SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Real Estate” şirkəti bu dəfə “Paşa Holding”in adı ilə vətəndaşlara kələk gəlməyə çalışır - Ziya Məmmədovun “qoçuları” yenidən fəallaşıb
Tarix: 28-03-2019, 11:41 | Çap et
“Real Estate” şirkəti bu dəfə “Paşa Holding”in adı ilə vətəndaşlara kələk gəlməyə çalışır
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun vaxtilə biznes imperiyasının şəbəkəsi olan “Royal Estate” şirkəti keçmiş əyyamdakı nüfuzunu artırmaq üçün bu dəfə feodalcasına qəddarlıq nümayiş etdirərək, önə çıxmağa çalışır. Bakının tən mərkəzində, “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddə yerləşən “Ticarət Mərkəzi”ndə orta əsrlərdəki quldarlıq rejimi prinsipləri əsasında fəaliyyətlərini gücləndirmək üçün səfərbər olunub. Burada hər qarışda pul qoparmaq adı ilə icarədarlara qarşı şirkət tərəfindən tətbiq olunan xüsusi qəddarlıq bunun təzahürüdür. Sənədlərdə də qeyd olunduğu kimi, Ziya Məmmədovun qohumları və vaxtilə Nəqliyyat Nazirliyində işləmiş “nəqliyyat nəzarətçiləri” (yəni qoçular) indi “Royal Estate” şirkətinin statusu ilə icarədarlara qarşı amansızcasına qəddarlıq edirlər.

Anar Novruzovun feodalcasına “qoçuluq” iştahı

Ziya Məmmədov vaxtilə nəqliyyat naziri vəzifəsinə təyin olunan zaman vağzal oğrularını və dəmiryolu stansiyalarında çapqınçılıq edənlərə “nəqliyyatda nəzarətçilər” statusu verərək, qoçuluğu rəsmiləşdirmişdi. Onlardan biri də yaxın qohumu Anar Novruzov idi. Z. Məmmədovun oğlu Ana Məmmədov A. Novruzovun “sədaqəti”ni dəyərləndirərək, onu “Royal İstate”nin rəhbəri təyin etmişdi. Ölkə KİV-lərində “Cəfər Cabbarlı Meydanı”ndakı yeraltı keçidin “Ticarət Mərkəzi”ndə yaşanılan rəzalətlə bağlı dəfələrlə yazılar getsə də, sanki heç nə dəyişməyib. Çünki Anar Novruzov və onun rəhbərlik etdiyi “çete” öz davranışlarını davam etdirirlər.
2009-cu ildə dövlət büdcəsi hesabına abadlaşdırılan bu yeraltı keçidin açılışında şəxsən prezident İlham Əliyev iştirak edib və burada fəaliyyət göstərəcək “Ticarət Mərkəzi”nə xeyir-dua verib. Ziya Məmmədov və onun çetesi buranı - dövlət əmlakını qanunsuz yolla icarədarlara satıblar. İndi də öz dədə-baba mülkü kimi hələ də istifadə edirlər. Burada yerləşən 82 mağazanın hər birinin icarədarlarından orta hesabla 40-60 min dollar rüşvət aldıqları yetməmiş, hər ay onlardan əlavə “icarə haqqı” yığırlar. Bununla yanaşı hər il icarə haqlarını artırırlar. Çünki Anar Novruzovun tamahı və iştahı belə tələb edir.

Yeraltı “Ticarət Mərkəzi” təhlükə mənbəyinə çevrilib

“Ticarət Mərkəzi”ndə mühəndis-texniki qurğuları Anar Novruzovun tamahı ucbatından demək olar ki, tamamilə sırdan çıxıb. Burada elektrik enerjisi ilə təmin edən “işıq otağı” da ticarət məqsədilə istifadəyə verilib. Həmin ərazi yüksək gərginlikli elektrik mərkəzi olsa da, Anar Novruzov “işıq otağı”ndan tamahı ucbatından bu addımı atıb. Halbuki, yüksək gərginlikli elektrik insanlar üçün təhlükə mənbəyi sayılır. Elektrik cərəyanının sayəsində yaranan radiasiya istənilən ən ağır xəstəliyə səbəb olur. Amma satıcılar işləmək və ailəsinə bir tikə “çörəkpulu” aparmaq məcburiyyətində qaldıqları üçün şirkətin feodalları tərəfindən beləcə istismar olunurlar.
“Ticarət Mərkəzi”ndə layihəyə görə burada çalışanlar üçün ayrıca istirahət və soyunub-geyinmə otaqları da Anar Novruzov tərəfindən ləğv edilərək mağazaya çevrilib. İndi mağazaları işlədənlər və fəhlələr əyinlərini dəyişmək problemi ilə üz-üzə qalıblar. Anar Novruzov buradan da “pul qırxır”. Layihəyə görə, ticarət mərkəzinin işçiləri üçün ayrıca yeməkxana mövcud idi. Anar Novruzov buranı ən natəmiz məkana çevrib. Sanitar qaydalara demək olar ki, əməl olunmur.

Ləğv olunan nasosxana

“Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddə yerləşən “Ticarət Mərkəzi”nin nasosxanası faktiki olaraq işləmir. Anar Novruzov oranı ləğv edərək mağazaya çevirib. Çünki onun tamahı belə tələb edir. Beləliklə sahəsi 3 min kvadrat metr olan yeraltı keçid istənilən anda ekoloji bəla məkanına çevrilə bilər. Halbuki, yeraltı qrunt sularının və yağmurların sayəsində yeraltı keçid fəlakət zonasına çevrilmək təhlükəsi ilə üz-üzə qalarsa, ən çox zərər 82 mağaza sahibinə dəyəcək. Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Sanitariya və Epidemologiya Mərkəzi və müvafiq dövlət orqanlarının gözləri hara baxır? Nə üçün buradakı anormal vəziyyətə nəzarət etmirlər? Axı yeraltı keçidlər insan həyatı üçün təhlükəli vəziyyətlər yarananda həm də sığınacaq məkanı sayılır. Bu yeraltı keçiddəki mühəndis- texniki qaydalara görə nasosxananı Anar Novruzov hansı prinsiplərlə ləğv edib? Sabah leysan yağışlar yeraltı keçidi ağuşuna alanda buradakı ticarətçilərin ümumi hesabla milyonlarla manatlıq mallarına ziyan dəyəndə kim bunun üçün məsuliyyət daşıyacaq? Axı onlar həm də dövlətimiz qarşısında potensial vergi ödəyiciləridirlər. Anar Novruzovun bu qanunsuz əməllərinə kim dur deyəcək?

Qoçular burada adam döyürlər

Anar Novruzovun rəhbərliyi ilə “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddəki “Ticarət Mərkəzi”ndə çalışanlar onun qoçuları tərəfindən hətta döyülürlər. Bu yaxınlarda mağaza işlədən Mahmud adlı birisi hamının gözü önündə Anar Novruzovun qumar oynamasına qarşı çıxdığı üçün onun qoçuları tərəfindən döyülüb. Mağaza sahibləri A. Novruzovun təhdidlərinə görə “susmaq” zorunda qalıblar. Çünki istənilən an icarə müqaviləsini ləğv edə bilər. Ərazidə ictimai asayişə cavabdeh olan nəqliyyat polisinin əməkdaşlarının da A. Novruzov və qoçu dəstəsinin əməllərindən xəbəri var. Mühafizə polisinin əməkdaşı Rəşad (rütbəcə çavuşdur) adlı birisi qeyri-rəsmi şəkildə A. Novruzovun cangüdəni kimi fəaliyyət göstərir. A. Novruzovun Ərəstun adlı yaxın qohumu əsl qoçu (reket) timsalında yeraltın keçidin rəmzinə çevrilib. İstədiyi şəxsi “şil-küt” etmək üzrə bu qoçu ixtisaslaşmış mütəxəssis sayılır. Bununla yanaşı, Nəqliyyat Nazirliyinin keçmiş qoçularından Novruz, Cabbar və digərləri A. Novruzovun xüsusi olaraq himayəsindədirlər. A. Novruzovun əmri ilə döyülən icarədar Mahmuddan intiqam almaq üçün hətta onun mağazasının işıqlarını söndürüb.

Anar Novruzov Ziya Məmmədova necə atıb?

28 May Metrosunun yaxınlığında tikilmiş yeni göydələnin sahibi Ziya Məmmədovdur. O bu binada bir sıra mənzilləri və obyektləri satışa çıxarmaq məcburiyyətində qalanda A. Novruzov keçmişdəki makler məharətini işə salaraq onun əbədi himayədarı olan Ziya Məmmədova yüzminlərlə manat dəyərində pul atıb. Belə ki, əmlakın qiymətini saxta yolla ucuzlaşdırmaqla həmin binanın 1-ci mərtəbəsini asanlıqla ələ keçirib. Azından Z. Məmmədova 300 min manat pul atdığı bildirilir. Halbuki, A. Novruzov Z. Məmmədovun baldızının kürəkənidir. A. Novruzovun əməllərindən Ziya və Anar Məmmədovların heç xəbərləri belə yoxdur.

Yeni icarə oyunu

“Royal Estate” şirkəti “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddəki “Ticarət Mərkəzi”ni saxta yolla özəlləşdirməsi barəsində sənədlər ortaya qoyaraq, müqavilə müddəti bitmiş icarədarların başına oyun açır. Belə ki, şirkətin rəhbəri Anar Novruzov icarə müddətinin bitməsini bəhanə edərək, icarədarlarla yeni müqaviləni daha baha qiymətə bağlamaq siyasətini yürüdür. Müqavilə şirkətlə deyil, öz adına imzalanır. Müqavilələr mağazanın ərazisinə görə müəyyən olunur. İcrarə haqları 800-4000 manat arasındadır.
İcarədarların çoxu icarə haqqını ödəmək imkanında olmadıqları üçün, onlar bir otağı bir neçə mağazaya çevirmək məcburiyyətində qalıblar. Arada ən çox qazanan tərəf təbii ki, A. Novruzovdur. Çünki A. Novruzov hər bir mağazanı əvvəlcə icarədara 40-50-60 min manata satır və sonra hər ay üçün əlavə icarə haqqı tələb edir. Dövlətə məxsus ticarət mərkəzində baş verən qanunsuz əməllərdən Vergilər, Maliyyə, İqtisadi İnkişaf və digər nazirliklərin xəbəri varmı?

Dövriyyədə “Paşa Holding” taktikası

Anar Novruzov mağaza sahiblərini və icarədarları qorxutmaq üçün bildirir ki, onun aldığı pulların hamısı “Paşa Holding”in cibinə gedir. Guya “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddəki “Ticarət Mərkəzi”nin yeni sahibi “Paşa Holding” şirkətidir. Beləliklə, icarədarları aldadaraq yeni fırıldaqlarını da işə salıb. Kimin icarə müqaviləsinin müddəti bitibsə, hər mağazaya görə aylıq 4 min manat icarə haqqı toplayır. Öncələr aylıq icarə haqqı min manat olduğu halda nədən bu qədər görməmişlik etdiyini özündən savayı kimsə bilmir. Bütün hoqqalarını “Paşa Holding”in üzərinə yıxır. Əvvəllər icarəyə verilən mağazalara görə, hər birindən 40-50 min manat toplayaraq onları aldatmışdı. Guya mağazalar özəlləşdiriləcəyi təqdirdə, icarədarlara yardım edəcəkdi. 2012-ci ildən indiyə kimi aradan 7 il ötsə də, özəlləşdirmə barəsində heç bir xəbər yoxdur. A. Novruzovun yeni aldığı “Lexus 572018” maşının bazar qiyməti 400 min manatdır. 10 AS – 089 dövlət nişanlı bu maşının yanacağını isə xüsusi çənlərlə xaricdən gətizdirir.

Ziya Məmmədovun “ayaqyolu biznesi”

Yeraltı keçiddəki ayaqyolundan gündəlik 3-4 min nəfər istifadə edir. Giriş qiyməti 20 qəpik olduğu üçün müştərilər oranı seçmək zorundadırlar. Ancaq həmin ayaqyolundakı natəmizlik, üfunət dəhşət saçır. Ayda 1800-2400 manat gəlir əldə etdiyi ayaqyolunun suyu və elektrik enerjisi də qaçaq yolla istifadə olunur. Vergi müfəttişləri yoxlamaya gəldiklərində dərhal ayaqyolu bağlanılır. Ayaqyolu məsələsində sorumlu A. Novruzovun sağ əli, yəni qoçu kimi tanınan Ərəstun adlı birisidir.
Axşam saat 21.00-dan sonra icarədarların yır-yığış etmək, malları çeşidləmək, yüngül təmir işlərini aparmaq hüquqları yoxdur. Çünki, A. Novruzov bunun üçün icarədarlardan bunun üçün azından min manat, təmir işlərinə görə isə, 15 min manata qədər pul tələb edir. Qanunsuz yerə yığılan pulların sayəsində Anar Novruzov “Space TV” kanalının yaxınlığında 1 milyon 200 min manata yeni dönərxana açıb...
Hurriyyet.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru