SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Cinayəti sübut edilmiş şəxsin hakim partiyada nə işi ola bilər?” - YAP-çı deputat
Tarix: 13-01-2023, 08:33 | Çap et
 “Cinayəti sübut edilmiş şəxsin hakim partiyada nə işi ola bilər?”
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvlüyündən də çıxarıla bilər. Yada salaq ki, YAP-ın iki il əvvəl keçirilən son qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb. Əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb. 1995-ci ildən hakim partiyanın Naxçıvan MR təşkilatının sədri olan Vasif Talıbovla bağlı hələ ki, rəsmi açıqlama verilməsə də, YAP-ın rəsmi veb-səhifəsində Naxçıvan MR təşkilatı ilə bağlı bölümdə sədr vəzifəsi boş göstərilib.

Ali Məclis sədrliyindən istefa verəndən sonra Vasif Talıbovun həm sədrlikdə, həm də İdarə Heyətində saxlanılacağı inandırıcı görünmür. Naxçıvan Ali Məclisinin iki gün əvvəl keçirilən sessiyasında 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilən deputat - Seymur Talıbov və 7 saylı Aralıq Seçki Dairəsindən seçilən deputat Vasif Talıbov iştirak etməyiblər.

İddialara görə, YAP rəhbərliyində təmsil olunan bəzi şəxslər onun partiya sıralarından uzaqlaşdırılmasını tələb edirlər. Bir müddət əvvəl partiyanın yaradılmasının 30 illik yubileyi münasibətilə Bakıda keçirilən tədbirə buraxılmaması da yaxın zamanlarda onun partiya ilə yollarının ayrıla biləcəyi ehtimalını yaradırdı.

Təcrübə göstərir ki, hakimiyyət komandasından uzaqlaşdırılan məmurlar adətən YAP-dan da kənarlaşdırılır. Bu addım xüsusilə cəmiyyətdə mənfi reputasiyaya malik məmurlarla bağlı atılır. Korrupsiya ittihamı ilə həbs edilən sabiq icra başçıları və digər məmurların YAP-dan çıxarılması buna nümunə ola bilər.Yada salaq ki, Prezident Administrasiyasının rəhbəri vəzifəsini itirdikdən sonra Ramiz Mehdiyev İdarə Heyətindən çıxarılmışdı. O, yeni yaradılan Veteranlar Şurasının üzvü kimi saxlanılmışdı. İstefasından dərhal sonra haqqında media orqanlarında tənqidi materialların yer alması onunla bağlı proseslərin hələ davam edəcəyini göstərir. YAP-dakı mənbələr də hesab edir ki, Vasif Talıbovun artıq hakim partiyanın üst qurumlarında təmsilçiliyi məqsədəuyğun sayılmır. Korrupsiya və müxtəlif qanunsuzluqlarda ittiham edilən, barəsində demək olar ki, hər gün yeni-yeni neqativ faktların dərc olunduğu Vasif Talıbovun YAP-ın rəhbərliyində təmsil olunması hakim partiyanın nüfuzuna xələl gətirə bilər. Ona görə də keçmiş “xan”ın yaxın vaxtlarda YAP-ın İdarə Heyətindən də uzaqlaşdırılacağı gözlənilir. Ehtimal olunur ki, bu, onun “könüllü” istefası ilə baş verəcək.

DİA.AZ-ın məlumatına görə, hakim partiyanın Nəzarət Təftiş Komissiyasının (NTK)üzvü, deputat Elman Nəsirov “Yeni Müsavat”a deyib ki, YAP İdarə Heyətinin NTK üzvlərinin iştirakı ilə Vasif Talıbovla bağlı hər hansı müzakirə aparılmayıb: “Hazırda bu məsələ haqda heç bir məlumata malik deyiləm. Mətbuatdan prosesləri izləyirik. Bilirik ki, bu gün Naxçıvanda çox ciddi siyasi proseslər həyata keçirilməkdədir. Naxçıvanda da idarəetmənin Qarabağ modeli tətbiq olunub, Prezidentin xüsusi nümayəndəsi təyin olunub. Aparılan əməliyyat-istintaq tədbirləri çərçivəsində nazirləri bir neçəsi həbs olunub. Hazırda proses davam edir və mənə elə gəlir ki, məntiqi sonuna kimi davam edəcək. Prosesin sonunda bu və ya digər məntiqi addımların atılması da istisna deyil”.

Deputat xatırladıb ki, hakim partiyanın NTK üzvü olaraq Vasif Talıbov və oğlu ilə bağlı müzakirələrdən məlumatsızdır: “Vasif Talıbovun və oğlunun hakim partiya sıralarından istefa ərizələri vermələri ilə bağlı məlumatsızam. Bununla bağlı hələ ki hər hansı bir müzakirə olmayıb. Hakim partiyanın Naxçıvan bölməsinə Vasif Talıbov rəhbərlik edirdi. Ancaq mətbuatda yazılan məlumata görə, hazırda Naxçıvan bölməsinin saytında sədr olaraq adı artıq yoxdur. Bunu mətbuatdan oxumuşam. O və oğlunun YAP-dan istefa üçün müraciət etmələri haqda eşitməmişəm”.

“Çox ciddi faktlara əsaslanan rüşvət və korrupsiya ittihamları ilə üz-üzə qalan Vasif Talıbovla oğlu hakim partiyada nə vaxta qədər qala bilərlər” sualına deputat belə cavab verdi: “Vasif Talıbov işdən çıxmaq haqda ərizə ilə müraciət etdi və bunu səhhəti ilə əlaqələndirdi. Hazırda müvafiq orqanlar Naxçıvanda istintaq aparır. İstintaq gedişində Vasif Talıbovun və oğullarının əməllərində cinayət tərkibi hüququ baxımdan təsdiqini taparsa, hüquq baxımdan sübut edilərsə ki, bu şəxslərin əməllərində cinayət tərkibi var, artıq fərqli reallıq yaranır. İndiki reallığa görə o, səhhəti ilə bağlı işdən çıxıb. Perspektivdə yeni reallıq yaranarsa, ona münasibətdə yeni şərtləri diktə edəcək. Belə olan təqdirdə qaldırılan sualdakı məsələyə YAP Nəzarət Təftiş Komissiyasında baxılacaq”.

“Korrupsiya və rüşvət ittihamı elan olunmuş şəxslər hakim partiya sıralarında qalırmı” sualına deputat belə cavab verib: “Partiya üzvünün fəaliyyətində cinayət tərkibi qeydə alınırsa, həmin şəxs partiya sıralarında qala bilməz. Vasif Talıbova gəlincə, biz onun fərqindəyik ki, Naxçıvanda hüquq-mühafizə orqanları çox ciddi əməliyyat-istintaq tədbirləri həyata keçirib. Bu tədbirlərin nəticəsi olaraq Vasif Talıbov və oğullarının əməllərində cinayət tərkibi müəyyən olunacaqsa, bu, tamamilə yeni reallıq yaradacaq. Cinayəti sübut edilmiş şəxsin hakim partiyada nə işi ola bilər?”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru