SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Əli İnsanov özünü Nelson Mandela görürmüş...
Tarix: 10-02-2016, 08:35 | Çap et
Əli İnsanov özünü Nelson Mandela görürmüş...
Sabiq səhiyyə naziri Əli İnsanovun həbs müddətinin başa çatmasına 8 ay qalır. Vaxt azaldıqca, sabiq nazirin azadlığa çıxandan sonra hakimiyyətə qarşı çox ciddi müxalif qüvvəyə çevriləcəyi məsələsi ətrafında müzakirələr çoxalır.

Əli İnsanov həbsə düşdükdən indiyə qədər iqtidara qarşı barışmaz mövqeyi ilə müxalifət düşərgəsində özünə qarşı vaxtilə mövcud olmuş mənfi münasibəti 180 dərəcə müsbətə doğru dəyişə bilib. Hər halda, bunu müxalifət partiyalarının onu açıq şəkildə müdafiə etməsi, hətta şəklini qərargahlarında başlarının üstünə vurmaları da göstərir.

Müxalifət düşərgəsinin sabiq nazirdən gözləntiləri, onun müxalifətin lideri olacağı barədə də fikirlərin yayılmasına səbəb olub. İllərdir müxtəlif səbəblərdən uğursuzluq girdabına düşmüş müxalif elektoratın özünə daha effektli, daha güclü, əlaqələri geniş olan, sirli qaynaqlardan güc götürdüyünü düşündüyü liderlər axtarması yeni deyil. 2013-cü ildə prezident seçkiləri öncəsi Milli Şura avantürası ilə irəli çıxan dramaturq Rüstəm İbrahimbəyov müxalifət elektoratının əhval-ruhiyyəsinə bariz nümunədir. Bu düşərgə onu dərhal bağrına basdı, özünə lider etdi.

Lakin İbrahimbəyov hamını məyus etdi, on minlərlə insanın inamı ilə oynayıb, bir kənara çəkildi. Bəs Əli İnsanov faktoru ilə Rüstən İbrahimbəyovu müqayisə etdikdə hansı oxşar və fərqli məqamlar ortaya çıxır? Ümumiyyətlə, onların müqayisəsi mümkündürmü?

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Rüstəm İbrahimbəyovla Əli İnsanovu müqayisə etsək, bir sıra fərqli cəhətlər ortaya çıxır. Rüstəm İbrahimbəyovun arxasında Rusiya dururdu. Onun siyasətə gəlişi, müxalifət düşərgəsinin başına keçmək cəhdi Moskvanın proyekti idi. Məqsəd Azərbaycan iqtidarına təzyiq eləmək və Rusiyanın buradakı maraqlarını təmin etmək idi: “Rusiya həmin proyekti işə salmaqla öz maraqlarını təmin elədi. Əli İnsanov isə arxasında hansısa xarici güc durmadan şəxsən özü bu hakimiyyətə qarşı məhkəmədə və həbsxanada olduğu müddətdə sərt mövqe ortaya qoyub. Ona görə də onu Rüstəm İbrahimbəyovla müqayisə eləmək olmaz. Əli İnsanov 10 ildən artıqdır həbs cəzası çəkir, hakimiyyətdən əfv diləməyib, həbs olunmamaq üçün ölkədən qaçmayıb. Rüstəm İbrahimbəyov isə bir saat da olsun həbsdə olmayıb, həbs olunub-olunmayacağı dəqiq bəlli deyil, lakin ölkəyə qayıtmağa risk etmir”.

ADP sədri onu da qeyd etdi ki, Əli İnsanov həbsdən çıxdıqdan sonra ciddi müxalifətçilik etsə, müəyyən qədər irəliləyə bilər: “Haqq üçün deyək ki, Əli İnsanov indiyə qədər hakimiyyətdən kənarlaşdırılmış və cəzalandırılmış adamlar içərisində özünü ən prinsipial və ləyaqətli aparanlardan biridir. Lakin Əli İnsanovun Azərbaycan demokratiyası ilə heç bir əlaqəsi yoxdur. O, nə xalq hərəkatında, nə Elçibəy hakimiyyətində iştirak edib, nə də sonrakı dövrdə Azərbaycanın demokratikləşməsi üçün nə isə edib. Əli İnsanov demokratiya uğrunda mübarizə aparıb həbs olunmayıb. Sadəcə, hakimiyyətin başında dayanan şəxslə münasibətlərinə görə həbs olunub. Əli İnsanovdan da başqa cəzalanan məşhur məmurlar olub və bəzi adamlar onların müxalifətə keçəcəyini, müxalifətə çox böyük xidmətlər göstərəcəklərini deyiblər. Amma təcrübə göstərdi ki, o adamlar müxalifət mövqeyinə keçsə də böyük gözləntiləri doğrultmayıb. Lalə Şövkət, Rəsul Quliyev, Eldar Namazov hakimiyyətdən istefa verib müxalifətə keçdilər. Lakin zaman göstərdi ki, onlar xalq hərəkatından çıxmış müxalifət liderlərindən heç də artıq hansısa bir uğura imza ata bilmədilər. O baxımdan Əli İnsanovun müxalifət düşərgəsinə keçsə də, demokratik dəyişikliklərə nail ola biləcəyinə inanmıram”.

S.Cəlaloğlunun fikrincə, Azərbaycan xalqının faciəsi ondan ibarətdir ki, o liderlər ki, demokratik liderlərdir, xalq onları lider kimi görə bilmir. Çünki demokratik lider xalqın içində olur, bütün günü xalqın gözü qarşısında olur və adiləşir: “Azərbaycan xalqı hələ keçmiş sovet şüurundan uzaqlaşmadığı üçün liderləri özündən yuxarıda, hökmə, sərvətə malik bir adam kimi təsəvvür edir. Əli İnsanovda insanlar bunu gördükləri üçün onun lider olacağını, böyük dəyişikliklərə məhz onun nail olacağını düşünür. Müxalifət sıralarında bu cür düşünən insanlar da bu kateqoriyaya uyğun lider axtarışındadır. Ona görə Əli İnsanovun adı hallanır. Halbuki bu gün ənənəvi müxalifət partiyalarının liderləri arasında ən zəif hesab elədiyimiz bir adamla Əli İnsanovu tərəziyə qoysaq, həmin adamın əslində daha böyük demokratik lider olduğu ortaya çıxacaq. Demokratik lider olmaq elə də asan deyil. Bunu hər adam bacarmır. Əli İnsanov demokratik müxalifətə lider gələcəksə, o, Azərbaycanda ən böyük demokratik dəyərlərə malik bir adam, demokratik dəyərləri bölüşən adam olmalıdır. Əli İnsanov belə ola biləcəkmi? Yəqin ki, bu suala heç kim əminliklə ”ola biləcək" cavabını verə bilməz. Təkcə uzun müddət həbsxanada olmaq və hakimiyyətə əyilməməklə demokratik təfəkkür formalaşmır. Mən Əli İnsanovun bugünkü müxalifət liderlərindən daha böyük, dəyişikliklərə gətirəcək işlər görə biləcəyinə inanmıram. Rəsul Quliyevlə Lalə Şövkət müxalifətə keçdikdən sonra müxalifətə, demokratiyaya nə veribsə, Əli İnsanov gəlişi ondan artığını verə bilməz".

Siyasi şərhçi Elxan Şahinoğlu da bildirdi ki, Rüstəm İbrahimbəyovun 2013-cü ildə demokratik müxalifətin liderinə çevrilməsi prosesi Rusiya faktoru ilə bağlı idi. Bu prosesdə Rusiyanın planları dayanırdı: “Rüstəm İbrahimbəyov və onun rəhbərlik etdiyi Ziyalılar Forumu öncə müxalifəti birliyə çağırdı, sonra elə bir təbliğat aparıldı ki, özü müxalifətin liderinə çevrildi. Axırda da müxalifəti yarı yolda buraxaraq Azərbaycandan getdi və hələ də gəlməyib. Əli İnsanov bu gün müəyyən qədər şanslı görünür. Çünki bütün yuxarıda qeyd etdiyim məhrumiyyətləri, mərhələləri o keçdi və bu günədək mövqeyindən geri çəkilməyib. Həbsdə ola-ola açıq elan edib ki, radikal müxalifət funksiyasını daşıyacaq. Əli İnsanov Müsavat və AXCP ilə ortaq məxrəcə gələ bilməyəcəksə, ola bilsin ətrafdan kimlərləsə ittifaq yaratmaq işinə girişsin. Bu, Rəsul Quliyev də, Eldar Namazov da ola bilər. Tamamilə fərqli adamlar da ola bilər. Hər bir halda yəqin ki, Əli İnsanov həbsdən çıxandan sonra özünə tərəfdar toplamağa çalışacaq.
Əli İnsanov bir qədər fərqli fiqurdur. Onunla bərabər Fərhad Əliyev də həbs olundu. Amma Fərhad Əliyev sanki sındı. Əli İnsanov isə həbs olunduqdan indiyədək hakimiyyətə meydan oxuyur. Əli İnsanov məhkəmələrində hətta Nelson Mandeladan misal gətirirdi ki, eybi yox, mən də həbsdə yatıb çıxaram və dövlətin də başına keçərəm. Bu fərqlilik də onun hakimiyyətə müxalif olan qüvvələr və protest elektoratı arasında nüfuzunu artırır. Müxalifət partiyaları bəllidir ki, müxtəlif səbəblərdən zəifləyiblər və güclü liderə də ehtiyacları var. Amma mən inanmıram ki, bütün müxalifət Əli İnsanovun liderliyini qəbul edəcək. Əli İnsanov həbsdən çıxandan sonra özü ayrıca olaraq yeni müxalifət hərəkatı yaratmaq və gücə çevrilmək iddiasını ortaya qoya bilər. Uğur qazanıb-qazanmayacağı gələcəkdə bəlli olacaq. Hakimiyyətin də əlində Əli İnsanova təsir etmək, onu cəmiyyətin gözündən salmaq üçün müəyyən alətlər var. Nazir olduğu dövrü, səhiyyənin zamankı vəziyyətini onu nüfuzdan salmaq üçün gündəmə gətirəcəklər".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru