SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Terrorun gülən üzü ağlar qaldı - Azərbaycan şəbəkəsinin gizlinləri
Tarix: 22-07-2016, 18:18 | Çap et
Terrorun gülən üzü ağlar qaldı
Türkiyədə çevrilişə uğusuz cəhddən sonra nurçuların Azərbaycandakı şəbəkələrinin də son dayaqları artıq çökdü. Görünən budur ki, iki gün öncə Fətullahçıların Azərbaycanda ən nüfuzlu dayağı hesab olunan Qafqaz Universiteti ləğv edildi. Təhsil Şurasının qərarı ilə bu ali məktəb Ali Neft Məktəbinin balansına verildi.

Hafta.az bu şəbəkənin Azərbaycandakı strukturları barədə daha əvvəllər də araşdırmalar aparıb. Mövzunun aktuallığını nəzərə alaraq “terrorun gülən üzü”nün Azərbaycandakı fəaliyyəti, şəbəkə strukturu haqqında əldə etdiyimiz məlumatları oxucuların diqqətinə çatdırmaq qərarına gəldik.

Azərbaycanda ən böyük nurçu şəbəkəsi- Qafqaz Universiteti…
İlk olaraq qeyd edək ki, Qafqaz Universiteti bu şəbəkənin Azərbaycandakı ən böyük “düşərgəsi” sayılırdı. Hətta binanın proyektinin“F” hərfi formasında inşa edilməsini də şəbəkə başçısı Fətullah Gülənlə əlaqələndirənlər də az deyildi. Müsahibələrimin birində keçmiş nurçulardan biri də bunu təsdiqləmişdi.

Qafqaz Universitetindən din anlayışı olmayan və ya “Araz” kurslarından bu icmaya rəğbətləndirilən (tovlanan) gənclər isə əvvəlcə universitet yataqxanasına qəbul edilirmiş. Araşdırma nəticəsində öyrəndik ki, əvvəlcə universitetə qəbul olan, sonra da aşağı qiymətlərlə yataqxanada qalmağa sövq edilən bu gənclər sonradan yataqxanadan çıxarılırmış. Əslində onları nurçu “abi”lər bu müddət ərzində “nur evləri” adlı 5-6 nəfərlik kamplara hazırlayırmışlar.

“Nurçuluğa hazırlıq” kampları…
Bir zamanlar belə evlərdə qalanlar bildirir ki, bu kamplar üçün şəhərin mərkəz yerlərində, xüsusən də metrostansiyalara yaxın ərazilərdə aylıq kirayəsi 600-1000 manat arası kirayə evlər tutulurdu. Tələbələr isə maksimum halda ev kirayəsinin 400-500 manatını ödəyə bildiklərini deyirdilər. Çünki həmin tələbələrin böyük əksəriyyəti imkansız əyalət uşaqları olurdu. Rayonlarda dini təbliğatın paytaxta nisbətən zəif getdiyini dərk edən “nurçu böyük”lər bununla gənclərin daha tez ram ediləcəyini düşünürmüşlər. Sual olunur, ev kirayəsinin bəs qalan məbləği kim ödəyirmiş? Bu suala da elə keçmiş nur evlərində qalan tələbələr cavab veriblər. Bu pullar nurçu iş adamlarının camaat daxilində “himmət” adlandırılan yardımları vasitəsi ilə ödənilirmiş. Üstəlik maddi imkanları zəif olan bu gələcək nurçuların soyuducularının daima ərzaq və meyvə-tərəvəzlə dolu olduğu bildirilir. Nurçu şəbəkəsi qidalanmaya xüsusi fikir verirlər. Lakin şəhvani hissləri cilovlamaq üçün camaatdaxili qaydalara əsasən nisbətən yüngül kalorili yeməklərdən istifadə olunub.

Həmçinin qeyd edək ki, bu cür evlər "Memar Əcəmi”, "Gənclik” və "Nərimanov” metrostansiyalarının yaxınlığında daha çox üstünlük təşkil edir.

İcmaya yeni üzvlər necə gətirilir?
Adının açıqlanmasını istəməyən nurçu evlərində qalmış bir gəncin sözlərinə görə, bunun üçün hər həftə sonu və ara günlər xüsusi “diplomatiyadan” istifadə olunur. Onlar ya “imtahana birgə hazırlaşmaq” adı ilə “caamat” ailəsindən kənarda qalmış şəxsləri dəvət edirlər, ya da ki, “yemək yemək”, “çay içmək”, “futbol oynamaq” bəhanəsi ilə icmaya yeni insanların gətirilməsinə nail olurlar.

“Nurçu” qruplaşmasının şəbəkə şistemi və idarə olunması
Xatırlayırsınızsa, nurçuluqla bağlı ötən yazılarımızın birində bu məsələyə toxunmuşduq. Nurçu şəbəkəsinin bütün dünyada yalnız bir idarəetmə forması var. Türkiyədə “hörümçək toru” adlanan bu şəbəkəni aşağıdan yuxarıya bu cür sıralamaq olar. Ev camaatı – bu evin əhli-beyti adətən 4-6 nəfərdən ibarət olur. Evdə Səid Nursinin və Fətullah Gülənin kitablarının oxunması üçün gündəlik proqramlar tutulur. Tələbələrə isə bu şəxslərin içindən seçilmiş “ev abisi” nəzaərt edir. Abini daha yuxarı “konsey” seçir. Evin “qardaş ev” adlı dayaq məntəqəsi də var ki, burada adətən iki ev birləşərək birgə oxu kampları təşkil edir, yeni tələbələrin camaata cəlb olunması üzrə iş aparırlar. Oxu kampları isə adətən universitetlərdə tətil başlayanm aralıqda daha ağır olduğu da bildirilir. Belə ki, adi günlərdə 3-4 saatlıq “nur” kitabları oxuyan tələbələr yay və qış tətillərində 11-12 saat Səid Nursinin “Risaleyi-nur”larını oxuyurlarmış. Ev sitemindən daha üst isə “səmt” sistemidir. Səmtdə adətən 5-6 ev olur ki, bu evlərə “səmtçi” adlanan şəxs nəzarət edir. “Səmtçi”nin tabeliyində olan evlərin əskiklərini qarşılamaqla məşğul olduğunu öyrəndiklərimiz arasında olan maraqlı informasiyalardandır. “Səmtçi” həm də “ev” və “səmt” evlərində kamplar zamanı camaat üzvlərinin neçə səhifə kitab oxuduğu haqda siyahı tutub, həm də ev abilərindən həftəlik hesabat tələb edən şəxsdir. Əldə etdiyimiz bilgilərə görə, “Səmtçi”lərə isə “bölgəçi” adlanan rəhbərlər nəzarət edirlər. “Bölgəçi”lərin nəzarətində 20-25 arası evin olduğu da əldə edilən məlumatlar arasındadır. Bölgəçilərə isə “ölkəçi” adlanan daha böyük şəxslər rəhbərlik edir ki, həmin insanlara isə siravi camaat üzvünün yaxınlaşması, onu tanıması qeyri-mümkündür.

Sistem daxilində şəxslərin və yaxud əşyaların "kod” adları…
Bütün bu qol-budaqlar öz aralarındakı müzakirələri "istişarə” adlandırırlar. İstişarədə tez –tez dəyişdirilən müəyyən kod sözlərdən istifadə olunur. Polis və ya hüquq-mühafizə orqanlarının telefon danışıqlarını dinləməməsi üçün hətta istişarə zamanı telefonlar“daşları” çıxarılaraq başqa bir otağa yğılır. Gələn gizli kodlara. Fətullah Gülənə “hoca əfəndi”, onun ustadı hesab edilən Səid Nursiyə “ustad” deyirlər. Səid Nursinin kitabını gətirin deyəndə? "Ustadın balını gətirin” deyirlər. Dini, qadağan olunmuş kitabın kod adına "bal” deyirlər. Bundan başqa hər həftə herkul.org saytından F.Gülənin həftəlikm çıxışlarının videoyazısı məcburən cammat üzvlərinə izlədilir. Həmin videonun adı isə “bam teli”dir. “Telefon” – mikrofon, video disk- “dərman” adlandılıbmış.

Sistemin nəşrləri…
Sistemin kitabları Türkiyədə “Tuna”, Azərbaycanda isə “Xəzər” nəşriyyatında çap edilirmiş. Fətullah Gülənin təhsisçisi olduğu “Sızıntı” (türkcə-T.T) və “Ailəm” (azərbaycanca –T.T) jurnalları isə məcburi olaraq hər kəsə oxutdurulurmuş. Bundan başqa “Zaman” qəzeti də nurçu qruplaşmasının əsas media orqanı hesab edildiyi haqda məlumatlar əldə etdik. Qeyd edək ki, 1992-ci ildən “Zaman – Azərbaycan” adı ilə çıxan bu gündəlik qəzetin də 2 gün öncə bağlandığını elan edildi.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru