SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Bəxtiyar Hacıyev Azərbaycan hakimiyyətinə çox yüksək dəyər verdiyini söyləsə…” - Zahid Oruc
Tarix: 24-02-2023, 08:39 | Çap et
 “Bəxtiyar Hacıyev Azərbaycan hakimiyyətinə çox yüksək dəyər verdiyini söyləsə…”
“Hansı ideologiyanı, siyasi mövqeyi, yaxud, sadəcə, siyasi xətt aparmasından asılı olmayaraq, heç bir Azərbaycan insanının, vətəndaşımızın ən son tədbir kimi canına qıymasını və ölüm aclığı aksiyası keçirməsini qəti şəkildə istəmirik. Ötən on illər ərzində Azərbaycan dövləti bu mövqeyə qarşı müxtəlif vəsitələrlə tədbirlərini həmişə əldə saxlayıb. Bütün münasibətlərin hüquqi çərçivədə müəyyənləşməsinin tərəfindəyik. Bəxtiyar Hacıyevin yetəri qədər vəkilləri var. Hətta qədərindən xeyli çoxdur. O cümlədən müxtəlif beynəlxalq platformalarda onun fəal şəkildə müdafiəsi aparılır. Həmin aksiyaların bir qismini, sadəcə, Azərbaycan dövlətinə, hakimiyyətinə qarşı olan qüvvələr keçirirlər. Hətta onları ad, konkret şəxsin personası, daşıdığı ideallar maraqlandırmır. Günün birində Bəxtiyar Hacıyev Azərbaycan dövlətinə, hakimiyyətinə çox yüksək dəyər verdiyini, dövlətin kursunun qələbəyə aparıb çıxaran tədbirlərinin uğurlu olduğunu söyləsə, həmin müdafiəçilərin müəyyən bir hissəsi onun arxasından çəkiləcəklər. Bu da bir reallıqdır”.

DİA.AZ bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, Bəxtiyar Hacıyevi bəzən “Facebook” aktivi, bloqer, ictimai fəal kimi təqdim edirlər: “Düşünürəm ki, onun üzərinə qoyulan yük ağır olur. Məqsədli şəkildə bir neçə partiyanın yükünü ona yönəldirlər ki, o, müxtəlif qüvvələrlə, hökumət mənsubları ilə kəskin şəkildə toqquşsun və ona qarşı sərt tədbirlər görülsün. Müəyyən zamanlarda Bəxtiyar Hacıyev ABŞ-ın sabiq dövlət katibi və digər qüvvələr tərəfindən müdafiə olunduğundan, bununla bərabər, sanki onu mübarizənin önünə itələmək, əsas konfliktlərin nüvəsində saxlamaq istəyirlər. Aclıq, heç şübhəsiz ki, media məkanında, ictimai platformalarda, xüsusilə sosial şəbəkələrdə bu və ya digər formada, müxtəlif xarakterdə ciddi polemikalar doğurur. Əksər hallarda, aclıq aksiyasını kimin keçirməsindən asılı olmayaraq, ona qarşı bir humanizm baş qaldırır. Bu da anlaşılandır. İnsan hüquqları komitəsinin sədri kimi Şərq Tərəfdaşlığı üzrə milli platformanın təmsilçiləri, onun vəkil heyəti və digər şəxslərin çağırışlarını, müraciətlərini, o cümlədən elektron platformalar üzərindən mənə göndərdikləri, əksər hallarda dövlət başçısına və hörmətli Mehriban xanıma etdikləri çağırışların bir qismini almışam. Bunları müvafiq hökumət mənsublarına çatdırmağa çalışmışıq. Onsuz da ötürücü rol oynamağa ehtiyac yoxdur. Çünki əksər hallarda onlar buna çalışırlar”.

Komitə sədri deyib ki, Bəxtiyar Hacıyevin həyatına, fiziki sağlamlığına qarşı hər hansı bir təhlükə müxtəlif qüvvələrin əlində fürsət ola bilər: “Hazırkı regional və qlobal gündəlik, bir tərəfdən sülh prosesi, Vətən müharibəsində qələbəmizin diplomatik-siyasi meydanda rəsmiləşməsi üçün ciddi strateji siyasət həyata keçirən, o cümlədən Türkiyənin yaşadığı son fəlakət və onun ağır nəticələrinin aradan qaldırılması yönündə işlərə bağlı olduğu bir məqamda ölkənin bəlli bir gündəliyi, əsas hədəfləri, strateji kursu var. 2006-cı ildən bəlli olan fərdlər həmişə insan haqları mövzusunu iqtidar əleyhinə propaqanda alətinə döndərmək üçün bu gün Bəxtiyar bəy barədə geniş bir şəkildə informasiya dəstəyi verirlər. Konqres üzvlərindən tutmuş, Avropa Parlamentində özləri bir sıra hallarda korrupsiyaya bulaşmış şəxslər həmin xətt üzrə fəaliyyətlərini aparırlar. Xankəndi-Laçın yolunda keçirilən aksiya ətrafında qaldırılan məlum ajiotaj, hər hansı əhali qrupunun guya “katastrofa”a məruz qalması ilə bağlı iddianı gücləndirmək üçün daxildəki məsələlərdən belə geniş faydalanırlar. Sinxronlaşma gedir, paralelləşmə, bir-biri ilə əlaqələnmə var. Çox istərdik ki, maye ilə qidalanma, bunun ardından quru aclığa keçmə barədə kənardan, xüsusilə Bəxtiyar bəyin vəkilləri vasitəsilə verilən mesajlar insani, humanist olsun. Kimisə təhrik etmək, mövqeyi dramatikləşdirmək üçün körükləmək, situasiyanı daha da gərginləşdirmək, hər kəsi öz hikkəsində qalmağa vadar etmək üzərində yox. Azərbaycan Prezidentinin liderliyi altında 50-dən artıq əfv sərəncamının, 10-a yaxın aministiya aktının şahidiyik. Hətta vətənə xəyanətdə günahlandırılan adamlar, bəlli simalar belə - onların adlarını çəkmək istəmirəm – Rəhim Qazıyev, Əlikram Hümbətov və başqaları əfv olunublar. Yəni dövlət o qədər güclüdür ki, kiminsə hansısa mikro mühitdə fəaliyyəti hakimiyyəti xüsusi olaraq narahat etmir. Amma söhbət bir şəxsdən gedir. Ülviyyə Alovlu Bəxtiyar bəy barədə məhkəməyə müraciət edib. Bu zəmində yaranmış situasiya belə cərəyan edir. Hər bir halda, Vətən müharibəsində qazanılmış qələbədən sonra Azərbaycan hakimiyyəti bütün münasibətlərini hüquqi müstəvidə inkişaf etdirməyə, vətəndaşların haqlarının daha geniş təminatına çalışır. Biz bu mövqedə olmalıyıq ki, hər kəs öz canını, varlığını qorusun. Düşünürəm ki, Bəxtiyar Hacıyevin valideynləri bu yöndə düzgün mesajlar verməlidirlər. Bundan sonra artıq məsələni məhkəmə səviyyəsində, digər vasitələrlə çözmək mümkündür. Ombudsman institutuna, digər təsisatlara müraciətlər var. Dövlətin humanizminin son situasiyada da qalib gələcəyinə heç şübhə etmirik”.

Z.Oruc Bəxtiyar Hacıyevin azadlığa buraxılması ilə başladılan kampaniyaya Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimovanın da qoşulmasına münasibət bildirib: “Cəmiyyətin müxtəlif kəsimləri, xüsusilə Vətən müharibəsi şəhidlərinin ailələri üzvləri tərəfindən belə addımların atılması bütün hallarda qadağanedici deyil. Lakin çox istərdik ki, bu dairəni genişləndirmək əvəzinə, birinci növbədə aclıq aksiyasının dayandırılması daha düzgün olardı. Bəxtiyar bəyin vəkilləri, bildiyim qədərilə, 6-7 nəfərdir, hər birinin hakimiyyət mənsubları ilə, məhkəmə orqanları ilə görüşləri keçirilsin, məsələlərlə bağlı qarşı tərəflə də danışıqlar aparılsın, müraciətlər dövlətə düzgün çatdırılsın. Yoxsa ortada kimsə “gördünüz, iqtidarı geri çəkilməyə vadar etdilər, artıq bu, səmərə verir”, “öncə də kimlərsə eyni təzyiq alətlərini işə salırdılar, bu, yaxşı bir tutarqadır” desin ki, qeyri-siyasi, hazırkı münasibətlərə aid olmayan başqa məhbuslar, istintaq altında olanlar, mühakimə edilənlər də oxşar addımlar atsınlar. Bütün hallarda bir şeyi unutmaq lazım deyil ki, cənab Prezident qalib bir liderdir. Onun nüfuzu ən yüksək dövrünü yaşayır. Belə şəraitdə bizə daxildə əlavə mübarizə ocaqları yaratmaq lazım deyil. Azərabaycan hakimiyyəti enerjisini, ruhunu əsas planladığı məsələlərə fokuslayıb. Hakimiyyət qəti şəkildə belə bir şey arzulaya bilməz. Yəni dövlət adında bir fenomendən danışırıqsa, niyə bunu istəsin ki? Təəssüf ki, demokratiya, insan hüquqları belə amorf anlayışlara çevrilib və maksimum dərəcədə sağa-sola yönləndirilən bir alətdir. Bundan faydalanaraq Ukraynanın, Gürcüstanın, Yaxın Şərq ölkələrinin necə dağıdıldığını görmüşük. Biz əsla demokratik xətdən imtina etmirik. Amma elə bir siyasət aparılmalıdır ki, həqiqətən hamı ondan faydalana bilsin. Bəxtiyar bəyin hazırkı aclıq aksiyası ətrafda Azərbaycanı yeməyə hazır olan, ölkəni udmaq istəyən Qərb imperalizminin əlində alət olmamalıdır. Bunu obrazlı deyirəm. Çünki hansısa titullu şəxslərin, cəmiyyətdə nüfuzu olan şəhid valideynlərinin, Vətən müharibəsi iştirakçılarının bu prosesə qoşulması ilə məsələnin genişləndirib, “baxın, görün, nə qədər elektoral bazaya malikdir” kimi mənzərə yaratmaq əvəzinə, daha sadə, səs-küysüz, kiminsə üzərindən kampaniya aparılmasına yol vermədən hər iki tərəfi qane edən formullar seçilməlidir. Düşünürəm, bu yöndə addım atmaq istəyən qüvvələr az deyil”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru