Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                     Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                     900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili .....                 

Vidadi Zeynalovun obyekti nədən boş qalıb? - "Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər"
Tarix: 18-09-2019, 09:05 | Çap et
Vidadi Zeynalovun obyekti nədən boş qalıb?
... Şamaxının Məlhəm kəndində onu tanımayan yoxdur. Kimdən soraq alırsan ki, “Rabitə Nazirliyinin (qısa adı belədir-müəlliflər) sabiq aparat rəhbəri Vidadi Zeynalovun yeri haradadır”, dərhal əlini uzadaraq ünvanı göstərir.

Bu kənd Şamaxının mərkəzindən çox da uzaq deyil. Cəmi 10 kilometr yol qət edərək Məlhəmə çatırsan.

Məlhəm Azərbaycanın ən qədim kəndlərindən biridir. Məlhəm kəndi əsasən Azərbaycanda elm ocağı kimi tanınır. Burada saysız alimlər, şairlər və elm adamları dünyaya gəlib.

Burada mədrəsələr, məscidlər və elm ocaqları çoxdur.

Yeri gəlmişkən, kənd Azərbaycanda tanınmış bir yerdir. Məşhur “Bəyin oğurlanması” filmində toy səhnələri Məlhəmdə çəkilib. Amma bizi bura gətirən səbəb nə kinodur, nə də toy...

Səbəbi neçə gündür ki, saytlarda dolaşan xəbər başlıqlarıdır.

KİV yazır ki, Vidadi Zeynalov Məlhəmdə eyniadlı restoran açıb.

Özü də unikal.org-a bildirib ki, restoran işlədir: “Həyat yoldaşım restoranda aşpazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Restoranın həyətində toyuq-cücə də saxlayıram. Acından ölən deyiləm ki?! Taxıl da əkirəm”.

Sonra başqa bir saytda açıqlamanı təkzib eləmişdi, “Məlhəm” restoranının administratoru isə obyektin məşhur restoranların sahibi olan Tahir Nadirliyə məxsus olduğunu açıqlamışdı. Elə bu dolaşıq məlumatları, açıqlamaları yerindəcə araşdırmaq niyyəti ilə Məlhəm kəndinə yol aldıq. Və bütün qarmaqarışıqlığa işıq saldıq...

***

“Bax, qadoyu alım, buradan dümbələmdüz qalxırsınız, heç yerə dönmürsünüz. Yolun solunda ”Məlhəm" restoranı görəcəksiniz, ora girməyin ha, başqasınındır. Hansısa iş adamına aiddir.

Ona görə qarışdırmayın, həmin restorandan 300-400 metr sonra yenə sol tərəfdə qabağınıza bir lövhə çıxacaq. Çoxu restoranları səhv salır, həmin ikinciyə də “Məlhəm” istirahət mərkəzi deyirlər. Amma lövhədə görəcəksiniz “Rose Park” yazılıb, ox işarəsinə baxarsınız, yol düz sizi Vidadi müəllimin yerinə aparıb çıxaracaq", - deyə Məlhəm kəndinin girişində sakinlərdən biri bizə ünvanı nişan verir.

Onun sözlərinə görə, həmin istirahət mərkəzi Vidadi Zeynalova məxsusdur, evi də elə yaxınlıqdadır. Amma istirahət məkanı Məlhəm ərazisində deyil, qonşu Çuxuryurd kəndində yerləşir.

Öyrənirik ki, bir neçə ay əvvəl azadlığa buraxılan Vidadi Zeynalov çox vaxtı kənddə olur, gününü orada keçirir.

Bu minvalla göstərilən ünvana çatana qədər bir neçə kənd sakinindən də Vidadi Zeynalovun obyektini soraqlayırıq, hamısı eyni yeri göstərdi. Aydın oldu ki, onu Məlhəmdə də, Çuxuryurdda da tanımayan yoxdur.

Kənd camaatının dediyi kimi, “Rose Park” lövhəsi yazılan yerdən üzüaşağı gedirik, dar bir cığırla irəliləyirik və yolun sağı da, solu da hektarlarla əkin sahələridir.

Nəhayət, qarşımıza yaraşıqlı, təmiz havası olan istirahət mərkəzi çıxır, həyətinə daxil oluruq: burada simvolik olaraq saxlanan fayton, retro maşınlar görürük, kottejlər, dağlara panoraması açılan restoran zalının şahidi oluruq.

Amma istirahət mərkəzində işçilərdən başqa ins-cins yoxuydu. Hiss olunurdu ki, obyekt müştəri qıtlığından əziyyət çəkir. Burada çay sifariş verib qiymətlərlə maraqlanırıq.

“Rose Park”da kottejlərdə qalmağın bir gecəlik qiyməti 80 manatdır. Bu pula səhər yeməyi, tennis, uşaqlar üçün əyləncə yeri daxildir. Hovuzdan istifadəyə isə endirim olacağı deyildi.

İstirahət mərkəzindən Şamaxı rəsədxanası, Pirqulu, yanbayan göllər ovuc içindəki kimi görünürdü. Belə səfalı guşədə yerləşən istirahət mərkəzinin restoranında qiymətlər təəccüblü olsa da, münasib idi. İstər kabablar, içkilər, istər başqa yeməklər və s.

İstirahət mərkəzində olarkən Vidadi Zeynalovun burada olub-olmadığını soruşuruq, Şamaxıda olmadığı, axşam qayıdacağı deyilir. Buna görə də özü ilə telefon əlaqəsi saxlayırıq.

Vidadi Zeynalov “Yeni Müsavat”a bildirdi ki, hazırda Neftçalada tələbə yoldaşının yas mərasimindədir. Onun sözlərinə görə, həmin istirahət mərkəzini icarəyə götürüb: “Amma orada elə bil ki, milçək qovurlar, bir adam gəlmir. Yeri yaxşıdır, amma gələn yoxdur. Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər”.

Vidadi Zeynalov həbsi, sabiq rabitə naziri Əli Abbasov və başqalarının məsuliyyətdən kənarda qalması ilə bağlı sualımıza belə cavab verdi: “Qardaş, mən qara dəftəri bağlamışam. Evdə həmişə deyirlər ki, 40 il işlədiyin yerdən danışmırsan, iki il olduğun türmədən hər gün danışırsan. Deyirəm ki, çətin gün həmişə yadda qalır. İndi qanun, məhkəmə belə qərar verdi ki, günahkar mənəm”.

O, hamıya cansağlığı arzulayaraq, yas yerində olduğunu xatırladıb əlavə nəsə danışmaq imkanı olmadığını qeyd etdi.

Bildirək ki, Vidadi Zeynalov jurnalist Fikrət Fərəməzoğlunun həbsxana xatirələrində onunla bağlı yazılanlara toxunmuşdu. Jurnalist xatirələrində yazıb ki, 1 saylı Bakı İstintaq Təcridxanasında nəzarətçilər V.Zeynalovun maliyyə imkanlarındən bol-bol yararlanıblar.

Məsələn, onlar keçmiş məmura iki dönəri 100 manata “təşkil” ediblər. Təcridxananın həyətini yaşıllaşdırmaq üçün Vidadi Zeynalov nə az, nə çox 12 min manatından keçib.

Keçmiş məmurun yazılanlara münasibəti belə olmuşdu: “Allah heç kimə həbsxanaya düşməyi qismət eləməsin. Ora elə bir yerdir ki, heç kəs heç kəsin dəmir barmaqlar arasında nə etdiyini nə görə, nə də bilə bilər. İndi yazıb da. Nə deyim”.

Yada salaq ki, Vidadi Zeynalov “MTN işi”nə görə həbs edilən məmurlardandır. O, 2015-ci ilin noyabr ayının 13-də həbs edilib.

2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov 73 milyon 590 min manat məbləğində dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi. O, bu ilin mart ayında azadlığa buraxılıb.
//musavat.com//

Vidadi Zeynalovun obyekti nədən boş qalıb?
Vidadi Zeynalovun obyekti nədən boş qalıb?
Vidadi Zeynalovun obyekti nədən boş qalıb?
Vidadi Zeynalovun obyekti nədən boş qalıb?







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru