Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                     Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                 

Hakim partiyanın “qara siyahı”sına düşən Əli Abbasov haradadır? - ilginc iddialar
Tarix: 10-09-2019, 09:07 | Çap et
Hakim partiyanın “qara siyahı”sına düşən Əli Abbasov haradadır?
Bir neçə gündür ölkə mətbuatında müzakirə mövzusu YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun sabiq nazirlərlə bağlı “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamalardır.

Hakim partiyanın funksioneri sensasion sayılacaq açqılamasında bildirib ki, bir sıra keçmiş nazirlər vəzifələrindən uzaqlaşdıqdan sonra “qeyb”ə çəkiliblər.

S.Novruzov deyib ki, keçmiş nazirlər 10-20 il vəzifədə qalıblar, hərəsi özünə milyardlar qazanıb, amma son zamanlar müxalifətin hökumətə qarşı hücumlarına heç bir reaksiya vermir, mövqelərini bildirmirlər.

Eks-nazirlərə xəbərdarlıq edən S.Novruzov həmin nazirlərin bəzilərinin xaricdə oturanları maliyələşdirdiyini də açıqlayıb. Əlavə edib ki, həmin sabiq nazirlərlə bağlı dosyelər masa üzərindədir və onların kimlərə maliyyə ayırdığı aydındır.

Siyavuş Novruzovun haqqında danışdığı sabiq nazirlər kimlərdir? Onlar heç şübhəsiz ki, rabitə naziri Əli Abbasov, nəqliyyat naziri Ziya Məmmədov, təhsil naziri Misir Mərdanov, MTN naziri olmuş Eldar Mahmudovdur.

Bu və növbəti yazılarımızda sabiq nazirlərin vəzifədən uzaqlaşdırılma səbəbləri və onların azadlıqda qalmaq yolunda çəkdikləri “əziyyətləri” diqqətə çatdıracağıq.

Əvvəlcə sabiq rabitə naziri Əli Abbasovdan başlayaq.

Əli Abbasovun vəzifədən uzaqlaşdırılması “MTN işi”nin bir parçası idi. Əli Abbasov da Eldar Mahmudovun əlaltılarından idi və sonda o da “qurbana” çevrildi.

Abbasov rəhbəri olduğu nazirliyin onlarla vəzifəli şəxsi həbs edildiyi halda, özünü necə xilas etdi? Əlbəttə ki, milyonlar ödəyərək. Çünki “Rabitə işi”nə görə davam edən məhkəmə işlərində sabiq nazir adının çəkilməsini istəmirdi. Bunun qarşılığında isə o, keçmiş işçilərinin dövlətə vurduğu milyonları ödəyirdi.

Əli Abbasov canını həbsdən qurtarıb özünə yeni kreslo tapsa da, onun işçilərinin bəziləri həbsdədir, bəziləri 5 ilə yaxın aldıqları cəzalarını çəkib və azadlığa çıxıblar, bəziləri isə uzun illər çalışdıqları rabitə sahəsindən qovulublar.

Həmin məhkəmə işlərindən xatırlatma:

Azərbaycanda baş tutan ən səs-küylü məhkəmə işlərindən biri olan “Rabitə işi” yekunlaşana qədər hər kəs Əli Abbasov barəsində veriləcək qərarı maraqla gözləyirdi. Ona görə ki, həm cinayət işi materiallarında, həm də sabiq nazirin həbs edilən işçilərinin dediklərindən məlum olurdu ki, Əli Abbasov heç də azadlıqda qalmağı haqq etmirmiş. Çünki həbs edilən rabitə işçilərinə qarşı elan olunmuş ittihamlar onu deməyə əsas verirdi ki, Əli Abbasov baş verənlərdən xəbərsiz olmayıb.

Xatırladaq ki, həmin məhkəmə prosesləri, cinayət işi materiallarında yer alan faktlar “Yeni Müsavat” qəzetində də geniş şəkildə çap edilmişdi.

Həmin məlumatlardan aydın olurdu ki, dövlət büdcəsindən ayrılmış milyonların oğurlanması Əli Abbasovun rəhbərliyi altında həyata keçirilib. Bunu nazirliyin aparat rəhbəri olmuş, daha sonra həbs edilmiş Vidadi Zeynalov dəfələrlə məhkəmə iclaslarında açıqlamışdı.

Həmçinin bu iş üzrə həbs edilən 11 nəfərin əksəriyyəti onlara qarşı elan olunmuş ittihamların niyə Əli Abbasovdan yan keçdiyinə etiraz edir, haqlı olaraq da dilə gətirirdilər. Axı necə mümkün ola bilərdi ki, 100 milyon manata yaxın dövlət əmlakının mənimsənilməsindən Əli Abbasov xəbərsiz olsun? Əgər işçiləri Əli Abbasovdan xəbəsiz bu əməlləri törətmişdilərsə, belə olan halda da sabiq nazir də məsuliyyət daşımalı idi...

Lakin Əli Abbasov “ağıllı” tərpəndi. Bütün günahı “kassiri” olmuş Vidadi Zeynalovun boynuna “yükləyə” bildi.

Daha sonra Əli Abbasov adının hallanmaması üçün müəyyən yollara əl atmağa başladı. Məhkəmə iclaslarında onun adını çəkən işçilərinin dövlətə vurduğu zərərləri ödəməyi də öz öhdəsinə götürdü.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri olan Əli Abbasov nə az, nə çox 10 milyon manatı elə “Rabitə işi” başlayanda dəymiş zərər kimi ödəmişdi.

“Rabitə işi”nin sonunda, gözlənildiyi kimi, Əli Abbasov azadlıqda qaldı...

11 il nazir postunda oturan Əli Abbasov bu milyonları necə qazanmışdı? “Rabitə işi” ilə bağlı çap edilən məhkəmə yazılarını xatırlayanlar bilər ki, nazirlikdəki “pul yumaq sistemi” necə işləyib. Bu sistem sabiq nazirə hər ay milyonlar qazandırıb.

Heç şübhəsiz ki, Siyavuş Novruzovun xəbərdarlıq etdiyi eks-nazirlərdən biri də Əli Abbasovdur.

Əli Abbasovun Bakıda və bölgələrdə olan mülklərinin, ailə üzvlərinin adına xarici ölkələrdə olan əmlaklarının dəyəri milyonlarla ölçülür. Yəqin ki, hakim partiya da bundan xəbərdardır və Siyavuş Novruzov “dosye masanın üzərindədir” deyərkən bunu nəzərdə tutur.

Siyavuş Novruzovun nazirlərlə bağlı “heç bir mövqe bildirmirlər” deyərək irad tutmasını Əli Abbasova da şamil etmək olar. Çünki sabiq nazir hökumətlə müxalifət arasında gedən virtual savaşda heç vaxt mövqe bildirməyib. Abbasov bununla da hakim partiyanın “qara siyahı”sına düşüb.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da saxlanılmışdı.

Növbəti yazılarda digər sabiq nazirlərin işdən çıxarılma səbəbləri və xərclədikləri milyonlar haqda da məlumat verəcəyik.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru