SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Şəkidə məmurlar qanunları necə pozur... - GİLEY
Tarix: 12-12-2018, 09:08 | Çap et
Şəkidə məmurlar qanunları necə pozur...
Şəkidə 2011-ci ildə sahibkar Hikmət Səlimovun intiharı, daha sonra isə buna səbəb olan vəzifəli şəxslərin həbsi ilə nəticələnən qalmaqallı əmlak mübahisəsi bitmir. Həmin hadisələrdən sonra həbslər aparılsa da, görünən odur ki, hələ də əraziyə iddialı olanlar var.

Cebhe.info xəbər verir ki, Hikmət Səlimovun qohumu Əhmədov Əhməd Tələt oğlu hadisədən bir neçə il keçməsinə baxmayaraq, problemin hələ də qaldığını, həm özü, həm də ailəsinə ciddi narahatlıq yaratdığını bildirib. Onun sözlərinə görə, 1971-ci ildə Bakıda anadan olub. 1993-2000-ci illərdə polis orqanlarında işləyib. 2000-ci ildə polis orqanlarından ayrılıb və Müsavat Partiyasına üzv olmaq üçün ərizə verib. Daha sonra uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Yeni Yasamalda qapı-pəncərə sexi işlədib. Ancaq 2011-ci ildəki hadisədən sonra ailənin problemləri başlayıb.

Söhbət Şəkidə sahibkar Hikmət Səlimovun intiharından gedir. Belə ki, İcra Hakimiyyəti başçısının 29 mart 2003-cü tarixli sərəncamı ilə şəhər sakini Səlimova Elfanə Hikmət qızına ayrılmış 30 kvadratmetr ərazidə atası Səlimov Hikmət Əhməd oğlu tərəfindən sahəsi 46,1 kvadratmetr olan mağaza və 49,6 kvadratmetr talvar inşa edilib:

“Elfanə mənim qardaşımın həyat yoldaşıdır, torpaq sahəsi də faktiki olaraq onlara məxsusdur. 2011-ci ildə həmin ərazidə qanunsuz ticarətlə məşğul olduğunu əsas gətirərək mağaza sahibi, yəni qardaşımın qayınatası İnzibati Xətalar Məcəlləsinin 235-ci, həmçinin Şəki rayon Məhkəməsinin 25 yanvar 2011-ci il tarixli qərarı ilə həmin Məcəllənin 310-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsində təqsirli bilinərək 20 manat cərimələnib. Bundan sonra İcra Hakimiyyətinin vəzifəli şəxsləri mağazaya gələrək onun uçurulması barədə tapşırıq verib və tapşırıq icra olunub. Bundan sonra qardaşımın qayınatası özünü Kiş çayının üstündəki körpüdən ataraq intihar edib. Bu hadisə uzun müddət müzakirə mövzusu olub, mətbuat yazıb, televiziyalar çəkib”.

Həmin dövrdə hadisə ilə bağlı Baş Prokurorluğun yaydığı məlumatda deyilir:

Şəkidə məmurlar qanunları necə pozur...

“3 fevral 2011-ci il tarixdə saat 10:00-da Şəki şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri - İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Qəhrəmanov Eldəniz İlham oğlu, Şəki şəhər İcra Hakimiyyəti başçısı aparatının Tikinti və memarlıq şöbəsinin müdiri - şəhərin baş memarı Abdurahmanov Yusif Kamal oğlu xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində lazımi icazə almadan, şəhərsalma, tikinti normaları və qaydalarının ciddi surətdə pozulması ilə tikilmiş binaların, qurğuların, yalnız müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəfin müraciəti üzrə məhkəmənin qəbul etdiyi qərar əsasında sökülməli olduğu halda, qeyd edilən tarixdə digər vəzifəli şəxslərlə birlikdə şəhərin Fuad Abdurahmanov küçəsində yerləşən Elfanə Səlimovaya ayrılmış ərazidə inşa edilmiş mağazaya gəlib. Vəzifə səlahiyyətlərini aşaraq müvafiq məhkəmə qərarı olmadan həmin mağaza və onun qarşısında tikilmiş açıq talvarın sökülməsi üçün Şəki Suvarma Sistemləri İdarəsinə məxsus, şəhər sakini Nəbiyev Qurbanəli Əsabəli oğlunun idarə etdiyi В«Boreks 2102В» markalı Az 55 T 579 dövlət qeydiyyat nişanlı traktor-ekskavatorla uçurulub-dağıdılması üçün qanunsuz göstərişlər verib”.

Baş Prokurorluğun məlumatında o da vurğulanıb ki, həmin tikililərin bir hissəsi uçurulub:

“Bununla da fiziki şəxsin konstitusiya ilə nəzərdə tutulan hüquq və azadlıqlarını pozaraq, hakimiyyət orqanlarını nüfuzdan salmaqla, onların huquqlarına və qanuni mənafeyinə mühüm zərər vurulub. Eldəniz Qəhrəmanov və Yusif Abdurahmanovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsinin əlamətləri olduğundan barələrində 4 fevral 2011-ci il tarixdə həmin maddə ilə cinayət işi başlanılıb”.

Buradan da göründüyü kimi, Baş Prokurorluq tikilinin sökülməsində qanunsuzluğun olduğunu bildirib. Həmin ilin mayıda Şəki rayon İcra Hakimiyyəti başçısının müavini Eldəniz Qəhrəmanova 1 il 6 ay, Yusif Abdurahmanova isə 11 ay şərti cəza verilib:

"Qardaşım və həyat yoldaşı bundan sonra müxtəlif dövlət orqanlarına şikayət etdilər. Daha doğrusu, şikayəti qardaşımın qayınanası edirdi, qardaşım onun şikayətlərinin yazılmasında kömək edirdi. Onunla bərabər bacanağı da fəaliyyət göstərirdi, ancaq 2013-cü ildə bacanağı Qafarov Kamran Nəriman oğlu avtomobil qəzasında öldü. Maşınının üstündən “Kamaz” keçmişdi. Bundan sonra qardaşım tək qaldı. Ərazini qardaşımdan istəyirdilər, ancaq buna baxmayaraq, ərazidən imtina etmədi. Saxta ittihamla həbs etdirmək istəsələr də, məhkəmə həbs qərarı çıxarmadı. 2017-ci ildə qardaşım Azərbaycanı tərk etdi. Ərazi üzərində sərəncam vermək hüququ indiyədək qardaşıma məxsusdur. Buna görə də onu tapmayanda mənə və böyük qardaşım Əhmədov Elxana müraciət olundu. Ancaq məlumdur ki, biz heç birimiz həmin ərazi ilə bağlı qərar verə bilmərik”.

Əraziyə iddalı olan şəxsin kimliyinə gəlincə, Əhməd Əhmədov bu barədə ona heç bir rəsmi məlumat verilmədiyini deyib:

“Ərazini almaq istəyirdilər, heç tanımadığımız adamlar vasitəçi düşürdü, başa sala bilmirdik ki, torpaqla bağlı bizim qərar vermək haqqımız yoxdur. Torpaq bizim yox, qardaşımızındır. Qardaşımız ölkədə deyil, bizə deməz ki, sizin nə marağınız var ki, etibarnamə alırsız? Böyük qardaşım Elxan Əhmədov bu təzyiqlərə dözə bilməyərək ürək tutmasından Mərkəzi Klinik Xəstəxanada bu ilin mayında vəfat etdi. Bundan sonra tanımadığım şəxslər təkrar-təkrar mənə müraciət etdilər ki, Azərbaycanda olmayan qardaşımın həmin ərazidən imtinasıyla bağlı ərizəsini alım və onlara təqdim edim. Ancaq qardaşım Azərbaycanda yaşamırdı, mənim onunla görüşmək, ondan razılıq ərizəsi almaq imkanım yox idi. Bu proseslər baş verəndən sonra Yasamal rayonunda olan seximin fəaliyyəti də dayandırıldı. Deyilənə görə, bunu Yasamal rayonunun sabiq icra başçısı İbrahim Mehdyev tapşırıbmış. Beləliklə sexim də əlimdən çıxdı, fəaliyyət imkanım tam məhdudlaşdırıldı. Halbuki həmin sex 2000-ci ildən mənə məxsus olub. Bir nəfər intihar etdi, neçə nəfər mühakimə olunaraq şərti də olsa cəza aldı, qardaşım ailəsiylə başqa ölkəyə köçdü, amma bir neçə kvadratmetr toprağı hələ də hansı yolla olursa-olsun, almaq istəyənlər var”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru