SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

İlham Əliyevin yazdığı ən yeni Azərbaycan tarixi... - Baş verənlər Azərbaycanın qüdrətini artırır
Tarix: 31-10-2017, 08:57 | Çap et
İlham Əliyevin yazdığı ən yeni Azərbaycan tarixi...
Oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmir yolunun açılışı münasibətilə Bakı beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Möhtəşəm tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.

Prezident İlham Əliyev açılış mərasimində çıxış edərək layihənin əhəmiyyətindən danışıb: “Bugünkü təntənəli mərasimdə qardaş, dost ölkələrdən qonaqlar gəlib. Mən xüsusilə bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı, Gürcüstan, Özbəkistan, Qazaxıstan baş nazirlərini, Tacikistan, Türkmənistan nazirlərini salamlayıram və bu mərasimdə iştirak etdiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm. Əziz qonaqlar! Sizin bu gün bu mərasimdə iştirakınız Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətini bir daha əyani şəkildə göstərir. Bakı-Tiflis-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 km-i Azərbaycanın ərazisindən keçir. Bakı-Tiflis-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur: Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tiflis-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir”.

“Bəziləri Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin uğurla başa çatacağına inanmırdılar. Azərbaycan, Türkiyə və Gürcüstan bu layihəni uğurla reallaşdırdı” - deyə prezident bildirib: “Layihəyə Orta Asiya ölkələri böyük maraq göstərir. Bu yolun Avropa üçün böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə danışıqlar aparıb, Avropa ölkələri bu dəmir yolu xəttinə böyük maraq göstərir".

Dövlət başçısı qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi də böyük önəm daşıyır: “Azərbaycan bu istiqamətdə dəmir yolu şəbəkəsini yaradıb, digər ölkələrdə də bu istiqamətdə dəmir yolunun çəkilməsinə sərmayə qoyur. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb enerji-nəqliyyat dəhlizləri istifadəyə veriləcək. Bakı-Tiflis-Qars dəmir yolundan Çin, Qazaxıstan, digər Orta Asiya ölkələri, Avropa ölkələri istifadə edəcək. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistandan başlayaraq Rusiyaya qədər ölkələri birləşdirəcək”.

İ.Əliyevin sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu qlobal layihədir: “Bu yoldan biz böyük vəsait əldə edəcəyik. Bir daha deyirəm ki, bu layihənin həyata keçirilməsi Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyi ilə başa gəlib. Biz heç yerdən kredit, yardım almadıq. Əminəm ki, Bakı-Tiflis-Qars dəmir yolunun yolu həmişə açıq olacaq”.

Sonra Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov çıxış ediblər.

Daha sonra çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, BTQ-nin açılış mərasimində iştirak etməkdən məmnundur: “BTQ-nin işə düşməsi ilə Orta dəhliz layihəsinin əsas hissəsi tamamlanır. Beləliklə, Londondan Çinə kəsintisiz dəmiryolu bağlantısının qurulduğunu elan edirik. Bu gün açılış mərasimi keçirilən BTQ yükdaşımalarda xərcləri önəmli miqdarda azaldacaq. Bu layihə hamımızın ortaq zəhmətidir. Azərbaycanlı qardaşlarım ”Zəhmətlə yeyilən soğan, minnətlə yeyilən baldan şirindir" deyirlər. Bu layihə zəhmətlə, alın təri ilə həyata keçirildiyi üçün çox qiymətlidir. BTQ-nin xalqlar üçün xeyirli olmasını arzulayıram".

Dövlət başçısı qeyd edib ki, BTQ ilə 1 mln. sərnişin və 6,5 mln. ton yük daşınması gözlənilir: “2034-cu ildən isə daşımalar 3 mln. sərnişin, 17 mln. ton yükə çatacaq. Bu layihə ən avantajlı imkanları təqdim edəcək. Çindən gələn yük 12-15 günə Avropa İttifaqı ölkələrinə çatacaq. Hazırda Çindən Avropaya daşınan yükün miqdarı 240 mln. tondur. Bu həcmin 10%-nin ortaq dəhlizlə daşınması belə, 24 mln. ton yük deməkdir”.

Sonra dövlət və hökumət başçıları Bakı-Tiflis-Qars dəmir yolu xəttinin çivlərini vurublar və yoldəyişən qurğunu işə salıblar. Bununla da Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salınıb.

Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə Ələt dəmir yolu stansiyasına yola düşüblər.

Qeyd edək ki, BTQ-nin açılışı ilə bağlı ən maraqlı fikirlərdən birini də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta səsləndirib.

Vaxtilə bu layihənin reallaşmasının əleyhinə olan ölkənin səfiri deyib ki, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun açılışı Avrasiyada daha yaxşı ticarət əlaqələrinin qurulması istiqamətində atılan növbəti mühüm bir addımdır: “Bu gün açılışı olan BTQ Yeni İpək Yolunun mühüm hissəsidir. Biz uzun müddət İpək Yolunun əhəmiyyəti barədə danışırdıq və hesab edirəm ki, bugünkü açılış da bu istiqamətdə atılan növbəti bir addımdır”.

Yerli ekspertlər də Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətini yüksək qiymətləndiriblər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, layihənin siyasi əhəmiyyəti də iqtisadi əhəmiyyəti qədər böyükdür: “Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin iqtisadi əhəmiyyəti haqqında çox danışılıb. Siyasi əhəmiyyəti də iqtisadi əhəmiyyəti qədər böyükdür. Birincisi, bu layihə ilə Azərbaycanın bölgədə statusu artır. Çünki Çindən çıxan mallar Azərbayan üzərindən keçməklə Avropaya, Böyük Britaniyaya qədər məsafə qət edəcəklər. Azərbaycan İpək yolu layihəsinin tərkib hissəsinə çevrilir. Bu, ölkəmizin siyasi statusunu da artırır. Hətta əvvəlcə bu layihənin reallaşmasını arzulamayan Amerika rəsmiləri də indi müsbət fikir səsləndirir. ABŞ əvvəlcə bu layihəni narahatlıqla qarşılamışdı. Hətta o zaman Konqres belə bir bəyanat vermişdi ki, heç bir Amerika şirkəti BTQ-nin maliyyələşməsində iştirak etməsin.

Ancaq bu, Azərbaycanı o qədər də narahat etmirdi. Çünki Azərbaycanın kifayət qədər maliyyəsi var idi, özümüz bu layihənin maliyyə xərclərini ödəyə bilirdik, Gürcüstana da çox aşağı faizlə kredit verdik. Ancaq indi nə baş verir? Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta çıxış etdi və bu layihənin Azərbaycan üçün böyük əhəmiyyətindən danışdı. ABŞ özü bu layihədə bilavasitə iştirak etməsə də, BTQ-nin fəaliyyəti onun üçün də əhəmiyyətlidir. Çünki Amerika və Avropa istəyir ki, Rusiyadan asılılıqları azalsın. Necə ki, ABŞ və Avropa Rusiyadan qaz asılılığını azaltmaq istəyir, o cümlədən yük daşıma ilə bağlı asılılığının da azalmasına çalışır. Çünki Rusiya özü də iddialıdır ki, Çinin bütün malları Rusiya üzərindən Avropaya daşınsın. Ancaq buna obyektiv maneələr var. Birincisi, Rusiya ərazisində ləngimələr çox olur. İkincisi, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etdi və rahatlıqla bu malları Rusiya sərhədində qarşılamağa hazır deyil. Ancaq Azərbaycan Qərbin tərəfdaşıdır və daşınma ilə bağlı alternativ tərklif edir. Necə ki, Avropanın alternativ qazla təmin olunmasında Avropa və Amerika bizə dəstək verir, eynilə yüklərin daşınmasında və alternativ yollarla çatdırılmasında da bu iki tərəf bizim yanımızda olacaq. Bu da Azərbaycana ən böyük siyasi dəstəkdir”.

Ekspertin sözlərinə görə, layihənin digər siyasi əhəmiyyəti odur ki, Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirəcəklər: “Bu layihələrin təhlükəsizliyi də hər 3 dövlət üçün əhəmiyyətlidir. Bu isə o deməkdir ki, bu layihə hər 3 dövləti birləşdirir. Bakı-Tiflis- Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu xətti- 3 dövləti birləşdirən strateji layihələrdir. Yaxın gələcəkdə buna TAP və TANAP da əlavə olunacaq. Bu da Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı siyasi münasibətləri ən üst səviyyəyə qaldırır. Ermənistan faktiki olaraq mühasirədə qalır, bu layihələrdə iştirak edə bilmir və qazanc əldə edə bilmir”.

Politoloq vurğuladı ki, bu layihə vasitəsilə Azərbaycan türk birliyinə daha da yaxınlaşacaq: “BTQ-nin türkdilli dövlətlər üçün əhəmiyyəti xüsusilə böyükdür. Bu dövlətlər arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Dövlətlər arasında iqtisadi əlaqələr varsa, istər-istəməz onlar siyasi mənada da bir-birilərinə dəstək verirlər”.

İqtisadçı ekspert Vüqar Bayramov da qəzetimizə danışarkən vurğuladı ki, Bakı-Tiflis-Qars Azərbaycan üçün vacib layihələrdən biridir: “Bu layihənin reallaşması ölkəmiz üçün heç də asan olmadı. BTQ-nin çəkilməsi ideyası gündəmə gələn zaman inkişaf etmiş ölkələr bu xəttin reallaşmasına qarşı idi. ABŞ, Fransa kimi ölkələr BTQ-nin maliyyələşdirilməməsi ilə bağlı öz banklarına tövsiyə etdilər. Səbəb isə o idi ki, bu dəmiryol xətti Ermənistandan kənar keçirdi. O baxımdan BTQ-nin reallaşması heç də asan olmadı. Uzun zaman və vəsait tələb edirdi. Azərbaycan həmin vəsaiti öz daxili mənbələri hesabına ödədi ki, bu da dəmiryol xəttinin reallaşması üçün çox vacib idi. BTQ geosiyasi, geostrateji baxımdan Azərbaycan üçün vacib bir xətdir. Bu xəttin Azərbaycan iqtisadiyyatı üçün indiki dövrdə xüsusi önəmi var. Çünki postneft dövründə gəlir mənbələrinin şaxələnməsi olduqca vacibdir. Qeyri-neft sektorunun inkişafı üçün də nəqliyyat dəhlizlərinə ehtiyac var. Bu dəhlizlər olmadan dayanıqlı inkişafa nail olmaq mümkün deyil. BTQ məhz bu nəqliyyat dəhlizinin formalaşması baxımından Azərbaycan üçün vacibdir. Ölkəmiz yalnız tranzit ölkə kimi deyil, həm də təchizatçı ölkə olaraq bu layihədə iştirak edəcək. Bu da beynəlxalq yükdaşımalarının həcmini artıracaq. Nəzərə alsaq ki, birinci mərhələdə 6,5 milyon ton yükün daşınması, təxminən 1 milyondan artıq sərnişinin dəmiryol xəttindən istifadə etməsi nəzərdə tutulur, bu, iqtisadi baxımdan çox önəmlidir. Xüsusən dünya bazarında neftin qiymətinin aşağı olduğu dövrdə bu xətdən istifadə olduqca vacibdir. Bu layihə dövlət gəlirlərini artırmaqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı iqtisadi əməkdaşlığın artırılmasına da töhfə vermiş olacaq”.

Sabiq nazir, iqtisadçı ekspert Fikrət Yusifov da vurğuladı ki, BTQ Azərbaycanın son illər ərazində regionda reallaşdırdığı ən böyük transmilli layihələrdən biridir: “Bu layihənin reallaşdırılması 10 il müddətində baş tutdu. BTQ Azərbaycana təkcə iqtisadi dividentlər deyil, həm də siyasi dividentlər gətirəcək. Bu dəmiryol xətti qədim İpək yolunun orta xəttinin bərpasıdır. Bu o deməkdir ki, Azərbaycan üzərindən Şərqdən Qərbə, Cənubdan Qərbə tonlarla yük daşınacaq. Nəticədə ölkəmizə böyük iqtisadi gəlirlər gələcək, yüzmilyonlarla valyuta əldə ediləcək. Azərbaycan regionun ən böyük tranzit yükdaşımaları dəhlizinə çevriləcək. Bizim digər bir uğurumuz isə odur ki, Ermənistan son illər regionda reallaşan bütün qlobal transmilli layihələrdən kənarda qalıb. Bu ölkə Dağlıq Qarabağda yaratdığı konfliktlə özünü həmin layihələrdən məhrum edib və yüz milyonlarla vəsaitdən məhrum olub. Layihənin uğurla başa çatması çox önəmlidir. Məsələnin daha mühüm tərəfi isə yeni açılmış Bakı-Tiflis-Qars dəmiryol xətti ilə yükdaşımalarının tarifləridir. Bu gün bölgədə tranzit yükdaşımaları sahəsində ciddi rəqabət var. Bu şəraitdə tariflərin müəyyənləşməsi mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısının sərəncamı ilə bu məsələ də bir pəncərə sistemi ilə həllini tapacaq. BTQ-nin reallaşması gələcəkdə Naxçıvanla dəmir yolu əlaqələrinin yaranması deməkdir. İllərdir ki, Naxçıvan blokada şəraitində yaşayır. Bu dəmir yolu xəttinin açılması həmin blokadanın da müəyyən mənada aradan qaldırılması demək olacaq”.
\\musavat.com\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru