SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Avropadan Bakıya mühüm jest - savaş haqqımız təsbit edildi
Tarix: 27-11-2017, 09:04 | Çap et
Avropadan Bakıya mühüm jest
Brüsseldə Avropa Birliyinin (AB) “Şərq Tərəfdaşlığı” sammiti başa çatdı. Azərbaycan prezidenti İlham Əliyevin də qatıldığı sammitin yekun bəyannaməsində ölkəmiz də daxil, bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsbit edildi. Erməni tərəfinin cəhdlərinə rəğmən, sənəddə məhz Azərbaycanı qane edən yanaşma əksini tapdı. Təşkilat tərəfdaş ölkə kimi Azərbaycanın da ərazi bütövlüyünü və suverenliyini dəstəklədi.

Bu, AB-nin Azərbaycana, Dağlıq Qarabağ probleminə yanaşmasında kifayət qədər mühüm jesti kimi yadda qalacaq. Hər necə olmasa, işğalçı tərəf ümidli idi ki, sənədə ərazi bütövlüyümüzü şübhə altına alacaq bəndin daxil edilməsinə nail olacaq. Söhbət sənədə Dağlıq Qarabağ erməniləri üçün “öz müqəddəratını təyinetmə” prinsipinin daxil edilməsindən gedirdi. Göründüyü kimi, düşmən tərəfin arzusu ürəyində qalıb.

“Brüssel sammitinin Azərbaycan üçün çox faydalı keçdiyini düşünürəm”. Bu sözləri “Şərq Tərəfdaşlığı” sammitinin yekununu dəyərləndirən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Birgə Bəyannamənin Qarabağ məsələsinə təsirinə gəldikdə, politoloq qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mübarizədə öz istəyinə nail oldu və bu, Bakı üçün çox vacib idi. “Hesab edirəm ki, ən böyük uğur məhz bundan ibarətdir”, - deyə o əlavə edib.

“Avropa bununla nümayiş etdirdi ki, o, dünyanın hər hansı bir nöqtəsində olan separatizmə qarşı mövqe sərgiləyir və separatizmin dirçəlməsinə imkan verməyəcək”.

Bu sözləri isə Axar.az-a politoloq Qabil Hüseynli Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammitində qəbul edilən Birgə Bəyannaməyə münasibət bildirərkən deyib. O bildirib ki, bu çox böyük, tarixi bir addım idi.

“Azərbaycan tərəfi bu sənədin təkmilləşdirilməsində iştirak edərək, orada olan lüzumsuz maddələrin çıxarılmasına nail oldu. Bütövlükdə dövlətlərin ərazi bütövlüyü prinsipi yekun bəyənnamədə özünün hərtərəfli əksini tapdı. Azərbaycan bu müqaviləyə imza atmaqla, özünün gələcək uğurlarına böyük töhfə verdi. Bundan sonra Dağlıq Qarabağ probleminin həllində ciddi hüquqi baza formalaşdırmaq mümkün olacaq. Azərbaycan eyni zamanda Şərq Tərəfdaşlığı proqramına rəsmən qatıldı və bununla da bir sıra imtiyazlar və üstünlüklər əldə etdi”, - deyə Hüseynli qeyd edib.

Politoloq onu da vurğulayıb ki, Azərbaycan özünün qərbyönümlü xarici siyasət xəttini bu imzanı atmaqla bir daha təsdiq etmiş olub: “Bundan sonra Azərbaycanın qarşısında yeni perspektivlər açılır. Bu müqaviləyə imza atmaqla Azərbaycan həm Avropa ölkələrinə vizasız gediş-gəliş məsələlərini tənzimləyəcək, həm də Avropa ilə imtiyazlı ticarət əlaqələrinin qurulmasında bir çox üstünlüklər əldə edəcək. Çünki indiyə qədər dövlət tərəfindən Avropadan yalnız lazım olan malların alınması və satılması həyata keçirilirdisə, bundan sonra gömrük rüsumlarının azaldılması nəticəsində Azərbaycanın ən modern və müasir texnologiyaları, sənaye, eləcə də ilkin tələbat məhsullarını əldə etməsi daha da asanlaşacaq. Bununla da Azərbaycan Qərb ölkələri ilə ticarət əlaqələrini xeyli artırmış olacaq”. O, bu müqaviləni imzalamaqla, Azərbaycanın AB-yə, NATO-ya yolunun açılacağını da söyləyib.

*****

Bu arada Avropa Birliyi Azərbaycana Dağlıq Qarabağla bağlı ikinci pozitiv jestini də edib. Məlum olub ki, Avropa Komissiyasının Ticarət üzrə Baş direktorluğunun rəsmi internet səhifəsində bazara giriş haqqında məlumat bazasında AB şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinin yaradacağı məsuliyyət ilə bağlı xəbərdarlıq yerləşdirilib.

Xəbərdarlıqda deyilir: “Azərbaycan qanunvericiliyinə əsasən Dağlıq Qarabağ və/və ya ətraf ərazilərdə birbaşa və ya filialları vasitəsilə kommersiya fəaliyyəti göstərən Avropa Birliyi şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma riski daşıyır. Bu cür fəaliyyət Azərbaycanda həmin fəaliyyəti aparan fərdlərə və müvafiq biznes barəsində cinayət təqibi və ya digər hüquqi tədbirlərin görülməsi ilə nəticələnə bilər; həmçinin gələcəkdə Azərbaycana səfər etmə imkanına təsir edə bilər”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev haqlı olaraq, bu xəbərdarlıq mətnindəki Azərbaycan qanunvericiliyinə istinad edilməsinin işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar üzərində Azərbaycanın yurisdiksiyasının tanınması anlamına gəldiyini deyib. Onun sözlərinə görə, Avropa Komissiyasının bu xəbərdarlığı AB-nin fiziki və hüquqi şəxslərinin işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı Azərbaycanın legitim tələblərinin yerinə yetirilməsi istiqamətində atılmış ilkin addımdır.

XİN sözçüsü bunu da xatırladıb ki, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində AB tərəfindən Azərbaycanla bağlı siyasi qərarlar qəbul edilərkən AB-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin (EUSR) ofisinin rəyi əsas götürülür. EUSR öz fəaliyyətində Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinə (AB-yə üzv ölkələrinin səfirləri) hesabat verir və ondan tövsiyələr alır. “Bu isə o deməkdir ki, harada dərc olunmasından asılı olmayaraq yuxarıdakı xəbərdarlığa bütün AB üzv ölkələri birmənalı şəkildə riayət etməlidir. Əcnəbi hüquqi və fiziki şəxslərin işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi-ticari fəaliyyətindən çəkindərilməsinin vacibliyi ilə bağlı ölkəmizin üzv olduğu Avropa təsisatlarında aparılan müzakirələr zamanı yuxarıdakı xəbərdarlıqdan istifadə edilməsi prinsipial mövqeyimizin irəlilədilməsi istiqamətində yardımçı rol oynaya bilər”, - deyə Hikmət Hacıyev qeyd edib.

Bəzi məlumlara görə, işğal altındakı Dağlıq Qarabağda qanunsuz biznes fəaliyyəti göstərən şirkətlər əsasən Fransaya aiddir. Fransa isə AB-nin aparıcı dövlətlərindən biri, üstəlik, vasitəçi ölkədir - ATƏT-in Minsk Qrupunun həmsədridir. Demək, xəbərdarlıq ilk növbədə ona ünvanlanıb. Bəs nəticə çıxarılacaqmı? Bunu yəqin ki, zaman göstərəcək. Yeri gəlmişkən, bu günlərdə Dağlıq Qarabağdakı kriminal rejimin başçısı Bako Saakyan başının dəstəsi ilə Fransada olub, görüşlər keçirib, işğal rejimini daha da möhkəmlətmək üçün orada ianələr toplayıb. Rəsmi Paris isə bu qanunsuzluqlara faktiki olaraq, reaksiya verməyib.

*****

Ötən həftəsonu AB-nin Azərbaycanla bağlı qeyd etdiyimiz iki mühüm qərarı Azərbaycan diplomatiyasının nəfinə yazıla bilər. Bu, həmçinin təcavüzkara aydın mesajdır ki, öz radikal mövqeyindən əl çəkməzsə, davamlı sülhə və iqtisadi inkişafa nail ola bilməyəcək, işğal altındakı Dağlıq Qarabağ bölgəsi də “qara dəlik” kimi dünyaya inteqrasiya olunmayacaq - Ermənistan AB ilə çərçivə sazişi imzalasa belə.

Ən önəmlisi odur ki, Avropa bununla Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa eləmək üçün son variant olaraq hərb yoluna əl atmaq haqqını da tanıyır. Bu isə həm də işğalçı Ermənistana xəbərdarlıqdır. O Ermənistan ki, orada blokada şəraitinin məntiqi diktəsi olaraq əhalinin iqtisadi durumu və dolanışığı ilbəil daha da ağırlaşır. Bunu erməni iqtisadçı ekspertləri də etiraf edirlər.

“Ermənistanda 2018-ci ildə vətəndaşların yaşayış səviyyəsi daha da ağırlaşacaq”. Ölkənin tanınmış iqtisadçısı Vilen Xaçatryan 2018-ci il üçün nəzərdə tutulun dövlət büdcəsinə münasibət bildirərkən belə deyib (Report). Onun sözlərinə görə, mövcud durumda müəyyən edilən büdcə siyasəti həyata keçirilməlidir.

“Məsələn, inflyasiya varsa, təqaüdlər və maaş, eləcə də əhalinin aztəminatlı təbəqəsinin sosial yardımları artırılmalıdır. Bunların heç birinə Ermənistanda əməl edilmir. İndeksasiyanın tətbiq edilməməsi isə 2018-ci ildə ölkə əhalisinin yaşayış səviyyəsini ağırlaşdıracaq, alıcılıq qabiliyyəti aşağı düşəcək. Bu isə öz növbəsində deflyasiya yaradacaq”, - deyə o qeyd edib.

Aydındır ki, erməni iqtisadçının söylədikləri səbəblər yox, nəticələr kateqoriyasına aiddir. Nədən ki, əsas səbəb həlli uzanan Qarabağ məsələsidir. Konfliktin nizamlanması uzandıqca Ermənistanın blokadası da davam edəcək - burası şəkk-şübhəsizdir. Demək, işğalçı ölkənin iqtisadi, demoqrafik durumu da pisləşməkdə davam edəcək, ölkədən kütləvi köç dayanmayacaq, işğalçı ordu daha şərt şəkildə çağırışçı problemi yaşayacaq.
\\musavat.com\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru