Bur tibb ocağı yox, qəssabxana imiş... - GİLEY
Tarix: 16-01-2020, 11:09 | Çap et
 Bir neçə gün gün bundan öncə redaksiyamıza Beyləqan rayonu, Qaradağlı kənd sakini Hüseynov Süleyman Əkbər oğlu adlı şəxs tərəfindən şikayət ərizəsi daxil olub.
Adı çəkilən bu şəxsin ailə üzvləri aylar öncə müəyyən problemlərlə üz-üzə qalırlar və belə bir səbəb üzündən də, Süleyman Hüseynovgil qeyd olunan problemin ictimailəşdirilməsinə qərar verirlər. Elə ki, Beyləqan rayon sakininin redaksiyamıza təqdim etdiyi şikayət ərizəsinin mahiyyəti ilə yaxından tanış olduq, o halda bəlli oldu ki, and içdiyi “Hippoktar andı”na sadiq olmayan, atdığı addımlarına görə peşimançalıq hissi keçirməyən və bu gün Bakı şəhəri, Binəqədi rayonunun Atatürk prospektində fəaliyyət göstərən “Medical Plaza” klinikasında çalışan, ixtisasca ginekoloq olan Mehman Həmzəyevi “top atəşi”nə tutmaq üçün, kifayət qədər əsaslar var. Sən demə bu şəxs “Medical Plaza” kimi nüfuzlu səhiyyə müəssisəsində çalışmasına baxmayaraq o, gələcəyə az-çox ümidi olanların “ümidini söndürməklə” məşğul olur. Belə ki, şikayətçi Süleyman Hüseynov yazır ki, “Beyləqanda yaşasaq da, biz yaxın tanışlarımızdan birinin vasitəsilə gəlinimiz Hacıyeva Aydan Məhəmməd qızını müayinə və müalicə etdirmək məqsədilə “Medical Plaza” klinikasının qadın xəstəlikləri və doğum şöbəsində çalışan, ixtisasca ginekoloq olan professor Mehman Həmzəyevin yanına gətirdik. O, gəlinimizi altı ay ərzində müayinə və müalicə etdi. Ötən aylar ərzində müayinə və müalicə işlərinə 2 min manatdan çox xərcimiz çıxdı. Günlərin birində rayonda olarkən Aydan Hacıyevada bərk ağrılar baş qaldırdı, məhz belə bir səbəb üzündən də, təcili biz onu rayondakı həkimə çatdırmalı olduq. Həkimlər gəlinimizi bir qədər müayinə etdikdən sonra bildirdilər ki, “onun bətnindəki körpənin baş hissəsinə su yığılıb və ağrılar da belə bir səbəb üzündən baş verir”. Ona görə də, biz həkimlərin məsləhəti ilə Aydan Hacıyevanı təcili Bakıya çatdırmalı olduq. Elə ki, onu altı ay ərzində müayinə və müalicə etmiş Mehman Həmzəyevin yanında olduq, o halda o da, baxıb bildirdi ki, “bəli, ana bətnindəki körpənin baş nahiyəsinə su yığılıb”. Mehman həkim gəlinimizi üç-dörd gün ərzində bir daha müayinə və müalicə etsə də, son anda hansısa nəticəni əldə etmək mümkün olmadı. Çünki, onun da son qərarı o oldu ki, “mütləq uşaq ana bətnindən salınmalıdır”. Hətta o, onu da qeyd etdi ki, “uşağın ana bətnindən salınması üçün, səhv etmirəmsə əlavə 480 manat ödəniş də ödəməlisiniz” dedikdə, sanki şoka düşdük. Çünki, bu şəxsin altı ay ərzində müayinə və müalicə işləri aparmasına görə, üstüstə 2 min manatdan çox xərcimiz çıxmışdı və son anda da heç bir nəticəni əldə etmək mümkün olmadı. Onu da bildirim ki, həmin vaxtlarda Aydan Hacıyeva bir neçə gün idi ki, Bakı şəhərində yaşayan anasıgildə qalırdı. Günlərin birində bir daha onda bərk ağrılar baş qaldırdı və ağrıların baş qaldırdığı gün həftənin bazar gününə təsadüf etdiyindən, biz onu “Medical Plaza” klinikasına deyil, məhz M.N.Qasımov adına Respublika Klinik Xəstəxanasına çatdırmalı olduq. Adı çəkilən bu səhiyyə müəssisəsində həkimlər gəlinimizi bir qədər müayinə etsələr də, baş verən problemin qarşısını almaq heç cür mümkün olmadı. Ona görə də, həkimlər uşağı ana bətnindən salmağa məcbur oldular. Düşünürük ki, belə bir problemin əmələ gəlməsi, birbaşa Mehman həkimin qeyri-peşəkar mütəxəssis olması səbəbindən baş verdi. Çünki, zənnimizcə bu şəxs öncədən bilməli idi ki, ötən altı ay ərzində gəlnimizin müayinə və müalicəsi necə gedir və son anda hansı nəticəni əldə etmək mümkün olacaq. Axı, bu şəxs aparıcı səhiyyə müəssisələrindən birində çalışır və ixtisasca da ginekoloq həkimdir. Əgər aparılan müayinə və müalicənin heç bir nəticəsi olmadısa, o halda sual oluna bilər ki, bəs bizə dəyən maddi ziyanı kim ödəməlidir?” Bəli, istənilən halda baş verən olay olduqca xoşagəlməz hal olmaqla bərabər, Mehman Həmzəyevin fəaliyyətini şübhə altına alan halın varlığı deməkdir. Ona görə biz də belə bir qənaətə gəlmişik ki, insan taleyinin incəliklərini saya salmayan, üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirməyi bacarmayan hər bir həkim, o cümlədən Mehman həkim də öncədən məsuliyyətini dərk etməyi bacarmalıdır. Bu yöndə araşdırmamızı davam etdirib, hər kəsi daha ətraflı məlumatlarla xəbərdar etməyə çalışacağaq. Odur ki, bizi izləməyi unutmayın. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. GundemXeber.Az

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36 |
|
|
|
| • Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14 |
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08 |
|
|
|
|