SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

LC Waikiki mağazasında müştərilərə qarşı hörmətsizlik - GİLEY
Tarix: 22-10-2019, 11:08 | Çap et
LC Waikiki mağazasında müştərilərə qarşı hörmətsizlik
Bir neçə ay öncə İspaniyanın paytaxtı Madrid şəhərindəki böyük ticarət mərkəzlərinin birində alış-veriş edərkən paltar yoxlama otağına keçəndə əlimdəki 7-8 paltara qətiyyən əhəmiyyət verən olmadı. Hətta paltarları özüm sayıb nömrə istəyərkən nəzarətçi qız "lazım deyil” deyə əlini yellədi. Düzü, onda mağaza nəzarətçisinin bu hərəkətini ya çoxlu müştərilərdən yorulması, ya alıcılara inamı, ya da mağazanın qaydası olduğunu anlaya bilmədim. Bakıdakı alış-veriş mərkəzlərindəki müştəriyə qarşı inamsız mənzərə isə təbii ki, gözümün önündə idi.

Ümumiyyətlə, Avropa ölkələrinin təcrübəsinə nəzər salsaq alış-veriş etmək istərkən mağazalarda, hətta, alıcıların qaynaşdığı ən böyük ticarət mərkəzlərində belə şəxsi əşyaların olduğu çantanın yoxlanması yolverilməz hesab edilir. Bu, istehlakçıların hüquqlarına kobudluqla müdaxilə və onlara qarşı təhqir sayılır. Bununla belə demək olmaz ki, dünya ölkələrinin alış-veriş mərkəzlərində oğurluq halları baş vermir...

Bakıdakı ticarət mərkəzlərində isə müştərilərlə davranış mədəniyyəti xeyli "fərqlidir”. Geyim dükanlarında alış-veriş edərkən və ya sadəcə, mallara baxarkən satıcıların müştəriləri addım-addım izləməsi adi haldır. Bu, əsəbləri tarıma çəksə belə, birtəhər səbir göstərirsən. Amma müştərinin şəxsi əşyalarının olduğu çantasını yoxlamaq kimi münasibətlə qarşılaşanda artıq səbir kasan daşır... Alıcının əlindəki şəxsi çantanı yoxlamaq bəzən həssas müştərilərlə ciddi və yersiz münaqişələrə gətirib çıxarır.

Məsələn, 28 Mall-dakı LC Waikiki mağazasında alıcılarla davranış bu "mədəniyyət”dən uzağa getmir.

Keçən həftənin cümə günü LC Waikiki mağazasında mallara baxarkən üzləşdiyim mənzərə mənə bir növ "mədəniyyət şoku” yaşatdı. Əlimdə iki paltar yoxlama otağına keçmək istərkən nəzarətçi qız təkcə malların sayını yoxlamaqla kifayətlənmədi, əl çantama da nəzər salmaq istədi. Düzü, alış-veriş mərkəzlərinin girişində təhlükəsizlik məqsədilə ümumi yoxlamadan başqa, ilk dəfə belə bir "imtahan”la üz-üzə qaldım. Əl çantama boylanmalarının səbəbini soruşduqda Elvin adı nəzarətçi mağazadakı oğurluqlarla əlaqələndirdi: "Oğurluqların sayı artıb. Çoxu da qadınlardır”-dedi.

Nəzarətçinin izahını bütün hallarda istehlakçıların hüququnun pozulması adlandırıb mağazadan uzaqlaşdım. Əl çantamın yoxlanması ilə bağlı irad və narazılıqlarımı bildirməyim də öz yerində.

Ticarət mərkəzindəki "Zara”, "Mango” "Aldo”, "Next”, "Terranova” və s. kimi mağazalara baş çəkib paltar yoxlama otağından çıxandan sonra qəsdən "niyə əl çantamı yoxlamırsınız” deyə nəzarətçilərdən soruşdum. "Bu sizin şəxsi əşyalarınızdır. Buna bizim haqqımız yoxdur” - cavabını aldıqdan sonra əl çantalarının yoxlanmasının ümumən nə 28 Mall rəhbərliyinə, nə də digər mağazaların müştərilərlə davranış qaydalarına aid olmadığını aydınlaşdırıb yenidən istehlakçı hüququmun pozulduğu mağazaya – LC Waikiki-yə qayıtdım.

Qeyd edim ki, mağazanın Fb səhifəsindəki rəylər də bu şəbəkə haqqında xoş fikirlər yaratmadı. "Bakıda fəaliyyət göstərən ən səviyyəsiz iri mağazalar şəbəkəsindən biri” və ya "Bu qədər filialınız var. 1 jeans kurtkanın "M” razmerini tapa bilmirəm. "Ganjlik mall'da var deyirlər, gedirəm satıcı deyir hələ anbardadır. Anbardan malın çıxmağını bilən yoxdur. Deyirəm əlaqə nömrəsi verim, deyir yadımızdan çıxacaq. Pulsuz xidmətlərdə belə müştəriyə individual yanaşma var, sizdə isə bu 0-dır. Satıcılarınıza təlimlər keçin müvafiq sahə ilə bağlı” kimi şərhlər müştərilərə münasibətin hansı səviyyədə olmasından xəbər verir.

Mağazanın müdiri Vüqar Mirzəyev "Bir sıra mağazalar kimi biz də heç vaxt əvvəllər müştərilərin çantasını yoxlamırdıq” deyə çantamın yoxlanmasına qarşı iradlarıma rəğmən cavab verdi: "Yəni müştəri rahat şəkildə gəlir, alış-verişini edir və çıxıb gedirdi. Ancaq dükanda oğurluqlar başladı. Belə ki, pal-paltarın birini əlində tutur, digərini çantasının içinə qoyub geyinmə otağına keçir və çıxdıqdan sonra əlindəki paltarı qaytarır və çantasındakını aparıb gedir”. Mağaza müdiri otağındakı kameranın monitorunu göstərərək В«Mağaza çox böyükdür və gün ərzində çoxlu alıcı daxil olur. Bizim onların hamısını izləmək imkanımız yoxdurВ» - dedi: "Biz də istəyirik dünyadakı mağazalar kimi olaq. Ancaq bizim insanlar ola bilmir”. Müdir əlacsızlıqdan müştərilərə qarşı belə davrandıqlarını etiraf etdi: В«Biz bunu əlacsızlıqdan edirik. Məqsədimiz hər hansı bir müştərini incitmək deyil, ancaq biz bu cür davranmağa məcburuq. Müştərilər bizə çox böyük miqdarda ziyan vururlar. Mağazada çeşid çoxdur. Ona görə gələnlər də çox olur və oğurluq halları baş verir. Ona görə rəhbərlik bütün filialların mağaza müdirlərini yığıb В«çıxış yolu budurВ» – deyə iclas keçirərək, bu qaydanı tətbiq etməyi tapşırdı”.

LC Waikiki mağazalar şəbəkəsinin marketinq direktoru Fuad İbrahimovla əlaqə saxladıqda "bizdə bu cür hallar çox baş verir” deyə o da mağaza müdirinin fikirlərinə haqq qazandırdı: "Alıcı geyim otağına keçəndə özü ilə əlavə götürdüyü geyimi çantasına qoyur. Geyindiyi paltarı gətirib qaytarır, ancaq çantaya qoyduğunu götürüb gedir. Bu cür halların qarşısını almaq üçün əməkdaşlarımız alıcıların çantasını yoxlayır. Müştərilər özləri bizə başqa yol buraxmadılar. Biz də bu addımı atmağa məcbur olduq”. Marketinq direktoru satıcılar tərəfindən müştərinin çantasının yoxlanmasını təhqir hesab etmir: В«Bu, yalnız oğurluq hallarının qarşısını almaq üçündür. Mağazada siqnalizasiya sistemi yaxşı qurulub. Girişdə də siqnalizasiya var. Kameralar da işləyir. Sadəcə, müştərilər bunları da В«aşırlarВ».
Qanunda boşluq
Qeyd edək ki, ölkəmizdə istehlakçıların bütün mümkün hüquqları "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla qorunsa da, sənəddəki natamamlıq istehlakçıların xeyrinə işləmir. Hərçənd təklif olunan xidmətlərdən də istifadə edən istehlakçılardan bir çoxu öz mövcud hüquqları ilə ya tamamilə məlumatsız, ya da az məlumatlıdırlar.

İqtisadiyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 23.1-ci bəndində icraçının istehlakçılar üçün qanunvericiliyə zidd olmayan davranış qaydalarını müəyyən etmək hüququ təsbit edilib. Belə ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərdə istehlakçılardan əl çantasının və ya digər əşyaların girişdə saxlanca, üst geyimin qarderoba verilməsinin, siqaret çəkilməməsinin və s. tələb edilməsi qanunvericiliyə zidd deyildir. Bununla belə icraçı (satıcı) öz növbəsində istehlakçılara məxsus əl çantalarının və digər əşyaların saxlanmasına şərait yaratmağa borcludur. İstehlakçı həmçinin öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovisə istehlakçıların hüquqları ilə bağı qanunda boşluq olduğunu bildirir. O mənada ki, müştərilərin şəxsi əşyalarının supermarketlərdə və alış-veriş mərkəzlərində yoxlanması problemə çevrilib: "Bununla bağlı bizə hər həftə şikayətlər daxil olur. İqtisadiyyat Nazirliyi qarşısında da bir neçə dəfə məsələ qaldırılıb. Ancaq nə marketlərdə, nə də ticarət mərkəzlərindəki bır sıra mağazalarda istehlakçıların hüquqları ilə bağlı heç bir qayda-qanun yoxdur. Biz müraciətlərimizə В«Öz əraziləridir, özləri bilərВ» - cavabını alırıq. Hesab edirəm ki, Nazirlər Kabineti bununla bağlı qaydalar tətbiq etməli, istehlakçıların hüquqları ilə bağlı məsələlər orada öz əksini tapmalıdır. İstehlakçılara potensial oğru kimi baxırlar”. E.Hüseynov ticarət mərkəzlərində istehlakçıların incidildiyini və bununla bağlı çəkişmələrin baş verdiyini deyir: "Bunun da səbəbi bu sahədə qaydaların olmamasıdır. Bu baxımdan belə bir hərc-mərclik hökm sürür. İş ondadır kir, hüququ pozulan istehlakçının narazılığına da qulaq asan yoxdurВ».

"İyi geyinmek herkesin hakkı” fəlsəfəsi ilə bu gün 46 ölkədə 975 mağazası fəaliyyət göstərən türk markasının şəbəkəni genişləndirməsinə rəğmən müştərilərlə davranış qaydalarını da inkişaf etdirməsi yaxşı olardı.

Digər tərəfdən, kameralar yaxşı çalışsa, nəzarətçilər ayıq-sayıq olsa müştərini oğru tutmağa və əlavə əndişəyə ehtiyac qalmaz. Necə deyərlər, В«Malını yaxşı saxla, qonşunu oğru tutmaВ».
//kaspi.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru