SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

"Bu, təmin edildikdən sonra biz əməliyyata başlasaq... - Qərb və Amerika ermənilərin yanında olacaq"
Tarix: 16-02-2023, 09:44 | Çap et
"Bu, təmin edildikdən sonra biz əməliyyata başlasaq...
Xankəndinə “desant” kimi atılmış Rusiya milyarderi Ruben Vardanyandan Kreml hazırda oyuncaq kimi istifadə edir. Bəllidir ki, Azərbaycan tərəfi Vardanyan kimi təlimatlandırılmış adamla heç bir halda müzakirələr aparmayacağını, bir masa arxasında əyləşməyəcəyini bildirib. Qarabağa heç bir aidiyyəti olmayan, Qarabağda heç zaman yaşamayan Vardanyanın Xankəndinə hansı məqsədlə göndərilməsi də sirr deyil. Rusiya Xankəndidə suların tezliklə durulmasını, Qarabağ ermənilərinin Azərbaycanın qanunları ilə yaşamağa başlamasını yubatmaq üçün Vardanyandan təxribat generatoru kimi istifadə edir. Faktiki olaraq onun gəlişindən sonra Qarabağ erməniləri arasında təfriqə yaranıb, bir hissəsini şirnikləndirərək Vardanyanın çetesinə çeviriblər. O da şübhəsizdir ki, Rusiya Vardanyanı separatçı rejimin rəhbəri etməklə, burada öz əlaltısının vasitəsilə bildiyini etmək niyyətindədir. Vardanyan ötən həftə Moskvaya qaçırıldı və yeni təlimatlarla geri göndərildi. Bəli, məhz qaçırıldı! Çünki Vardanyan sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycanın Xankəndi şəhərinə qanunsuz yolla soxulub.

Bəllidir ki, artıq üçüncü aydır azərbaycanlı fəallar Laçın koridorundan qanunsuz gediş-gəlişin, yükdaşımaların və ekoloji talanın qarşısını almaq üçün orada aksiya keçirirlər. Ərazidən yalnız xəstələrin daşınması razılığı var. Ancaq bəlli olan odur ki, sülhməramlı kontingentin komandanlığının maşınlarında Araik Arutyunyanı, Ruben Vardanyanı da qanunsuz olaraq İrəvana aparıb-gətirirlər! Bu fakt artıq təsdiqini tapıb. Moskva bununla açıq-aşkar Azərbaycana hörmətsizlik nümayiş etdirir. Sülhməramlıların komandanı Vardanyanı İrəvana özbaşına - Moskva ilə məsləhətləşməmiş öz maşınında keçirə bilməz. Bu, artıq sülhməramlılara qarşı etimadsızlıq yaradır, bunun qarşılığında mümkündür ki, Laçın yolunda aksiya keçirən azərbaycanlılar buradan keçən sülhməramlı maşınlarını da yoxlamaq tələbini irəli sürsünlər.

Bütün hallarda bu cür davranışlar birgəyaşayış, erməni əhali ilə anlaşma məsələsində açıq-aşkar təxribatdır və hətta belə ehtimallar da var ki, Rusiya Xankəndidə ya antiterror əməliyyatlarına başlamaq üçün zəmin yaradır, yaxud da qruplaşmalara bölünmüş erməni əhali arasında qiyam, iğtişaş hazırlayır.

Belə vəziyyətdə Azərbaycan Xankəndidə, sülhməramlıların nəzarətində olan digər ərazilərdə vəziyyəti kontrola almaq üçün hansı addımları atmalıdır? Hər halda, qeyri-müəyyənlik sonsuzadək davam edə bilməz. Biz dərhal ermənilər yaşayan ərazilərdə vəziyyəti stabilləşdirməyə, onların Azərbaycan qanunları ilə yaşamasına nail olmasaq, sülhməramlıların 2025-ci ildən sonra da bölgədə qalmaq üçün oynadıqları Vardanyan oyunu acı nəticələrini verə bilər.

Və əsas sual - nədən başlamalıyıq, nə etməliyik?

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirdi ki, Ruben Vardanyanın Moskvaya yeni təlimatlar, tapşırıqlar verilməsi üçün aparıldığı, təlimatlandırılıb geri göndərildiyi şübhəsizdir: "Bu gün Xankəndində həm Araiki, həm də Vardanyanı Rusiya sülhməramlıları qoruyur, onlara himayədarlıq edir. Təbii ki, bütün bunlar birbaşa Vladimir Putinin tapşırığı, göstərişi ilə baş verir. Azərbaycan məkrli planları pozmaq üçün hərəkətə keçməlidir. Məncə, artıq Azərbaycan ekofəallarının Laçın yolunda keçirdiyi aksiya dayandırılmalıdır. Çünki aksiyanın məqsədi erməni vəhşiliyini dünyanın diqqətinə çatdırmaq idi və buna da nail olundu. Digər tərəfdən, Xankəndinə bir yox, iki istiqamətdən gediş-gəliş var. Həmin yola da sülhməramlılar nəzarət edir. Araikin və Vardanyanın istənilən vaxt gedib-gəlməsini sülhməramlılar təşkil edir. Aldıqları tapşırığa uyğun olaraq. 2020-ci ilin 10 noyabr üçtərəfli bəyannaməsinin bir sıra bəndləri hələ də icra olunmur.

Bununla bağlı Azərbaycanın Prezidenti İlham Əliyev də, Azərbaycan ictimaiyyəti də kəskin etirazını bildirib. Rusiya sülhməramlı qüvvələri birtərəfli fəaliyyətlə məşğul ola bilməz və bu, yolverilməzdir. Unutmamalıdırlar ki, Azərbaycan 1992-ci ildə BMT-yə üzv qəbul olunanda Xankəndi də Azərbaycan ərazisi olaraq qəbul edilib. Odur ki, biz öz suverenliyimizin həmin ərazimizdə də tam bərpası üçün istənilən zamanda antiterror əməliyyatını apara bilərik. Laçın yolunda aksiyanı dayandırıb antiterror əməliyyatı başlanıla bilər. Necə ki, 44 günlük Vətən müharibəsində bunu etdik. Ancaq düşünürəm ki, Prezident İlham Əliyev Rusiya ilə bu istiqamətdə danışıqlar aparır. Bu gün üçün ən düzgün yanaşma budur. Biz bütün danışıqları, müzakirələri Rusiya ilə aparmalıyıq və anlaşmalıyıq. Putinin Vardanyanla bağlı həyata keçirdiyi plan isə ortadadır. Putin Ermənistanda Paşinyanı devirmək üçün milyarder Vardanyandan istifadə etmək istəyir. Putin Gürcüstanda Saakaşvilini bu yolla hakimiyyətdən devirdi. Ermənistanda olan qərbpərəst elektoratı pulla öz tərəflərinə çəkmək istəyirlər. Azərbaycanın Xankəndidə antiterror əməliyyatına başlamamışdan qabaq Putinin neytrallığını təmin etməsi çox vacibdir. Bu, təmin edildikdən sonra biz əməliyyata başlasaq, Qərb və Amerika ermənilərin yanında olacaq. Təəssüf ki, bu məsələdə beynəlxalq hüquq yox, xristianlıq, güclü erməni diasporu Amerika üçün ön sırada olur”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru