SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Müxalifət indi də Əli İnsanovun uğrunda savaşa çıxıb...
Tarix: 9-02-2016, 08:30 | Çap et
Müxalifət indi də Əli İnsanovun uğrunda savaşa çıxıb...
Sabiq səhiyyə naziri Əli İnsanovun həbs edilməsindən 10 il 4 aya yaxın vaxt ötür. 11 il azadlıqdan məhrum edilən sabiq nazirin bu ilin oktyabrında cəza müddəti başa çatır. Görünən odur ki, o, cəza müddətini günə-gün çəkəcək. Çünki hakimiyyət məlum proseslərə görə hələ də qəzəbli olduğu üçün İnsanovu vaxtından əvvəl azad etmək fikrində deyil.

Avropa İnsan Haqları Məhkəməsinin sabiq nazirin azadlığa buraxılması üçün qəbul etdiyi qərar da nəticəsiz qalıb. Lakin İnsanovun azadlığa çıxacağı müddət yaxınlaşdıqca, onunla bağlı cəmiyyət daxilində bəzi iddialar səslənməyə başlayıb. Müxalif düşərgə elektoratında isə ondan ciddi gözləntilər var. Bu düşərgə özünün ənənəvi liderləri ilə heç bir siyasi nəticə əldə etmədi. Son 23 il ölkənin demokratik düşərgəsi üçün bir kabus oldu: daimi məğlubiyyət bir lənət kimi düşərgəni izləməkdədir.

Azərbaycanda iqtidarın ictimai dayaqlarının sarsıldığı dönəmlər də daxil, müxalifət təşkilat və rəhbərləri bu qədər böyük müddətdə tərəfdarlarını iqtidara daşıya bilmədilər. Hətta hakimiyyətin, parlamentdəki yerlərin qismən bölgüsü belə mümkün olmadı. Məhz bu səbəbdən Azərbaycanın milli-vətənpərvər kəsiminin bir qismini özündə birləşdirən müxalifət düşərgəsi hazırda böhran yaşayır. Siyasi müxalifətin elektoratı bütünlüklə virtual məkana transfer etmiş vəziyyətdədir. Burada onlar bir-birilərinə və bəzən də hakimiyyətə hücum edirlər. Bakının küçə və meydanlarında isə xalq və iqtidar üz-üzə qalıb. Bəzi fraqmentlərdə xalqın narazı hissəsinin bir qismi etirazlara qalxır, lakin onun önündə və yanında siyasi təşkilatçı yoxdur. Müxalifət hər dəfə kütləvi etirazlardan və onun məsuliyyətindən imtina edir. Bu da hakimiyyətə daha rahat işləmək və xalqın etirazlarını idarə etmək imkanları yaradır.

Məhz uğursuzluq səbəbindəndir ki, məyus müxalif elektorat özünə daha effektli, daha güclü, əlaqələri geniş olan, sirli qaynaqlardan güc götürdüyünü düşündüyü liderlər axtarır. Milli Şura avantürası ilə irəli çıxan dramaturq Rüstəm İbrahimbəyov müxalifət elektoratının əhval-ruhiyyəsinə bariz nümunədir. Bu düşərgə onu dərhal bağrına basdı, “pirim” deyə, qəbul etdi, başının üstünə qaldırdı, öz liderlərindən də çox sevdi, dəstəklədi... Səbəb sadə idi - insanlar məğlubiyyətdən, siyasətin küncündə qalmaqdan, bu vəziyyətin yaratdığı sıxıntılı həyatdan yorulmuşdular.

Lakin İbrahimbəyov hamını məyus etdi - yaşlı avantürist onminlərlə insanın inamı ilə oynayıb, bir kənara çəkildi...

Sonra kiçik bir zaman kəsimində sabiq nazir Fərhad Əliyevin adı önə çıxdı - lakin o da elektoratı məyus etdi və siyasi məkana daxil olmadan, ölkəni tərk etdi...

Daha sonra düşərgə “qiyamçı səfir” Arif Məmmədova ümidləndi. Nə baş vermişdi? Əslində heç nə! Səfir bir bəyanat vermişdi, onu işdən atdılar; o isə daha bir neçə dəfə kəskin bəyanat verdi...

Düşərgə dərhal bir-birinə dəydi - onların qulaqlarına uzaqdan “ağ atlı oğlan”ın at kişnərtisinin səsi də gəlirdi. “Ağ atlı oğlan” - Arif Məmmədov üfüqdə bir parladı... AXCP elektoratı həyəcanlandı - Rüstəmə “pirim, mürşüdüm” deyənlər eyni münasibəti Arif Məmmədova sərgilədilər. Onun adına toz qonduranlara “xain, satqın, casus” ibarələri yağdırıldı...

Nəticə nə oldu? Heç nə... söndü. Məlum oldu ki, “kişnəyən at” Arif Məmmədovun deyilmiş. Arif müəllim indi də virtual məkanda açıqlamalar yayır - lakin indi onun açıqlamalarına gülənlərin, ya da laqeyd yanaşanların sayı onları “layk” edənlərin sayından dəfələrlə çoxdur.

***

Mərhum prezident Heydər Əliyevin əsas kadrlarından və alovlu tərəfdarlarından biri olan Əli İnsanov isə özünün müəyyən keyfiyyətləri ilə düşərgə fəallarının, eləcə də liderlərinin diqqətini çoxdan cəlb edib. Əvvəla, belə bir əfsanə dolaşır ki, sabiq nazir çox zəngindir. İkincisi, mənsub olduğu region camaatı arasında yüksək nüfuzunu hələ də qoruması barədə də xəbərlər dolaşmaqdadır. Həm də iddia olunur ki, artıq qərbi azərbaycanlılar hakimiyyətin dəstək elektoratı deyillər; onlar statuslarından və özlərinə verilən qiymətdən narazıdırlar.

Daha bir cəhət isə Əli İnsanovun 10 illik məhbəs həyatına, xəstəliklərinə və yaşlı halına rəğmən, sınmaması, onu həbs edənlərə dirəniş göstərməsi və Fərhad Əliyevdən fərqli olaraq, hakimiyyətə əfv üçün yalvarmamasıdır.

“Əsil siyasətçi” obrazını bağıra-bağıra, kəskin ifadələr və qətiyyətli jestlərlə danışan birilərində görməyə alışqan olan, başqa standartlar tanımayan elektorat üçün bu keyfiyyətlər olduqca cəlbedicidir. 23 yaşlı məğlubiyyət tarixi onları alternativlərə həssas edib: başlarındakı liderlər də buna xüsusi müqavimət göstərmirlər. Onlar hesab edirlər ki, elektoratlarına ilham vermək üçün kənardan “legioner” gətirmək heç də pis iş deyil; onsuz da enində-sonunda, həmin adamları və ümumilikdə prosesi özləri idarə edəcəklər. Çünki iddialarına görə, “çox ağıllı və təcrübəlidirlər...”

İndi düşərgənin tamamı gözünü 13 saylı cəzaçəkmə müəssisəsinə dikib. Bir neçə ay sonra Azərbaycan siyasətinin ən odioz fiqurlarından biri olan Əli İnsanov oradan çıxacaq. Bəs sual olunur, Əli İnsanov 13 saylı “zon”dan hara gedəcək? Fərhad Əliyev kimi xaricəmi, yoxsa birbaşa ölkənin siyasət məkanına daxil olub, hakimiyyətə qarşı savaşmı açacaq?
Müxalifətin bir-biri ilə rəqabət aparan əsas komponentləri Əli İnsanovu öz yanlarında görmək üçün hər şeyə hazırdırlar. AXCP və Müsavatın Əli İnsanov uğrunda mübarizəsi xeyli əvvəldən başlayıb. Kənardan görünən isə budur ki, bu mübarizədə Müsavat Partiyası daha avantajlıdır - Müsavatın bir neçə rəhbər şəxsi Əli İnsanovla eyni müəssisədə cəza çəkir və onların yaxın dostluq münasibətləri var. Bu aspektdən yanaşanda, Əli İnsanovun cəza evindən çıxandan sonra Müsavat Partiyasına qatılacağı ehtimalı daha yüksək görünür. Lakin məsələlər bəzən göründüyü kimi olmur...

Ümidləri çox şeydən üzülmüş, ənənəvi siyasət və manevrlərlə heç bir uğur qazanmayan müxalif elektorat bu dəfə də Əli İnsanov faktoruna ümidlənib. Düşərgənin bir sıra funksionerləri nə qədər desələr ki, onlarda lider problemi yoxdur, lakin görünən budur ki, belə bir problem var. Məhz bu səbəbdən də zaman-zaman kənar dalğalanmalar bütün düşərgəni həyəcanlandırır, ümidləndirir, yeni arzular yaradır.

Əli İnsanov möhkəm və köhnə kişidir. Lakin onun başında hansı planların olduğunu kimsə bilmir. Cənab İnsanovu tanıyanlar iddia edirlər ki, o, düşündüklərini, planlarını kənardan bəlli edən biri deyil və qəfil qərarlarla hər kəsi təəccübləndirə bilər.

“Əli İnsanov bir zamanlar təmsil olunduğu hakimiyyətdən vurulan köhnə komanda yoldaşlarını bir araya gətirə və onları müxalif düşərgə ilə əlaqələndirə bilər. Onun hətta imkanları var ki, indi xaricdə olan və müxalifətlə gizli əlaqələri bərpa edən Fərhad Əliyevlə də təmasa keçsin və danışıqlar aparsın. Əli İnsanovun müxalifət düşərgəsinə açıq keçidi burada vəziyyəti kökündən dəyişərdi. O, bir-biri ilə müharibə vəziyyətində olan AXCP və Müsavatı bir araya gətirə biləcək yeganə simadır. Əli müəllim müxalifətin vahid lideri ola biləcək bir şəxsiyyətdir”, deyə, onu yaxından tanıyan sabiqlərdən biri “Yeni Müsavat”a bildirib. O deyib ki, Əli İnsanov məhbus yoldaşlarına “...çıxan kimi bunlarla (hakimiyyətlə) savaşa başlayacam”, ifadəsini dəfələrlə, həm də yüksək səslə söyləyib...
***
Müsavat başqanının müavini Elman Fəttahın məsələyə reaksiyası maraqlı oldu: “...Əli İnsanov hazırda 13 saylı cəzaçəkmə müəssisəsində Müsavat başqanının müavini Tofiq Yaqublu ilə birlikdə qalır. Çox yaxşı münasibətləri var. Tofiq bəy onun prinsipiallığını çox yüksək qiymətləndirir. Biz də bu fikirlərlə razıyıq. Hər şey İnsanov azadlığa çıxdıqdan sonra məlum olacaq. Çünki azad olunduqdan sonra onun hansı işlə məşğul olacağı məlum deyil. Müxalifət lideri olub-olmamaq kimi keyfiyyətlər yalnız siyasi fəaliyyətlə ortaya çıxan məsələlərdir. Azərbaycan siyasəti lider problemi yaşamır. Hər bir Azərbaycan vətəndaşı siyasi partiya qura bilər, yaxud digər qurumlarda təmsil oluna bilər. Bu məsələləri indidən qiymətləndirmək doğru olmaz. Əli İnsanova azadlıq arzulayırıq. Biz onu siyasi məhbus sayırıq. Digərləri kimi onun da fotosu Müsavatın qərargahdan asılıb”...
Politoloq Qabil Hüseynli ictimaiyyət arasında sabiq nazirin nüfuzunu duyduğunu söylədi: “İnsanovun siyasi reytinqinin yüksək olduğunu söyləmək olar. Amma yaş o yaş deyil. Bu yaşda siyasətlə məşğul olmaq Heydər Əliyev kimi şəxslərin işi idi. İnsanovda da Heydər Əliyev əzmi, iradəsi, siyasəti olacaqsa, o da cəmiyyət arasında ciddi simaya çevrilə bilər. Onun siyasi perspektivinə ümid bəsləmək olar”.

Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində, dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq, 2007-ci ilin aprel ayında əmlakı müsadirə və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunub.

“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru