SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Ölkəmizə məqsədyönlü hücum var...” - Prezident İlham Əliyev ittihamlara tutarlı cavab verdi
Tarix: 6-10-2017, 08:41 | Çap et
“Ölkəmizə məqsədyönlü hücum var...”
Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu böyük nümayəndə heyəti oktyabrın 4-də Azərbaycana səfər ediblər. Avropa İttifaqına üzv olan 28 ölkənin səfirlərinin iştirak etdiyi nümayəndə heyətini prezident İlham Əliyev qəbul edib.

İnkişafımız və problemlərimizlə bağlı danışarkən prezident bildirib ki, çətinliklərə baxmayaraq, ölkə inkişaf etməyə müvəffəq olub: “İqtisadi göstəricilərimiz Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatlar tərəfindən aparılan qiymətləndirmələrdə də əks olunub. Onların bizim islahatlarla bağlı qiymətləndirmələri çox müsbətdir. Əlavə olaraq Davos İqtisadi Forumunun son dəfə dərc etdiyi iqtisadiyyatın rəqabət qabiliyyəti üzrə yeni hesabatda Azərbaycan iqtisadiyyatın qlobal rəqabət qabiliyyəti indeksində 35-ci yerdə qərarlaşıb...”.

İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının da yüksələn xətlə inkişaf etdiyindən konkret faktları qeyd etməklə söz açıb, fevral ayında Brüsselə səfərini xatırladıb: “Bu səfərdən bir gün sonra biz Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzərində rəsmi danışıqlara başladıq. Məndə olan məlumata görə, danışıqlar uğurla davam edir. Yeni sazişlə Avropa İttifaqı ilə münasibətlərin uğurla inkişaf edəcəyinə ümid edirik...”.

Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens isə bu səfərə böyük əhəmiyyət verdiklərini deyib, hazırda yeni saziş üzrə danışıqların getdiyini bildirib.

V.Stivens Azərbaycan prezidentini noyabr ayında keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində iştirak üçün Brüsselə dəvət edib.

Diplomat onlar üçün narahatlıq doğuran bəzi məsələlərdən də danışıb və prezidentin mövqeyinin onlar üçün maraqlı olduğunu deyib: “Söhbət ölkədə ifadə azadlığı, toplaşmaq azadlığından gedir. Müəyyən şəxslərin azadlıqdan məhrum olunması ilə bağlı bəzi məlum işlər var. Bilirəm ki, Siz penitensiar sistemin humanistləşdirilməsi sahəsində də bir çox işlər görürsünüz. Fikrimcə, bunu Avropa Şurasının üzvü kimi göstərmək vacibdir. Həmçinin nəzərə alsaq ki, bu cür məsələlərin həlli ilə bağlı Avropa Məhkəməsinin qərarı da var”.

Aİ-nin Brüsseldə akkreditə edilmiş Fransadan olan səfiri Nokalas Suran isə Qarabağ məsələsi ilə bağlı geniş danışıb. “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsində regionda münaqişələr barədə müddəanı kənarda qoymayacaqlarını deyib.

Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Bolqarıstandan olan səfiri Gergana Karadjova “Cənub Qaz Dəhlizi” layihəsindən danışıb və enerji məsələsinin Avropa İttifaqının gündəliyində əsas yer tutduğunu bildirib. Bununla belə, Azərbaycanla münasibətləri təkcə bununla məhdudlaşmaq istəmədiklərini söyləyib.

Aİ-nin Brüsseldə akkreditə edilmiş Almaniyadan olan səfiri Mixael Flüger isə hazırda vətəndaş cəmiyyətindən cinsi və gender mənsubiyyətinə görə ayrı-seçkilik halları baş verdiyini eşitdiklərini bildirib: “Bilirik ki, həbs olunmuş həmin şəxslərin əksəriyyəti artıq azadlığa buraxılıb. Bu, yaxşı işarədir. Əminik ki, Azərbaycan BMT, ATƏT və Avropa Şurası çərçivəsində beynəlxalq öhdəliklərini yerinə yetirəcək.

Bir böyük xahiş də var. Fikrimizcə, Avropa Şurasından çıxmaq ideyası həm Avropa Şurası, həm Azərbaycan üçün olduqca pis ideyadır. Ümid edirik ki, Siz burada işarə verəsiniz və bu mövqe barədə yenidən düşünəsiniz. Biz birmənalı olaraq istərdik ki, Azərbaycan təşkilatda qalsın".

Prezident Əliyev isə yekunda bildirib ki, Azərbaycan medianın kəskin hücumuna məruz qalmaqdadır. Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendensiyadır: “Bunun müxtəlif səbəbləri var. Bunlardan biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür, ancaq təkcə onlar deyil. Müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır...

Azərbaycan demokratik ölkədir, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, qanunvericiliyimiz, demək olar ki, yüz faiz Avropa standartlarına uyğundur. Azərbaycanda bütün azadlıqlar təmin olunur...

Demokratiyanın rəmzi hesab olunan dövlətlərin hərəkətləri normal qəbul edildiyi halda, biz atdığımız bənzər addımlara görə tənqidə məruz qalmamalıyıq. Ancaq, şübhəsiz ki, insan haqları və demokratik inkişafla bağlı məsələlər bizim Avropa Komissiyası ilə sazişimizin tərkib hissəsi olacaq".

Prezident Azərbaycanın Avropa Şurasından çıxmaq məsələsi barədə alman səfirin dediklərinə münasibət bildirib: “Siz bizim kütləvi informasiya vasitələrimizi yaxşı tanıyırsınız, çünki hər hansı bir azərbaycanlı rəsminin belə bir fikir bildirməsi ilə bağlı məndə məlumat yoxdur. Lakin media azaddır və istədiklərini yaza bilər. Təbii ki, biz ictimaiyyətin əhvali-ruhiyyəsinə reaksiya veririk və hər bir hökumət ilk olaraq ictimai rəyi nəzərə almalıdır. Təəssüf ki, Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil. Bunun bir neçə səbəbi var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da. İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞ PA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı. Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər. Bu, baş vermiş olsa, bu hal ikili standartların təntənəsi olacaq. Müxtəlif səbəblərdən Avropa Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda Azərbaycan o qərarları icra edir, lazım gəldikdə təzminat ödəyir və ümumilikdə olduqca konstruktiv davranır. Beləliklə də, Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və ”bizim o təşkilatda nə işimiz var kimi" fikirlər meydana gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq. Biz artıq 16 ildir ki, Avropa Şurasının üzvüyük. Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik".

Prezident Əliyev “Şərq Tərəfdaşlığı” sammitində iştirak edəcəyini açıqlayıb: “Mən bu dəvəti prezident Tuskdan fevral ayında aldım və bildirdim ki, birmənalı olaraq, zirvə görüşündə iştirak edəcəyəm. Fikrimcə, orada olmaq çox vacibdir. Şərq Tərəfdaşlığı, əlbəttə ki, vacib çərçivədir. Lakin bu çərçivədə, fikrimcə, Azərbaycan ilə Avropa Komissiyası arasında ayrıca razılaşma ən mühüm məsələdir”.

Aİ nümayəndə heyətinin səfərini və görüşdə söylənilənləri “Yeni Müsavat”a şərh edən deputat Zahid Oruc bildirdi ki, sovetlər birliyində olmuş 6 respublikanı Rusiyanın təsir dairəsindən çıxarmaq uğrunda illərdir mübarizə gedir. Bu proses hazırda bir qədər genişlənməkdədir: “Çünki 2013-cü ildə Ukraynada məlum böhran yarananda bir çoxları hesab edirdi ki, Avropa Birliyi ”Şərq Tərəfdaşlığı" prosesi iflasa uğradı, Qərb strateqləri yanlış hesablayıblar, Rusiyanın gücünü düzgün dəyərləndirə bilməyiblər, fərqində olmayıblar ki, Moskva Avropa Birliyi ilə yaxın təmaslara gedən keçmiş sovet respublikalarını bir tərəfdən öz nüfuz zolağından çıxması kimi dəyərləndirəcək, o biri tərəfdən prosesi NATO-nun bölgədə möhkəmlənməsi formasında qəbul edəcək və buna qarşı real həmlələlərə baş vuracaq. Faktiki olaraq Ukraynanın ərazi bütövlüyünün pozulması, Qərb-Rusiya toqquşmasının Ukrayna dövlətçiliyini az qala süquta uğratması fonunda bir çoxları hesab edirdilər ki, proses bundan sonrakı illərdə təxirə salınacaq və Rusiya prosesi tamamilə durdurmağı bacaracaq.

Bu təxminlər özünü doğrultmadı. Qərb toparlanmağı bacardı, Moskva əleyhinə görünməmiş miqyasda böyük iqtisadi, siyasi sanksiyalarını işə saldı, bölgədəki dövlətləri təkrarən öz nüfuz dairəsinə gətirmək üçün danışıqları intensivləşdirdi. O dövrdə Azərbaycanla da assosiativ deyil, fərqli bir çərçivə sazişinin imzalanması ilə bağlı danışıqlar start götürdü. Avropa Birliyinin bütün ölkələrinin səfirləri ranqında böyük nümayəndə heyətinin Bakıya göndərilməsi onun göstəricisidir ki, Avropada narahatdırlar. Proses indiki reallıqda hansı istiqamətdə inkişaf edə bilər, növbəti qurban dövlət seçiləcəkmi? Nəzərə alaq ki, bu 6 dövlətin heç birinin özünün də vəziyyəti bu prosesdə bərabər deyil. Onlardan üçü assosiativ yoldadır, digər üçü isə fərqli bir geopolitik atmosferə daxil olublar. Belə olan vəziyyətdə vahid bir strategiyanı tətbiq eləmək mümkün olacaqmı? Yaranmış amorf bir vəziyyətdə Brüsselə məhz Bakının mövqeyi çox önəmli idi".

Deputat diqqəti xüsusi bir nüansa da cəlb etdi: “Ölkə başçımız ilə görüşdə çıxış edən dörd diplomatın hamısı bizim ölkəmizlə hansısa bir ultimativ və sərt dili deyil, normal əməkdaşlıq dilini, hətta bir sıra hallarda xahiş dilini ifadə etdilər. Bu sırada Avropa Şurası ilə Azərbaycanın əlaqələri tamam üzülərsə, bu, avtomatik olaraq bizim Avropa xəttindən imtinamız anlamına gəlməyəcəkdir kimi mesaj da ölkə prezidenti tərəfindən verildi. Diplomatlar da ən azı Yaqland kimi düşünmədiklərini ortaya qoydular. Bir daha sübut edildi ki, Azərbaycan Qərb üçün çox əhəmiyyətli bir ölkədir. Prezident aydın mesaj verdi ki, biz Avropadan üz çevirəsi deyilik, bu bizim strategiyamıza daxil deyil. Bakıya gələn nümayəndə heyəti, yəqin ki, prezidentə digər mesajlarını da verib. Bu da ondan ibarətdir ki, ölkəmiz üçün münasibətlərdə elə bir müstəvi seçiləcək ki, Azərbaycan Qərbdən qopmayacaq. Müəyyən təminatlar verilə bilər təhlükəsizlik istiqamətində, həmçinin Qarabağ məsələsinə münasibətdə. Demokratiya və insan haqları probleminə münasibətdə də normal əməkdaşlıq formatı seçilə bilər”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bildirdi ki, dünyada və regionda geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. Azərbaycan isə hələ öz strateji seçimini dəqiqləşdirməyib. Baxmayaraq ki, 2007-ci ildə Azərbaycan öz Milli Təhlükəsizlik Konsepsiyasında strateji hədəfinin avroatlantik məkana inteqrasiya olduğunu qeyd edib, ancaq bu istiqamətdə feili bir addım atılmayıb. Avropa Birliyinin böyük nümayəndə heyətinin səfərinin ümumi məqsədi bunu dəqiqləşdirməkdir ki, dünyada və regionda geopolitik inkişafın həlledici mərhələyə daxil olduğu bir vaxtda Azərbaycan strateji seçim etmək niyyətindədir, yoxsa yox: “Səfərin başlıca xüsusi məqsədi isə Avropa Birliyinin ”Şərq Tərəfdaşlığı" sammitinə hazırlıqdır. Bakıya gələn nümayəndə heyətinin üzvləri Avropa Birliyi üçün üçün xarici siyasəti hazırlayan səfirlərdir. Üçüncü bir səbəb isə Azərbaycanla Avropa Şurası arasında yaranmış siyasi böhrandır. Bu da Avropa Birliyini narahat etməyə bilməz. Diqqət etdinizsə, səfirlərin sualları əsasən Azərbaycanın mövqeyinin aydınlaşdırılması istiqamətində oldu. İstəklər də ifadə edildi və burada demokratiya, insan haqları sahəsində vəziyyətin düzəlməsi, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istənildi".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru