SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

"Zaminbank"da maliyyə fırıldaqları ilə milyonlar qazanan kimdir? - İlginc iddialar
Tarix: 27-05-2016, 10:30 | Çap et
"Zaminbank"da maliyyə fırıldaqları ilə milyonlar qazanan kimdir?
Son aylar Azərbaycanın bank sektorunda baş verənlər ekspertlər tərəfindən bank islahatlarına hazırlıq görüldüyü və oliqarxların nəzarətində olan bir çox bankların bir əldə birləşdiriləcəyi kimi qiymətləndirilir. Sözügedən proseslə bağlı Milli Bank rəhbəri Elman Rüstəmova müəyyən tapşırıqlar da verilməmiş deyil. Daxil olan məlumata görə bankların bir əldə cəmlənməsi prosesinə elə Elman Rüstəmovun öz nəzarətində olan banklardan başlanıb. Mənbənin sözlərinə görə bu sırada ilk gələn bank isə Zaminbankdır: "Zaminbank birbaşa E.Rüstəmovun çətiri altında fəaliyyət göstərir. Uzun müddətdir bankda baş verən maxinasiyalar və qanunsuzluqlara göz yumulması da məhz bununla bağlıdır. Düzdür, ara sıra Zaminbankın müxtəlif filialında həbslər həyata keçirilir, amma bu dəryadan bir damladır. Əsas maliyyə maxinasiyaları və qanunsuzluqlar bankın rəhbərliyi tərəfindən ümumi qaydada aparılır.” Bizə danışan mənbə qanunsuzluqlar haqda da ilginc məlumatlar verib. Həmin məlumatlar əsasında apardığımız araşdırmamızı diqqətinizə çatdırırq. Zaminbank qanunları tanımır? "Zaminbank” 21 illiyi münasibətilə 2013-cü ildə əmanət faizlərini artırmışdı. Belə ki, 26 noyabr 2013-cü il tarixindən 26 dekabr 2013-cü il tarixinədək "Zaminbank”da 12 ay müddətinə Azərbaycan manatı ilə və ABŞ dolları ilə yerləşdirilən əmanətlər illik 12 faizlə qəbul olunurdu. O zaman bank tərəfindən yayılan rəsmi məlumata görə, müştərilər yerləşdirdikləri məbləğin faizlərini hər ay bank tərəfindən pulsuz təqdim olunan plastik kart vasitəsilə ala biləcəklər. Bankdan onu da bildirmişdilər ki, "Zaminbank”da yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. 24saat.org-un apardığı araşdırmalar nəticəsində bəlli olub ki, "Zaminbank” reklamında potensial müştərilərini aldadıb. Çünki Mərkəzi Bankın qəbul etdiyi qərara görə, 2014-cü il avqustun 1-dən yalnız illik 10 faizə qədər əmanətlərin sığortalanması haqda qərar qəbul edib. Buna qədər isə 12 faizə qədər qoyulan əmanətlər sığortalanırdı. "Zaminbank” müştərilərinə yanlış məlumat verməklə, həm istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyi, həm də Mərkəzi Bankın qaydalarını pozub. "Zaminbank”ın bu fırıldağı müştəriləri böyük risk qarşısında qoyur. Bu o deməkdir, bank müflis olarsa, əmanətçilərin pulları batacaq. "Royalbank” müflis olarkən əmanətçilərin əksəriyyəti bu aqibəti yaşadı. İndi "Zaminbank”ın da müştəriləri oxşar aqibətlə üzləşmək təhlükəsini yaşayır. 2012-ci il iyulun 13-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə bankların ilk onluğuna daxil olan "Royalbank” ASC-nin lisenziyası ləğv edildi. Bankın bağlanması ilə 58 milyon manatlıq əmanətin 41 milyon manatı və yaxud 71 faizi batdı. "Royalbank” Əmanətlərin Sığortalanması Fondunun üzvü olsa da, bəlli oldu ki, əmanətlərin yalnız 29 faizi sığortalanıb. Qanunvericiliyə görə, fondun qoruduğu əmanətlər üzrə illik gəlirlik 12 faizdən çox olmamalıdır, kompensasiyanın maksimal məbləği isə 30 min manatdır. Bu fakt ölkə üzrə bank sektoruna inamın itməsinə gətirib çıxartdı və ilk vaxtlar əhali sürətlə pullarını geri çəkməyə başladı. Əmanətlər hesabına kredit verən və bu mənbə hesabına dolan banklar üçün bu, böyük zərbə oldu. Gözləmək olardı ki, Mərkəzi Bank bundan sonra əmanətlərin təhlükəsizliyini təmin etmək üçün müştərilərin maarifləndirilməsi və məlumatlandırılması işini daha yaxşı təşkil edəcək. Ancaq "Zaminbank”ın reklam siyasəti göstərir ki, Mərkəzi Bank müştərilərin hüquqlarının kütləvi şəkildə pozulmasına göz yummaqda davam edir. Mərkəzi Bankın özünün qəbul etdiyi qaydalara görə, müştəri banka əmanət qoyarkən Əmanətlərin Sığortalanması Fondunun şərtləri ilə tanış olmalı və bu şərtləri qəbul etdiyini imzası ilə təsdiq etməlidir. Ancaq belə reklam çarxının dövriyyəyə buraxılması, üstəlik də 12 faizlik əmanətlərin Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmasının xüsusi vurğulanması göstərir ki, Mərkəzi Bank özü bu qanunsuzluğa yaşıl işıq yandırıb. Böyük ehtimalla "Zaminbank” maliyyə resurslarını artırmaq üçün bu qanunsuzluğa əl atmışdı. Çünki mərkəzi bankın hələ 2012-ci ilin avqustunda qəbul etdiyi qərara görə 2014-cü ilin yanvarın 1-nə qədər bankların nizamnamə kapitalının minimal həddi 10 milyon manatdan 50 milyon manata qədər artırıldı. Bundan sonar isə ötən il Mərkəzi Bank bu həddə çatmaq üçün banklara daha 1 il möhlət verib. Yəni 2015-ci ilin yanvarın 1-nə qədər minimum nizamnamə kapitalının həddi 50 milyona çatmalıdır. Bəzi banklar, o cümlədən də "Zaminbank” bu şərti yerinə yetirməkdə çətinlik çəkir, banka maliyyə resursları cəlb edə bilmirlər. Ona görə də "Zaminbank” müştəriləri aldatmaq yolu ilə banka qoyulan əmanətlərin həcmini artırmağa çalışıb. İipoteka kreditləşməsi üçün ayrılan büdcə pulları hara gedir? Zaminbankla bağlı daha bir maxinasiya ipateka əməliyyatları ilə bağlıdır. Belə ki, dövlət büdcəsindən Zaminbank üçün İpoteka Fonduna ayrılan vəsaitlərdən yalnız bankın işçiləri faydalanır. Yalnız istisna hallarda – "yuxarılardan” tapşırıq gələndə ipoteka kreditlərindən "kənar şəxslər” istifadə edirlər. Bu barədə də bizə bank rəhbərliyinə yaxın mənbələrdən məlumat daxil olub. Başqa söclə Zaminbank rəhbərliyi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək büdcə vəsaitlərindən öz işçilərini, yaxud onlara yaxın adamları mənzillə təchiz edir. Təbii ki, bütün vətəndaşlar kimi bank işçisinin də ipotekadan faydalanmaq hüququ var. Ancaq ipoteka kreditlərinin verilməsində yalnız öz işçilərinin hüququnu tanıyıb, başqalarına isə qapını arxadan örtməyi tapşırmaq heç bir qanuna və məntiqə sığınır. Zaminbank öz işçilərinin sosial problemlərini həll etmək istəyirsə, öz resursları hesabına güzəştli kreditlər təşkil edə bilər və normalda belə də olmalıdır. Çünki banklar başqa müəssisələrdən fərqli olaraq yüksək gəlirlilik səviyyəsinə sahibdirlər və öz vəsaitləri hesabına sosial layihələr həyata keçirə bilərlər. Ancaq konkret nümunəmizdəki bank bunu etmək əvəzinə, büdcə vəsaitləri hesabına öz işçilərinin "qayğısına” qalır. Mənbə deyir ki, hər il büdcə vəsaiti banklar arasında bölüşdürüləndə Zaminbankda evsiz işçilərinin siyahısını tuturlar: "Sovet dövründə olduğu kimi bu bankda ev siyahıları var. Büdcə vəsaitləri hesabına öz işçilərinə 4-8 faizlə ipoteka krediti verən bank, başqalarına illik 12-18 faizlə kommersiya şərtləri ilə kreditlər təklif edir. Təbii ki, belə ağır şərtlərlə verilən kreditlər sərfəli sayılmır və ona görə də bundan çox az adam istifadə edir. Ən başlıcası isə əksər hallarda mənzili olan bank işçiləri bu kreditlərdən faydalanırlar”. Onu da bildirək ki, dövlət büdcəsindən hər il İpoteka Fonduna xeyli vəsait ayrılır. Konkret olaraq Zaminbanka hər il orta hesabla 1,4 milyon manat ipoteka krediti ayrılır. İpoteka kreditlərinin maksimal həddinin 50 min manat olduğunu nəzərə alsaq, bu vəsaitlərdən ən azı 28 nəfər faydalana bilər. Bu 28 nəfərin ən azı 25 nəfəri həmin bankın öz işçisi olur. "Əmanətə xəyanət” prinsipi – qiymətləndirmə və sığorta maxinasiyaları Zaminbank rəhbərliyinin maxinasiyalardan əldə etdiyi gəlirlərin böyük bir hissəsi də avtomobil satışı və sığortası ilə bağlıdır. Belə ki, bankın hesabına keçən avtomobillərin satışını özü yox, tam başqa şirkət, özü də dəxlisiz şirkət həyata keçirir? Ona görə ki, zahirən və formal baxımdan bu işi aparan şəxs (onun adı da bizə bəllidir və gələcək araşdırmalarımızda bu mövzuya yenidən qayıdacayıq) Zaminbanka dəxlisiz görünsə də, onun əsas həyat və yaradıcılığı elə banka bağlıdır. Ən dəhşətlisi isə vətəndaşların girovlarının su qiymətinə əldən çıxması üçün qurulan mexanizmdir. Biz konkret şəxslərə keçmədən hələlik ümumi qaydaları təqdim edirik. Proses zamanı ilkin olaraq, kreditini ödəyə bilməyən müştərinin girov kimi qoyduğu əmlak qiymətləndirilir. Qiymətləndirmə ikili aparılır. Birinci qiymətləndirmə açıq olur, onu məhkəmə icraçılarının təyin etdiyi qiymətləndirici təşkilatlar edir. Bu halda, əmlakın dəyəri müştəriyə bəlli olur. Amma bu "şəffaflıq” heç də bizim anladığımız, hər kəsi məmnun edən şəffaflıqdan deyil. Ona görə ki, qiymətləndirmədən öncə qiymətləndirici təşkilatlarla bank arasında separat anlaşma əldə olunur. Bu anlaşmaya görə, əmlak real dəyərindən ən pis halda, 2 dəfə az qiymətləndirilir. Belə xidmətə görə həmin təşkilata təbii ki, təkcə "afərin” deyilmir, realizasiyanın bəlli bir faizi qədər pul ödənilir. İkinci qiymətləndirmə isə bankın özü tərəfindən aparılır və rəsmiləşdirilir. Bu ona görə edilir ki, bankın girovlar şöbəsi əmlakı özü istədiyi qiymətə satıb, rəsmiyyətə kefi istəyən qiyməti yazmasın. Müştərilərin mülkiyyətinin real dəyərindən dəfələrlə ucuz göstərilməsi hələ zülmün hamısı deyil. Diqqət edin, Zaminbank öz borclu müştərisi ilə necə kobud qisasçılıq aparır. Fərz edək ki, sizin avtomobiliniz girovdadır, 10 min manat kredit borcunuzu ödəyə bilmədiyinizə görə onu əlinizdən alıblar və qiymətləndirmə təşkilatı onu 11 min manata dəyərləndirib. Əksər hallarda bu əmlak 35-38 min manata satılır, amma guya, 8 minə satıldığı rəsmiləşdirilir. Yəni, bankın bu qədər artıq pul əldə etməsi belə, tamahgirlik ucbatından müştərinin borcunu tam bağlamağa imkan vermir. Bu minvalla bir müddətdən sonra daha bir məhkəmə qətnaməsi ilə müştərinin başqa bir əmlakına həbs qoyulur. İş bununla bitmir. Daha bir fırıldaq Zaminbankın avtomobil sığortası ilə bağlı həyata keçirilir. Birbaşa bank rəhbərliyinin nəzarətində olan bu maxinasiyada dəymiş ziyan dəyərindən yüksək qiymətləndirilir və vətəndaşla sövdələşmə bağlanır. Real ziyan ödənildikdən sonar yerdə qalan vəsait isə mənimsənilir. Mənbəmizin sözlərinə görə bu prosesi də, Zaminbank Kasko sığorta şirkəti ilə birgə həyata keçirir. İflas ərəfəsində Hazırda "Zaminbank”da hesabdan pul götürmək müşkülə çevrilib. Bu bankda hesabı olan müəssisələr üçün pullarını çıxartmaq əsil müşkülə çevrilib. Pul çıxarmaq üçün ən azı 1 həftə öncə sifariş verilməlidir. Halbuki normal banklarda hesabdan pul çıxarmaq üçün sifarişə ehtiyac yoxdur, yəni istənilən bank günü (istirahət və bayram günlərindən başqa) problemsiz pul çıxartmaq olar. "Zaminbank”ın rəhbərliyi müxtəlif mənbələrdən banka maliyyə cəlb etmək istəsələr də, cəhdləri alınmayıb. Xatırladaq ki, Zaminbank 1992-ci ildə təsis edilib. Ölkə üzrə 38 filialı və 17 bank şöbəsi var. Rəsmi səhmdarlar Nadir İsmayılov, Mahir İsmayılov və Yelizaveta Mileşkinadır. Bankın saytında hansı səhmdarın nə qədər səhmə sahib olduğu göstərilməyib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru