Ağstafada əkinçilərə su dəyərindən 5 dəfə baha qiymətə satılır - Prezidentə və kənd təsərrüfatı nazirinə ŞİKAYƏT
Tarix: 27-07-2019, 16:42 | Çap et
 Ağstafa rayon Düz Qışlaq kənd sakini İsmayılov Vüsal Alı oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə, kənd təsərufatı naziri İnam Kərimova, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən V.İsmayılov yazır:
“Hörmətli Prezident!
Biz əkinçilər Sizin kənd təsərufatının inkişafıyla bağlı verdiyiniz sərəncamlar və tapşırıqları yüksək qiymətləndiririk. Qeyri-neft sektorunun inkişafının ölkəmiz üçün nə olduğunu şəxsən mən çox gözəl dərk edirəm. Lakin, cənab Prezident, bəzi öz marağını düşünən məmurlar bu inkişafı əngəlləyir. Belə şəxslərdən biri də Ağstafa rayonu Kolxəlfəlı kəndində suvarma şefi Zakir Mədətovdur.
Zakir Mədətov 1 hektarı 3 manata başa gələn suyu biz əkinçilərə 15 manata satır. Nə üçün su dəyərindən 5 dəfə artıq satılır biz əkinçilərə? Kənd təsərufatını bu cür inkişaf etdirmək olarmı? Torpağın canı sudur! Onu da belə edirlər.
Bu il mən torpaq sahəsini 6 dəfə suvarmaq əvəzinə, cəmi 2-cə dəfə suvara bilmişəm, onu da 2-ci suvarmada Zakir Mədətov suyu yarıda dayandırıb, piçənək sahəsinə verib.
Mən iyul ayının 23-də icra hakimiyyətinin 1-ci müavini Ramiz Tatarovun qəbulunda oldum. O, mənə söz verdi ki, səni suyla təmin edəcəyik. Şəxsən mənim yanımda Ramiz Tatarov Kolxəlfəli İcra Nümayəndəsi Yalçın müəllimə tapşırıq verdi ki, Vüsal İsmaylovu suyla təmin edin. Lakin Zakir Mədətov Ramiz Tatarovun da tapşırığına məhəl qoymadı.
Xüsusi qeyd etmək istəyirəm ki, 2016-2017-ci illərdə mən 40 hektar qardalı sahəsi əkən vaxt Zakir Mədətov mənə su vermədiyinə görə, həmin illər mən heç bir məhsul götürə bilmədim və demək olar ki, müflis vəziyyətinə gəldim.
Cənab Prezident!
Bu gün mən bütün əkinçilər adından Sizə müraciət edirəm. Vəziyyət çox acınacaqlıdır. Mənim səmimiyyətimə inanın! Konkret monopoliyadır. Çünki bütün əkinçilər mənim rastlaşdığım problemlərlə rastlaşır. Burada ayrı-seçkiliyi xüsusi vurğulamalıyam. Ağstafa rayonunda yüksək vəzifə tutmuş şəxslərin sahələri normadan biraz da artıq sulanır. Lazım gələrsə, onların hamısının adlarını və torpaq sahələrinin ağlasığmaz miqyasını geniş ictimayyətə təqdim edə bilərəm və edəcəyəm də. Qoy hər kəs Ağstafada nə baş verdiyini bilsin. Zakir Mədətova 3 manat əvəzinə, 15 manat yox, 25 manat verən şəxslərin torpaq sahələri də növbədənkənar, artıqlamasıyla suyla təmin olunur. Demək istəyirəm ki, bu gedişlə ölkəmiz qeyri-neft sektorunun ən önəmli olan sahəsi hesab edilən kənd təsərrufatını inkişaf etdirə bilməyəcəyik.
Hörmətli Prezident!
Mənim öncədən “Turanbank”ın kənd təsərufatı xəttiylə ayırdığı 50 min AZN borcum var. Onu ödəmək üçün mən yenidən 30 min manat fərdi şəxslərdən götürüb, 17 hektar kartof əkmişəm ki, həmin 50 min manatı ödəyim. Lakin illərdir Zakir Mədətovun mənə yaratdığı su probleminə görə, mən 30 min manatımı çıxara biləcəyimə inanmıram. Buna görə də cənab Prezident, Sizdən xahiş edirəm, Ağstafa rayonuna xüsusi diqqət ayırasınız. Əkinçilərin canını belə düşmənlərdən qurtarasınız.
Məhz belə problemlərə görə, bizim ölkə başqa dövlətlərdən kartof almağa məcbur olur. Zakir Mədətov, bildiyimə görə, suvarmada heç bir rəsmi vəzifəsi yoxdur. Maraqlısı odur ki, onun arxasında kim durur, kimdir əkinçilərin əsl düşməni? Aldığım məlumata görə, Ağstafa rayon hüquq mühafizə orqanlarında Zakir Mədətovu himayə edən bir şəxs var. Həmin şəxs Zakir Mədətovu öz səlahiyyətlərindən istifadə edərək qoruyur.
Cənab Prezident!
Sizdən xahiş edirəm, Ağstafa əkinçilərinə və mənə neçə illərdir zülm verən və müflis həddinə çatdıran Zakir Mədətovun əməllərinə hüququ qiymət verilsın və cinayət məsuliyyətinə cəlb edilsin”. Hurriyyet.org

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36 |
|
|
|
| • Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14 |
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08 |
|
|
|
|