SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Ağsunun yolları burma-burmadır... - Bu əyrilik rayonun idarə olunmasına da sirayət edib
Tarix: 16-06-2016, 10:52 | Çap et
Ağsunun yolları burma-burmadır...
Ağsu illərdir Ənvər Seyidəliyevin zülmü altında inildəyir. Rəhbərlik etdiyi dövrdən icra başçısı bölgənin inkişafı üçün bir iş görməyib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısı olan Seyidəliyevə əslində, nazir bacısı oğlu dayılıq edir.

Dayıya dayılıq etmək...

Yəni, onun bu günə kimi Ağsu rayon İcra Hakimiyyətinin başçısı postunda qalmasının səbəbkarı nazirdir. Əks halda Seyidəliyev çoxdan vəzifəsini itirmişdi. Ən azından bölgələrdə baş qaldıran sosial etirazlar zamanı Ağsuda qalxan nümayişlərdən sonra icra başçısı işindən uzaqlaşdırılacaqdı. “Gündəm-xəbər”in araşdırması zamanı məlum olub ki, onu bu təhlükədən qoruyan nazir qohumu olub. Müslümov Seyidəliyevi Ağsu rəhbərliyində saxlamaqla həm də rayondakı tayfa-klan biznesinin yerini bərkitməyə nail olub. Bu ailənin Ağsuda sahibləndiyi varidat, mal-mülk, kommersiya obyektləri, torpaq sahələri nağıllarda padşahların həyat tərzini xatırladır. “Gündəm-xəbər”ə verilən məlumatda bildirilir ki, Ağsuda Seydiəliyevlərin nəzarətindən kənarda nə bir biznes məntəqəsi var, nə də torpaq sahəsi. Eləcə bu sözləri vəzifə yerlərinə də şamil etmək olar. Ağsunu tamamilə zəbt eləmiş bir ailə bütün dövlət vəzifələrində rəhbərlikdə təmsil olunur. Belə çıxır ki, Ağsuda onlardan başqa kimsə vəzifədə ola bilməz.
Media üzərindən apardığımız araşdırmalara da belə deməyə əsas verir ki, Seyidəliyev klanı Ağsuda boş yer saxlamayıb. Gəlin faktlara nəzər yetirək: “Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin qardaşıdır. Rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov isə icra başçısını digər bacısı oğlu, nazir Səlim Müslümovun qardaşıdır. Ağsu bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərovun nəzarətinə verilib. İcra başçısının Teymur Seyidəliyev adlı qardaşı isə qeyri-rəsmi ödənişlərin toplanmasına nəzarət edir.

Başçı məhkəməyə verilib

Təkcə bu adları və vəzifələri sadalamaq kifayət edir ki, Seyidəliyevlərin işğalı altında olan Ağsuda sosial problemlərin, özbaşınalıqların, məmur bürokratiyasının, köhnə nomenklaturanın idarəçiliyinin yaratdığı əngəllərin bölgəni nə hala saldığını təsəvvür edəsən. Eyni zamanda iş adamlarının günü “göy əskiyə” bükülüb. Dövlət başçısı İlham Əliyevin sahibkarlarla bağlı tapşırıqları, sərt xəbərdarlığı, onların iki vergi yoxlamasından azad edilməsi haqda tapşırığına rəğmən nazirin maliyyə şöbəsinə rəhbərlik edən qardaşı Radim Müslümov, qeyri-rəsmi ödənişlərə baxan Varis Nəzərov icra başçısının təlimatları əsasında işləyir. Onlar sahibkarlara işləməyə aman vermir. Yuxarıda sadalanan adlar Ağsu camaatının qəniminə çevrilib, başda Ənvər Seydəliyev olmaqla. İş adamları ilə bərabər Ağsunun Meliorator qəsəbəsində yerləşən "Qərənfil" uşaq bağçasında yaşayanlar da zülm altında yaşayır. 1993-cü ildən məskunlaşan Kəlbəcər sakini, şəhid övladı Elşən Məmmədov və digər üç köçkün ailəsi Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ənvər Seyidəliyevi məhkəməyə verməli olub. Buna səbəb isə onların yaşadıqları binanın müəmmalı şəkildə bir ilin içində iki dəfə təmir olunması, köçkünlərin çətin vəziyyətə salınması olub. Belə ki, onlara başqa binaya köçmək təklif olunsa da, orda yaşamaq şəraiti olmadığından köçkünlər imtina ediblər. Deyiblər ki, heç olmasa zəruri şərait yaradılsın ki, köçək. Ancaq RİH başçısının göstərişi ilə köçkünlər hazırkı binada yaşaya-yaşaya təmirə başlayıblar. Bu özbaşınalıq o həddə çatıb ki, icra başçısı məhkəməyə verilib. İlin əvvəlində Ağsuda baş verən xalq etirazları, aksiyalar, icra başçısından edilən şikayətlər, prezidentə ünvanlanan müraciətlərə baxmayaraq Seyidəliyev vəzifəsi başındadır.

Deputatın eyhamı və 800 minlik mənimsəmə

Buna səbəb nazir Müslümovun himayəsidir. Ancaq yeri gəlmişkən, deputat Çingiz Qənizadənin bir çıxışını xatırlamaq lazımdır. Millət vəkili vəzifəsindən kənarlaşdırılan icra hakimləri – Cəbrayıl və Laçın, Salyanın başçılarına eyham vuraraq qeyd etmişdi ki, dövlət başçısı onların barəsində mətbuatda gedən yazılarla tanış olub. Və adı xoşagəlməz işlərdə, neqativ olaylarda hallanan məmurlar çox çəkmir ki, vəzifəsini itirir. Çünki iqtidarın və prezidentin sosial siyasətinə zidd fəaliyyət göstərən yarıtmaz məmurlar xalqla ölkə rəhbərliyini üz-üzə qoyur. Deputatın bu açıqlamasındakı işarədən belə anlamaq olur ki, Seyidəliyevin də gec-tez Ağsuda uzaqlaşdırılacağı istisna deyil. Bu sətirləri təsdiqləyən faktlarla gəlin tanış olaq: Ənvər Seyidəliyev icra başçısı olan kimi, 2010-cu ildə Ağsunun 16 kəndinin Sovet dövründə qurulmuş melorasiya borularını 2-2, 5 metr dərinlikdən sökərək metalloma satıb. Həmin kəndlərin torpaq sahələri heç bir əkinçilik üçün yaramır, artıq torpaqlar şoranlaşıb. Ənvər Seyidəliyev Ağsu üçün Quzey kəndindən çəkilən bulağın borularını Hacıqədirli və Ərəbmehdibəy kəndlərində sökülmüş melorasiya borularıdır ki, həmin boruların əvəzində dövlət büdcəsindən 800. 000 (səkkiz yüz min) pulu mənimsəyib. Həmin bulağın suyu heç nəyə yaramır. Ağsu şəhərində vərəm dispanseri yandırıldı və onu özəlləşdirildi. Ağsuda maşın və traktorların birliyi 5 ha (beş) özəlləşdirilib. Rayon xəstəxanasının yanındakı yarımçıq tikili olan bağça binasını Səlim Müslümov özəlləşdirib. Hər il Ağsuda 200 ha torpaq sahəsi Ə. Seyidəliyev tərəfindən əkilir, yaxud əkilmir, ancaq subsidiyalar mənimsənilir.

Torpaqların zəbti, karyerlər, sexlər və…

Faktlar bununla yekunlaşmır. Ardınca, Ənvər Seyidəliyev tərəfindən 700 ha torpaq sahəsi, Ağsu şəhərində və ona bitişik Navahı, Qaraməmmədli, Pirhəsənli, Ülgüc və Qaraqaşlı kəndlərində mənzil tikintisinə bələdiyyə adından satılıb, əldə edilən maliyyə vəsaitləri mənimsənilib. Ağsuda hər ildə 2-3 yeni məktəb binaları tikilir ki maliyyə vəsaitləri mənimsənilir. Ənvər Seyidəliyev tərəfindən saxta dərmanlar istehsal olunur, hətta qonşu rayonlarda satılır. Bico kəndində 120 ha torpaq sahəsi, Qaraməmmədli və Navahı kəndlərində isə 300 ha torpaq sahəsi Ənvər Seyidəliyev tərəfindən hektarı 2100 manata alınıb. Torpaq alqısı hələ də davam etməkdədir.
Girdiman çayında S. Müslümovun drabilkası və daş karxanası var. Ümumiyyətlə, Girdiman çayı özəlləşdirilib. Ənvər Seyidəliyevin açdığı daş karxanası və tamet pilitə sexləri var. Bu rayonu özəl obyekti kimi istifadə etməkdə davam edir. Təzə tikilən xəstəxana üçün ayrılmış məbləğin müəyyən hissəsi Ənvər Seyidəliyev tərəfindən mənimsənilib. Belə çirkli pullar hesabına, Bakıda - Badamdarda və Mərdəkanda hər birinin dəyəri 4-5 milyon olan 2 villası var. Ənvər Seyidəliyev rayonun iqtisadi inkişafına, su-kanalizasiya tikintisinə ayrılmış dövlətin 51 milyon manatı hara xərclədiyi hələ də məlum deyil. Prezidentin Ağsuya səfəri zamanı 5 dağ kəndinə su çəkildiyini və həmin kəndlərdə evlərə paylandığını, artıq istifadə olunduğunu deməklə yalan məlumat verilib.

MTC-ların məhvi, nazir atasının çörək sexi...

Bundan başqa, Ağsuda maşın və traktorların birliyini (köhnə MTC) özəlləşdiriblər, yüzlərlə maşın, kombayn, traktorları, tokar dəzgahlarını, böyük sənaye tipli təmir emalatxanalarını söküb satıblar. Həmin pullardan vergi orqanlarına 1 manat da olsa pul ödəməyiblər. Həmin MTC 5 ha-dan yuxarı torpaq sahəsində hazırda istixana inşa ediblər. Hər hektarına 1 milyon manatdan yuxarı pul qoyulub. Bu pulların mənbəyi qaranlıqdır. Səlim Müslümov və Ənvər Seyidəliyev rayon istehlak cəmiyyətinin köməkçisi idman salonunu, eyni zamanda 3 ha yaxın torpaq sahəsini qohumlarının adına alaraq özəlləşdiriblər. ”Ağsu çörək MMC” Səlim Müslümovun atası, Yanvar Müslümovun adına özəlləşdirilib. Köhnə yanğın söndürmə idarəsinin və kübrə idarəsinin torpaq sahələri bu oliqarxlar tərəfindən alınıb. 2014- 2015 ci dərs ilində Muradlı, Dilman, Keçdiməz kəndlərində yeni məktəb tikintisi üçün ayrılan maliyyə vəsaitləri on dəfələrlə şişirdilib pulları mənimsənilib. Bico kəndində uşaq bağçası tikilmək üçün ayrılmış vəsait mənimsənilərək heç bir iş görülməyib. Beləliklə, bu detallar yetərlidir ki, Seyidəliyev-Müslümov tandeminin, dayı-bacıoğlu qubernatorluğunun Ağsuda hökmranlıq etdiyini iddia edəsən. Əlbəttə ki, məmurların bizneslə məşğul olması qanunla qadağandır. Elə Seyidəliyevlərin də adına rəsmiləşdirilən obyekt tapmaq olmaz. Yuxarıda sadaladığımız məntəqələr, məhv edilmiş obyektlər, ələ keçirilən torpaq sahələri icra başçısının yaxınlarının adına sənədləşdirilib. Bu da məmur oliqarxiyasının köhnə, ənənəvi siyasətidir.
Rafiq Qara GundemXeber.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru