Xaçmazın icra başçısı uşaqların sağlamlığı ilə çilingağac oynayır - GİLEY
Tarix: 20-01-2018, 12:01 | Çap et
 Xaçmaz rayon İcra Hakimiyyətinin tabeçiliyində olan kənd və qəsəbələrdəki uşaq bağçalarında yoxlama aparılır. Rayon Sputnik Azərbaycan-a rayon İH-dən məlumat verilib.
Qeyd edək ki, bu günlərdə sosial şəbəkələrdə Xudat şəhərindəki 2 saylı uşaq bağçasında uşaqlara verilən naharla bağlı video yayılıb. Videoda qeyd edilir ki, körpələrə hər gün eyni yemək – yalnız makaron şorbası verilir. Onlara nəinki tərkibində ət, balıq olmalı olan ikinci yemək, kompot və ya çay, hətta salfet belə, nəzərdə tutulmayıb.
Uşaq bağçasının rəhbərliyi körpələrə toyuq şorbası yedirəcəyinə söz versə də, çəkiliş vaxtı toyuq əti gözlənilmədən "qazandan buxarlanıb". Onu da qeyd edək ki, bu məktəbəqədər tərbiyə müəssisəsində hazırda 110 uşaq tərbiyə olunur.
Məktəbəqədər tərbiyə müəssisəsində keyfiyyətsiz qidalarla yanaşı, mərkəzi istilik sistemi də işləmir. Bina dəmir odun sobası ilə qızdırılır. Amma hamımız bilirik ki, kiçik uşaqların olduğu yerdə odun sobası çox təhlükəlidir. Döşəməyə balacaların ayaqlarının isinməsi üçün xalça da sərilməyib. Yerdəki nazik palaz isə görkəmi ilə bu müəssisənin uzun illərdir xəstəlik mənbəyi olduğundan xəbər verir.
Sözügedən uşaq bağçasındakı vəziyyətlə bağlı Xaçmaz rayon İH-nə müraciət edəndə onlar bildirdilər ki, məktəbəqədər tərbiyə müəssisələrinin idarə edilməsi ilə İH-nin ictimai-siyasi və humanitar şöbəsi məşğul olur. Daha dəqiqi, bu prosesə hansısa Yaqut Məsimova rəhbərlik edir ki, onu da məqalənin yazıldığı müddət ərzində yerində tapmaq mümkün olmadı.
Y. Məmmədovanın “bu dəqiqə” gələcəyi bildirilsə də, nə yanvarın 15-də, nə 16-da, nə də 17-də yerində tapılmadı. Sözügedən şöbədə eşitmək istəmədikləri sualların qorxusundan telefonun dəstəyini götürmədilər, İH-nin komutatoru isə bildirdi ki, yoxlama gedir. Sosial şəbəkədə yayılan videoya gəlincə, İH-dan bildirdilər ki, orada heç bir qanun pozuntusu baş verməyib: "Sadəcə video menyuda makaron olanda çəkilib".
Beləliklə, "uşaqların qidalanması üçün büdcədən ayrılan vəsaitlər hara gedir" sualı cavabsız qalır. Axı rayonun maliyyələşməsi dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına reallaşır. Uşaqların sağlam nəsil kimi yetişməsini şərtləndirən və onlar üçün nəzərdə tutulan qidaların pulunu kimlər və necə oğurlayır? Qida rasionu normasına görə uşaqlar bağçalarda süd məhsulları, ət, meyvə, meyvə şirələri, toyuq, balıq, yumurta, kərə yağı və digər məhsullarla təchiz edilməlidir.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında mövcud Əsasnaməyə əsasən, uşaq bağçalarında tərbiyə olunan uşaqlar gün ərzində 3-4 dəfə və daha çox yedizdirilməlidir. Bununla yanaşı onlar üçün nəzərdə tutulan qida məhsullarının qaydalara uyğun olaraq düzgün qorunmasına xüsusi diqqət yetirmək lazımdır.
Qidalar müxtəlif və bol vitaminli olmalıdır. Misal üçün 6 yaşa qədər olan uşaqlar salat və birinci yemək olaraq şorba ilə qidalanmalıdır. İkinci yemək isə balıq, toyuq və ya ətdən hazırlanmalı, bura qarnir və içki də əlavə edilməlidir. Haqqında bəhs etdiyimiz halda isə uşaqlar boş masa arxasında və demək olar ki, orta əsrlərin həbsxana şorbasına oxşayan yeməyə baxmağa məhkumdurlar…
sputnik.az

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36 |
|
|
|
| • Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14 |
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08 |
|
|
|
|