Binəqədidə qanunsuz tikili narazılıq yaratdı .....                     Bakıda xalçayuma şirkətində dələduzluq .....                     Azərbaycanlı çoban Ermənistan sərhədini keçdi .....                     “Bravo”dan çıxıb tütün şirkətinə direktor vəzifəsinə getdi .....                     Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var .....                     Yoxa çıxan avropalı müşahidəçilər: .....                     İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır .....                     “Unibank”ın 3 aylıq faiz təhlükəsi .....                     Ruspərəstlər Nəsimi Musayevə qarşı .....                     Elbrus Nəbiyevin şirkətinin maliyyə göstəriciləri .....                     Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi .....                     "Tovuz-Baltiya"nı kimlər ələ keçirmək istəyir: Mehdiyev klanının "konyak reketliyi" .....                     “Mədəniyyət naziri müstəqil qələm sahibləriylə düşməndir” .....                     Ramiz Əzizbəylinin 6 ay əvvəl tutulan kürəkəni barədə HƏBS QƏRARI .....                     “İrşad Electronics”in bu mağazasından texnika alanlar MƏHKƏMƏDƏ .....                     AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... .....                     Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb .....                     Mehdiyevə həbsdən xilas yolu .....                     "Məni ata-baba torpaqlarıma qaytarsınlar, burda ZÜLM ÇƏKİRİK" .....                     Əliyev nədən narazıdır? Paşinyan hansı addımları atmağı düşünür?.. .....                     Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı .....                     Sərt siyasi mesajdır: AİB-nin hesabatı İrəvanı qorxutdu .....                     “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... .....                     Lüksemburqdakı işini buraxdı, AZCON Holdinqdə yeni vəzifəyə təyin olundu .....                     “Piter Elçin”in qardaşını öldürən şəxs yenidən məhkəmə qarşısına çıxarılır .....                     Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa edir .....                     Maşınla piyadanı vuraraq öldürən sürücüyə 4 il 6 ay həbs cəzası verildi, hüquqi varis 87,6 min tələb etdi .....                     İcra hakimiyyətlərinin LƏĞVİ PROSESİ... .....                     Azərbaycanda qiyabi təhsil ləğv edilir? .....                     Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq .....                     "Biz bu əşyaları konfet kağızına almırıq..." .....                     Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ? .....                     Paşinyanın sülh planı və 102-ci Rusiya bazası... .....                     Yoldaş Hətəmov da QANUNLARI BELƏ POZUR... .....                     “Onlara ağsaqqal, ağbirçək demək olmur“ .....                     ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıb .....                     Ağsu RQİİ-də vəzifə saatla olur?  .....                     KAPİTAL BANK-ın DAŞ KƏSƏN TAMAHI... .....                     Yeni səhiyyə naziri bunları NƏZƏRƏ ALARSA... .....                 

"Biz xalq olaraq məğlub olmaqdan bezdik”
Tarix: 3-11-2020, 12:46 | Çap et
"Biz xalq olaraq məğlub olmaqdan bezdik”
"Çox qarışıq günlər yaşayırıq. Bir tərəfdən sevincli, çünki torpaqlarımızı azad etməyə başlamışıq. Bir tərəfdən kədərli, çünki şəhid veririk. Müharibə bir yandan qələbə və sevincdirsə, bir yandan da itki və göz yaşıdır. Biz 30 il müharibə istəməmişik, 30 il danışıqlar aparmışıq. Düşmən isə elə bilib ki, belə də olmalıdır. Həmişə də belə olacaq".

Cebhe.info xəbər verir ki, bunu tanınmış aktyor Taleh Yüzbəyov deyib.

O bildirib ki, müharibə insanın eləyə biləcəyi ən mundar işdir:

"Müharibə insan xislətinin vəhşiliyinə enişdir. Ona görə sülh istəyən insanları söymək lazım deyil. Əgər o, insan səmimidirsə. Əgər sülh istəyəndə öz mənafeyini güdmürsə. Əgər buna görə kimlərdənsə heç nə almağı ummursa. İndiki anda sülh istəmək cəsarət tələb edən bir şeydir. Ona görə sülh istəyən adamları təhqir eləmək lazım deyil. Kimlərsə sülhü də öz tərbiyəsinə və intellektinə görə loban kimi tələb edirsə, bu onun öz problemidir. Belə adamları ciddiyə almağa dəyməz. Biz reaksiya verdikcə onlar var. Sülhü səmimi istəyən insanlar insan faktorunu ən önə qoyanlardır. Sadəcə, başa düşsünlər ki, müharibə istəyənlər də bunu öz kefindən istəməyiblər".

Aktyor qeyd edib ki, müharibə bizim seçimimiz deyildir, biz heç kəsin torpağını zəbt eləməmişik:

"Biz heç kəsi öldürüb, əsir götürüb, yaşadığı yerlərdən qovmamışıq. İndi də olmasa idi bu müharibə nə vaxtsa yenə başlayacaqdı. Çünki düşmənin hələ Naxçıvan iddiası da var. Düşmənin dənizdən-dənizə arzusu var. Onların qurduğu müdafiəyə baxanda görürsən ki, aldıqları yerləri də nə vaxtsa qaytarmaq fikrində olmayıblar. Bu müharibə indi başlamasaydı da, bizim övladlarımızın vaxtında başlayacaqdı yəqin.

İndi bu qədər insanın könüllü olaraq cəbhəyə getməsi də elə belə deyil. Biz xalq olaraq məğlub olmaqdan bezdik. Biz bununla yaşamaq istəmədik. Bəlkə də tariximzdə ilk dəfə belə həmrəy olduq. Biz onları 1905-dən, 1918-dən sonra bağışladıq. Amma 1992-dən sonra bağışlamaq istəmədik. Niyə bir əsrdə 3 dəfə bizə hücum edib, əlisilahsız adamları öldürənlərə qarşı vuruşmamalıyıq? Niyə hər dəfə bağışlayan tərəf biz olaq ki?! Kimlərsə bunu başa düşmürsə yəqin əzikdir və həmin adamın özündən başqa müqəddəs heç nəyi yoxdur. Ya da özünü gicliyə qoyub. Vətən bir çox insan üçünsə dəyərdir, sadəcə torpaq yox. Biz bu müharibədə haqq tərəfik. Həm mənəvi, həm beynəlxalq hüquq baxımından evimizə qayıdırıq.

Müharibə uzandıqca dəhşətli səhnələr çoxalır. Amma bu günlərdə bir erməni əsirinin əhvalatı mənə toxundu. Deyir:

“Mən yaralı idim, tez telefonumu qırdım ki, birdən evdəkilərə ölümümdən sonra zəng edərlər. Avtomatı qapıya tərəf tuşlamışam, bizi mühasirəyə alan Azərbaycan əsgərinə dedim ki, səndən bir xahişim var. Bizi öldürəndən sonra meyitimizi evə göndərin, anamız basdıra bilsin. O əsgər də mənə dedi ki, biz sizi öldürmək istəmirik, mən ona dedim ki, inanmıram. Onda Azərbaycan əsgəri silahsız və zirehli gödəkçəsiz içəri daxil oldu. Mənim silahım ona tuşlanmışdı. O dedi ki, görürsən mən sənə inanıram. Sən də mənə inan. Və məni öldürmədilər”. Müharibənin içində insanlığı itirməmək bir insan üçün ən böyük uğurdur. Azərbaycan əsgəri buna qadirdir. Biz uşaq öldürmədik, qadın zorlamadıq bu müharibədə. Əgər belə bir hal olsaydı bütün dünyaya car çəkərdilər. Azərbaycan əsgərinə həmişə belə təmkinli olmağı arzulayıram.

Ermənilərin hamısı qaniçən deyil. Bir xalqın hamısı cani ola bilməz. İndiki halda bir çoxumuz hiddətlənib, onları ümumiləşdiririk. Çünki yaralarımız təzədir. Çünki gözümüzün qarşısında dinc əhalimiz ölür. Onlardan isə adekvat adama demək olar ki, rast gəlmirik. Heç bir erməni qrupunun küçələrə çıxıb, öz dövlətindən uşaq ölümlərinə son qoymağı tələb etdiklərini görmürük. Nə Ermənistanda, nə dünyada. Ancaq çıxıb “Artsax” qışqırırlar. İnanmaq istəyirəm ki, onların da arasında haqqı deyən insanlar var. Bəlkə də qorxularından səs çıxartmırlar. Amma əgər yoxdursa vay o xalqın halına. Bu xəstə təfəkkürlə məğlubiyyət qaçılmazdır. Bu təfəkkürlə hələ çox itirəcəklər".

Aktyor bildirib ki, arzusu müharibənin tez bitməyi və torpaqlarımızın tez bir zamanda qaytarılmağıdır:

""Biz ermənilərin kökünü kəsməliyik!" sözü düzgün deyil. Amma mən ermənilərlə dost da olmaq istəmirəm. Mən tarix boyu olanlardan sonra onlarla ümumi nəyiminsə olmağını istəmirəm. Gələcəkdə ermənilərlə birgə yaşamağın qərarını isə sırf gərək Qarabağda yaşayan insanlar versinlər. Bu insanların vaxtı ilə ermənilərin elədiyi kimi referemdum haqqı olmalıdır. İndi isə bu haqda danışmaq tezdir. Zaman hər şeyi öz yerinə qoyacaq.

Arzum budur ki, müharibə tez bitsin. Biz torpaqlarımızı qaytaraq, əsgərlərmiz, zabitlərimiz sağ-salamat evlərinə qayıtsınlar. Bir də heç vaxt düşmən cəsarət eləyib, bizə hücum eləyə bilməsin. Öz torpaqlarımızda yaşayaq və yaradaq. Topraqları işğal altında olmayan bir Azərbaycanda ömür sürək".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO
Bu gün, 12:02
• Bakıda xalçayuma şirkətində dələduzluq - Saxlanılan var
Bu gün, 11:59
• Azərbaycanlı çoban Ermənistan sərhədini keçdi - "NewsTV5"
Bu gün, 11:49
• “Bravo”dan çıxıb tütün şirkətinə direktor vəzifəsinə getdi - BUNDAN SONRA...
Bu gün, 11:42
• Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:37
• Yoxa çıxan avropalı müşahidəçilər: - “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?
Bu gün, 11:36
• İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:25
• “Unibank”ın 3 aylıq faiz təhlükəsi - BU NƏDİ BELƏ?
Bu gün, 11:16
• Ruspərəstlər Nəsimi Musayevə qarşı – YENİ hiylə
Bu gün, 11:12
• Elbrus Nəbiyevin şirkətinin maliyyə göstəriciləri PİSLƏŞİB
Bu gün, 11:10
• Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi - FOTO
Bu gün, 11:08
• "Tovuz-Baltiya"nı kimlər ələ keçirmək istəyir: Mehdiyev klanının "konyak reketliyi" – ŞOK təfərrüat
Bu gün, 11:01
• “Mədəniyyət naziri müstəqil qələm sahibləriylə düşməndir” – Yazıçı
Bu gün, 10:57
• Ramiz Əzizbəylinin 6 ay əvvəl tutulan kürəkəni barədə HƏBS QƏRARI - Dələduzluq və...
Bu gün, 10:48
• “İrşad Electronics”in bu mağazasından texnika alanlar MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 10:45
• AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... - " ‘AzParking’ yoxdur, amma cərimələr gəlir..."
Bu gün, 10:40
• Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... - NARAHATLIQ VAR...
Bu gün, 10:24
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb
Bu gün, 10:09
• Mehdiyevə həbsdən xilas yolu - HƏKİM RƏY VERƏRSƏ Kİ...
Bu gün, 10:01
• "Məni ata-baba torpaqlarıma qaytarsınlar, burda ZÜLM ÇƏKİRİK" - VİDEO
Bu gün, 09:54
• Əliyev nədən narazıdır? Paşinyan hansı addımları atmağı düşünür?.. - "Hraparak"
Bu gün, 09:40
• Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı QƏRAR
Bu gün, 09:37
• Sərt siyasi mesajdır: AİB-nin hesabatı İrəvanı qorxutdu - Nələr olacaq?
Bu gün, 09:31
• “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... - “sanki bizi hipnoz etdilər…”
Bu gün, 09:24
• Lüksemburqdakı işini buraxdı, AZCON Holdinqdə yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 09:15
• “Piter Elçin”in qardaşını öldürən şəxs yenidən məhkəmə qarşısına çıxarılır - DETALLAR
Bu gün, 09:04
• Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa edir - NƏ BAŞ VERİR?
Bu gün, 09:01
• Maşınla piyadanı vuraraq öldürən sürücüyə 4 il 6 ay həbs cəzası verildi, hüquqi varis 87,6 min tələb etdi - TƏFƏRRÜAT
Bu gün, 08:59
• İcra hakimiyyətlərinin LƏĞVİ PROSESİ... - YENİDƏN GÜNDƏMDƏ...
Bu gün, 08:57
• Azərbaycanda qiyabi təhsil ləğv edilir? – Gözlənilən yeni sistem
Bu gün, 07:06
• Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq - KİV
Bu gün, 07:03
• "Biz bu əşyaları konfet kağızına almırıq..." - ETİRAZ
Bu gün, 06:59
• Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ? - İLGİNC
Bu gün, 06:47
• Paşinyanın sülh planı və 102-ci Rusiya bazası... - Üzeyir Cəfərov nə deyir?
Bu gün, 06:30
• Yoldaş Hətəmov da QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 06:23
• “Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Əməkdar artist
Bu gün, 06:20
• ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıb - KİV
Bu gün, 06:18
• Ağsu RQİİ-də vəzifə saatla olur?  - BU NƏDİ BELƏ?
Bu gün, 06:15
• KAPİTAL BANK-ın DAŞ KƏSƏN TAMAHI... - NARAZILIQ VAR...
Bu gün, 06:10
• Yeni səhiyyə naziri bunları NƏZƏRƏ ALARSA... - AKTUAL
Bu gün, 05:59
• " “Məkka Anlaşması” işə düşsə, ən böyük zərbəni kimlər alacaq?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:49
• Türkiyə parlamenti hansı addımı atacaq?.. - YENİ DÖNƏM ASTANASI...
Bu gün, 05:45
• Məsələ miqrantların çoxluğunda deyil... - AKTUAL
Bu gün, 05:40
• "Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? - AKTUAL
Bu gün, 01:34
• Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 01:32
• Paşinyanın “sülh baxışları” – Baş nazir gələcəyi necə görür?
Bu gün, 01:29
• Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu - ƏMR
Bu gün, 01:25
• “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” - AKTUAL
Bu gün, 01:20
• UNEC-in tenderini udan şirkətin vergi borcu varmış - FOTOFAKT
Bu gün, 01:16
• İsrail Türkiyə ilə savaşın qoxusunu alır – Netanyahudan kritik Ərdoğan açıqlaması
Bu gün, 01:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru