SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Azərbaycan siyasətində BİRLƏŞMƏLƏR: Partiyalar niyə birgə mübarizədən qaçırlar? - ARAŞDIRMA
Tarix: 15-11-2022, 10:52 | Çap et
Azərbaycan siyasətində BİRLƏŞMƏLƏR: Partiyalar niyə birgə mübarizədən qaçırlar?
Azərbaycan siyasi arenasında partiyaların strukturunda dəyişikliklərə tez-tez rast gəlinir. Yarandığı gündən, indiyədək vahid strukturunu qoruyub saxlamağı bacaran siyasi təşkilatların sayı isə barmaqla sayılacaq qədərdir.

Xüsusən də, partiyaların parçalanması nəticəsində yenilərinin yaranması, yaxud da bir partiyadan ayrılan funksionerlərin başqa partiyalara kütləvi keçidi kimi hallar Azərbaycan siyasətində dəfələrlə müşahidə olunub.

Lakin məsələ birləşməyə gələndə partiyaların bu yöndə addımlarına nadir hallarda təsadüf olunub.

İndi isə vəziyyət bir qədər fərqlidir. Belə ki, “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinə görə, üzv sayı 10 min nəfərdən aşağı olan partiyaların qeydiyyatları ləğv olunacaq. Belə olan halda siyasi arenada varlığını davam etdirmək istəyən partiyalar üçün birləşmə zərurəti meydana çıxıb.

Bəs, bu günə qədər hansı siyasi partiyalar birləşib?

DİA.AZ bildirir ki, Bizim.Media bu suala cavab axtarıb.

Müsavat Partiyası

Azərbaycan siyasi arenasında ilk birləşmə təcrübəsi Müsavat partiyasında yaşanıb. Belə ki, 1995-ci ildə iki siyasi təşkilat Ana Torpaq və Doğru Yol Partiyaları İsa Qəmbərin başqanı olduğu Müsavat partiyasına birləşiblər. Məlumat üçün bildirək ki, Ana Torpaq Partiyasına İsa Qəmbərin böyük qardaşı Rövşən Qəmbər başçılıq edirdi.

Doğru Yol Partiyasının sədri isə, Ali Sovetin sabiq vitse-spikeri, hal-hazırda Azərbaycanın Litvadaki səfiri vəzifəsini icra edən Tamerlan Qarayev olub. Onunla yanaşı, DYP-də millət vəkili Rasim Musabəyov, Azad Vətən Partiyasının sədri Akif Nağı kimi siyasilər də təmsil olunublar.

Azərbaycan Demokrat Partiyası

Azərbaycan siyasətindəki növbəti 3 birləşmə isə, məhz, Demokrat Partiyanın adı ilə bağlıdır. 1996-cı ildə və Ədalət, Demokratik Azərbaycan, 2000-ci ildə isə, Demokratik Yol Partiyaları, Milli Məclisin sabiq spikeri Rəsul Quliyevin partiyasına birləşiblər. Lakin Ədalət Partiyasının demokratlarla birliyi cəmi 4 il çəkib. 2000-ci ildə Ədalətçilər ADP-dən ayrılaraq, müstəqil fəaliyyətlərini bərpa ediblər.

Ümid Partiyası

Birləşmə məsələsi hər nə cürsə bu günə kimi mübahisə doğursa da, 2001-ci ildə Bu Ayaz Mütəllibovun rəhbərlik etdiyi Vətəndaş Birliyi Partiyasında parçalanmadan sonra VBP-nin bir hissəsi Ümid Partiyasına birləşib. Birləşmədən sonra Ümidin sədri İqbal Ağazadə olub.

Milli İstiqlal Partiyası

2003-cü il Prezident seçkiləri ərəfəsində Mütərəqqi Xalq Partiyası AMİP-ə birləşdiyini bəyan edib.

Yeni Azərbaycan Partiyası

Ümidə birləşmədən sonra 18 il ərzində vahid partiyada birləşmə yaşanmayıb. Yalnız 2021-ci ildə Demokratik Sahibkarlar, Xalq Demokratik, Kəndli, Milli Hərəkat, Yurddaş, Milli Quruluş Partiyaları iqtidarda olan Yeni Azərbaycan Partiyasına birləşiblər.

Qeyd edək ki, sadalanan birləşmələrlə yanaşı, bir neçə birləşmə cəhdi də yaşanıb. Məsələn, 2003-ü ildə Liberal partiyadan ayrılmış bir qrup funksioner AMİP-ə birləşmək üçün müraciət etsələr də, onların bu istəkləri qəbul edilməyib.

Bundan əlavə, 2012-ci ildə Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Ana Vətən Partiyasının Yeni Azərbaycan Partiyası ilə bir partiya adı altında birləşməsini təklif edib. Lakin YAP-dan bu təklifə müsbət cavab gəlməyib.

Məlumdur ki, 30 illik müstəqillik dönəmində birləşmələrin sayı barmaqla sayılacaq qədərdir. Çünki siyasi partiya sədrləri arasındakı problemlər, əksər siyasilərin liderlikdə güzəştə getməyi qəbul etməməsi, ən əsası da maraq fərqləri birləşməyə mane olan önəmli nüanslardır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru