SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

QUBA İCRA HAKİMİYYƏTİ belə torba tikir... - "Başçının qəbuluna düşə bilmirəm ki, dərdimi deyim"
Tarix: 18-06-2019, 15:39 | Çap et
QUBA İCRA HAKİMİYYƏTİ belə torba tikir...
“Prezident gələcəkdi deyə, rayonda yolların təmiri, abadlıq işləri aparılırdı. Quba-Xaçmaz yolunun bir hissəsinin ətrafındakı abadlıq işlərini də mənə tapşırdılar. İşləri 4 ay ərzində başa çatdırdım, bu işlərə görə icra hakimiyyətinin mənə 64 min manat borcu yaranmışdı. Pulu istəyəndə şərləyib həbs etdilər, bu, azmış kimi, üstəlik, ayağıma 58 min manatdan çox cərimə də yazdılar”.

Ötən il oktyabrın 11-də prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qubanın Zərdab kəndinə gedib. Orada Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirindən sonra müəssisənin fəaliyyəti ilə tanış olub. Bundan 2 ay sonra Quba Rayon Məhkəməsi həmin İnstitutun təsərrüfat müdiri İmran İlyasova hökm oxuyur. İmran İlyasov danışır ki, başına gələnlərin prezidentin həmin səfəri ilə birbaşa əlaqəsi var. Çünki rayon icra hakimiyyətinin rəhbərliyi məhz prezidentin gəlişinə görə ona bəzi abadlıq işləri aparmağı tapşırıb. O da tapşırığı yerinə yetirib. Ancaq işləri başa çatdırdıqdan sonra görülən işlərə görə icra hakimiyyətinin ona yaranan pul borcunu istəyəndə “gördüyün işlər qanunsuz olub” deyərək, tutub cinayət məsuliyyətinə cəlb ediblər.

“Briqada yığıb işə başladım”

Məhkəmə hökmüylə hazırda azadlığı məhdudlaşdırılmış İmran İlyasov başına gələnlərdən daha ətraflı danışır:

“Dediyim kimi, Meyvəçilik və Çayçılıq İnstitutunu bizim Zərdab kəndində yaradırdılar. Məni də oraya təsərrüfat işləri üzrə müdir təyin etmişdilər. Bir gün mənə bildirdilər ki, prezident instituta gələcək, binanın ətrafını abadlaşdır… Mən də tez bir zamanda institutun ətrafında abadlıq işləri apardım. 2018-ci ilin aprelində idarənin müdiri dedi ki, səni icra başçısı çağırır. Quba Rayon İcra Hakimiyyətinə getdim. Məni başçının müavinləri Nəsrulla Vəliyevlə Aydəmir Manafov qarşıladı. Bildirdilər ki, başçı institutun ərazisində gördüyüm abadlıq işlərini bəyənib. Ona görə də istəyir ki, Quba-Xaçmaz yolunun institutun binasınadək uzanan hissəsində yolkənarı abadlıq işlərini mən görüm. Fikirləşib qərar vermək üçün vaxt istədim. Bir həftədən sonra yenə icra hakimiyyətinə çağırdılar, təkidlə bildirdilər ki, o işin öhdəsindən elə sən gələrsən, get, işlərə başla, fəhlə qüvvəsi də veriləcək, texnika da… Mən işlərə başladım, ancaq fəhlə axtarmağı da, texnika tapmağı da özümə yüklədilər. 4 ay ərzində 20 fəhlənin və icarəyə götürdüyüm texnikaların köməyi ilə 14 kilometrlik yolun ətrafında budama və başqa abadlıq işləri apardım. Fəhlələri də, icarəyə götürdüyüm ağır texnikaların sahiblərini də arxayın etmişdim ki, bu işin arxasında dövlət qurumu dayanır, işlər bitəndə pulları da ödəniləcək. 4 ay ərzində bələdiyyənin də, icra hakimiyyətinin də, rayonun ekologiya şöbəsinin də rəhbərliyi gəlib-gedib işlərlə tanış olurdu. Şəxsən başçı özü neçə dəfə gəldi, işlərimizi təriflədi… Ekologiya şöbəsindən bir nəfər gəlmişdi, dedi, a kişi, sən nağayrırsan? Bunlar səni veriblər qabağa, özləri də axırda torbanı tikəcək… Mən düzü, o kişinin sözündən heç nə anlamadım. Dedi və çıxıb getdi, ondan sonra bir də qarşılaşmadıq. O kişinin sözü yalnız məni qandallayıb məhkəməyə aparanda yadıma düşdü…”

“Guya pulumu verəcəkdilər, həbs etdirdilər”

İmran İlyasov deyir, 4 aylıq işlər bitdikdən sonra o, icra hakimiyyətinə gedərək fəhlələrə və texnika sahiblərinə, zibillərin daşınmasına və sair xərclərə görə yığılmış 64 min manatın ona ödənilməsini xahiş edib. Ona bildirilib ki, növbəti gün özləri dəvət edib haqq-hesabı bağlayacaqlar:

“Növbəti gün səhər mənimlə yaxşı “haqq-hesab bağladılar”. Arxamca polislər gəldi, tutub, qandallayıb şöbəyə apardılar. Dedilər, qanunsuz ağac kəsmisən, yaşıllığı məhv eləmisən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi səninlə bağlı Baş Prokurorluğa müraciət edib. Bildirdim ki, 4 aydır orda iş gedirdi, orda ağac budadığımı, qurumuş ağacları kəsdiyimi hamı görürdü, bu işləri özbaşına etmirdim. Niyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi “dayan”, “dur” demirdi? Niyə işlər bitəndən sonra yadlarına düşdü?.. Mən onu özümçün eləmirdim ki… İcra hakimiyyətinin tapşırığını yerinə yetirmişəm”.

Ötən il sentyabrın 22-də Quba Rayon Məhkəməsi İmran İlyasovla bağlı 2 aylıq həbs-qətimkan tədbiri seçib. Apelyasiya şikayəti nəticəsində qərar ev dustaqlığı ilə əvəz edilib. Bundan 3 həftə sonra Prezident və Birinci vitse-prezident rayona gəlib, həmin yoldan keçərək Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda olublar. İnstitutun təsərrüfat müdiri İmran İlyasov isə artıq həmin vaxt işindən uzaqlaşdırılıb, barəsində istintaq aparılan ev dustağı olub.

“Guya nazirlik məsələdən 4 ay sonra xəbər tutub”

İmran İlyasov deyir, işlər ötən ilin fevralında başlasa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “gözləmədə” dayanaraq, onunla bağlı Baş Prokurorluğa 4 ay sonra – işlər yekynlaşanda müraciət edib:

“Dediyim kimi, hamı görürdü ki, orda nə iş gedir. Söhbət 14 kilometlik yolda görülən işlərdən gedir. Bir budağı qıranda qarğa-quzğun kimi adamın üstünə tökülüşürlər. 14 kilometr uzunluğunda yolboyu ağac budama, qurumuş ağacların kəsimi işləri aparılıb, nazirlik bunu “görməyib”, işlər bitəndən sonra prokurorluğa müraciət edib. O yolda eyni vaxtda həm də asfaltlama işləri aparılırdı. Həm yolun, həm də yol kənarının abadlaşdırılması üçün pul ayrılmışdı. Sadəcə, o pulu basıb yemək üçün məni qurban seçdilər. Məni işlətdilər, fəhlələrin, texnika sahiblərinin pullarını azadlığım məhdudlaşdırıldığı üçün ayağımda qandal ola-ola, evdə oturub əmlaklarımı satıb ödəmişəm ki, qapıma gəlməsinlər. Torpağım gedib, maşınım gedib… Adamlara 64 min manat pul ödəmişəm. Üstəlik, hələ 58 min 500 manat da cərimələnmişəm. Onu ödəməsəm, məni uzunmüddətli həbs gözləyir”.

Bu iş üzrə Quba Rayon Məhkəməsində bu ilin 27 fevralında qərar çıxarılıb. İmran İlyasov Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsiylə ittiham olunub. Ondan Baş Prokurorluğa şikayətçi Ekologiya və Təbii Sərvətlər Nazirliyi olub. Hökm sənədində qeyd olunub ki, İmran İlyasov fevral ayından Avtomobil Yolları Dövlət Agentliyinin Quba 5 saylı Yol-İstismar İdarəsinin balansındakı sahədə, Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində yol kənarı yaşıllıqları məhv edib. Bu işləri 4 ay müddətində davam etdirməklə təbiətə 58 min 480 manat məbləğində zərər vurub. İmran İlyasov məhkəmə ifadəsində bildirib ki, o, yolkənarı budama və ağackəsmə işlərini özünün topladığı fəhlə briqadası ilə, Quba Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin göstərişləri əsasında edib. Kəsdikləri ağacların bir hissəsini yoldan keçənlərə odun kimi sataraq fəhlələrə maaşlarının bir hissəsi kimi ödəyib, qalan hissəsini isə ərazi üzrə icra nümayəndəliyi və bələdiyyə yaxınlıqdakı uşaq bağçası, məktəb və kitabxanalara odun kimi istifadə üçün daşıyıblar. İyunun 19-da onu və fəhlələri polis şöbəsinə çağırıblar, ağac kəsiminin qanunsuz olduğunu bildiriblər.

“Rəydən kənara çıxıb, ağacları kütləvi kəsib”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Novruz Əliyev ifadəsində bildirib ki, qeyd olunan ərazidə ağacların budanma və kəsilməsi ilə bağlı qurumun müvafiq rəyi olub. Ancaq İmran İlyasov həmin rəyin mövcudluğundan istifadə edərək ərazidə kütləvi ağac kəsiminə yol verib. Nazirlik bundan xəbər tutan kimi dərhal sənədləşmə işləri apararaq hüquq-mühafizə orqanlarına müraciət edib.

Məhkəmə İmran İlyasova 2 il azadlığının məhdudlaşdırılması və 58 min 480 manat cərimə hökmü çıxarıb. İmran İlyasov hökmdən apelyasiya şikayəti versə də, təmin olunmayıb. O, 1 ildən çoxdur ki, icra hakimiyyətinə gedib-gəlir, ancaq başçının qəbuluna düşə bilmir:

“Başçının qəbuluna düşə bilmirəm ki, dərdimi deyim. Müavinləri də işdən çıxarılıb. Nəsrulla Vəliyevi birbaşa bu məsələyə görə işdən çıxarıblar, Aydəmir Manafovu da bir başqa məsələyə görə. Başçı məni qəbul eləmir, qurumun hüquqşünası deyir, başının bu işlərə aidiyyəti yoxdur, müavinləri o işi sənə özbaşına tapşırıblar. Halbuki, şəxsən başçı özü gəlib-gedirdi, budama, ağac kəsimi işlərinə baxırdı. Qurumun hüquqşünası dedi, get, apelyasiya şikayəti ver, narahat olma, təmin olunacaq. Getdim onu da elədim, təmin olunmadı. İndi mən neyləməliyəm? Məhkəmə icraçıları deyir, cəriməni ödəməsən, təzədən cinayət məsuliyyətinə cəlb olunacaqsan, bu dəfə uzunmüddətli həbs olunacaqsan. Müharibə əliliyəm, ailəm, övladlarım var. Mənə nə deyiblər, onu yerinə yetirmişəm”.

Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, 1 il əvvəl məsələ hüquq-mühafizə orqanlarında araşdırıldığından və bu məsələyə məhkəmə hüquqi qiymət verdiyindən qurum münasibət bildirə bilməz. İmran İlyasov qərarlardan narazı idisə, vaxtında Ali Məhkəməyə kassasiya şikayəti verə bilərdi.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru