SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Natiq Əliyevin işçisi ilə bağlı şok ittihamın TƏFƏRRÜATLARI - Nazir isə hələ də susur
Tarix: 17-02-2017, 11:02 | Çap et
Natiq Əliyevin işçisi ilə bağlı şok ittihamın TƏFƏRRÜATLARI
Bir mətbu orqan olaraq daim ictimai həyatımızda baş verən və tam əksəriyyətin diqqət mərkəzində saxladığı bir çox problemləri işıqlandırdıqca, çoxsaylı sakinlərin “Gündəm Xəbər”ə ünvanladıqları müraciətlərin də ardı- arası kəsilmir. Belə ki, ünvanlanan müraciətlərdə daha çox qol qoyulan qanunsuzluqlardan, məmur özbaşınalıqlarından, rəhbər şəxslərin vəzifə səlahiyyətlərini aşmalarından və digər neqativ amillərin varlığından bəhs olunur. Bu cür olayların yaşandığı dövlət strukturlarında, yaxud da qeyri-dövlət qurumlarında atılan hər bir addım, çox keçmir ki, hansısa problemlərin əmələ gəlməsinə də səbəb olur. Hətta elə hallar da olur ki, problemlərin əmələ gəlməsinə səbəb olan rəhbər şəxslərin əməllərindən, aidiyyəti dövlət qurumlarına silsilə şikayətlər də ünvanlanır. Dünən “Gündəm Xəbər”in redaksiyasına üz tutan və üz-üzə qaldığı problemin həlli ilə bağlı, hətta bir müddət bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə və digər vəzifə sahiblərinə müraciətlərini ünvanlayan Qasımava Ülkər Eldar qızının yazdıqlarını oxuduqca, sanki dəhşətə gəldik. O halda bilib başa düşdük ki, bu gün bəzi dövlət qurumlarında vəzifə sahibi olan şəxslər nəinki qanunlarımızın aliliyindən, hətta o böyük Yaradandan belə çəkinmirlər. Şikayətçi xanım ünvanladığı müraciətində qeyd edir ki, “mən 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universiteti, iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsində ali təhsil alaraq, inzibati idarəetmə ixtisasına yiyələnmişəm. 28 iyun 2005-ci il tarixdən В«AzəriqazВ» QSC-ində işə girib əvvəlcə texniki nəzarətçi, az sonra icra şöbəsində kompyuter-operatoru, 02 fevral 2006-cı il tarixdən isə, adı çəkilən qurumun Aparatında rəhbərlik yanında 7-ci dərəcəli kompyuter operatoru vəzifəsini də daşımışam. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli 404 в„– -li Fərmanının icrası ilə bağlı olaraq, В«AzəriqazВ» QSC-nin Dövlət Qaz Nəzarəti İdarəsi Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeçiliyinə verilir. 18 dekabr 2006-cı il tarixdə adı çəkilən qurumda mühasib vəzifəsini daşımalı oldum. 27 mart 2007-ci il tarixdən isə, mühasibatlıq sektorunda baş məsləhətçi vəzifəsinə təyin edildim. 01 iyun 2007-ci il tarixdə mənə kiçik Dövlət qulluqçusu, 24 yanvar 2011-ci il tarixdə 3-cü dərəcəli Dövlət qulluqçusu, 02 sentyabr 2013-cü il tarixdə isə, 2-ci dərəcəli Dövlət qulluqçusu ixtisas dərəcəsi verildi. 24 iyun 2016-cı il tarixdə Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinə Sadıxov Hacıqulu Rəvan oğlu rəis təyin edildikdən sonra, o, bir çox işçiləri heç bir əsas olmadan daşıdıqları vəzifələrindən uzaqlaşdırmağa başladı. Çox keçmədi ki, işdə qalıb işləməyim üçün o, mənə, rəhbər şəxslərə yaraşmayan, hər bir kollektivə üzqaralığı gətirən əxlaqsızlıq əməllərinə qol qoymağı təklif etsə də, onun təklifini heç bir halda qəbul etmədim. Belə olan halda o, təklif etdi ki, iş yerimi dəyişib müfəttiş vəzifəsinə keçim, mən isə onun bu cür təklifinə də razı olmadım. Hacıqulu Sadıxov ötən ilin oktyabr ayının əvvəllərində məni yanına çağırdı və öz xoşumla ərizə yazıb işdən çıxmağımı tələb etdi. Həmin vaxt ona bildirdim ki, uzun müddətdir ki, mən bu sahədə işləyirəm və iş rejimini, daxili qaydaları heç bir zaman pozmamışam desəm də, o, işdən çıxmağımı təkidlə tələb etdi və “əgər öz xoşunla işdən çıxmasan, daşıdığın vəzifəni ixtisara salıb səni işindən azad edəcəyik” dedi. Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsini daşıyan bu şəxs, mənim Ağdam rayonundan məcburi köçkün olmağımı nəzərə almadı və daşıdığım vəzifənin ixtisara salınması barədə, çox keçmədi ki, tabe olduğu Energetika Nazirliyə müvafiq məktub da göndərdi. Onun belə bir addımından o qənaətə gəldim ki, bu gün Hacıqulu Sadıxov öz şərtlərini yerinə yetirməkdən ötrü hər cür iyrənc yollara əl atır və idarə rəisi vəzifəsini daşıyan bu şəxsin qol qoyduğu iyrənc əməllərin qarşısını bir kimsə almır, yaxud da almaq istəmir. Hacıqulu Sadıxov idarə rəisi təyin olunduqdan sonra bu günə kimi, uzun müddət ərzində müxtəlif vəzifələrdə çalışan, kifayət qədər iş təcrübəsi toplayan təqribən 15 nəfərə yaxın dövlət qulluqçularını və müddətli əmək müqaviləsi ilə işləyənləri, ötən 7-8 ay ərzində məcbur edərək daşıdıqları vəzifələrindən azad etmişdir. Mən də düz onbir il idi ki, adı çəkilən idarədə işləyirdim. Hacıqulu Sadıqov xəstə olan zaman daşıdığım vəzifənin ixtsara salınması üçün Energetika Nazirliyinə məktubla müraciət edir və mənə qarşı qərəzli mövqe tutduğundan, ştatımı ixtisara da saldıra bilir. Elə ki, səhhətimdə əmələ gələn problemlə bağlı müalicə olunub işimə qayıtdım, o halda ştatımın ixtisara salındığını bildirdilər. Mən dövlət qulluqçusu olduğumdan Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsini daşıyan Hacıqulu Sadıqovun rəhbər şəxsə yaraşmayan qanuna zidd əməllərini, eyni zamanda mənə qarşı etdiyi əxlaqsızlıq təklifi haqda energetika naziri cənab Natiq Əliyevə iki dəfə rəsmi qaydada müraciət etmişəm. Müraciətimdə bu şəxsin qanunsuzluq əməllərinə son qoyulması üçün tədbirlər görülməsini, dövlət qulluqçusu və məcburi köçkün olmağımı nəzərə almasını, həmçinin ixtisasıma uyğun işlə təmin olunmağımı da xahiş etmişəm. Çox təəssüf hissi ilə qeyd edim ki, etdiyim müraciətlər əsasında Hacıqulu Sadıqovla bağlı heç bir tədbir görülmədi və hətta ünvanladığım şikayət ərizələrimə hansısa formada cavab da verilmədi. Çünki, əldə etdiyim müfəssəl məlumatlara görə o, belə bir strateji vəzifəyə qanunsuz olaraq təyin olunub. Hər kəsi şoka salacaq məlumat da əldə etmişəm ki, 57 yaşlı Hacıqulu Sadıqov, Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsinə təyin olunana kimi, heç vaxt dövlət orqanlarında hansısa vəzifəni daşımayıb. Belə bir vəzifəni daşıyan bu şəxs hələ də, latın əlifbası ilə yazıb-oxumağı bacarmır. Hacıqulu Sadıqovun daşıdığı vəzifə isə, dövlət qulluğuna aid olan vəzifədir. Onun belə bir vəzifəyə təyinatı zamanı, Azərbaycan Respublikasının Dövlət Qulluğu haqqında Qanunun tələblərinə əməl olunmamışdır. Dövlət Qulluğu haqqında Qanunun 28-ci maddəsi, dövlət qulluğunu tənzimləyir. Maddə 28.1-də qeyd olunur ki, dövlət qulluğuna qəbul, məhz müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanlarından və müsahibələrdən ibarətdir. Amma, bu şəxs həmin vəzifəyə heç bir müsabiqə və müsahibələrdən keçirilmədən, yəni qeyri-qanuni əsaslarla sahiblənmişdir. Belə bir səbəblər üzündəndir ki, onu daşıdığı vəzifəyə “otuzduran”lar da, hələ ki, Hacıqulu Sadıqovun qanuna zidd əməllərini ört-basdır etməkdədirlər. Hal-hazırda mənimlə bərabər 15 nəfərə yaxın dövlət qulluqçusu olan şəxslərin əmək hüquqlarının pozulması, məhz bu gün işsizliyin artmasına da şərait yaratmaqdadır. Artıq biz problemin nazirlik səviyyəsində deyil, daha yuxarı instansiyalarda həllinə cəhd edəcəyik və bununla bağlı ölkə rəhbəri cənab İlham Əliyevin də məlumatlandırılmasına çalışacağıq. O halda yəqin ki, haqq-ədalət öz yerini tapacaq və adicə latın dilində yazıb oxumağı bacarmayan, daşıdığı vəzifəsinin icrasına başladığı vaxta qədər heç bir dövlət qurumlarında vəzifə daşımayan Hacıqulu Sadıqova, sahib olduğu yerin ünvanı da göstəriləcək”. Bəli, belə bir məzmunda müraciətləri oxuduqca bütövlükdə tariximizi deyil, yalnız bugünkü günlərimizi qınayırıq. Axı, bu və ya digər yollarla vəzifəyə sahib olanlar, “daydayı”larına arxalananlar, iyrənc əməllərə qol qoyanlar və s. görəsən “atdığım addımlara görə ictimai qınaqla üz-üzə qalaram” deyə, heç öz-özlüklərində sual edirlərmi?. Yoxsa,... Baş verənlərə diqqət yetirdikdə yəqin ki, hər kəsi o məqamda düşündürür ki, axı biz azərbaycanlıyıq, xalqımıza məxsus adət-ənənələrimiz var. Bu gün qız-gəlinlərimiz müxtəlif dövlət qurumlarında, ayrı-ayrı istehsal sahələrində çalışırlar, halal zəhmətləri ilə ailə dolandırırlar, övlad tərbiyə edirlər. Bu belə olduğu halda, olduqca strateji bir sahəyə rəhbərlik edən Hacıqulu Sadıqovun atdığı addımlara, görəsən ictimai münasibət necə ola bilər? Odur ki, gəlin bu haqda həm düşünək, bir qədər də götür-qoy edək. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Araşdırmamız davam edəcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru