SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Onlar maska taxıb özünü xalqa satırlar”
Tarix: 2-07-2016, 10:26 | Çap et
“Onlar maska taxıb özünü xalqa satırlar”
DİA.AZ müğənni Səidə Sultanın “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- Səidə, mətbuata müraciət etdiz ki, sizi şantaj edirlər, fotoşoplu şəkillərinizi yaymaq istəyirlər. Nə məsələdir?

-Bu işi belə qoymayacam. Həmin şəxsin kimliyi mənə maraqlıdır. Lazımı orqanlara müraciət etmişəm. Xahiş etmişəm ki, bu məsələyə ciddi yanaşsınlar. Kimlərın adı məlum olacaqsa, sizə məlumat verəcəm. Onlardan biri mütləq şəkildə şou-biznes üzvlərindən biri olacaq. Hər şeyi qayda-qanun çərçivəsində həll edəcəm. Bir insan olaraq hər kəs qanunu bilməli, həmin qaydalara riayyət etməlidir. Azadıq, müstəqilik, ancaq bu, o demək deyil ki, kiminsə abırını açıq ortaya qoyaq. Bunu ən axırıncı adamlar edir. Naməlum şəxslər instaqramda profil açıb, fotoşoplu şəkillərimi paylaşırlar. İnstaqramın “direkti”nə yazırlar, məni hədələyirlər.

“Onlar maska taxıb özünü xalqa satırlar”

- Nədənsə, bu kimi qalmaqallı hadisələr sizin başınıza gəlir...

- Sizə bir şey deyim, balaca vaxtı həyətdə bütün uşaqlar oynayardıq. Allah şahiddir ki, hasarın o biri tayından daş atırdılar. O daş hərlənib-firlanıb xeyli uşağın arasında mənim başıma düşürdü. Ömür boyu problemli biri olmuşam. Harda gic şeylər başıma gəlib. İnsanlara çox güvənmişəm, səmimiliyimdən istifadə ediblər. Mənim əslində xalqdan gizlədiləsi heç nəyim yoxdur. Bir quru canım var. Elə şeylərim olub ki, şou-biznesə heç bir aidiyyatı olmayıb. Ancaq evimin söhbətləri şou aləminə gəlib çıxıb. Elə insana çevrilmişəm ki... Bu xalqdan, millətdən gizlədəsi, utanacağım, çəkinəcəyim heç nəyim yoxdur. Mən özümü tanıyıram. Həyatdı, heç nə asanlıqda əldə olunmur.

Mən bilirəm ki, Allah məni darda qoymur. 33 yaşım var, bu yaşa kimi heç kəsin daşımadığı yükü daşımışam. Ağır zərbələrim çox olub, amma həmin Səidə olaraq qalmışam. Rahatam ki, çox səmimi insanam, saxta deyiləm. Bir şey var ki, müğənniləri müğənnilər daha çox tanıyır. Xalq onları yaxından tanımır. Efirdə bəziləri ilə birgə qonaq oluram, onlar maska taxıb özünü xalqa satırlar. Yəni ki, özlərini “mələk” kimi təqdim edirlər. Mən isə belə şey edə bilmirəm. Məndə nə varsa, elə də hərəkət edirəm. Saxta olan insanlarda mənim onları yaxşı tanıdığımı bilirlər, belə danışırlar yanımda, daha sonra üzümə gülür, lakin aqressiv olurlar. Bilirəm ki, onlardan mənə nəsə pislik gələcək.

- Şou-biznes üzvlərini onsuz da qeyri-səmimi olmaqda ittiham edirlər. Səmimi olanları da qəbul etmirlər...

- Mənim nəyim olubsa, üzdə olub. Mən də istəyərəm ki, özümdən razı olum, maska taxa bilim. İnsan olaraq belə addımlar atmıram, elə bilərəm ki, süniləşərəm, qocalaram. Qoy məni belə tanısınlar. Məni görəndə istəmirəm desinlər ki, buna baxın, özünü artistliyə qoyur. Öləndə özümlə rəhmət aparmaq istəyirəm.

“Mən kütlənin arxasıyca qaçmamışam, heç vaxt da qaçmaram...”

- Artıq 33 yaşınız var, həyatda çox zərbələr aldığınız deyirsiz. İndi həmin zərbələrin qarşısını almaq mümükün deyil?

- Çox insan deyir ki, zərbələrin qarşısını almaq üçün dəyişmək lazımdır. Mən Allaha görə dəyişərəm, onun dediyi qanunlarla getməliyəm. Bilirəm ki, düz olan təkcə Allahdır. İnsanlar məni pis qələmə verir deyə dəyişməliyəm? Uzun geyinib, daha sonra başımı aşağı gəzərək özümü millətə satım? Mən onlar üçün yaşamalıyam? Gözüm aydın, özümə görə yaşayıram, öz səhvlərimə görə də Allah qarşısında cavab verəcəm. Birinci insanlar öz səvhlərini görməlidir, bu xoşbəxtliyə nəsib olandan sonra sakit durur, başqasına rəy bildirmirlər. Öz səhvlərini görmür, gözünü torla örtür, başqasına isə pislik edirlər.

Deməli, mənim imtahanım belə imiş... İstədiyim pulum olsa, hər şeyi əldə etsəm, bütün hərəkətlərim unudular, heç kəs də mənim haqqımda danışmaz. Sevənlərim də var, tamaşaçı sevgisini birdən-birə almamışam. Bir vaxt var idi ki, kütlə məni olduğum kimi qəbul etmirdi, vəziyyət çox pis idi. İnsanlar isə dəyişib, özümü tam tapmışam. Ətrafımda olan dostlarım da oxuduğu mahnıları pul üçün yox, sənət xətrinə ifa edirlər. Mən kütlənin arxasıyca qaçmamışam, heç vaxt da qaçmaram. Müğənni kütləni dalınca aparmalıdır.

“Həmin insalara demək lazımdır ki, sənin ana, bacında ondan yoxdur?”

- Elə Space TV-də aparıcı olduğunuz veriliş reytinqli idi. Sizdən asılı olmayaraq sinəniz açıldı, tənqid olunduz, daha sonra efirdən uzaqlaşdız... Hətta, siz hər kəsdən üzr istədiz.

-Üzr istəməyə məcbur oldum. Hələ də sosial şəbəkədə görüntülərimi yayımlayırlar. Əslində, sinəmi bulanıq effekt verib yaya bilərdilər, ancaq etmədilər. Öz millətimiz hələ o hissəni dairəyə alır, ox ilə göstərir ki, bura da açılıb. Həmin insalara demək lazımdır ki, sənin ana, bacında ondan yoxdur? Mən istəyərdim ki, abırımı bu qədər açım ortaya qoyum? Söz deyə bilərəm, şıltaqlıq edərəm, amma qəsdən elə şey etmərəm. Biz tamaşaçıya görə niyə dəyişməliyik? Bilirdim ki, mənə qarşı qara reklam çox idi.

Məcbur olub üzr istədim. Səhvim yox idi, həmin günü tamaşaçılara dedim ki, belə şeyin olmağını istəməzdim. Mənə dedilər ki, xalqdan üzr istə, mən pis günə düşmüşəm, millətdən niyə üzr istəyim? Hadisədən sonra iki gün depressiyada oldum. Saytlarda görüntülər yayımlanmamışdı. İki gün sonra hamı videoları yaydı. Daha sonra işlədiyim kanalda prodakşın veriliş hazırlayırdı. Onlarla heç vaxt yola getmirdim. Bilirdim ki, onlar məni işdən çıxarmağa can atırdılar. Belə də oldu... Veriliş həvəskarı deyiləm, ancaq indi təklif gəlib. Bu barədə fikirləşirəm.

-Sizin geyimləriniz də həmişə tənqid olunur. Elə bil ki, toplum qısa geyinən müğənnilərə qərəzlidir...

- Sizə olduğu kimi hər şeyi danışacam. 2000-ci ilə kimi Azərbaycan şou-biznesi çox mədəni idi. İnsanlara çox maraqlı gəlirdi, dövr dəyişdi. Son vaxtlar isə rayonda yaşayan insanlar Bakıya axın edib. Onlar burada məskunlaşdı, yaşamağa başladılar. Təbii, rayon əhlinin hamısına şamil etmirəm. Elələri var ki, səviyyəli, yüksək dil bilmə qabiliyyətinə sahibdirlər. Amma çoxluq “Ayə, hey!” deyənlərdir. Bu tipli insanlar rayonda onun-bunun arxasına baxıb söz danışırlar. Rayonlarda yaranan sözbazlıq Bakıya gəlib. İndi, hamı sözbaz olub.

-Kənardan çılğın və sərbəst bir qadın təəssüratı yaradırsız, əslində necəsiz?

- Mənə dəyirlər ki, qəmli olma, sənə yaraşmır. Nə çəkdiyimi Allah bilir. Məsəl var ki, ən çox gülən insan, dərdli insandır.

“Dərmanları qəbul etmədim, sevgi yaşadım, depressiyanı unutdum”

-Tez-tez depressiyaya düşürsüz...

- Bir müddət depressiyadan müalicə alırdım. 2007-ci ildə atam dünyasını dəyişdi. Düşdüm depressiyada, iki il bundan əvvəl həkimə müraciət etdim. Dərmanlar qəbul etməyə başladım, daha sonra sevgi hissi yaşadım. Elə bil dərmanların məlhəmi sevgiyə ötürüldü. Dərmanları qəbul etmədim, sevgi yaşadım, depressiyanı unutdum. İndi isə yenidən depressiya yaşayıram.

“Onlar evləndilər, mən də ərə getmək istədim...”

- Xanım müğənnilərin elə bil ki, ən böyük problemi ailə həyatı qurmaqdır. Sizdə necə?

- Razıyam, ərə gedəndə bir söz, getməyəndə başqa söz deyirlər. Bacım Pərvanə 2010-cu ildə ailə həyatı qurdu. Bu ilə kimi ərə getmək haqqında heç vaxt düşünməmişəm. Kişi özünü öldürsün, desin ki, Səidə, səni sevirəm. Mən yenə də ciddi yanaşmayacaqdım. Bacılarım ailə qurandan sonra, ərə getmək həvəsinə düşdüm. 2010-cı ildən sonra ərə getmək istəyim daşa dəydi, sevgilimdən ayrıldım. Alınmadı, qorxdu... Müğənni xanımla evlənməyin məsuliyyəti böyükdür. Onları da başa düşmək olar, cəmiyyətimiz başqa cürdür. Elə kişilər var ki, söz götürmək istəmirlər. İstəyərəm ki, özüm kimi kişi qabağıma çıxsın.

- Müğənnilərimizin çoxu xarici vətəndaşlarla ailə həyatı qurur...

- “Ağciyər” kişilər bizdə daha çoxdu. Yəni ki, dildə deyirlər, əməldə reallaşdırmırlar. Ancaq danışırlar... İndiki zamanda belələrini hər yerdə görmək olar. Bir məsəl var ki, “heç vaxt heç vaxt demə”. Amma mən “heç vaxt” deyə bilərəm. Xarici vətədaşa heç vaxt ərə getmərəm. Qurban olaram Azərbaycan kişilərinə...

“Uşağın halal olması üçün nikah vacibdir”

-Yaxınlarınız övlad sahibi olmaq istəyiniz barədə çox danışır. Uşaq dünyaya gətirmək üçün nikah vacibdir?

- Uşağın halal olması üçün nikah vacibdir. Allah heç bir anaya belə şey qismət eləməsin. Niyə uşaq hamının yanında başıaşağı olmalıdır? Hamı ailə qursun, övlad dünyaya gətirsin. Mən demirəm ki, rəsmi nikah olsun. Dini nikahda ola bilər. Allahın buyurduğu qanuna riayət etməklə, uşaq dünyaya gətirmək olar. Əsas kəbindir...

“100 manata görə ölkədən çıxışıma qadağa qoyublar”

- Adınız vergidən yayınan məşhurlar sırasında hallandı...

- Hazırda mahnılar çıxara bilərəm, gündəmə gəlirəm. Elə olur ki, istəmədiyim halda məndən yazırlar. Vergilər Nazirliyi ilə düşmənçiliyim yoxdur. Elə bir plan qurublar ki... 100 manata görə ölkədən çıxışıma qadağa qoyublar. Diaspora və başqalarının təşkil etdiyi dövlət konsertləri üçün xaricə gedirəm. Mənə deməzlər ki, həm qadağa qoyurlar, həm də konsertə niyə aparırlar? Söhbət puldan getmir, məsələ bu qədər ucuzlaşmayıb. Biz xaricdə yaşamırıq. Onlarda müğənni ilə çalışan şirkətlər vaxtında vergilərini ödəyirlər. Bizdə isə hər şey müğənninin üzərindədir. Rəsmi olaraq iş yerim yoxdu, maaş almıram. Qocalanda pensiya kartı da istəmirəm.

- Bəlkə də, günahkar siz müğənnilərsiz? Bəzi müğənnilər daha çox maşınlarını, evlərini reklam edir, toy qiymətlərini açıqlayırlar...

- Bir nəfər görə hamıya qarşı belə addım atmaq lazım deyil. Olanda susmuşam, olmayanda isə səsimi çıxartmamışam. Vergidən də mənə deyirlər ki, kimlərin daha çox qazandığını bilirik. Bilirsizsə, strukturunuzu düzgün qurun. Guya, hamı vergi verəcək? Hər şey düzələcək?








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru