Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyində köhnə hamam, köhnə tas... - Rəhbər dəyişikliyi niyə hiss olunmadı...
Tarix: 30-09-2016, 11:05 | Çap et
 Məlum olduğu kimi bir müddət bundan əvvəl Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Şakir Musayev tutduğu vəzifədən azad edilmiş, onun yerinə isə, Ədalət Həsənov direktor vəzifəsinə təyinat almışdır. Maraqlıdır ki, bu təyinata qədər Ədalət Həsənov Birliyinin direktor müavini vəzifəsində çalışıb. Niyə maraqlıdır? Ən azından ona görə ki, Şakir Musayevin dövründə bu müəssisənin fəaliyyətində müşahidə olunan bütün nöqsanlara görə keçmiş direktor kimi onun müavini də məsuliyyət daşıyıb. Bəzi məqamlarda isə, Ədalət Həsənovun məsuliyyəti hətta direktordan da artıq olub. Bu barədə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəhbərliyində həyata keçirilmiş dəyişikliyin əsalində heç bir əhəmiyyət kəsb etmədiyini bildirən mənbələr xəbər verirlər. Etiraf etmək lazımdır ki, son vaxtlar Birliyin vətəndaşların hüquqlarını pozan bir quruma çevrilməsi barədə iddialara ən müxtəlif instansiyalara, o cümlədən ölkə mətbuatına təqdim olunan məlumatlarda kifayət qədər rast gəlinir. Açıqlamalarda bildirilir ki, Birliyin ekspertləri bir çox hallarda nədənsə tam, dolğun, arqumentləşdirilmiş və elmi əsaslandırılmış obyektiv rəy vermirlər. Qeyd edək ki, Azərbaycanda məhkəmə ekspertiza fəaliyyəti qanunvericilik aktları ilə və ilk növbədə “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunla tənzimlənir. Qanunda birbaşa göstərilir ki, məhkəmə ekspertizası fəaliyyəti müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertizası idarəsi tərəfindən həyata keçirilir. Bu işlər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin səlahiyyətindədir. Birlik Səhiyyə Nazirliyi nəzdində dövlət ekspertiza idarəsi kimi fəaliyyət göstərir. Birliyin məhkəmə tibb ekspertləri ekspertizanın icrasında müstəqildirlər. Yəni Birliyin ekspertlərinin hüquq-mühafizə və istintaq-məhkəmə orqanlarından hər hansı bir asılılığı və inzibati tabeçiliyi yoxdur. Məhkəmə-tibb ekspertlərinin ekspertizanı təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və rəyin nəticəsində maraqlı olan digər şəxslərdən hər hansı bir formada asılılığı yoxdur. Qanunda birbaşa qeyd olunub ki, ekspertizanın icrası zamanı ekspertizanın gedişinə və onun obyektivliyinə xələl gətirə biləcək müdaxilə və təzyiq göstərən istənilən vəzifəli şəxs, o cümlədən dövlət ekspertiza idarəsinin rəhbəri qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti daşıyır. Həmçinin ekspert də qəsdən yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Lakin təəssüflər olsun ki, bu qanunlara heç də həmişə nə ekspertlər, nə də Birliyin rəhbərliyi tərəfindən əməl olunmur. Bu səbəbdən də, son illər Birliyin fəaliyyəti ilə bağlı insanlarda mənfi ictimai rəy formalaşıb. Eyni zamanda da, bir müddət əvvəl Birliyin bəzi şöbələrində üzə çıxarılan hüquq pozmaları və bu xüsusda həyata keçirilən həbslər də vətəndaşlarda bu quruma olan inamı bir qədər də azaldıb. Təbii ki, yaranmış vəziyyətdə, duruma təcili müdaxilə olunması, əməli tədbirlər görülməsi zəryrəti meydana gəlmişdi. Bu baxımdan Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktorunun vəzifədən alınması da başa düşülən və hətta gözlənilən bir addım oldu. Lakin həmin posta olan yeni təyinat insanların çaşqınlığını bir qədər də artırmış oldu. Əgər birliyin fəaliyyətini bundan sonra Ədalət Həsənov yönləndirəcəksə, bu zaman aparılmış kadr islahatının mənası, əhəmiyyəti nədən ibarətdir? Redaksiyamıza bu barədə açıqlama verən əksər mənbələrin rəyinə görə, Birliyin ekspertlərinə təsir göstərilməsi, qərəzli, bu və ya digər tərəfin marağını təmin edən, qeyri-obyektiv rəylərin verilməsi xüsusunda indiyədək Ədalət Həsənovun “xidmətləri” heç də keçmiş direktordan az olmayıb. Və bu şəxs indi artıq Birliyin bütün fəaliyyətinə nəzarət etmək imkanı əldə edib. Belə qənaətə gəlmək olur ki, Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin fəaliyyətinə dair ictimai rəyin müsbətə doğru dəyişməsini hələ çox gözləməli olacağıq...
Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36 |
|
|
|
| • Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14 |
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08 |
|
|
|
|