SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Şərurlu İsfəndiyar”ın adı “MTN işi”ndə... - İtstintaqa nələri deyib?
Tarix: 12-11-2016, 12:02 | Çap et
“Şərurlu İsfəndiyar”ın adı “MTN işi”ndə...
Tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi bilinən İsfəndiyar Axundov “MTN işi”nə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun ittiham olunduğu epizodlarından birində İ.Axundov dindirilib.

İttihama görə, A.Çovdarov 2008-ci ildə Bakıda hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan “Azərtikinti-ATF” məhdud məsuliyyətli cəmiyyətinin direktoru Azər Quliyevi hədələyərək ondan külli miqdarda pul alıb.

Belə ki, A.Quliyev barəsində hər hansı rəsmi şikayət və araşdırma olmadan Çovdarovun əmri ilə MTN-ə aparılaraq 8 saat saxlanılıb və bir neçə biznesmenə borcu olması, şirkətinin inşa etdiyi binalarda eyni mənzili bir neçə adama satması bəhanələri ilə həbs ediləcəyi barədə hədələnib. A.Çovdarov bu hədələrinin reallaşmaması üçün Azər Quliyevdən 1 milyon 200 min dollar pul tələb edib. A.Quliyev inşa etdiyi binalardan birində Çovdarov üçün 2 mənzil ayıracağına söz verib və həmin ilin mart ayında Xudu Məmmədov 34 ünvanındakı binadan dəyəri 62 860 AZN və 115 500 AZN olan mənzilləri Çovdarova verib. General isə bir il sonra mənzillərdən ucuz olanını satıb, digərini isə Novxanıda bağ evinin bağbanı Elxan Həsənovun adına rəsmiləşdirib. Sonradan isə A.Quliyevdən 15 min dollar nağd pul alıb.

Zərərçəkmiş A.Quliyev istintaqa ifadəsində deyib ki, “Orxan” MMC ləğv edilmiş MTN-nin işlər idarəsinin şirkəti olub: “Bütün bunlar həmin idarənin rəisinin tapşırığı ilə olub. 2007-ci il Aqil Axundov Qazaxıstanda yaşayan Canpolad adlı şəxsdən 1 milyon 200 min dollar alaraq hündürmərtəbəli bina tikintisinə cəlb etdiyini dedi. Bir müddət sonra zəng edib həmin adamın mənə sualı olduğunu dedi. Tanımadığım adam “Aqil deyir pul sənə çatmayıb, düzdür?” deyə soruşdu, mən də təsdiqlədim. Sonra bildim ki, Aqil o pulu başqa tikintiyə cəlb edib. Üç-dörd ay sonra Aqil mənə zəng edib MTN-ə gəlməli olduğumu dedi. Mən “MTN-də heç bir işim yoxdur” deyib telefonu söndürdüm. Sonra yenə zəng gəldi, danışan adam özünü Akif Çovdarov kimi təqdim etdi. MTN-ə getdim, orada məni hədələdilər. Heç kimdən pul almadığımı dedim. “Rəhbərliyə bu formada məruzə etməyimiz üçün iki mənzil verməlisən” dedilər, razılaşdım.

Sonradan Aqil Axundov mənə dedi ki, tələb olunan pulu o MTN-ə verib. Mən də buna görə verdiyim mənzilləri geri istədim, razılaşdılar. Bunun əvəzində yenə məndən 20 min dollar istədilər, 15 min verəcəyimi dedim və verdim. Lakin mənzilləri də qaytarmadılar”.

Bu epizod üzrə şahid qismində dindirilən İsfəndiyar Axundov bildirib ki, Azər Quliyevin şirkəti “Azərtikinti ATF”in inşa etdiyi binalarda eyni mənzillərin bir neçə şəxsə satılmasına görə zərərçəkmişlərə dəyən ziyanı özü ödəyib: “Azər Quliyevi 2007-ci ildən tanıyıram. O zamana “Orxan” MMC-nin direktoru Alim Əlizadə ilə Azər Quliyev arasında belə bir anlaşma olub ki, "Orxan" MMC Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə yüksək mərtəbəli binaların inşası üçün ayrılmış torpaq sahəsində olan tikintisi yarımçıq qalmış dörd ədəd 16 mərtəbəli binanın yerləşdiyi torpaq sahəsini və tikintiyə icazə verilməsi üçün nəzərdə tutulmuş bütün sənədləri qaydasına salmalı, “Azərtikinti ATF” isə həmin yarımçıq binaların tikintisini tamamlayaraq təhvil verməli və bundan sonra əldə olunmuş mənfəət iki şirkət arasında bölünməli idi.

“Şərurlu İsfəndiyar”ın adı “MTN işi”ndə...
İsfəndiyar Axundov

"Orxan" MMC tərəfındən müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam şəkildə yerinə yetirildikdən sonra “Azərtikinti ATF” MMC tərəfindən həmin binalarda tikinti işləri başlandı. Müqaviləyə əsasən “Azərtikinti ATF” MMC-nin tikilmiş binada mənzil satmaq kimi səlahiyyəti olmayıb. Buna baxmayaraq, “Azərtikinti ATF” MMC-nin direktoru Azər Quliyev "Orxan” MMC-nin məlumatı olmadan binanın tikilməmiş mənzillərini bir neçə şəxsə satıb. Bundan başqa Azər Quliyev podratçı kimi bina tikintisi ilə məşğul olduğu "Babək-94" MTK-da eyni qayda da mənzilləri bir neçə nəfərə satıb.

Bunlar Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq zamanı da aşkarlandı. 2008-ci ildə “Orxan” MMC , təsisçisi olduğu "Şaiq" MTK-nə qoşuldu. Bundan sonra Azər Quliyevin qanunsuz olaraq vətəndaşlara satdığı mənzillərdən əldə etdiyi vəsaiti vətəndaşlara ödədim. Hətta mənim qaytardığım pullar Azər Quliyevin binaların tikintisinə xərclədiyi məbləğdən 800 min manat artıq idi. Bundan sonra Azər Quliyevlə bağlanmış müqavilə ləğv edildi və o tikintidən uzaqlaşdırıldı. Biz həmin binalarda tikinri işlərini başa çatdırdıq, Azər Quliyev isə həbs edilərək 10 il cəza aldı. “Orxan” MMC-nin də, mənim təsisçi olduğum “Şaiq” MTK-nn da Milli Təhlükəsizlik Nazirliyinə heç bir aidiyyatı olmayıb. O binaların tikintisini də nazirlik sifariş etməyib”.

Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinin Dövlət Baş Ekspertiza idarəsinin Smeta şöbəsinin müdiri Vilayət Tağıyev ifadə verərək İsfəndiyar Axundovla sinif yoldaşı olduqlarını deyib: “İsfəndiyarın xahişi ilə bir neçə dəfə həmin binalarda olmuşam. Tikintinin keyfiyyətinə nəzarət edirdim. Həmin binaların və şirkətlərin MTN-nin Maddi-texniki Təminat idarəsi və həmin idarənin rəisi işləmiş Nizaməddin Həmidovla hər hansı əlaqəsi olduğunu bilmirəm”.

Qeyd edək ki, Azər Quliyev cəzaçəkmə müəssisəsində vəfat edib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru