqdim etməliyik. Əsas da gənclərə bəzi şeyləri anlatmalıyıq. 4 iyunda qanunu hakimiyyətə qarşı qiyam baş verib. Hərbi hissələrdən biri qiyam qaldırıb. Hökumət həmin qiyamı yatırmağa cəhd göstərib və uğursuzluğa düçar olub. Qiyamın baş verməsi və bizim onun qarşısını ala bilməməyimiz həqiqətdir. Bu iki həqiqəti hər zaman etiraf etmişik. Məsələnin mahiyyəti bundan ibarətdir".

İsa bəy AMİP liderinin qiyamda birbaşa iştirakına toxunaraq, bunları dedi: “Etibar Məmmədova gəlincə isə onunla bağlı gerçəklik ondan ibarətdir ki, onun özü, tərəfdarları bu qiyamda bilavasitə iştirak ediblər. Surət Hüseynovun qərargahında Məmmədovun ən yaxın silahdaşları, Sosial Demokrat Partiyasının ən yüksək səviyyəli nümayəndələri əyləşmişdilər.

Həmin ”qərargah" dövlət nümayəndələrinin girov götürülməsi əməliyyatlarını həyata keçirirdi. Prezident qvardiyasının, MTN xüsusi təyinatlı dəstəsinin əsgər və zabitləri gülləbaran edilirdi. Cinayətlər həyata keçirən qərargahda Etibar Məmmədovun və Sosial Demokrat Partiyasının nümayəndələrinin nə işi var idi?

Etibar Məmmədov elə yazır ki, guya ölkədə normal siyasi mübarizə gedirmiş. Bu mübarizədə də bir qüvvə digərini əvəzləyib. Halbuki söhbət qiyamdan gedir. Demokratiyadan, qanunlardan, konstitusiyadan danışan bir siyasətçi, onun silahdaşları, rayon təşkilatları qiyama necə dəstək verə bilər?"

MSDM rəhbəri 4 iyun qiyamının arxasında Rusiyanın dayandığını qeyd edərək, Məmmədovun əfv olunmayacağını söylədi: “Milli İstiqlal adını daşıyan bir partiyanın rəhbərinin Moskvanın əlinin olduğu qiyamda iştirak etməsinin hər kəs fərqindədir. İstiqlalçı millət vəkili adını daşıyan bir şəxsin Azərbaycanı yenidən öz nəzarəti altına almaq istəyən bir imperiyanın təşkil etdiyi qiyamda iştirak etməsi əfv olunmayacaq bir addımdır. Gerçəklər bundan ibarətdir. Görünür, bu gerçəkləri yenidən cəmiyyətə çatdırmaq lazımdır. Hadisələrdən xəbərsiz gənclərə bu həqiqətləri demək lazım gələcək. Bu təbliğatda müsavatçıların iştirakı gücləndirilməlidir. 1992-1993-cü illər Milli Hakimiyyətin, Müsavat və AXC-nin səhvləri ola bilər. Amma bu qüvvələr xalqa, Azərbaycanımıza xidmət edirdilər. Biz xalqa xidmət etmişik. Hansı səhvlərimiz olubsa, onu etiraf etmişik. Bu həqiqətləri demişik, deyəcəyik də”.

Məmmədovun məqaləsində AXC hökumətinin baş naziri olmuş Pənah Hüseynlə bağlı da hissələr var. Həmin hissəni olduğu kimi təqdim edirik: “Ədalət naminə qeyd etməliyəm ki, şəxsi məsuliyyətini dərk edərək keçmiş hakimiyyət nümayəndələri arasında fəaliyyətlərinə cəmiyyət önündə qiymət vermək gücünü özündə tapan və ”Cinayətimiz məğlubiyyətimizdir “ deyə bilən şəxs ancaq Pənah Hüseyndir. Bu məsələdə Pənah Hüseynin haqlı olmağını qeyd etməklə yanaşı, onun dövlət katibi və baş nazir olduğu hakimiyyətin aparıcı fiqurlarının nəzərinə çatdırmaq istəyirəm ki, siz artıq hakimiyyəti ələ keçirərkən məğlubiyyətə məhkum olduğunuzu dərk etməli idiniz. Pənah Hüseynin təbirincə desək, cinayətiniz onda oldu ki, Rusiyanın oyuncağı, cinayətkar və anti-milli adlandıraraq devirdiyiniz, bəli, birlikdə devirdiyimiz Ayaz Mütəllibovun qurduğu hökumətlə işbirliyinə getdiniz. Sonra da utanmadan, qızarmadan bu hibrid hökuməti ”milli" elan etdiniz".

P.Hüseyn bildirdi ki, Etibar Məmmədovun fikirləri doğru deyil: “Əlavə şərhə ehtiyac görmürəm. Bütövlükdə Etibar Məmmədovun məqaləsindəki fikirlərin əksəriyyəti öz subyektiv fikirləridir. Öz fikirlərini ifadə etmək hüququna malikdir. Amma onların böyük bir qismi istər siyasi, istərsə də, faktiki cəhətdən doğru deyil. Müəyyən mənada o dövrdəki siyasətinə bəraət qazandırmaq xarakteri daşıyır. Amma hər kəsin öz fikirlərini deməsinə hörmətlə yanaşmaq lazımdır. Sizin qəzetdə hazırda çap olunan məqalələrimdə ittihamlara bəzi cavablar var və olacaq da. Bu məsələlərə yenidən aydınlıq gətirmək yəqin ki qarşıdakı zamanlarda bir daha olacaq”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru