"Biz Müsavat Partiyasının VIII qurultayının nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişik"
Tarix: 15-12-2015, 09:53 | Çap et
 Müsavat Partiyasının 2014-cü ilin sentyabrında keçirilən qurultayından sonra qurum daxilindəki narazıların Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) adlı təşkilat yaratmasından təxminən bir il keçsə də fəaliyyətində hansısa sıçrayış, aktivlik nəzərə çarpmır. Bir çoxlarında belə rəy var ki, ADR-in sədri Qubad İbadoğlunun aylar öncə ABŞ-a getməsi və hələ də vətənə dönməməsi qurumun fəaliyyətini genişləndirməsinə, aktivləşməsinə mənfi təsir göstərir.
Yayda Q.İbadoğlunun ölkəyə qayıdacağı deyilsə də, üstündən aylar keçməsinə baxmayaraq, hərəkat rəhbərinin gəlişi yubanır. Bu da qurumun fəaliyyətinə təsirini göstərir. ADR hərəkatının sədr müavini Ellada Məmmədli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ADR işlərini özünün nizamnaməsi və fəaliyyət proqramı əsasında qurub. Qubad İbadoğlunun ölkədə olmaması isə qurumun işinə qətiyyən mane olmur: “Mütəmadi olaraq onunla sosial şəbəkədə görüşür, tapşırıq və rəylərini dinləyirik. Sədrin tapşırıqları ADR İdarə Heyəti tərəfindən müzakirə olunaraq icra olunur. Hazırda ADR Hərəkatı özünün təşkilatlanma dövrünü yaşayır. Bu işdə də ADR sədrinin çox çevik və mobil komandası fəaliyyət göstərir. Düzdür, ADR-in qeydiyyata alınması ilə bağlı bəzi texniki problemlər yaranıb. O məsələnin də həlli Qubad bəyə bağladır. Çox yaxın vaxtlarda qeydiyyat məsələsi də həllini tapacaq”.
“ADR-in üzvləri Müsavatla bağlı məhkəməyə müraciət edib. Bəziləri sizlərin partiyanın bağlanmasına və qeydiyyatının ləğvinə çalışdığınızı iddia edir. Belədirmi” sualına Ellada Məmmədli belə cavab verdi: “Biz Müsavat Partiyasının VIII qurultayının nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişik. Əslində məqsədimiz partiyanın VIII qurultayının nəticələrinin-yəni başqan, şəhər - rayon sədrləri olmayan (sərbəst) Məclis üzvləri və MNTK üzvlərinin qeyri-legitim olduqlarını isbat edən faktlarla bağlı məhkəməyə müraciət etmişik. Bildiyiniz kimi, Müsavat Partiyasının VIII qurultayı bir gün keçirilmiş və orada yalnız başqan seçkisi elan olunmuşdur və bu prosedurun özünün də kifayət qədər nizamnamə qüsuru nəticəsində həll olunduğu, digər iki qurumun sərbəst Məclis üzvləri və MNTK üzvlərinin nəticələri qurultay səlahiyyətli olsa da qurultayda təsdiq olunmamışdır və yuxarıda qeyd etdiyim qurumlar sonrakı ikinci Məclisdə Arif Hacılı tərəfindən təsdiq edilmiş və həmin prosedurun özü də nizamnaməyə zidd olaraq həyata keçirilmişdi. Nəticədə yeni başqanın rəhbərliyi ilə təşkil olunmuş qurumlar saxtalıqlarla yanaşı, partiyanın bütün fədakar fəal üzvlərini nizamnaməyə zidd olaraq partiyadan xaric etmiş və ya yersiz nizamnamə cəzası verib. Bizlər o vaxt partiyada müsavatçıların hüquqlarının müdafiə komissiyasını yaratdıq. Həmin komissiyanın üzvləri Arif Hacılının göstərişi ilə partiyadan əsassız olaraq xaric edildilər. Arif Hacılının 1 illik rəhbərliyi dövründə yüzlərlə nizamnamə pozuntusuna yol verilmiş, partiyanın adına ləkə gətirilmişdir. Biz, müsavatçıların hüquqlarını qoruyan komissiya üzvləri Müsavat Partiyasını qorumaq naminə, nizamnaməyə istinad edərək VIII qurultayın yenidən keçirilməsi məqsədilə məhkəməyə müraciət etmişik. Partiyada qurultayın yenidən keçirilməsi minlərlə fədakar müsavatçının fikridir. Biz partiyanın qeydiyyatının ləğvinə yox, VIII qurultay adından Ədliyyə Nazirliyinə təqdim olunmuş saxta protokolun ləğvinə iddialıyıq".
E.Məmmədli onu da dedi ki, bu istəklərini reallaşdırmaq üçün kifayət qədər faktlara və faktları ortaya çıxaran dəlillərə, video və foto materiallara malikdirlər: “Bunları da məhkəməyə təqdim etmişik. Məhkəməyə ADR üzvləri olaraq yox, müsavatçıların hüquqlarının müdafiəsi komissiyasının üzvləri olaraq müraciət etmişik. Çünki aramızda Müsavatın üzvü olanlar da var”.(musavat.com)

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36 |
|
|
|
| • Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14 |
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08 |
|
|
|
|