"Dərviş kimi, rayonlara düşüb QHT-ləri bu sahəyə cəlb etmişəm"
Tarix: 22-12-2022, 08:08 | Çap et
 Ölkədə sığınacaqların sayının azlığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın açıqlaması bu sahəyə diqqəti artırdı. Görünən budur ki, son zamanlar gender əsaslı, məişət zəminində baş verən münaqişələr, küçələrə atılmış körpələrin, kimsəsizlərin sığınacaqlara yerləşdirilməsində yaşanan çətinliklər, eləcə də bəzi sığınacaqlarda baş verən zərərli hadisələr bu sahədəki problemlərin həllini vacib edir. Komitə sədri bildirib ki, sığınacaqların sayı tələbata uyğun gəlmir.
Ümumilikdə 9 yardım mərkəzi var, onlardan yalnız 3-ü sığınacaq xidməti göstərir. Onların çarpayı sayı da məhduddur. Lakin cəmiyyətin tələbi, həm də qanunun tələblərinə uyğun olaraq yaxın zamanda bu problemi həll etməyi hədəfləyirlər. Komitə sədrinin açıqlamasının sığınacaqlar arasında “soyuq müharibə”yə səbəb olacağı qənaətinə gələnlər də var. Məsələn, QHT.az saytının rəhbəri, İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə feysbuk səhifəsində belə bir paylaşım edib: “Ölkədə sığınacaqlar arasında soyuq müharibəyə start verilib. Hüquqi baza yaradılmalıdır”.
DİA.AZ bildirir ki, ölkədə qadınlar üçün ilk sığınacağın açılmasına nail olmuş “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında sığınacaqlar arasında “soyuq müharibə”yə heç bir əsas olmadığını dedi:
- Əvvəla onu deyim ki, insan alveri ilə mübarizəyə başlayanda, ölkədə çoxları bu mövzuda danışmaq, fikir bildirmək, fəaliyyət göstərməyə maraqlı deyildi. Dərviş kimi, rayonlara düşüb indi insan alveri sahəsində aktiv olan QHT-ləri bu sahəyə cəlb etmişəm. Fəaliyyətimin ilk günündən gender əsaslı zorakılıq mövzusu prioritet olub, bu gün də o yolu davam edirəm, bir çox dəyişikliyə də nail olmuşam.
2002-ci ildə 17 kvadratlıq ev aldım, çətin vəziyyətdə olan kim müraciət etdisə, evimin, ailəmin içinə daxil etdim. Bu illər ərzində, neçə QHT-yə sidq-ürəklə dəstək verdim, qeydiyyatdan keçmələrinə kömək oldum. Kimsə deyə bilməz ki, hansısa təmənnam olub. Ölkədə ilk qadın sığınacağını (“Umid yeri” uşaqlar üçün ilk sığınacaq olub) özümün və insanların köməyi ilə standartlara uyğun tikdirdim.
Sənədlərimiz beynəlxlaq və milli qanunvericiliyə uyğundur. Hesab edirəm ki, “soyuq müharibə” yox, xidmətin keyfiyyəti ilə bağlı sağlam rəqabətin formalaşmasına çalışmalıyıq. Çünki göründüyü kimi, sığınacaqlara daha artıq ehtiyac var. O ki qaldı hüquqi əsaslara, Nazirlər Kabinetinin məlum qərarı var. Həm Nazirlər Kabinetinin Monitorinq qrupu, eləcə də ƏƏSMN nəzdində Akkreditasiya olunmuş təşkilatların fəaliyyətini monitorinq qrupu sığınacaqlarla bağlı monitorinqlərini keçirib və ən yüksək səviyyələrdə təqdim edilib.
Sığınacaqlarda işləyənlər çox fədakar insanlardır. İstər Daxili İşlər Nazirliyinin, istər ƏƏSMN-in Sosial Xidmətlər Agentliyinin sığınacağı, istərsə də QHT-də çalışanlar. Onların əməyi qiymətləndirilməlidir.
M.Zeynalova sığınacaqların sayının artırılmasıyla bağlı komitə sədrinin təşəbbüsünü dəstəklədiyini bildirdi:
- DİN-in 1, ƏƏSMN-in Sosial Xidmətlər Agentliyinin də 3 sığınacağı var. Qalan 5 sığınacaq qeyri-dövlət əsaslıdır. Bizim qadın sığınacağı Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə fəaliyyət göstərir.
Əlbəttə, dövlətin yardımını, dəstəyini də hiss edirik. Bəli, sığınacaqların sayının artırılmasına ehtiyac var və bu artıq zərurət halını alıb. Amma buna necə nail olunmalıdır? Məsələn, Amerika Birləşmiş Ştatlarında dövlət qeyri-hökumət təşkilatlarına sifariş verir, ehtiyaclar dəyərləndirilir, buna uyğun olaraq da QHT-lər sifarişi icra edir.
Bunun üçün dövlət QHT sektoruna 70 faiz civarında yardım edir. Fikrimcə, bizdə də bu metoddan istifadə edilməlidir. Əvvəlcə mövcud vəziyyət və ehtiyaclar dəyərləndirilməlidir. Məsələn, hesab edirəm ki, təkcə qadınlar üçün deyil, kişilər üçün, əlillər üçün ayrıca sığınacaqlar olmalıdır. Keçid sığınacaqları da yaradıla bilər. Keçid sığınacaqları bölgələr üçün xarakterikdir.
Təhlükəsizliyin təmini məqsədilə əvvəlcə keçid sığınacaqlara yerləşdirilənlər, təhlillər aparıldıqdan sonra digər sığınacaqlara köçürülə bilər. Paytaxtda da, bölgələrdə də buna ehtiyac var.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36 |
|
|
|
| • Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14 |
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08 |
|
|
|
|