SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Kimsə buna görə Şahin Mustafayevi savadsızlıqdamı ittiham edəcək?”
Tarix: 14-01-2016, 11:32 | Çap et
“Kimsə buna görə Şahin Mustafayevi savadsızlıqdamı ittiham edəcək?”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin bir sıra aktual mövzularıyla bağlıModerator.az - ın suallarını cavablandırıb. Onunla söhbətin ikinci hissəsini təqdim edirik:

Müsahibənin əvvəlini bu linkdən oxumaq olar---http://www.diaaz.space/8/96590-qudret-hesenquliyevden-ilginc-achiqlamalar.html

-Siyasi islahat deməkdən millətin dilində islahat bitdi...

- Ölkə parlamentli respublika modelinə keçməlidir. Neçə illərdi biz bunu söyləyirik. Biz partiya olaraq bu məsələni qaldıranda nə Gürcüstanda, nə Qırğızıstanda, nə Ermənistanda heç müzakirə mövzusu da deyildi. Amma sonradan bu ölkələrin hamısı parlamentli respubnlika modelinə keçdilər. Azərbaycan hökuməti parlamentli respublika modelinə keçə bilmirsə, ən azından Ukrayna modelinə keçməliyik . Doğrudur, Ermənistanda Sərkisyan öz hakimiyyətinin ömrünü uzatmaq üçün islahatlara getdi, amma bu dəyişiklik gələcəkdə Ermənistanın demokratikləşməsinə yol açmış olacaq. Azərbaycan da bu prosesdən geri qalmamalıdır. Biz siyasi islahatlar məsələsində Gürcüstan və Ermənistandan geridəyik. Bizdə də bu istiqamətdə islahatlar aparılacağı təqdirdə çox qısa bir müddətdə ölkədə real inkişafa nail ola biləcəyik. Çünki ölkənin geniş potensialı var və Gürcüstanla Ermənistandan fərqli olaraq çox ciddi nəticələr əldə oluna bilər. Bu islahatları aparmaq üçün də ilkin növbədə kadr islahatlarına gedilməlidir. Yeni dünyagörüşə malik insanlar hökumətə cəlb olunmalıdır. Peşəkar mütəxəssislər QHT sektorunda da var, yəni özünün proqnozları və analitik yazıları ilə yaxşı mənada özünü təsdiq etmiş iqtisadçılar, hüquqşünaslar, digər peşə sahibləri var. Hətta siyasi baxışlarına baxmadan partiyalardan da mütəxəssislər cəlb etmək olar. Nəticədə bir milli birlik hökuməti formaslaşdırmaqla çox böyük nailiyyətlərə imza atmaq mümkündür. Hökumətin qəbul etdiyi qərarlara geniş ictimai dəstək olmalıdır. Ona görə də nə qədər ki, gec deyil, bir an belə yubanmadan həmin islahatlara başlamaq lazımdır. Iqtidar islahatlara güclü olduğu dövrdə getməlidir ki, bu addımlar təzyiqin nəticəsi kimi yozulmasın.

-Maraqlıdır, hər zaman siz bunu qabardırsınız. Yəni bu gün ölkədə baş verən 21 dekabr devalvasiyasından sonradamı Siz bu iqtidarın güclü olduğu qənaətindəsiniz?

-Bəli, mən hesab edirəm ki, hakimiyyət hələ də güclüdür və o çəkinmədən islahatlara gedə bilər. Əgər xalq kütləvi şəkildə hökumətə qarşı çıxmırsa, deməli, o hələ də güclüdür. Amma etiraz aksiyaları başlayandan sonra artıq hökumətin atdığı addımlar həmin effekti verməyəcək. Mən sizə dəfələrlə demişəm və təcrübə də göstərir ki, əgər insanlar küçələrə axışaraq hökumətdən hansısa addımların atılmasını tələb edirsə, hökumət də hansısa qərarları həmin təzyiqin altında qəbul edirsə, əksər hallarda bu gedişat ölkəni xaosa sürükləyir. Ona görə ki, bir tələbi yerinə yetiriləndə insanlar növbəti tələblə meydanlara atılırlar və bu da sonda vəziyyətin nəzarətdən çıxmasına da gətirə bilir. Amma indi hesab edirəm ki, Azərbaycan xalqının böyük hissəsi oturub səbrlə gözləyir ki, hökumət hansı addımlar atacaq, islahatlar necə aparılacaq...

-Yeri gəlmişkən, əyalətlərdən etiraz aksiyaları ilə bağlı həyəcanlı xəbərlər gəlir...

-Bu aksiyalar spontan baş verir və onu mənim nəzərdə tutduğum etiraz aksiyası ilə müqayisə etmək olmaz. Ona qalsa hətta əvvəllər neft milyardlarının ölkəyə axdığı dövrlərdə də bəzi rayonlarda bu və ya digər səbəbdən belə aksiyalar olub. Söhbət kütləvi etiraz aksiyalarından, hansısa sosial partlayışlardan gedir. Belə bir təhlükə yoxdur və inşallah heç olmayacaq da. Amma ümid edirəm ki, hökumət nəhayət çağırışlara cavab verməlidir. YAP üzvlərinin bəzilərinin söyləməsi ki, bizim müxalifətin təkliflərinə ehtiyacımız yoxdur, demokratik ölkələrdə adətən bu tipli bəyanatlar verilmir. Əksinə, müxalifətlə əməkdaşlıq edilir. Iqtidarla əməkdaşlığa hazır olan qüvvələr var, heç olmasa bu qüvvələrlə əməkdaşlıq edilməlidir. Yoxsa bu günədək hökumət onu təqib edən neqativ sterotiplərdən qurtara bilməsə vəziyyətdə dönüş olmayacaq.

-Hətta hakimiyyətin legitimliyini tanısa da ona qarşı radikal mövqedə duran qüvvələr də var ki, sanki YAP rəhbərliyi onlarla dialoqdan çəkinir. Yəni ölkənin birnci şəxsinin mütəmadi olaraq hər fürsətdə onları vətən xainləri, yırtıcı qüvvələr, antimilli ünsürlər adlandırması hakimiyyət təmsilçilərini qarşı tərəfə doğru addım atmaqdan çəkindirir.

-Əlbəttə, ölkədə birinci şəxsin iradəsindən çox şey asılıdır. Amma mən hər şeyi də birinci şəxsin adıyla bağlamağa ehtiyac görmürəm. Tutaq ki, mən hesab etmirəm ki, sabah iqtisadiyyat və sənaye naziri Vüqar Bayramovu, Rövşən Ağayevi, Azər Mehtiyevi və adını çəkmədiyim digər tanınmış iqtisadçıları dəvət edərək onların təkliflərini dinləsə, onlarla müzakirələr aparsa, bu, prezidentin qəzəbinə səbəb ola bilər. Kimsə buna görə Şahin Mustafayevi savadsızlıqda ittiham edəcək ki, bu iqtisadçıların köməyinə möhtac olub? Axı belə bir şey kimin ağlına gələ bilər ki? Dünyanın hər yerində ən ağıllı adamlar və öz işlərinin uzmanları belə yenə də maraqlı olurlar ki, müxtəlif fikirləri eşitsinlər, görsünlər və ən doğru qərarların qəbulunda bu tövsiyyələr onlara yardımçı olsun. Ona görə də dünyanın ən ağıllı adamlarının yanında kollegial qurumlar olur, xalqımızın da bir hikmətli məsəli var ki, ağıl ağıldan üstündür. Ağıllı nazir belə müzakirələrə açıq olmalıdır və oradan lazım olan təkliflərdən bəhrələnməlidir. Bu gün bizim ekser nazirlərdə bu bacarıq və uzaqgörənlik yoxdur. Bu da yoxdursa, yəni prezident görürsə ki, komandasından belə təşəbbüslər gəlmir, onun özü bu barədə göstəriş verməlidir. Parlamentin özündə də kifayət qədər peşəkarlar var. Söhbət təkcə müzakirələrin iqtisadçılarla aparılmasından getmir ki. Düşünürəm ki, partiya sədrləri ilə də bu istiqamətdə müzakirələr aparılmalıdır. Yəni necə etmək lazımdir ki, bu islahatlara həm də ictimai dəstək təmin edilsin. Unudulmamalıdır ki, ictimai dəstək olmadan heç bir təşəbbüs, heç bir islahat gözlənilən effekti verə bilməz. Məncə indi ölkədə yaranmış vəziyyəti də böhran kimi qəbul etmək doğru deyil, iqtisadiyyatda yaranmış çətinliklər kimi qəbul edilməlidir. Hökumətin qərarsızlığı kütləvi iğtişaşlara, etiraz aksiyalarına gətirib çıxaracaqsa, ölkədə idarəetmə çətinləşəcəksə, o zaman bu prosesləri böhran kimi xarakterizə etmək olar. Yəni bu gün tutaq ki, Yunanıstanda baş verənlər hələ Azərbaycanda baş verməyib və buna görə də hökumət ətrafımızda yaşananlardan nəticə çıxararaq proseslərin böhrana qədər gedib çatmasına imkan verməməlidir. Hələ nə qədər ki, bizdə belə bir iqtisadi-siyasi böhran baş verməyib, gözlənilən kadr və struktur islahatlarına gedilməlidir. Mən dəfələrlə demişəm ki, bu qədər nazirliklər nəyə lazımdır?

-Prezident müşavirədə dedi ki, struktur islahatlarına gedilməlidir.

-Zaman gedir axı. 21 dekabr devalvasiyasından 20 gün keçib, amma hökumət hələ də var-gəl edir. Etiraf edək ki, son illər Azərbaycanda hamının bu və ya digər formada hiss etdiyi ən mükəmməl və müsbət qərarı ASAN Xidmətin yaradılması olub. Ondan başqa hələlik görsənən ciddi bir dəyişiklik yoxdur. Azərbaycanda maksimum 10 - 11 nazirliyə, 3-4 komitəyə ehtiyac var. Yubanmadan özəlləşdirməyə başlanılmalıdır. Oradan gələn pulları da qeyri-neft sektoruna yönəltmək lazımdır. Eyni zamanda kimya sənayesi ilk növbədə inkişaf etdirilməlidir. Ona görə ki, özümüzün keyfiyyətli xammalımız var və neftin qiymətinin su qiymətinə olduğunu, qarşıdakı bir neçə ildə hələ bu cür aşağı qiymətin mövcud olacağını nəzərə alaraq xammalı xaricə ucuz satmaqdansa təcili olaraq kimya sənayesini dirçəltmək lazımdır. Mən dəfələrlə demişəm bu barədə ki, biz səhvən gedib Türkiyədə kimya kompleksi tikdik və 7 milyard dollar yatırdıq oraya. Mən hər zaman bu layihənin əleyhinə olmuşam ki, niyə onu Türkiyədə tikincə elə Qaradağda tikmirdik ki, on minlərlə vətəndaşımız işlə təmin edilsin? Yenə də gec deyil və mən hesab edirəm ki, təcili olaraq hətta region dövlətlərinə də ixrac edəcəyimiz keyfiyyətli yanacaq, sürtkü və motort yağları, avtomobil təkərləri, plastik borular, kauçuk təsərrüfat malları istehsal edən texnologiyaları gətirib qısa zamanda istehsala başlamalıyıq. Bu sadaladığım məhsullara hər yerdə ehtiyac var və kifayət qədər valyuta gətirən məhsullardır. Bundan əlavə kənd təsərrüfatının özündə indiki kimi kosmetik deyil, ciddi işlərə başlanılmalıdır. Təsəvvür edin, fermerlərə hektara görə subsidiyalar verilir. Rayonlarda min hektarlarla torpaq sahibi olan icra başçıları və ya onların yaxın adamları var ki, həmin torpağı nə əkmirlər, nə becərmirlər, ancaq hər hektara görə subsidiya alırlar. Sual olunur ki, niyə hektara görə verirsiniz bu subsidiyaları? Olmazmı ki, hazır məhsula görə verəsiniz? Səbəbi də hamıya bəllidir. Yoxsa guya bunların ağlına gəlmir ki, torpağın sahəsinə görə deyil, məhsulun həcminə görə subsidiya verilməsi doğru olardı? Ona görə də mən həmişə deyirəm ki, hər sahəyə uyğun mütəxəssislər qoyulmalıdır. Sizə açıq deyirəm ki, korrupsiyaya qarşı mübarizə gücləndirilsə, ancaq bu halda real nəticəyə nail olmaq mümkündür. Təsəvvür edin, hələ korrupsiyaya qarşı komissiya yaranandan təklifimiz var ki, korrupsiyanın subyekti ola biləcək vəzifəli şəxs korrupsiya komissiyasının üzvü ola bilməz. Əgər sən bir vəzifə daşıyırsansa, həmin vəzifəyə görə nə vaxtsa rüşvət ala bilərsənsə, digər korrupsiya əməlləri törətmək imkanın varsa, sənə korrupsiya cinayətlərinə görə ittiham elan oluna bilərsə, sən hansı haqla həmin komissiyaya üzv olursan? Həmin komissiyaya tam müstəqil, heç bir əlavə dövlət vəzifəsi olmayan mütəxəssislərdən təşkil olunmalıdır. Prezident müşavirədə tenderlərin nə vəziyyətdə olduğundan danışdı. Yadınızdadırsa bir dəfə bu məsələ mətbuatda da ciddi müzakirəyə səbəb oldu ki, hansısa bir məktəbi ABŞ və ya Yaponiya səfirliyi neçəyə tikib, bizim hökumət həmin məktəb kimi məktəbi neçəyə tikib. Bizimkilərin bir neçə dəfə baha qiymətə tikdikləri üzə çıxdı. Mən dəfələrlə parlamentin tribunasından da məsələ qaldırmışam ki, əgər hansısa bir rayonda xəstəxana tikmək zərurəti varsa, niyə vəsaitin hamısını büdcədən ayırıb əksəriyyətini də korrupsiya yemi edirsiniz? Şəffaf müsabiqə elan edin və sahibkarlara da açıq deyin ki, kim öz puluyla bunu tikə blər? Görsən ki, tərəddüd edirlər, soruşursan ki, yaxşı, neçə faizini sən boynuna götürürsən, qalanını dövlət sənə kredit formasında versin? Yəni bir var dövlət xəstəxana tikə, bir də var dövlət sahibkara lazımi krediti verə, sonra xəstəxana işlədikcə həmin pulu geri qaytarsın. Bu, dünyada uğurla sınaqdan keçirilmiş bir praktikadır. Bu gün Türkiyədə də belədir, Almaniyada da, Amerikada da. Biz təcili olaraq bu istiqamətdə işlər görməliyik. Amma görünən odur ki, hələ birinci devalvasiyadan keçən 10 ay ərzində həddindən artıq zaman itirilib. Heç olmasa indi bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməlidir.

Ardı var...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru