SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Akim Bədəlovun alternativ enerjisinin alternativsiz sonluğu -2-Cİ YAZI
Tarix: 24-06-2017, 09:57 | Çap et
Akim Bədəlovun alternativ enerjisinin alternativsiz sonluğu
…Enerji dedikdə, istər-istəməz məişət həyatımızda vacib rol oynayan elektrik enerjisi yada düşür. Çünki elektrik enerjisindən təkcə elektrik avadanlıqlarının istifadəsində deyil, həm də digər enerjilərin, əsasən də istilik enerjisinin əldə olunmasında istifadə olunur. Amma təəssüflər olunsun ki, indi bütün dünyada elektrik enerjisini əldə etmək üçün digər yanacaq növlərindən, əsasən də qaz və mazutdan, az hallarda isə suyun (çayların) axın gücündən istifadə olunur. Sonuncunu çıxmaq şərtilə, elektrik enerjisinin qaz və ya mazut, torf, daş kömür və s. yanacaq növlərinin yandırılması ilə əldə olunması isə ekoloji problemlər yaradır, havanın, atmosferin çirklənməsinə gətirib çıxarır. Bu isə ekoloji fəlakətin baş verməsini qaçılmaz edir. Bəs çıxış yolu nədədir?
(Əvvəli 1-ci yazıda)

Külək enerjisindən niyə maksimum istifadə edə bilmirik?

Dövlət Proqramında qeyd edilir ki, Azərbaycan özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir. Və 1999-cu ildə Yaponiyanın В«TomenВ» şirkəti Azərbaycan ET Energetika və Enerji-layihə İnstitutu ilə birlikdə mənbəni müəyyənləşdirmiş, nəticədə Qobustan rayon mərkəzinə yaxın ərazidə ümumi gücü 30 MVt olan külək elektrik stansiyasının quraşdırılmasına dair texniki iqtisadi əsaslandırma hazırlanmışdır. Hətta tədqiqatlar zamanı Qobustan rayonu ərazisi üçün təqdim olunmuş göstəricilər külək enerjisi potensialının 4-cü sinfinə aid edilir ki, bu da yüksək potensial hesab olunur. Amma bu potensial o səviyyədə В«işləkВ»dir ki, Bakı-Şamaxı magistral yol ilə əhərəkət edən sərnişin və ya sürücülər, turistlər dağların başında göz dağı olan külək enerjisi istehsal etməli olan qurğuların (pərlərin) hərəkətsiz dayanmasına acı təəssüf hissi ilə baxırlar. Eləcə də müşfiqabaq qəsəbəsi ərazisində quraşdırılmış qurğular. Görəsən biz niyə təbii sərvətlərimizin bu qədər düşməniyik, ondan istifadə etmirik, edə bilmirik?

Günəş batareyalarımız imdad diləyir…

В«Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilərВ». Bu da Dövlət Proqramında qeyd edilib. Günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Sən demə, il ərzində 1m2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts, Fransada 1200-1400 kVts, Çində 1800-2000 kVts və Azərbaycanda 1500-2000 kVts təşkil edir. Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə xeyli çoxdur. Amma günəş enerjisindən istifadəyə gəldikdə… В«TəzadlarВ»ın Araşdırma Qrupunun apardığı müşahidələr göstərir ki, külli miqdarda vəsait xərclənərək yerləşdirilmiş günəş stansiyaları ya işləmir, ya da tam gücü ilə işləyir, bu da hesabat xatirinə, ən yaxşı halda Dövlət büdcəsindən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə ayrılmış 5 milyon manata yaxın vəsaitin silinməsinə hesablanıb. Bunu günəş batareyalarının quraşdırıldığı ərazilərdəki şirkətlər, əhali və s. infrastruktur sahibləri ilə söhbətimizdə bəlli etdik. Məsələn, Qobustan rayonunun mərkəzinə yaxın ərazidə, dağların sinəsində böyük bir günəş stansiyaları quraşdırılıb. Burada xeyli işçinin də çalışdığını dedilər. Amma bu ərazidə həmin enerjidən bəhrələnən bir obyektə rast gəlmədik. Niyə belədir??? Deyə bilmirik…

Çaylar aşıb-daşıb evlərimizi uçurur, biz isə su enerjisini cilovlaya bilmirik…

Dövlət Proqramından onu da öyrəndik ki, Azərbaycanın ümumi enerji sistemində su elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 17,8 faiz təşkil edir. 2003-cü ildə (Dövlət Proqramı 2004-cü ildə qəbul olunub) istehsal olunan elektrik enerjisinin 2,4 mlrd kVt.s su elektrik stansiyalarının payına düşüb ki, bu da istehsal olunmuş ümumi elektrik enerjisinin 11,4 faizini təşkil edir. Və məlum olur ki, ölkəmizdə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar vardır. Amma yenə də nə sirdirsə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Dövlət Proqramının bu şərtini də lazımi səviyyədə faydalı işə çevirə bilmir… Təsəvvür edin ki, Azərbaycandakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt.s, texniki cəhətdən əlverişli potensialın isə 16 mlrd. kVt.s olduğu müəyyən edilib. Bunun da 5 mlrd kVt.s kiçik su elektrik stansiyalarının payına düşür. Hansı ki, su elektrik stansiyalarının tikintisi sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi dövlət əhəmiyyətli məsələlərin həllində mühüm rol oynaya bilər. Amma yenə də səmərəli iş gözə dəymir.
***
Biz biokütlə enerjisinə toxunub vaxt almaq istəmirik. Çünki ölkəmizdə sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün yeni imkanlar açır. Lakin bu sahədə də ekoloji problemlər yaranır ki, bunu effektli hesab etmirik. Çünki söhbət yanma qabiliyyəti olan sənaye tullantılarının, meşə təsərrüfatı və ağac emalı sahələrinin tullantılarının, eləcə də kənd təsərrüfatı məhsulları və üzvi birləşmə tullantılarının, məişət və kommunal sahələrinin tullantılarını və s. yandırmaqla elektrik enerjisinin alınmasından gedir.

Bəs alternativ enerji mənbələrindən istifadə edilməsi üzrə tədbirləri görməli dövlət qurumları indiyədək nə iş görüblər ki, problem yetərincədir?


Dövlət proqramında müvafiq işləri görməli dövlət qurumlarının da adı siyahılanıb. Dövlət əhəmiyyətli həmin tədbirlərin 2005-2007-ci illərdə başa çatdırılması qeyd olunur. Məntiqlə həmin tədbirlər artıq bəhrəsini verməlidir və hələ artıq da olmalıdır… Tədbirlərin siyahısında alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə qanunvericilik və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, alternativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə qanunvericilik və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, enerji mənbələrindən istifadənin stimullaşdırılmasını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi və ölkədə alternativ enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılması.

Bakıda alternativ enerjidən istifadə edilməklə binalar qızdırılır?

Dövlət Proqramında bir məqam da diqqətimizi çəkdi. Məsələn, 2005-2007-ci illərdə görüləcək dövlət əhəmiyyətli tədbirlərdən biri də Abşeron yarımadasında, Mil-Muğan düzənliyində və Naxçıvan MR-da binaların qızdırılması və isti su təchizatı üçün günəş kollektorlarının tətbiqi nəzərdə tutulub. Vallah, Bakıda və ətraf rayonlardakı qəsəbələrdə yaşayan sakinlərdən evlərində günəş batareyası ilə qızdırılan istilik sistemlərinin, yaxud isti su ilə təchiz olunduqlarını soruşduq, lakin В«həВ» deyən tapmadıq.

Xəzər dənizində niyə külək generatorları quraşdırılmır?

Ən maraqlısı, bilirik ki, Xəzər dənizi ən küləkli su hövzələrindəndir. Sübut: SOKAR-ın dənizçilərinin başına açılan çoxsaylı faciələrin, estakadaların uçurulmasının… baiskarı olan güclü küləklərin şahidiyik. Və Xəzərdə il boyu güclü külək əsir. Elə isə, neftçıxarmada istifadə olunan estakadaların üzərində külək generatorları quraşdırmaqla ən azından, həmin platformaların işıqlandırma və digər sistemlərini ilbou külək enerjisi ilə təmin etmək olar. Elə maraqlısı budur ki, Dövlət /Proqramında belə bir tədbir də nəzərdə tutulub. Belə ki, dəniz-dalğa enerji potensialının elektrik enerjisinə çevrilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılması xüsusi ilə qeyd edilib. Amma çox təəssüflər olsun ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş məlum Dövlət Proqramındakı bu bəndin icrası ilə bağlı В«28 mayВ» və Neft Daşlarında çalışan digər strukturların işçilərindən belə faktın şahidi olduqlarını soruşsaq da В«Yox!В» cavabını aldıq. Bizə isə, ancaq təəssüflənmək qalır. Çünki təbiətin bizə bəxş etdiyi bu nemət də məsuliyyətsizliyimizin qurbanıdır, istifadə edilmir…

Bəs Dövlət Proqramının icrasına məsul nazirlik və şirkətlər niyə susur?
(Davamı var)
"Təzadlar"ın Araşdırma Qrupu








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru