“Bura od vurub yandıracağam” .....                     İrəvan Bakıya görə BU ADDIMA da gedə bilər .....                     Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, .....                     Doğum günü olan İlkinə xanımından MESAJ: “Aşq böcəyim, səni...” .....                     TRIPP daim ABŞ-yə məxsus olacaq .....                     Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi .....                     10 manata hot-doq satırlar, stadion da tam dolmur… .....                     Dövlət bankı bu bazara da girdi .....                     Həbsdə olan Azərbaycan əsilli müğənni: .....                     Azərbaycana da gətirilən rus araqlarının istehsalçısı çətin vəziyyətə düşüb .....                     Raqif Abbasovun 12 il həbsi .....                     "Kitab onun həm Allahıdır, həm hicabı!" .....                     Torpaq var, sənəd yox: .....                     2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir .....                     Məhkəmə gözəllik salonunda lazeroloqu öldürmək istəyən şəxslə bağlı qərar çıxardı .....                     Bakı ilə Neftçala arasında qalan başçı .....                     Binəqədidə qanunsuz tikili narazılıq yaratdı .....                     Bakıda xalçayuma şirkətində dələduzluq .....                     Azərbaycanlı çoban Ermənistan sərhədini keçdi .....                     “Bravo”dan çıxıb tütün şirkətinə direktor vəzifəsinə getdi .....                     Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var .....                     Yoxa çıxan avropalı müşahidəçilər: .....                     İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır .....                     “Unibank”ın 3 aylıq faiz təhlükəsi .....                     Ruspərəstlər Nəsimi Musayevə qarşı .....                     Elbrus Nəbiyevin şirkətinin maliyyə göstəriciləri .....                     Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi .....                     "Tovuz-Baltiya"nı kimlər ələ keçirmək istəyir: Mehdiyev klanının "konyak reketliyi" .....                     “Mədəniyyət naziri müstəqil qələm sahibləriylə düşməndir” .....                     Ramiz Əzizbəylinin 6 ay əvvəl tutulan kürəkəni barədə HƏBS QƏRARI .....                     “İrşad Electronics”in bu mağazasından texnika alanlar MƏHKƏMƏDƏ .....                     AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... .....                     Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb .....                     Mehdiyevə həbsdən xilas yolu .....                     "Məni ata-baba torpaqlarıma qaytarsınlar, burda ZÜLM ÇƏKİRİK" .....                     Əliyev nədən narazıdır? Paşinyan hansı addımları atmağı düşünür?.. .....                     Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı .....                     Sərt siyasi mesajdır: AİB-nin hesabatı İrəvanı qorxutdu .....                     “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... .....                 

"Bizim istənilən cəbhədə qalib olan bir ordumuz və ali baş komandanımız var"
Tarix: 30-10-2020, 08:09 | Çap et
"Bizim istənilən cəbhədə qalib olan bir ordumuz və ali baş komandanımız var"
Lalə Azərtaş “Moderator.az” saytı vasitəsi ilə oxuculara müraciət etdi.

“Salam Əsgər. 24 kəndimizə bayrağımızı asan əllərinə sağlıq. Sənin qüdrətinin çatdığı yerə düşmənin xəyalları belə çata bilməz“- o, hər gün "Xəzər"in efirindən əsgərlərimizi salamlayaraq sözə başlayır. Lalə Azərtaş təqdimata ehtiyacı olmayan aparıcılardandır. Onun canlı efirdə göndərdiyi Əsgərə salam ünvanına çatır desək yəqin ki, yanılmarıq. Belə ki, sosial şəbəkələrdə rolik şəklində paylaşılan çıxışlarını övladları cəbhədə olan valideynlərin rəyləri bəzəyir. Hazırda isə Lalə xanım Moderator.az-ın oxucularını salamlayır.

- Lalə xanım, ordumuzun tarix yazdığı bir dönəmdə qələbə xəbərlərini tamaşaçılarla bölüşmək necə bir hissdir?

- Bugünə qədər özümü sözləri misraya düzməkdə mahir biri hesab edirdim. Amma elə bir an yetişib ki, yaşadığım hissləri ifadə edə bilmirəm. Mənim bütün ürəyim, nəbzim cəbhədə döyünür sanki. Tariximizin ən parlaq səhifəsinə şahidlik edirik. Nə xoş bizə ki, bu günün canlı şahidləyirik. Bizim istənilən cəbhədə qalib olan bir ordumuz və ali baş komandanımız var. Qələbə bizimdir.

- Sosial şəbəkədə keçirilən sorğuda tamaşaçılar qələbə xəbərlərini sizin çatdırmağınızı daha çox istədiklərini bildirmişdilər. Yəqin ki, bu etimadı, sevgini qazanmaq da asan olmayıb.

- İllərdir tamaşaçının gözünün önündəyik. Xalq xəbəri kimin necə çatdırdığını görür və bilir. Sosial şəbəklərdə yazılanlardan görürəm ki, tamaşaçılar mənim təqdim etməyimi istəyir. Mən düşünürəım ki, işğaldan azad olunmuş torpaqlarımızın adlarını ali baş komandanımızdan gözəl heç kim təqdim edə bilmir. Bunu hər kəs mənim, mən isə onun təqdim etməyini gözləyirəm. Arzulayıram ki, bütün torpaqların işğalan azad edilməsi xəbərini də məhz ali baş komandanımız versin. Məmnuniyyətlə o qələbə sevincini biz də təkrarlayarıq.

- Nə üçün verilişinizə ilk olaraq əsgərlərimizi salamlayaraq başlayırsınız? Tutarlı olduğu və daha böyük kütlənin qəlbinə xitab etdiyi üçünmü?

- Bu artıq trend halını alıb. İnsanlar o salam dolu çıxışlarımı səhifələrində paylaşır və bu mənim xoşuma gəlir. Şərhləri oxuyanda əsgər valideynlərinin təşəkkürlərindən ilham alıram. Efirə başlayanda bu salamı içdən edirəm. Həmin ankı hisslərimə görə rəftar edirəm. İndi hər birimizin içi sevinc və qələbə hissi ilə doludur. Bu dəqiqə uşaqdan böyüyə yaşadıqlarımızı ali baş komandan və əsgərlərimizə borcluyuq. Məhz bunun üçün salamım əsgərlərimizə müraciətlə başlamalıdır. Qələbəmiz yekunlaşana qədər də belə davam edəcək.

- Ordumuz ön cəbhədə, media nümayəndələri isə informasiya cəbhəsində vuruşur. Bəzən sosial şəbəkələrdə yanlış informasiya verildiyinin və oxucuların başqa istiqamətə yöndləndirildiyinin şahidi oluruq. Peşəkar TV və media nümayəndələri bununla necə mübarizə aparırlar?

- Mənim iki mübarizə yolum var. Hər axşam veriliş vasitəsi ilə tamaşaçıların evinin qonağı oluruq. İkincisi isə sosial şəbəkələrdir. Misal üçün biz efirdə əsgərin üzünü göstərmirik. Yəni “Şəkili atdın dostuna, çatdı düşmən postuna” sloqanına əməl edirik. Mən bu məsələdə çox aktivəm. Gecə gündüz yatmıram, yuxusuz fəaliyyət göstərirəm. Yeni məlumatlar əldə etsək də, Müdafiə Nazirliyinin paylaşmadığı heç bir məlumatı tamaşaçılarla bölüşmürəm. Sosial şəbəkədə aktiv olub, düşmənlə məhz burdan mübarizə aparan həmvətənlərimizə də “Moderator.Az” saytı vasitəsi ilə təşəkkür edirəm.
Biz yalan xəbələrlə mübarizə aparmalıyıq. Ali baş komandan tvittlərini paylaşmalıyıq. Burda operativlik ən arxa plana keçməlidir. Hər şeyi birinci özümüz paylaşmağa öyrəşmişik. Bu məsələdə xəbəri dəqiqləşdirib sonra paylaşmalıyıq. Yəni söhbət vətən, torpaqdırsa burda ən axırıncı olmalıyıq. Dünən bizə bir xəbər gəlmişdi, mən onu məmuniyyətlə çatdırmaq istəyirdim. Çünki birinci xəbər bizim əlimizdə idi. Ancaq Müdafiə Nazirliyindən təsdiq olunmadığı üçün biz onu vermədik. Verib tamaşaçını əks istiqamətində yönləndirə bilərdik. Burdan “Moderator.az” saytının oxucularına müraciət edirəm: Ali baş komandanımız İlham Əliyev paylaşım etmədən, Müdafiə Nazirliyi məlumat vermədən heç bir xəbəri yaymayın. Operativliyi arxa plana salın, yarışa keçməyin. Çox həssas dönəm yaşayırıq. Hər kəsi başa düşürəm. Təbii ki, pis niyyətlə etmirlər. Əgər Milli Qəhrəmanımızı bu səhvin ucbatından itiririksə artıq durmalıyıq.

- Bir aparıcının ən böyük arzusu qələbə xəbərinin müjdəçisi olmaqdır. Bəs siz necə bu günlərin xəyalını qurmuşdunuzmu?

- Bir müddət öncə Amerikada nümayiş üçün film çəıkilmişdi. Mən orda işğal olunmuş bütün ərazilərimizin azad olunması xəbərini çatdırırdım. Bu sadəcə film üçün hazırlanmış kadr idi. O qədər arzusunda idim ki, həmin kadr çox real görünürdü. Filmin bu hissəsi sürətlə yayıldı və elə bir vəziyyət yarandı ki, çalışdığım telekanalla, filmi çəkən heyət bunun haqqında rəsmi açıqlama vermək məcburiyyətinə qaldı. Tamaşaçılar qələbə xəbərinin sevincini yaşamağa başladılar. Mən utanaraq onlardan üzr istəyirdim. Amerikada nümayiş olunmalı və ora üçün çəkilmiş bir film idi. O filmdə bu çıxışı edərkən içimdən dua edirdim və bilirdim ki, bu bir gün real olacaq.
Bir də sizə onu deyim ki, bu elə bir hissdir ki, ona öncədən hazırlaşmaqla olmur. Həmin an yaşanan hisslər, duyğular tamamilə fərqli olur. Artıq yuxularımız gerçəkləşib. İndi hər reaksiyam fərqli olub. Bəzən göz yaşına qərq oluram, bəzən o qədər sevincli oluram ki, sözümün davamını gətirə bilmirəm. Torpaqlarımızın tam azad olunduğu gün nələr yaşayacağımı bilmirəm. Bircə onu bilirəm ki, sevincdən ölə bilərəm. O mənim yuxumdur, o mənim arzumdur. İlk dəfə sizin saytınız vasitəsi ilə hisslərimi çatdırıram. Bir dəfə ermənilərin paylaşdığı bir kadr izləmişdim. Orada işğal olunmuş torpağımızda ermənilər bizim milli geyimimizdə yallı gedirdilər. İnanın o kadrlara baxdıqdan sonra 3 gün ağlamışdım. Demişdim ki, mən bu günü görmədən getsəm gözüm açıq gedərəm. Allah mənə bir az ömür yazsın Qarabağın qaytarıldığını görüm başımı göyə qaldırıb deyim ki, “Allahım sən varsan, haqq ədalət var”. Mən ondan sonra gənc də ölsəm rahat ölərəm. O qədər vətən eşqi ilə yaşayan biriyəm. İmkan olsa cəbhəyə gözüyumlu gedərəm. Ölən oğullarımızdan artıq deyiləm ki...

- Erməni vəhşilikləri hələ də davam edir. Onların Gəncədə, Bərdədə törətdikləri terror hadisələrinə dünya susur. Biz media nümayəndələri nə etməliyik ki, bunu daha böyük kütləyə çatdıra bilək?

- Ordumuz cəbhədə, biz isə informasiya müharibəsi aparırıq. Hər birimiz sosial şəbəkə üzərindən də çox yaxşı mübarizə aparırıq. Amma kaş ki, bu gün fəal olduğumuzun 1 faizini bu 30 ildə edərdik. Onda biz bu qədər əziyyət çəkməzdik. Burdan vətəndaşlarımıza səslənirəm: Dayanmayın, mübarizənizə davam edin. Güc birlikdən doğur, biz birlikdə güclüyük. Bizim birliyimiz dəmir yumruğumuzdur. Çox xahiş edirəm, hamı bu dəmir yumruğun altında birləşsin. Gəlin mübarizəmizi bundan sonra da davam etdirək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır
Bu gün, 13:19
• İrəvan Bakıya görə BU ADDIMA da gedə bilər – Kritik GÖZLƏNTİ
Bu gün, 13:16
• Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Bu gün, 13:14
• Doğum günü olan İlkinə xanımından MESAJ: “Aşq böcəyim, səni...” - “Aşq böcəyim, səni...”
Bu gün, 13:04
• TRIPP daim ABŞ-yə məxsus olacaq - Ararat Mirzoyan
Bu gün, 13:01
• Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi – MƏBLƏĞ
Bu gün, 12:59
• 10 manata hot-doq satırlar, stadion da tam dolmur… - ONA GÖRƏ DƏ...
Bu gün, 12:57
• Dövlət bankı bu bazara da girdi - DETALLAR
Bu gün, 12:53
• Həbsdə olan Azərbaycan əsilli müğənni: - "Heç kim namusuma ləkə gətirə bilməz"
Bu gün, 12:52
• Azərbaycana da gətirilən rus araqlarının istehsalçısı çətin vəziyyətə düşüb - “Baza”
Bu gün, 12:46
• Raqif Abbasovun 12 il həbsi TƏLƏB OLUNDU
Bu gün, 12:35
• "Kitab onun həm Allahıdır, həm hicabı!" - Elza Seyidcahandan ŞOK sözlər
Bu gün, 12:33
• Torpaq var, sənəd yox: - Vətəndaşlar mülkiyyət hüququnu necə rəsmiləşdirə bilər?
Bu gün, 12:30
• 2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin
Bu gün, 12:20
• Məhkəmə gözəllik salonunda lazeroloqu öldürmək istəyən şəxslə bağlı qərar çıxardı
Bu gün, 12:16
• Bakı ilə Neftçala arasında qalan başçı - Mirhəsən Seyidov idarə etdiyi rayonu bəyənmir?
Bu gün, 12:08
• Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO
Bu gün, 12:02
• Bakıda xalçayuma şirkətində dələduzluq - Saxlanılan var
Bu gün, 11:59
• Azərbaycanlı çoban Ermənistan sərhədini keçdi - "NewsTV5"
Bu gün, 11:49
• “Bravo”dan çıxıb tütün şirkətinə direktor vəzifəsinə getdi - BUNDAN SONRA...
Bu gün, 11:42
• Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:37
• Yoxa çıxan avropalı müşahidəçilər: - “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?
Bu gün, 11:36
• İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:25
• “Unibank”ın 3 aylıq faiz təhlükəsi - BU NƏDİ BELƏ?
Bu gün, 11:16
• Ruspərəstlər Nəsimi Musayevə qarşı – YENİ hiylə
Bu gün, 11:12
• Elbrus Nəbiyevin şirkətinin maliyyə göstəriciləri PİSLƏŞİB
Bu gün, 11:10
• Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi - FOTO
Bu gün, 11:08
• "Tovuz-Baltiya"nı kimlər ələ keçirmək istəyir: Mehdiyev klanının "konyak reketliyi" – ŞOK təfərrüat
Bu gün, 11:01
• “Mədəniyyət naziri müstəqil qələm sahibləriylə düşməndir” – Yazıçı
Bu gün, 10:57
• Ramiz Əzizbəylinin 6 ay əvvəl tutulan kürəkəni barədə HƏBS QƏRARI - Dələduzluq və...
Bu gün, 10:48
• “İrşad Electronics”in bu mağazasından texnika alanlar MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 10:45
• AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... - " ‘AzParking’ yoxdur, amma cərimələr gəlir..."
Bu gün, 10:40
• Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... - NARAHATLIQ VAR...
Bu gün, 10:24
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb
Bu gün, 10:09
• Mehdiyevə həbsdən xilas yolu - HƏKİM RƏY VERƏRSƏ Kİ...
Bu gün, 10:01
• "Məni ata-baba torpaqlarıma qaytarsınlar, burda ZÜLM ÇƏKİRİK" - VİDEO
Bu gün, 09:54
• Əliyev nədən narazıdır? Paşinyan hansı addımları atmağı düşünür?.. - "Hraparak"
Bu gün, 09:40
• Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı QƏRAR
Bu gün, 09:37
• Sərt siyasi mesajdır: AİB-nin hesabatı İrəvanı qorxutdu - Nələr olacaq?
Bu gün, 09:31
• “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... - “sanki bizi hipnoz etdilər…”
Bu gün, 09:24
• Lüksemburqdakı işini buraxdı, AZCON Holdinqdə yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 09:15
• “Piter Elçin”in qardaşını öldürən şəxs yenidən məhkəmə qarşısına çıxarılır - DETALLAR
Bu gün, 09:04
• Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa edir - NƏ BAŞ VERİR?
Bu gün, 09:01
• Maşınla piyadanı vuraraq öldürən sürücüyə 4 il 6 ay həbs cəzası verildi, hüquqi varis 87,6 min tələb etdi - TƏFƏRRÜAT
Bu gün, 08:59
• İcra hakimiyyətlərinin LƏĞVİ PROSESİ... - YENİDƏN GÜNDƏMDƏ...
Bu gün, 08:57
• Azərbaycanda qiyabi təhsil ləğv edilir? – Gözlənilən yeni sistem
Bu gün, 07:06
• Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq - KİV
Bu gün, 07:03
• "Biz bu əşyaları konfet kağızına almırıq..." - ETİRAZ
Bu gün, 06:59
• Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ? - İLGİNC
Bu gün, 06:47
• Paşinyanın sülh planı və 102-ci Rusiya bazası... - Üzeyir Cəfərov nə deyir?
Bu gün, 06:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru