SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Göyçayın başçısı Ziya Məmmədovun kadrlarına rəhmət oxudur - Şok faktlar
Tarix: 27-02-2017, 10:00 | Çap et
Göyçayın başçısı Ziya Məmmədovun kadrlarına rəhmət oxudur
Göyçayın icra başçısı sarıdan heç bəxti gətirməyib. Nə Mənsur Məmmədov, nə Mübariz Ağayev, nə də ki indiki Mehdi Səlimzadənin dövründə gün görüblər. Lakin hazırkı rayon rəhbəri sələfilərinə rəhmət oxudur. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun kadrlarından cana doymuş göyçaylılar ümid edirdi ki, yeni rayon icra başçısı onlara oxşamaz.

Başçı müavini qudasından qanunsuzluq

M.Səlimzadənin Z.Məmmədovla əlaqəsinin olmaması da təsəlli yaradırdı ki, Göyçayın babat günləri başlanır. Sən öz saydığını say, gör Səlimzadə nə sayır misalına uyğun olaraq icra başçısı bölgəyə divan tutmağa başlayıbmış. Onun rəhbər posta gəlişi heç nəyi dəyişmədi. Dəyişən isə şikayətlərin çoxluğu oldu. “Gündəm-Xəbər”in apardığı araşdırma da faktlara istinad edir. Bu faktlardan aydın olur ki, Göyçayda bir addım inkişaf olmayıb. Ordan başlayaq ki, Göyçay rayon Mirzəhüseyinli kənd sakinlərinə məxsus əkin torpaq sahələri bələdiyyə sədri Səyyaf Səmədovun qanunsuz əməllərinə görə məhv olur. Mirzəhüseyinli kəndinin əkin torpaqlarının suvarılması üçün 1986-cı il tarixdə sovetlər dönəmində Şirvan kanalından uzunluğu 5000 metr olan nikkel metalından yeraltı boru xətti çəkilib. Sakinlər deyirlər ki, həmin boru vasitəsi ilə Mirzəhüseyinli kənd sakinləri əkinlərimizi rahatca sulayırdı: “Mirzəhüseynli bələdiyyəsinin sədri Səyyaf Səmədov həmin 5000 metr nikkel metalından olan boruları 2 ay öncə saxta akt tərtib edərək texnikalarla qazıb çıxartdırıb və satıb talan edib. Həmin talançılıqdan 100.000 manatdan çox gəlir əldə edib. Nəticədə isə Mirzəhüseyinli kənd camaatının əkin sahələrinin suvarılması dayandırılıb, texnikalar əkin yerlərini qazıb taxılı məhv edib. Bu misli görünməmiş qanunsuzluqdur ki, bələdiyyə sədri Səyyaf Səmədov həyata keçirib. Həmin torpaqlar bizə aqrar islahatlar zamanı verilib. Qanunu sənədlərimiz də var. Hər il əkib-becərib ailəmizi dolandırırdıq. Başqa iş yerimiz yoxdur, ümidimiz ancaq əkinçiliyə idi. Qarşıdan gələn yaz-yay fəsillərində biz əkinlərimizi sulaya bilməyəcəyik. Bu da kənd sakinlərinin acından məhv olmasına gətirib çıxaracaq. Çıxılmaz vəziyyətdə qalmışıq”. Sakinlər bildirirlər ki, bələdiyyə sədri Səyyaf Səmədov Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşxəndə Rəcəbovanın qudasıdır. Buna görə də bu qanunsuzluqları bələdiyyə sədri qorxmadan törədib: “Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova müraciət edib xahiş edirik ki, talançılıq törədərək kənd sakinlərinə küllü miqdarda ziyan vurmuş Səyyaf Səmədovun barəsində ciddi tədbirlər görülsün”.

SOS: 20 ölü, 50 xərçəng

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, adıçəkilən kəndin problemləri bununla yekunlaşmır. Sakinlər bildirirlər ki, kəndin sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə altındadır: “Bunu isə rüşvətxor, harın vəzifəli şəxslər ediblər. Belə ki, kəndimizin istifadə etdiyi su arxının yamacını Göyçay şəhərinin zibillik poliqonu ediblər. Zibilin suyu kənd camaatının istifadə etdiyi arxın suyuna qarışır. Nəticədə də kənd sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə qarşısında qalır. Təkcə son bir il ərzində 20 nəfər kənd sakini xərçəng xəstəliyindən dünyasını dəyişib. 50 nəfərə yaxın insan isə onkoloji xəstədir. Mal-qara tələf olur. Həmin bu zibillik çirkabına bulaşmış sudan kənd camaatı həm içməyə, həm əkinə və malqaraya istifadə edir. Başqa su mənbəyi yoxdur ki, istifadə edək”. Kəndlilər deyirlər ki, hər gün bura Göyçay rayonunun mərkəzindən yük maşınları ilə zibil gətirilib boşaldılır: “Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinin başçısına, 6 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə və digər qurumlara müraciət etsək də, heç bir tədbir görülməyib. Həmin əraziyə Göyçay şəhərinin zibilini boşaltmağa kənd icra nümayəndəsi Hafiz Həsənov və bələdiyyə sədri Səyyaf Səmədov razılıq veriblər. Çünki bu adamlar bizim kənddə yaşamırlar, onlar bu arxın suyundan istifadə etmirlər”. Sakinlər bildiriblər ki, Ərəbcəbirli, Mirzəhüseyinli kəndlərinin bələdiyyəsi və icra nümayəndəliyi eynidir: “Kənd icra nümayəndəsi və bələdiyyə sədri Ərəbcəbirli kəndində yaşayırlar. 6 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Göyçay şəhərində yerləşir. Oranın müdiri Mədət Novruzovun başı ancaq rüsum adı altında vətəndaşları soymağa qarışıb. 23 fevral 2017-ci il tarixdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Kürdəmir rayonunda Kürdəmir, Şamaxı, Ağsu, Qobustan və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək. Mirzəhüseynli kənd sakinləri də nazir Hüseynqulu Bağırovun qəbulunda olacaq və bu acınacaqlı vəziyyət barədə ona şəxsən məlumat verəcəyik. Kənd camaatının həyat və sağlamlıqları təhlükədədir. Ümüdümüz Allaha və vicdanlı şəxslərə qalıb. Xahiş edirik bizə kömək edin”. Bir kəndin fəlakətlə üzləşməsi və ölümlə baş-başa qalması yerli məmurların vecinə də deyil. Göyçayın icra başçısı Mehdi Səlimzadə nə tədbir görür, nə mətbuatda gedən şikayətlərə əhəmiyyət verir. Nəticədə kənd sakinləri Mirzəhüseynlini tərk etmək məcburiyyətindədir.

Absurd: məktəb donur, bina qazanxanası isə satılıb

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, Göyçayın dərdi-səri bir kəndlə bitmir. Göyçayın Ləkçıplaq kənd sakinlər 1 в„–-li tam orta məktəbin vəziyyətindən şikayətçidirlər. Bu məktəb sovet dönəmindən indiyədək təmir olunmayıb. Məktəbdə istilik sistemi yoxdur, döşəmələr sınıqsökük, tavan isə uçulub tökülür. Şagirdlər məktəbə getməkdən imtina edərək şəhər məktəblərinə üz tuturlar. Bununla yanaşı bu məktəbdə 600-ə yaxın şagirdin adının qeyd olunduğu bildirilir. Bu da azmış kimi, Göyçay rayonunun Nətavan küçəsi 7 A-da yaşayan sakinlər Göyçay İstilik Sistemləri İstismar Sahəsinin müdiri Ayaz Səfəralıyevdən şikayətçidirlər. Sakinlər Ayaz Səfəralıyevin 500-dən çox sakinin yaşadığı iki beşmərtəbəli binanın istiliyini təmin edən qazanxananı qanunsuz olaraq fiziki şəxsə satmasına etiraz edirlər: “Hazırda həmin qazanxana çörək bişirmə sexi kimi istifadə edilir. Ayaz Səfəralıyev rayon ərazisindəki qazanxanaların əksəriyyətini öz mülki kimi qanunsuz olaraq satıb. Buna görə də 100 ailənin yaşadığı iki böyük binanın sakinləri soyuqdan əziyyət çəkirlər. Dövlət hər il büdcədən "Azəristiliktəchizat" ASC-yə pul ayırır, Ayaz Səfəralıyev isə həmin pulları mənimsəyir. Biz, bina sakinləri mətbuat vasitəsi ilə aidiyyatı qurumlara müraciət edərək xahiş edirik ki, bu qanunsuzluqları yerində araşdırılsın və saxtakarlıqla məşğul olan Ayaz Səfəralıyevin barəsində ciddi tədbirlər görülsün”. Yəni, faktiki bu problemlər var, uydurma deyil, şikayətçilər bəllidir və xirtdəyə qədər çətinliklər məngənəsində sıxılan Göyçayın bəlaları məhz icra başçısı Mehdi Səlimzadənin dövründə yığılıb. Təəssüf ki, prezidentin məmurlara etdiyi xəbərdarlıqlar və göstərişlər Göyçaya çatmayıb. Ölkə başçısı dəfələrlə bildirib ki, icra başçıları xalqla işləməlidir, əhalinin problemlərini həll etməlidir. Yuxarıda göstərilən problemlərin hər hansı biri barədə tədbir görüldüyü haqda məlumat yayılmayıb. Demək, Göyçay rəhbərliyini heç nə narahat etmir.

Məşğulluq İdarəsinin bitməyən qalmaqalı

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, 2017-ci il Göyçay məmurları üçün düşərli olmayıb. İl başlayandan elə bir məmur qalmayıb ki, haqqında şikayət olmasın. Yeri gəlmişkən, sonuncu qalmaqallardan biri də Göyçayda Məşğulluq İdarəsi müdiri haqda mətbuatda yayılan xəbərlərdir. Yada salaq ki, Göyçay rayonunda işaxtaran vətəndaşlar haqsızlıqla üzləşib. Belə ki, 9 yanvar 2017-ci il tarixdə Göyçayda əmək yarmarkası keçirilib. Məqsəd boş (vakant) iş yerlərində işsiz və işaxtaran vətəndaşları işlə təmin etməkdir. Ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılır. Vətəndaşların bəzilərinə boş iş yerlərinə göndəriş verilib. Göyçay Qaz İstismar Sahəsində 10, Mənzil İstismar Sahəsində isə 130-140 boş (vakant) yer var. Lakin növbədə boş (vakant) yerdən artıq vətəndaşlar var. Bundan sui-istifadə edən Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edərək 500-700 manat arası pul müqabilində işlə təmin olunmasına şərait yaradır. Bu da digərlərinin narazılığına səbəb olur. Namiq İsmayılov konkret olaraq işə qəbul üçün Hacağabəyli kənd sakini Yusif Xasıyevdən 800 manat pul istəyib. Onun isə çörək almağa pulu yoxdur. Yusif Xasıyev yerli hüquq müdafiəçilərinə müraciət edərək bu barədə şikayət edib. Qeyd edək ki, Namiq İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun qardaşıdır. Bu fakt mediada tirajlanandan sonra şikayətçiyə təzyiqlər olub. Onu video çıxışla dediklərini təkzib etməyə məcbur ediblər. Bir qədər sonra kənd sakini yenidən sığınacaq taparaq video çıxışı təzyiq altında etdiyini söyləyib. Əslində, Göyçaydan bu ilin iki ayı ərzində o qədər şikayət var ki, hansını yazsan yetməz. O baxımdan növbəti sayların birində davamını təqdim etməyə çalışacağıq. Bu yazıdakı iddialarla bağlı qarşı tərəfi dinləməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru