SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Bu məsələdə partiyaların iradları nəzərə alınmalı idi” - Sərdar Cəlaloğlu
Tarix: 14-01-2023, 08:59 | Çap et
 “Bu məsələdə partiyaların iradları nəzərə alınmalı idi”
Yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev “Siyasi partiyalar haqqında” yeni qanunu imzaladı. Lakin qanun bəzi müxalifət qüvvələrinin kəskin tənqidinə səbəb olub. Məsələn, Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədov sənədin təsdiqlənməsini mənfi qiymətləndirib.

“Düz iki ay sonra, martın 11-dək Venesiya Komissiyası bu qanunla bağlı öz rəyini təqdim etməlidir. Qanunun Venesiya Komissiyasının ekspertizasından əvvəl və onun tövsiyələri nəzərə alınmadan imzalanması o deməkdir ki, komissiyanın rəyi olduqca mənfi olacaq”, - Məmmədov “Turan”a bildirib.

Onun fikrincə, hakimiyyətin qəbul etdiyi iki qanun - media və siyasi partiyalar haqqında qanunlar Azərbaycanı beynəlxalq demokratik birliyin gözündə nüfuzdan salacaq.

Qanunu tənqid edənlərin fikrincə, o, hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşmaq və ifadə azadlığını mühüm dərəcədə məhdudlaşdırır. Belə ki, siyasi partiyanın qeydiyyatı üçün onun ən azı 5000 üzvü olmalıdır. Əgər onların sayı 4500-ə düşərsə, o zaman məhkəmədə bu partiyanın dövlət qeydiyyatının ləğvi barədə iddia qaldırılır. Həmçinin siyasi partiyaların üzvlərinin reyestri aparılacaq. Yəni partiya üzvlərinin haqqında bütün məlumatlar ictimaiyyətə açıq olmalıdır. Dövlət qeydiyyatı olmadan siyasi fəaliyyətə yol verilmir. İl ərzində siyasi partiyalara ianələr minimum əməkhaqqının 35 mislindən (hazırda 10,5 min manat) çox ola bilməz. Bütün bu normalar hakimiyyətin siyasi fəaliyyəti məhdudlaşdırmaq və müxalifət partiyalarının ləğvini qanuniləşdirmək səyləri kimi qiymətləndirilir.

Dekabrın 14-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi bu qanunun Avropa Şurası Venesiya Komissiyası tərəfindən təcili qiymətləndirilməsi barədə qərar qəbul edib.

Bu arada Azərbaycan Demokratiya və Rifah Partiyasının buraxıldığı məlum olub. Bu barədə partiya sədri Qubad İbadoğlu məlumat yayıb. O bildirib ki, bu addım “Siyasi partiyalar haqqında” Qanuna uyğun olaraq atılıb: “Prezidentin 11 yanvar 2023-cü ildə təsdiqlədiyi ”Siyasi partiyalar haqqında" Qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. ADR Partiyası olaraq fəaliyyətimizi Qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam. Partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı növbəti Ali Məclis verəcək. Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik".

ADR 2015-ci ildə yaradılıb. Onun rəhbəri olan iqtisadçı professor Q.İbadoğlu Londonda yaşayır.

Bəs digər müxalif partiyalar İlqar Məmmədovun mövqeyini bölüşürmü?
ADP sədri Sərdar Cəlaloğlu qəzetimizə qeyd olunan qanundan narazı olduğunu dedi: “Əvvəla, onu deyim ki, qanunlar konstitusiya normalarının daha geniş və ətraflı həyata keçirilməsini təmin edən normalardır. Bu baxımdan qanunların Konstitusiyaya zidd olması yolverilməzdir. ”Siyasi partiyalar haqqında" yeni qanun müzakirə olunan zaman bildirdik ki, bu, Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir, hüquqa uyğun gəlməyən bir çox müddəalar var. Hansı ki, yenə də Azərbaycan Konstitusiyasına görə, Konstitusiyadan sonra beynəlxalq hüquq normaları ölkəmizdə üstünlüyə malik normalar kimi təsbit olunub. Digər tərəfdən, ümumiyyətlə, qanun nə deməkdir? Qanun real ictimai münasibətləri tənzimləyəndir.

Bu da “Siyasi partiyalar haqqında” qanun olduğuna görə praktiki olaraq siyasətlə məşğul olan siyasi partiyaların iradları nəzərə alınmalı idi. Həmin vaxt siyasi partiyaların böyük əksəriyyəti, hətta Yeni Azərbaycan Partiyası da bu qanunla siyasi fəaliyyətin həyata keçirilməsinin mümkün olmadığını dedilər. Amma bütün bunlara baxmayaraq, qanun qəbul edildi. Bunun sonu necə olacaq, onu gələcək göstərəcək".

AĞ Partiya sədri Tural Abbaslı da qanundan narazı olduğunu qeyd etdi: “Təbii ki, ölkə daxilində qəbul edilən istənilən qanun və qərarlar həmin ölkənin reytinqinə müsbət və mənfi təsir edir və bu, danılmaz faktdır. Belə ki, müxtəlif dünya səviyyəsində olan ölkələr müxtəlif kateqoriyalar üzrə, o cümlədən demokratiyanın, iqtisadi və söz azadlıqlarının vəziyyəti qiymətləndirilir və bu bir çox hallarda ölkələrə münasibəti formalaşdırır, yəni istər siyasi, iqtisadi münasibəti. Mən də o fikirdəyəm ki, bir çox hallarda Azərbaycanda qəbul olunan qərar və qanunlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin zəifləməsinə xidmət edir. Ola bilsin ki, niyyət bu deyil, ola bilsin ki, hakimiyyətin düşüncəsinə görə, məqsəd vəziyyətin yaxşılaşdırılmasıdır. Amma beynəlxalq normalara görə bir çox hallarda Azərbaycanda belə olur.

Sonuncu “Siyasi partiyalar haqqında” qanun barəsində də deyə bilərəm ki, burada pozitiv görünən nüanslarla yanaşı, partiyaları gələcəkdə fəaliyyətinin məhdudlaşdırılması, qısırlaşması istiqamətində xeyli addımlar var hansı ki, bu partiyaların normal fəaliyyətinin qarşısını alacaq, yersiz çətinliklər yaradacaq, partiyaların böyüməsinə, ictimai fikir formalaşdırmasına, siyasi səhnənin həqiqi aktyorlarına çevrilməsinə mane olacaq.

Daha çox görünəni budur ki, istər media, istərsə də partiyalar haqqında qanun daha çox partiyalar və mediaya nəzarətin gücləndirilməsinə hesablanıb. Yəni hakimiyyət partiyalar və media qurumlarına nəzarəti gücləndirmək üçün bu qanunları qəbul edib və bu, sirr də deyil. Beynəlxalq normaları kənara qoyaq, Azərbaycan reallığında belə bu qanunların ölkədə nə söz azadlıqlarına, nə media azadlığına, nə siyasi fəaliyyət azadlğına, nə partiyaların inkişafına gətirib çıxaracağını düşünmürəm. İndi qəbul olunub, Prezident də imzalayıb, lakin bu qanunda yeni, müsbətə doğru dəyişikliklər etmək lazımdır. Təbii ki, real fəaliyyətdə olan və Azərbaycan siyasi səhnəsinin reallığını bilən, bundan xəbəri olan partiyaların, siyasi fiqurların fikirləri nəzərə alınmalıdır. Amerika, Fransa, Britaniyaya baxıb Azərbaycanda qanun qəbul etmək doğru deyil. Çünki Azərbaycanın özünə xas, spesifik xarakteri var. Əgər biz istəyiriksə demokratiyaya keçid edək, o zaman real vəziyyət nəzərə alınmalıdır. Təəssüflə qeyd etməliyik ki, son qanunlar barədə bunu deyə bilmərik".

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə qeyd etdi: “Siyasi partiyalar haqqında" qəbul olunmuş qanunda elə müddəalar var ki, ümumi prinsiplərdən, yəni siyasi partiyaların tənzimlənməsi ilə bağlı prinsiplərdən geri çəkilmələr kimi qiymətləndirirəm. Bunların içərisində reyestr məsələsini xüsusi qabartmaq istərdim. Belə ki, siyasi partiya üzvlərinin reyestrlərinin alınması, dəyişikliklər barədə məlumatların verilməsi bir o qədər də beynəlxalq aləmdə qəbul olunmayıb. Əksər yerlərdə siyasi partiya üzvlərinin siyahısı, onlar haqqında məlumatlar tələb olunmur. Hətta Venesiya Komissiyası da bu reyestr məsələsinə mənfi rəy verib. Yəni, bu baxımdan hesab edirəm ki, bəli, müəyyən nöqsanlar var, o cümlədən partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı məsələlərdə. Elə məsələlər var ki, onlar siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmalıdır. Amma bunlar qanuna da daxil edilib. Yəni bu, siyasi partiyalar üçün əlavə bir yük yaratmış olur.

Amma bütövlükdə, ümumi qanun nöqteyi-nəzərindən deyə bilərəm ki, burada müsbət müddəalar da var və onlardan kifayət qədər yararlanmaq lazımdır. Əslində üzvlərin sayının artırılması, partiyaların üzərinə digər öhdəliklərin qoyulması siyasi partiyaların cəmiyyətdəki nüfuzunun bir növ qaldırılması, onun fəallığının artırılmasına xidmət edir. Siyasi partiyalar doğrudan da cəmiyyətin həyatında iştirak etmək istəyirlərsə, həmin qanuna uyğun fəaliyyət göstərməli, nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidirlər.

Yəni ümumilikdə götürəndə qanun siyasi partiyaların fəaliyyətinin təkmilləşməsinə yönəlib, lakin dediyim kimi, müəyyən məhdudlaşdırıcı müddəalar da var və Azərbaycan şəraitində icra hakimiyyəti orqanları, yəni siyasi partiyaların fəaliyyətinə nəzarət edən orqanlar bu məhdudlaşdırıcı müddəalardan daha çox istifadə etməyə çalışacaqlar".

“Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” qanunu imzalayıb, təsdiqlədi. İndi həm qəribə, həm də gözlənilən bir yanaşmalarla üz-üzə qalmışıq. O müxalif partiyaların sosial bazası olduqca zəifdir, onlar bu qanuna qarşı çıxış edir, qanunun Venesiya Komissiyasının tələbləri və tövsiyələrinə uyğun gəlmədiyini vurğulayırlar. Bildirirlər ki, gərək əvvəlcə bu qanunu Venesiya Komissiyasına göndərməli idik. Belə çıxır ki, Venesiya Komissiyası bizim üçün xüsusi qanun hazırlamalı idi və biz də parlamentdə onu müzakirə etməliydik?

Gəlin Venesiya Komissiyasından danışmayaq, ona görə ki, bu sənəddə onun bütün tövsiyələri nəzərə alınıb. Yəni insafsızlıq olar ki, bununla bağlı irad tutulsun. Venesiya Komissiyasının ən mühüm tövsiyələrindən biri budur ki, bu tip qanunlar qəbul edilərkən ilk növbədə ictimai müzakirələrdən keçməlidir. Qeyd edim ki, qanun əvvəlcə Milli Məclisin saytında yerləşdirildi, partiyalardan 300-ə yaxın təkliflər daxil oldu, daha sonra parlamentdə iki dəfə geniş ictimai müzakirələr keçirildi, komitələrdə hərtərəfli müzakirə olundu, 3 oxunuşda parlamentin plenar iclaslarında bu qanuna baxıldı və təsdiqləndi. Bu təsdiqləməyə qədər təxminən 100-ə qədər qanunda dəyişikliklər edildi və ən çox narahatlıq doğuran məsələlər bir daha nəzərdən keçirildi. Ona görə də yenə həmin qanunda nəsə qüsur tapmaq, onun demokratiyaya zidd olduğunu iddia etmək ən azı insafsızlıqdır.

Əslində problem onunla bağlıdır ki, partiyanın qeydiyyata alınması üçün minimum onun 5 min üzvü olmalıdır. Əvvəl isə 10 min nəzərdə tutulmuşdu. Təsəvvür edin ki, həmin partiyaların əsas dərdi budur ki, indi 5 min nəfəri necə toplayacaqlar. Gözləyirdik ki, iddialı, özünə güvəndiyini, böyük sosial bazası olduğunu deyən partiyalar deyəcəklər ki, “5 min nədir, 15-20 min üzvlük sayı tələbi qoysasınız, biz bunu edəcəyik”. Dəfələrlə elə TV Musavat-da müxalif partiyalarının liderləri ilə birlikdə etdiyimiz debatlarda sual verəndə ki “sizin partiyanızın neçə üzvü var?”, cavab verirdilər ki, 30-40 min. Hətta 50-60 min partiya üzvü olduğunu deyənlər də var idi. Amma bu qanunun müzakirəsi zamanı onların heç birinin dilindən bu ifadəni eşitmədim ki, desinlər “5-10 min bizim üçün nədir, bizim 60 min üzvümüz var”. Qanun müzakirə olunanda elə ən çox bu məsələ üzərində dayanmışdılar ki, niyə say tələbi 10 min, 5 mindir? Yəni bu qədər zəifsiniz, gücünüz, sosial bazanız kasaddır?

Bir daha qeyd edirəm ki, “Siyasi partiyalar haqqında” qanun yüksək səviyyədə hazırlanıb, Venesiya Komissiyasının təklif və tövsiyələrinə tamamilə uyğundur, hamısı nəzərə alınıb, eyni zamanda bu qanunda Avropanın 20 qabaqcıl ölkəsinin təcrübəsi öyrənilib, tətbiq edilib".
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru