Bizdə nədən Baytarlıq idarəsinə qəssab təfəkkürü ilə yanaşırlar? - İTTİHAM VAR
Tarix: 9-06-2016, 09:58 | Çap et
 Əslən Göygöl rayonu, Pənahlılar kəndindən olan, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər İdris oğlu Süleymanov son dövrlər sərgilədiyi fəaliyyətilə ona göstərilən etimaddan sui-istifadə edərək bəzi özbaşına işlər həyata keçirməyə başlayıb. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən məlumatlı şəxs qeyd edir ki, bu sahədə çalışan peşəkar kadrları hədəfə alıb. Belə ki, Azər Süleymanovun Dövlət Baytarlıq Nəzarəti Xidmətinin təcrübəli əməkdaşlarını müxtəlif bəhanələrlə işdən uzaqlaşdırmağa çalışdığını vurğulayan mənbənin sözlərinə görə, o, bu məqsədlə kənd təsərrüfatı naziri Heydər Əsədovun adından istifadə etməkdən belə çəkinmir: В«İlk öncə məlumat üçün bildirim ki, Azərbaycan Dövlət Aqrar Universitetini bitirən Azər Süleymanov 1982-1983-cü illərdə Göygöl rayonu Kuybişev adına kolxozda kolxozçu, 1988-1992-ci illərdə Göygöl rayon heyvanların xəstəlikləri ilə mübarizə stansiyasında aparıcı baytar həkim, rəis müavini, 1992-2014-cü illərdə Göygöl Rayon Baytarlıq İdarəsinin rəisi, 2014-2015-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini vəzifələrində çalışıb. O, 07.09.2015-ci il tarixdən etibarən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edir. Beləliklə, deyilənlərə görə, Azər Süleymanov Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyinat almaqdan ötrü qurum daxilində ona müxalif mövqedə dayanan şəxsləri В«zərərsizləşdirməyəВ» çalışır. Belə ki, xidmətin rəisi vəzifəsini icra edən Azər Süleymanov anlayır ki, onun qurumun rəhbərliyinə gətirilməsində əsas maneə məhz həmin şəxslərdir. Bu səbəbdən də o, kənd təsərrüfatı naziri Heydər Əsədovun adından istifadə edərək özünə qarşı müxalif mövqedə dayanan peşəkar kadrları tutduqları postlardan uzaqlaşdırmaq niyyətindədir. Lakin bu, o qədər də asan məsələ deyil. Çünki Azər Süleymanovun Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyinatının əleyhinə olanlar qurumdan uzaqlaşdırılarsa, o zaman xidmətin işi tamamilə iflic ola bilər. Məhz elə bu səbəbdən də Heydər Əsədov Azər Süleymanova bir qədər gözləməyi, təmkinli olmağı məsləhət görübВ». Bu arada, hazırda bir çox işbazların istehlakçılara xəstə, yararsız və daha çox ölmüş atların, uzunqulaqların və camışların ətini mal əti adı ilə sırıdıqlarını iddia edən məlumatlı şəxs bildirir ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin normal qaydada fəaliyyət göstərməməsi səbəbindən son dövrlər bu cür hal intensivləşib: В«Deyilənlərə görə, Azər Süleymanovun rəhbərlik etdiyi qurum normal işləmir, nəticədə minlərlə murdar cəmdəyə yalançı möhür vurulur. Bütün bunlar onu deməyə əsas verir ki, Azər Süleymanov Dövlət Baytarlıq Nəzarəti Xidmətini ozünün səxsi biznes strukturu kimi idarə edir. Elə buna görədir ki, adıçəkilən quruma ölkəyə idxal edilən yüklərə baytarlıq icazəsinin alınması üçün müraciət edən iş adamları əlavə ödənişlərlə üzləşirlər. Deyilənlərə görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətində idxal və ixrac edilən hər yükün öz В«haqqıВ» var. Məsələn, olkəyə idxal edilən damazlıq toyuq yumurtasının birinə 1 sent, (ildə 100 minlərlə yumurta idxal olunur) bir günlük cücənin birinə 1 sent alınır. Xaricdən iş adamları tərəfindən gətirilən bir baş iri buynuzlu heyvana 25 man, qoyun-keçiyə 12 manat tələb olunur. Hər partiyada 100 tonlarla idxal olunan ət, yağ, süd və süd məhsulları, quru süd, balıq və konservləri, həmçinin digər heyvandarlıq məhsullarının bir tonuna 10- 20 manat haqq alınır. Baytarlıqda işlədilən dərman preparatlarının ölkəmizdə qeydiyyatı üçün Baytarlıq İnstitutunda Preyskurantda nəzərdə tutulan 2500 manat alınır. Bundan başqa, hər növ dərmanın qeydiyyatı üçün isə əlavə dərmanın invoisində olan qiymətin 20 faizi В«əlavə ödənişВ» qismində alınır. Dərman pereparatlarından söz düşmüşkən nəzərinizə çatdırım ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanovun həm paytaxt Bakının, həm də ölkənin digər şəhər və rayonlarında çoxlu sayda baytarlıq apteki mövcuddur. Deyilənlərə görə, geniş biznes şəbəkəsinə sahib olan Azər Süleymanovun obyektlərini yaxın adamlarından biri idarə edir. Maraqlıdır, görəsən o, bütün bunları nəyin hesabına əldə edib?В» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36 |
|
|
|
| • Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14 |
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08 |
|
|
|
|