SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Sahil Babayevdən “Qardaşlara Dost Sovqatı” - İTTİHAM
Tarix: 29-03-2019, 08:50 | Çap et
Sahil Babayevdən “Qardaşlara Dost Sovqatı”
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin kadr siyasəti, əlillərin müavinətinin müxtəlif bəhanələrlə kəsilməsi, Ünvanlı Sosial Yardım (ÜSY) alan yoxsul ailələrə maliyyə dəstəyinin dayandırılması, özünəməşğulluq proqramı üzrə vətəndaşlara xəstə heyvanların verilməsi və s. çatışmazlıqlar xalq tərəfindən narazılıqla qarşılanır. Nazir Sahil Babayev "fəaliyyətini” analoq konsepsiyalarla, pafoslu çıxışlarla və piar çalışmaları ilə ört-basdır etməyə çalışır. Lakin, o öz itirilmir reputasiyasını bərpa edə bilmir. Ən çox narazılıq yaradan hallardan biri də, onun apardığı kadr islahatlarıdır.

Sahil Babayev nazir təyin edildikdən sonra vaxtı ilə birlikdə təhsil aldığı və bir yerdə çalışdığı dostlarını, qohumlarını, biznes sahəsindən tanıdığı və ölkənin nüfuzlu məmurlarının qohumlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yüksək vəzifələrə təyin edir.

ƏƏSMN yanında DOST agentliyinin tabeliyində fəaliyyət göstərən "Dost İş Mərkəzi” MMC-nin rəhbəri Niyazi Süleyman oğlu Rəhimov da Sahil Babayevin dostlarından biridir.

Nazirlikdəki mənbəmiz bildirir ki, S. Babayev heç kimə və heç nəyə məhəl qoymur. O, İqtisadiyyat Nazirliyindən və biznes sektorundan gətirdiyi kadrları müxtəlif daxili müsabiqələrlə hissə-hissə dövlət qulluğuna qəbul etdirir. Nazirlikdə uzun illər çalışan peşəkar mütəxəssislər sıxışdırılaraq işdən çıxarılır. Köhnədən qalma kadrların bir hissəsi isə aşağı vəzifələrə keçirilir və onlar qul kimi istismar olunur.

Hazırda Sahil Babayevin dostlarının təqdimatı ilə ƏƏSMN-də vəzifə gözləyən xeyli şəxs var: "Onların bəzilərinin təqdimatçıları qədər, özlərinin də tərcümeyi-halı maraqlıdır. Kadr məsələləri elə bir hal alıb ki, nazirin dostları da, özləri ilə öz yaxınlarını nazirlikdə yüksək vəzifələrə gətirir.

Babayevin maraqlı təyinatlarından biri də 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi ilə bağlıdır. Sahil Babayev Niyazi Rəhimovu yüksək vəzifəyə təyin etməklə kifayətlənməyib, onun qardaşı Ayaz Süleyman oğlu Rəhimovu da nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində işlə təmin edib. Belə ki, Ayaz Rəhimov 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi təyin olunub.

Rəhimov qardaşları ölkədə sertvikat makleri kimi tanınır. Niyazi Rəhimov 2006-cı ildən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Aparat rəhbərinin müavini vəzifəsində çalışıb. 2016-cı ildən isə əlavə iş yeri kimi Standartlaşdırma və Sertvikatlaşdırma İnstituna rəhbər təyin olunub.

O, qardaşı Ayaz Rəhimovunda 2012-ci ildən Komitəninnin Gəncə Ərazi İdarəsində müvafiq işlə təmin olunmasına kömək edib. Belə ki, A.Rəhimov 23 aprel 2012-ci il tarixdən müddətli əmək müqaviləsi ilə dövlət qulluğu imtahanlarından keçmədən Komitənin strukturlarında müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Rəhimov qardaşları söz sahibi olub və bu sahədə biznes qurublar.

"Aqrosert” Məhdud Məsuliyyətli Cəmiyyəti Rəhimov qardaşların sertivikatlaşma sahəsində qurduqları biznes subyektlərindən biridir. Həmin Cəmiyyət qardaşların gizlinlərinin sirrini açır. Ayaz Rəhimov 31 mart 2018-ci il tarixdən Cəmiyyətin direktoru təyin olunub. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 29 sentyabr 2018-ci il tarixə qədər cəmiyyətə rəhbərlik edib. 29 sentyabr 2018-ci il tarixdən əmək müqaviləsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildiriş üzrə Elektron İnformasiya Sistemində qeydiyyata alınıb. 26 dekabr 2018-ci il tarixdən isə əmək müqaviləsinə xitam verilib. Digər maraqlı məqam odur ki, Ayaz Rəhimovun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan əsaslarla və qaydalarla xitam verilməyib. Onun əmək müqaviləsinə "Dövlət Qulluğu Haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1 maddəsinə görə xitam verilib. Bu hal ciddi qanun pozuntusudur və inzibati məsuliyyətə səbəb olur. Əmək qanunvericiliyi sahəsində bu qədər məlumatsız olan birinin əmək qanunvericiliyinə dövlət nəzarəti həyata keçirən dövlət orqanında rəhbər vəzifə tutması Sahil Babayevin kadr siyasətinin səviyyəsini göstərir. Başqa bir ehtimal var ki, Rəhimov qardaşları əvvəlki tarixə A.Rəhimovu rəhbər vəzifəyə təyin etməklə və dövlət qulluğu haqqında qanunvericiliyə əsaslanaraq əmək müqaviləsinə xitam verməklə nazir Sahil Babayevi aldadıblar. Onu dövlət qulluqçusu və rəhbər kimi təqdim edərək bu vəzifəyə təyinat alıblar. Daha əvvəllər internet xəbər portallarında ilxıçının, naxırçının və qatırçının Dövlət Əmək Müfəttişliyi Xidmətində mühüm vəzifəyə qəbul olunmasının şahidi olduq. Görünən odur ki, Sahil Babayevə ölkə qanunvericiliyini pozmaq üçün müstəsna səlahiyyətlər verilib. Nazir Sahil Babayevin təyinatları arasında separatçıların qohumları, prezidentə və hakimiyyətə qarşı xəyanət edənlərin övladları, avtoxuliqanlıq edənlər, digər dövlət orqanlarından rüşvətə və korrupsiyaya görə qovulanlar və sair dövlət qulluğuna yararsız şəxslər işə qəbul olunur.

Ayaz Rəhimnazov biznes fəaliyyətini sertvikat maklerliyi ilə yanaşı, həm də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə genişləndirir. 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Ayaz Rəhimov bir neçə əməkdaşını öz biznes fəaliyyətinə cəlb edib. Onlar Natiq Bayramov, Altay Umudov və Emin Həsənovdur. Bu əməkdaşların mobil telefonlarının anten məlumatları və mobil telefonlarının danışıq tarixçəsi yoxlanılsa onların yeni rəhbərləri ilə birlikdə gördükləri qanunsuz əməlləri öz təsdiqini tapar. Bununla yanaşı həmin əməkdaşlar həm də Ayaz Rəhimovun tapşırığı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətləri üzrə rüşvət yığımına başlayıblar. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildiriş üzrə Elektron İnformasiya Sistemində işçilərə minimum əmək haqqından aşağı, yəni 180 manatdan aşağı əmək haqqı təyin edən və ya bu barədə dəyişikliyi sistemə daxil etməyən işəgötürənləri hədələyərək onlardan rüşvət tələb edirlər. Ayaz Rəhimov qardaşı Niyazi Rəhimovun işsizin dostu layihəsindən də xeyli qazanc əldə edir. Belə ki, o hər rayon-şəhər məşğulluq mərkəzinə 20-25 nəfər formal işçi ilə müqavilə bağlatdıraraq əmək haqqı kartlarını alır və həmin pulların yarısını korrupsiya gəliri olaraq mənimsəyir.

Niyazi Rəhimov Gəncə regionunda Nazirliyin kadr məsələlərini də həll edir. Yaxın vaxtlarda 8, 20 və 22 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə Rəhimov qardaşların kadrları təyinat alacaq. Eyni zamanda qərb regionunda bütün rayon və şəhər Məşğulluq Mərkəzi direktorları da, Rəhimov qardaşlarının təqdimatı ilə işə qəbul olunur.

Hesab edirik ki, bu cür korrupsiya və rüşvətxorluq yolu tutmaq Prezidentə və birinci vitse-prezidentə qarşı xəyanətdir.

Ümid edirik ki, müvafiq qurumlar öz səlahiyyətləri daxilində araşdırma aparar.

Maraqlısı odur ki, görəsən Ayaz Rəhimov özünün qanunsuz yolla işdən çıxarılmasına görə inzibati xəta törədən məsul şəxsi inzibati məsuliyyətə cəlb edəcək?
Mənbə /elchi.az/








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru