SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

"Mənim Əli Kərimli ilə bağlı verdiyim açıqlamadan sonra"...
Tarix: 8-02-2016, 09:55 | Çap et
"Mənim Əli Kərimli ilə bağlı verdiyim açıqlamadan sonra"...
Son günlər deputat Fəzail Ağamalı deputatı olduğu 60 saylı Saylan-Neftçala dairəsindəki dükan-bazardakı monitorinqləri ilə diqqət mərkəzinə gəlib. Bazar günü isə belə bir xəbər yayıldı ki, deputat Neftçalanın Aşağı Surra kəndində çətin situasiya ilə üzbəüz qalıb (“Azadlıq” qəzeti). Belə ki, şəhid Zabil Əsgərovun adına olan orta məktəbdə müəllimlərlə görüşü zamanı müəllimlərdən biri deputata vədlərini xatırladıb. Yerli sakin təxminən bu şəkildə sual verib ki, əgər vədlərinizi yerinə yetirməyibsinizsə, indi hansı haqla bu kəndə gəlmisiz?

Biz də nə baş verdiyini aydınlaşdırmaq üçün müraciət etdiyimiz deputata digər suallarımızı da ünvanladıq. İnsidentlə bağlı bunları söylədi:

- Bütün bunlar yalan söhbətdir. Mən sizə deyim. Demək manatın devalvasiyasından sonra unun və digər ərzaq məhsullarının qiymətinin süni şəkildə qaldırılması ilə bağlı bir kampaniya oldu. Bunun qarşısını almaq üçün, əlbəttə, özümə borc bildim ki, seçilmiş olduğum Salyan-Neftçala rayonlarının kəndlərində olum, həm də topdansatış məntəqələrinə baş çəkim, vəziyyəti yerindəcə öyrənim. Yəni lazımi addımlar atım ki, yaranmış vəziyyətdən istifadə edən kəmfürsət adamlar, möhtəkirlər süni şəkildə qiyməti artırmasınlar. Ona görə Salyanın bir çox kəndlərində oldum. Eyni zamanda Salyanın icra başçısı Tahir Kərimovla, Salyandan seçilən Əliağa Hüseynovla bir neçə topdansatış obyektlərində oldum. Orada xüsusi xəbərdarlıq da etdik ki, əgər qiymət artımı olarsa, onlara qarşı ciddi tədbirlər görüləcək. Fikrimcə, biz orda müəyyən ajiotajın qabağını ala bildik. Bundan sonra da cənab prezidentin atdığı addımla unun və un məhsullarının qiymətində sabitləşmə oldu. Mən həm də Neftçalanın Aşağı Surra kəndində oldum, kəndin girəcəyində balaca mağaza var, sahibi ilə görüşdüm, camaat gəldi, söhbət etdik. Qərara gəldim ki, kənd müəllimləri ilə də görüşək. Dərsdən sonra onlarla geniş söhbət etdik. Təbii ki, yaranmış vəziyyətlə bağlı hər hansı narahatlığa əsas olmadığını, prezidentin bütün məsələləri nəzarətdə saxladığını diqqətə çatdırdım. Dedim narahatlığa heç bir əsas yoxdur, şükürlər olsun ki, prezidentin atdığı addımlar bütün xoşagəlməz vəziyyətin qarşısını aldı. Bütün seçkilərdə anarxist mövqeyində duran riyaziyyat müəllimi var, İlham Mehdiyev. Görüş qurtaranda ora gəldi, qapıdan çıxanda qayıtdı ki, “müəllim, bəs siz filan şeyi vəd etmişdiniz”. Dedim, nə vəd olunubsa, hamısı yerinə yetirilib, uşaq bağçası il bağlı məsələ Maliyyə Nazirliyi səviyyəsində həll olunub. Su, yol və digər məsələlər də həllini tapıb. Sadəcə olaraq, bu adam, görünür ki, mənim sizin qəzetdə Əli Kərimli ilə bağlı verdiyim açıqlamadan sonra “Azadlıq” qəzetinin özünəməxsus cavabından ruhlanaraq belə bir məlumatı onlara ötürüb, onlar da bunu qəzet səhifəsinə qoyublar.
Sadəcə olaraq yalan üzərində qurulan yazılara ehtiyac yoxdur.

- Hər halda insident olub...

- Heç bir insident olmadı. Qarşıdurma da olmadı. Orda polis var idi, ancaq mən heç polisi çağırmamışdım.

- Fəzail bəy, bu da var ki, onsuz da xırda sahibkarları hamı yoxlayır, hətta prezident qanunsuz yoxlamaları qadağan etdi. Bəlkə sizin də iştirakınızla bir qrup deputatın sahibkarların da şikayətçi olduğu gömrükdə belə təftiş işləri aparılsaydı, bu, daha faydalı olardı, elə deyilmi?

- Vallah, nə deyim, onda mən bundan ötrü gedim gömrükdə şəkil çəkdirim? (Gülür)

- Amma deputat qrupunun gömrükdəki vəziyyəti şəxsən müşahidə etməsi də normal olardı...

- Ehtiyac olsa, bəli, bu addımı da atmaq olar. Mən mətbuatda hər zaman sahibkarların maraq və mənafeyini müdafiə etmişəm. Bu məsələdə isə mən artıq sahibkarların yox, seçicilərin yanındayam.

- Yəni siz bu addımınızı sahibkarın işinə müdaxilə saymırsınız?

- Yox, qətiyyən. Mən əslində dükanlara baş çəkərkən ticarətçilərin vəziyyəti ilə də maraqlandım ki, sizin işlərinizə müdaxilə varmı, topdansatış yerlərində sizə artıq qiymətə mal verirlərmi və sair.

- Gəncədəki işsizlərin toplantısı da göstərdi ki, əhalinin işsizlik problemi var və narazı insanları dinləmək ən düzgün çıxış yoludur. O mənada indiki kritik vəziyyətdən çıxmaq üçün nə təklif edirsiniz?

- Heç bir kritik vəziyyət yoxdur. Bölgələrdə əvvəlki həyat davam edir. İnsanlar yenə iş-gücündədir, normal istirahət edir, yaşayırlar. Kimlərsə gedib bankomatın qarşısında dayanır, yaxud hansısa problemini həll etmək istəyirsə, bu, o demək deyil ki, camaatda narazılıq var. Xahiş edirəm o hadisələri bununla qarışdırmayın. Cümə günü də Salyanda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və deputat Əliağa Hüseynovun, mənim iştirakımla çox yüksək səviyyədə görüş keçirildi. Açıq, səmimi, şablon görüşlərdən kənar bir görüş idi, insanlara sərbəst şərait yaradıldı ki, sözlərini desinlər. Salyanda nə xoşagəlməz hər hansı suala meydan oldu, nə də biz bunu onların əhval-ruhiyyəsindən hiss etmədik. Bu gün Azərbaycan əvvəlki ritmi ilə yaşayır, hər hansı narahatlıq üçün əsas yoxdur. Bəzi qüvvələr süni ajiotaj yaratmağa çalışır. Narazılıq hər zaman olub. 4-5 il əvvəl bu və ya digər məmurdan narazılıq yox idi?

- Təbii ki, var idi, siz də tənqid etmisiniz...

- Bəli, hər hansı məmur öz fəaliyyətində nöqsanlara da yol verə bilər. Ancaq bunu faciə kimi qəbul etmək, ümumiləşdirib ölkə miqyaslı bir hadisə kimi ortalığa gətirmək lazım deyil. Bir daha təkrar edirəm, Azərbaycan bu gün sözün həqiqi mənasında sabit, sakit, bütün kakatlizmlərdən uzaq ölkə kimi, öz əvvəlki ritmi ilə yaşayır. Bu, konyunktura deyil, mənim apardığım dəqiq müşahidələrdən çıxartdığım nəticədir. Kim razılaşmırsa, buyursun, rayonlara getsin, Bakının küçələrinə çıxsın, bulvarı gəzsin. İnsanlar yenə də restoranlarda istirahətini edir, çörəyini yeyir. Ancaq vaxt var idi bizim imkanlarımız böyük idi, daha çox pulumuz var idi, təbii ki, bu gün yorğanımıza görə ayağımızı uzatmalıyıq. Bu da normal bir şeydir, bütün dünya od tutub yanır. Azərbaycan sabit bir ölkə kimi öz ritmi ilə yaşayırsa, buna min şükür eləmək lazımdır.

- Amma bu da var ki, nə paytaxtın həyatında əvvəlki qaynarlıq var, nə restoranlarda sifarişlər var, nə də bulvarda insan axını müşahidə olunur. Üstəlik, dükanlar, mağazaların üzərində də icarə, satışla bağlı elanlar vurulub, kifayət qədər qapalı obyektlər də öz yerində...

- Bunlar var, mən bir söz demirəm. Demirəm ki, Azərbaycan 2-3 il bundan qabaq neftin çox böyük pullar gətirdiyi zaman səviyyəsindədir. Yox. Ancaq unutmayaq ki, bu gün qlobal maliyyə, iqtisadi böhran var və Azərbaycan da bu dünyadan təcrid oluna bilməz. Dəfələrlə deyildiyi kimi, Azərbaycanın özünü dünyadan kənarda qoyması mümkün deyil. Ona görə də təbii ki, dünyada gedən prosesləri nəzərə almaq lazımdır. Lakin Azərbaycanda kritik vəziyyət yoxdur.

- Bəli, Azərbaycanın böyük ehtiyatları var, ancaq bu ehtiyatlardan necə istifadə olunması problemi narahatlıq yaradır...

- Bununla bağlı ölkə prezidentinin iradəsi ortalıqdadır. Bu gün ölkənin bütün potensialı, idarəçilik sistemi səfərbərliyə alınıb. İnşallah, biz 2016-cı ildə bütün bu potensialı hərəkətə gətirməklə, idarəçilik sistemində ciddi dəyişiklik aparmaqla, onun çevik mexanizmini yaradıb hərəkətə gətirməklə ölkəni, bizi gözləyən böyük kataklizmlərdən xilas ola biləcəyik. Başqa bir faktı deyim. Əgər Azərbaycanda iqtisadi, maliyyə vəziyyəti və onun perspektivi acınacaqlı olsaydı, çətin olsaydı, Azərbaycan Londona, Suriya ilə bağlı müzakirələrə dəvət olunmazdı. O ölkələr bu müzakirələrdə iştirak edir və söz sahibidirlər ki, onlar Suriyaya maliyyə köməyi etmək iqtidarındadır. İndi baxın, görün ora kimlər dəvət olunmuşdu? Ermənistan, Gürcüstan, ya Orta Asiya respublikaları ora dəvət almamışdı. Azərbaycan ora dəvət olunursa, demək bu, ölkəmizin bugünkü inkişafının, beynəlxalq maliyyə insitutlarının Azərbaycana verdiyi yüksək dəyərin məntiqinə söykənir.

- Artıq Administrasiya rəsmiləri səviyyəsində bölgələrdə görüşlər keçirilir. Zamanında yerlərdəki məsul şəxslər öz vəzifəsinin öhdəsindən gəlsəydi, sizcə, indi bu görüşlərə ehtiyac olardımı?

- Bundan əvvəl ölkə prezidenti daha böyük enerji ilə, daha böyük güclə işləyirdi, regionlara gedirdi. Onun həm ölkə daxilində və xaricində çox sıx qrafiki var idi. İndi çox şükürlər olsun ki, ölkənin bütün strukturları hərəkətə gəliblər və onlar da insanların arasındadırlar, bu, çox yaxşı haldır. Vaxtilə prezidentin tapşırığı ilə ayrı-ayrı nazirlər regionlara səfər edirdilər. Lakin indiki kimi, o səfərlər kütləvi və əhəmiyyətli nəticələr verə biləcək səfərlər deyildi. Əvvəl gedib 5-3 nəfəri qəbul edirdilər.

Ya ola bilsin qəbula gələnlər əvvəlcədən hazırlanmış adamlar idi. İnsanların çoxunu görüşlərə buraxmırdılar, icra başçıları elə adamları buraxırdılar ki, guya hər şeyin yaxşı olduğunu önə çəksinlər, “hər şey əla, hər şey gözəldir” desinlər. Bu cür konyuktura da var idi. Ancaq indiki vəziyyətdə artıq ölkə prezidentinin tapşırığı ilə bütün nazirlər, Administrasiyada ciddi vəzifə tutan hörmətli məmurlarımız da artıq camaatla görüşür. Bir var nazirlərin apardığı görüşləri, bir də var eyni zamanda Administrasiyanın rəhbər adamlarının görüşləri. Bu, çox yaxşıdır. Bu krizis bizə imkan verdi ki, bütün məmurlar silkələnsin və camaatın içərisində olsun, onların nə düşündüyünü bilsinlər və öz işlərini də ona uyğun olaraq qursunlar. Bu fərqli zaman kəsiyində kimsə öz işini, öz idarəçiliyini bu şəraitə uyğun olaraq qurmasa, artıq o, heç də ölkə prezidenti tərəfindən hörmətlə qarşılanmayacaq. İndi hər kəs bütün gücü, imkanları ilə xalqın içində olmalıdır, insanları başa salmalıdırlar ki, heç nə yoxdur, hər şey normallaşacaq.

- Son zamanlar yorulan məmurlardan çoxları danışır. Onlarla bağlı sizin fikriniz nədir?

- Ya onlar indiki zamanın tələblərinə uyğun olaraq öz fəaliyyətlərini yenidən qurub işləməlidirlər, ya da cəsarət tapıb qələm-kağız götürüb cənab prezidentə istefaya getməklə bağlı mövqelərini ortaya qoymalıdırlar. Azərbaycanda bu gün yetərincə kadr potensialı var.
Mənə elə gəlir ki, ölkə prezidenti öz komandasında ciddi dəyişikliklər edəcək. Çünki elələri var ki, uzun illərdir köhnə düşüncə ilə yaşayır, köhnə idarəçilik prinsipi ilə hərəkət edir, zamanın tələbinə uyğun olaraq çağırışlara cavab verə biləcək təfəkkür və düşüncə sahibi deyillər. Bunların hamısı təbii ki, idarəçilikdən kənarda qalacaq, buna şübhə yoxdur.

- Fəzail bəy, “NAZ-Lifan” almaq fikriniz varmı?

- Hələlik maşınım hərəkətdədir - baxmayaraq ki, bir az köhnəlib. BMV-dir, 5 il əvvəl almışam. Baxım görüm, hər şey imkandan asılıdır. Nə vaxt görsəm ki, maşınım istismar müddətini bitirib, yəqin onda bu haqda düşünəcəyəm. Əgər onun görkəmi qədər keyfiyyəti də yaxşı olsa, qiyməti normaldır, niyə də olmasın, alaram...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru