SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Bu gün MTN hadisələrinin iki ili tamam olur - “Eldar Mahmudovun həbs təhlükəsi hələ də sovuşmayıb, amma...”
Tarix: 17-10-2017, 08:16 | Çap et
Bu gün MTN hadisələrinin iki ili tamam olur
Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsindən və ardınca MTN-də (artıq ləğv edilib) baş verənlərdən - həbslərə, təmizləmələrə başlanılmasından iki il ötür. Bu müddət ərzində ölkəmizin təhlükəsizlik strukturunda çox ciddi dəyişikliklər oldu. MTN işi ilə bağlı məhkəmələr hələ davam edir, generallar mühakimə olunur, eyni zamanda müzakirələr də bitmir. Buna səbəb də həmin hadisələrlə bağlı çoxsaylı müəmmaların, ziddiyyətli məqamların olmasıdır.

MTN-ə 11 il rəhbərlik edən Eldar Mahmudovun hələ də həbs edilməməsi bir müəmma olaraq qalır.

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl son iki ili bu cür dəyərləndirdi: “MTN-in ləğv olunub Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılması çox yaxşı hal oldu. Azərbaycanın perspektivi, dünya ilə əlaqələri genişləndikcə kəşfiyyatın ayrı bir struktur olması vacibdir. Bu mənada kəşfiyyatın ayrılması çox yaxşı idi. Yeni rəhbərlik istər Mədət Quliyevin, istərsə də müavinləri və köməkçilərinin simasında olsun, faktiki olaraq sıfırdan başladılar. Nə mənada sıfırdan başladılar? 11 il üç aylıq orada hökm sürmüş - təxminən milis səviyyəsinə endirilmiş bir xüsusi xidmət orqanını yenidən dirçəltmək istər kadr, istərsə də, peşəkarlıq nöqteyi-nəzərindən çox çətindir. Amma bu istiqamətdə yeni rəhbərlik həqiqətən o işləri görür. Ən azı bilirik ki, əvvəlki kimi bir biznesmen qışqırmır ki, məndən kimlərsə pullar aldılar, ən azı xüsusi xidmət orqanının əli ilə. Xalqda inam yaratmaq lazımdır. Təbii ki, əsas istiqamət dövlətin təhlükəsizliyi olmalıdır. Bu istiqamətdə hansı tapşırıqlar varsa, onu yerinə yetirmək lazımdır. Terrorun qarşısını almaq da əsas vəzifəmiz olmalıdır. Bizim ətrafımızda, Yaxın Şərqdə terror tüğyan edir. Son iki ildə terrorçulara qarşı mübarizə çox yüksək səviyyədə gedib. Bəzi terror cəhdlərinin qarşısı alınıb, bəzi terrorçular öldürülüb. Bizə ən böyük təhlükə olacaq İŞİD-lə bağlı əməliyyatlar şəraitinə nəzarət edilir. Mədət Quliyev açıqlama verdi ki, 900 terrorçu var, onlardan 300-ü ölüb, 195-i vətəndaşlıqdan çıxarılıb. Bütün bunlar onu göstərir ki, əməliyyat şəraitinə kifayət qədər nəzarət olunur, informasiya mənbələrimiz var, informasiya mübadiləsi digər dövlətlərlə yaxşıdır. Amma yenə deyirəm ki, sıfırdan başlayıb bunları peşəkar xüsusi xidmət orqanı səviyyəsinə çatdırmaq çətindir. Qarşıda hələ illər var. Arzu edək ki, bizim üçün hər şey yaxşı olsun. Azərbaycanın son iki ili əvvəlki 11 ildən çox-çox yaxşıdır”.

Təhlükəsizlik eksperti E.Mahmudovun həbs olunmamasına da toxundu: “Nəinki cəzalar, prosesin özü böyük narazılıq doğurur. İstintaqın özü, məsuliyyətə cəlb olunanların kifayət qədər olmaması, sona qədər cinayətin açılmaması, mütəşəkkil dəstənin üzvlərinin sona qədər açıqlanmaması, kimlərinsə kənarda qalması, kimlərinsə hələ də meydan sulaması çox böyük narazılıq doğuran səbəblərdir. Bunlar heç bir halda qənaətbəxş sayıla bilməz. Eldar Mahmudovun və istintaq idarəsinin rəisinin kənarda qalması tamamilə düzgün deyil. İttiham olunanlar ittiham tərəfini üzərlərinə çox gəlməkdə qınayır. Amma onlar demək istəyirlər ki, ”siz bilirsiniz yazılmamış qanunları, onun üçün də üzərimizə çox gəlməyə ixtiyarınız yoxdur". Yadınızdadırsa, Akif Çovdarov müstəntiqə demişdi ki, səndən böyüyə zəng vurub deyiblər. Mövcud vəziyyət bundan ibarətdir. Ona görə burada heç bir qənaətbəxş iş yoxdur. Ən çox narazılıq edən zərərçəkənlərdir. Onlar konkret olaraq kimlərinsə cəzalandırılmasını tələb edirlər. Çünki onlar dəqiq bilirlər ki, kim istəyib, nə qədər, özü də kimin adından. İşlər təəssüflər olsun ki, məhkəmədə də yarımçıq şəkildə həyata keçirilir. Bu proseslərdə kölgə istintaq və məhkəmənin üzərinə düşür. Bunlar Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətinə kölgə sala bilməz. Artıq onların bu qurumda nə təsirləri, nə də adamları var. Eldar Mahmudovun və digərlərinin layiqli cəzalanmaması səbəbindən insanlarda belə fikir formalaşacaq ki, demək, çapıb-talamaq olar, çünki cəza almaya bilərsən. Bu mənada Eldar Mahmudovun azadlıqda olmasının çox mənfi rolu var. Həbs edilən Akif Çovdarov, Səlim Məmmədov kimi şəxslərin məhkəmədə dediklərində ziddiyyətlər yox idi. Onlar, sadəcə, indiyəqədərki məhkəmələrinin bəzilərində söz atırlar ki, bizə qarşı tətbiq etdiyiniz cəza ağır olarsa, bizimlə “düzgün rəftar” edilməsə, biz çox şeyləri aça bilərik. Dəfələrlə bu hədələr olub, Akif Çovdarov, Səlim Məmmədov və Elçin Quliyev tərəfindən. Mənə elə gəlir ki, onlar öz məqsədlərinə də çatdılar. Onlara verilən, istənilən cəzalar olduqca zəifdir, çox yumşaqdır. Onların bu mesajları çox danışa biləcəklərini də sübut etdi. Özü də dedikləri çox açıq mesajlar idi. Eldar Mahmudovun üzərindəki həbs təhlükəsi hələ də sovuşmayıb, amma bu təhlükə yüksək səviyyədə deyil. Təhlükə hələ o həddə çatmayıb ki, o, hər gün həbs olunacağı zamanı gözləsin. Hər şeyi zaman göstərəcək".
\\musavat.com\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru