SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Nuray House” 30 fəhlənin pulunu mənimsədi? - Rəsmi qurumları “aldatdı”
Tarix: 18-01-2018, 09:28 | Çap et
“Nuray House” 30 fəhlənin pulunu mənimsədi?
"Nuray House” MTK Xırdalan şəhərində inşa etdirdiyi binada işlətdiyi 30 fəhlənin 60 min manata yaxın zəhmət haqqını ödəmir.

Bununla bağlı aldadılmış fəhlələr Kütləvi İnformasiya Vasitələrinə müraciət edib. Həmin müraciəti ixtisarla təqdim edirik:

"Xırdalan şəhəri, Heydər Əliyev prospektində "Nuray House” MTK tərəfindən inşa olunan 16 mərtəbəli binada usta və fəhlə kimi işləmişik. Amma MTK-nın sahibi Yusif Vəlixanov bizim 59 min 661 manat pulumuzu vermir.

Nəzərinizə çatdırmaq istəyirik ki, biz 2015-ci ilin iyun ayında "Nuray House” MTK-da işə başlamışıq. 2016-cı ildə MTK rəhbərliyi gördüyümüz suvaq və hörgü işləri üçün material almağa pulu olmadığını bildirməklə yanaşı bizə işləri görmək üçün barter təklif etdi. Bu təklif əsasında gördüyümüz işin müqabilində bizə mənzil verilirdi ki, biz də mənzili satıb xərclədiyimiz pulu və əmək haqqımızı götürürdük. Mənzillərin kvadrat metrini 650 manatdan sənədləşdirirdik. Amma həmin mənzilləri tez satmaq üçün muştərilərə ucuz qiymət təklif etməklə materialın pulunu düzəltməyə çalışırdıq. Gördüyümüz işin müqabilində şirkət tərəfindən bizə əmək haqqı kimi veriləcək növbəti mənzilə müştəri tapıb satmaq istədik. Buna qədər "Nuray House” MTK-nın bizə 59 661 manat borcu qalmışdı və MTK-nın sahibi ilə növbəti mənzilin verilməsi ilə bağlı razılığımız da vardı. Yusif Vəlixanov razılaşmanı pozaraq bildirdi ki, daha mənzil verməyəcək, əvəzində pulumuzu ödəyəcək. Bu bizə sərf edirdi. Çünki bizə verilən mənzili daha ucuz qiymətə satırdıq. MTK rəhbərliyi bizə deyirdi ki, dollar qalxdığı üçün mənzillərdə bahalaşacaq və buna görə işinizi davam edin, pulunuzu verəcəyəm.

20-25 gündən sonra pul istəyərkən MTK rəhbərliyi bildirdi ki, pulu yoxdur, amma tezliklə verəcək. Betona və materiala pulu çox çıxır. Ona görə də bizə pul verə bilmir: ”Sonuncu mərtəbəni də tamamlayıb, sonra pulunuzu verəcəyəm”.

Biz də məcbur olub işimizi davam etdirdik. Yeni il bayramı ərəfəsində bizə yaxşı pul verəcəyini deyən Yusif Vəlixanov 31 dekabr günü bizə 4 dənə 20 dollarlıq əskinas olmaqla 80 dollar və bir dənə 50 manat gətirdi. Bu pulun aramızda bölünməsini istədi. Biz 25-30 nəfər adamıq, bunu necə bölə bilərdik? Narazılıq etdik, işi dayandırdıq. Əşyalarımız götürüb getmək istəyəndə oğlu Rüstəm bizə yaxınlaşaraq bildirdi ki, "akumlyator” gətirirlər: "Bayrama görə, yolda qalıb. Bayramdan sonra mal gələcək, onda sizin bütün borcunu bağlayacagam. Bilirdik ki, onlar vaqonla akumlyator gətirirlər. Düşündük ki, bayramdan sonraya qədər də dözək. Sonra pulumuzu alarıq. Bayramdan sonra da bir-neçə gün işlədik. Sonra pulu almağa gedəndə problemlərimiz başladı.

Yusif Vəlixanov bizə bildirdi ki, "pul yoxdur, işi yarımçıq saxlasaz, bir qəpik də verməyəcəm. Gedin kimə istəyirsiz, şikayət edin”. Hətta ofisdə narazılıq edən ustalardan birinin – Fərhad Abdullayevin qabağını kəsərək, günün sonunda oğlanları Mehman və Rüstəmlə birgə "səni öldürüb, qanını bağlayaram” deyə təhqir və təhdid də edib.

Bundan sonra hər dəfə pulumuzu istəyəndə işimizdə səhv tapmaq üçün müxtəlif bəhanələr gətirməyə başladı. Bir gün işlədiyimiz 16-cı mərtəbəyə gəldi. Oğlu da yanında idi. Heç bir səhv tapmadı, sonra divarın nazik olduğunu bəhanə edərək, fəhləlik edən Elnur Məmmədovun üstünə cumdu. Başından tutaraq, divara vurmaq istəyəndə güclə əlindən çıxdı. Sonra Elnur Məmmədovu yumruqlamağa başladı. Elnur Məmmədov da heç nə etmədi, çünki yaşda və bədəndə ondan böyük idi. Elnurun sözlərinə görə, qorxsa da düşünüb ki, nəsə etsə əlinə bəhanə düşər: "Amma o dayanmadı, məni vura-vura balkona gətirdi. Dedi ki, "səni burdan atacam, pul verib qanını bağlayacam”. Bu vaxt oğlu güclə onu sakitləşdirdi”.

Biz pulumuzu almaq üçün Yusif Vəlixanova müxtəlif təkliflər də etdik. Gördüyümüz işin hamısını qeyd etdik. Ofisə gedərək bildirdik ki, borcumuzu hissə-hissə ödəsin. Qeydiyyat apardığımız kağızları cırıb, bizi ofisdən bayıra çıxartdı…

… Abşeron Məhkəməsinə şikayət etdik. Məhkəmənin qərarı ilə binada işlər dayandırılıb. Lakin bilinməyən səbəblərər görə, qiraq qüvvələrin səyi nəticəsində qərardad ləğv olunaraq MTK-da işlərin aparılması bərpa edilmişdir. Məhkəmənin təyin etdiyi ekspertiza binaya baxış keçirib rəy hazırladı. Bizim apardığımız qeydiyyatla ekspertizanın rəyi arasında cəmi 4 manat fərq var idi. Məhkəmə bunu qəbul etdi. Amma məhkəmə iddiamızı təmin etmədi. Bizim haqlı olduğumuzu bilə-bilə hakim "Nuray House”-nin maraqlarını qorumuş oldu.

Halal əmək haqqımızı almaq üçün müxtəlif dövlət qurumlarına etdiyimiz müraciətlərə baxmayaraq, haqqımızı batırmağa çalışdılar. Ən dəhşətlisi isə odur ki, etdiyimiz şikayətlərə görə bizi polislə və başqa hüquq-mühafizə orqanları ilə hədələyirlər. Sanki şikayət etmək cinayət imiş. Sizdən xahiş edirik ki, "Nuray House” MTK-nın Xırdalanda inşa etdiyi binada işləyən 30 fəhlənin əmək haqqısının mənimsənilməsi ilə bağlı araşdırma aparıb, günahkarları cəzalandırmasına nail olasınız. Biz yalnız halal pulumuzu istəyirik…”


Tendensiya.com-un məlum müraciətlə bağlı apardığı araşdırmalar nəticəsində məlum oldu ki, "Nuray House” MTK-nın rəhbərliyi ilk əvvəl fəhlələrə borclu olduğunu rəsmi qurumlara verdiyi izahatlarda və etdiyi şikayətlərdə təsdiq edib. Lakin sonradan fəhlələrin əmək haqqısını ödəməmək üçün guya onların MTK-ya borclu olması ilə bağlı Sumqayıt İnzibati İqtisad Məhkəməsində iddia qaldırır. Bu prosesi Abşeron rayon Məhkəməsində də davam etdirir. Məlum subyektiv səbəblərdən Abşeron rayon Məhkəməsində fəhlələr üzərində qələbə çalır. Halbuki Abşeron rayon Məhkəməsinin hakimi İlham Kərimli fəhlələrin təqdim etdiyi sübutları və Ədliyyə Nazirliyinin Məhkəmə Eksperizası Mərkəzi tərəfindən aparılmış ekspertiza rəyini nəzərə almayaraq fəhlələrin iddiasını rədd edir.

Qeyd edək ki, yaranmış mübahisə ilə bağlı tərəflərin bir-birindən rəsmi qurumlara etdiyi şikayətlərin birində, daha konkret "Nuray House” MTK-nın sədri Vəlixanov Mehman Yusif oğlu (Yusif Vəlixanovun oğlu – red) tərəfindən 20 yanvar 2017-ci il tarixində Abşeron rayon Polis İdarəsinə edilmiş şikayət ərizəsində onların Arif Ağamaliyevə (MTK-da işləyən fəhlələrdən biri – red.) 25 min 165 manat borcu olduğunu yazıb. Ən maraqlısı isə Yusif Vəlixanovun digər oğlu Rüstəm Vəlixanov məhkəməyə verdiyi izahatında fəhlələrin onlara 25 min 165 manat məbləğində borclu olduğunu qeyd edib… Guya fəhlələr bağladıqları müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir… Göründüyü kimi iki qardaşın bir – birindən 180 dərəcə fərqli olan ifadələrindəki təzad "Nuray House” MTK-la fəhlələrin mübahisəsində hər şeyi ortaya qoyur. Məhkəmə hakimi İlham Kərimli bu təzadlı ifadələri nəzərə almayaraq Azərbaycan Respublikası adından qətnamə qəbul edir.

"Nuray House” MTK rəsmi qurumlara kələk gəlib?

Tendensiya.com-un araşdırmaları nəticəsində məlum olub ki, "Nuray House” MTK fəhlələri aldatmaqla yanaşı dövlət qurumlarına da "kələk gəlib”. Redaksiyaya daxil olan sənədlərə ötəri nəzər salmaq kifayət edir ki, "Nuray House” MTK Xırdalan şəhəri Heydər Əliyev prospektində tikdiyi binanın inşaşı prosesində Azərbaycan Respublikasının qanunvericiliyi kobud şəkildə pozub. Görünür MTK rəhbərliyi hansısa vəzifəli şəxsə arxayın olduğundan qanunları görməzdən gələrək 16 mərtəbəli binanın tikə bilib…

Araşdırmalarımız davam edir. Növbəti yazılarımızda oxuyacaqsınız?

ANONS

– "Nuray House” MTK-nın Xırdalan şəhəri Heydər Əliyev prospektində inşa etdirdiyi binada hansı problemlər var?

– Fövqəladə Hallar Nazirliyi 16 mərtəbəli binanın istismara qəbul edilməsinə rəy verəcəkmi?

– "Nuray House” MTK-nın arxasında hansı məmur dayanır?

– MTK rəhbərliyinin qanuni haqlarını tələb edən fəhlələrin susdurulması və ya zərərsizləşdirilməsi üçün hansı planları var?
Miq.Az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru